Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3007/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə (hazırkı "xxxx" MTK) qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(103)10643/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında mənzil tikintisi haqqında 25 noyabr 2008-ci il tarixdə iki müqavilə bağlanmışdır. Həmin müqavilələrdən birində "xxxx" MMC onun tərəfindən ünvan 1 ünvanında inşa ediləcək binanın 13-cü giriş, 13-cü mərtəbə, 1505 saylı, 150 kv.metr sahəsi olan, 4 otaqdan ibarət mənzili 97500 manat məbləğinə iddiaçıya satmağı, iddiaçı isə müqavilə bağlanan gün 97500 manat məbləğdə pulu tam şəkildə ödəmək barədə öhdəlik götürmüşdür. İkinci müqavilədə isə "xxxx" MMC onun tərəfindən inşa ediləcək binanın 13-cü girişində, 13-cü mərtəbədə, 1502 saylı, 154 kv.metr sahəsi olan, 4 otaqdan ibarət mənzili 100100 manat məbləğinə iddiaçıya satmağı, iddiaçı isə müqavilə bağlanan gün 100100 manat məbləğdə pulu tam şəkildə ödəmək ba rədə öhdəlik götürmüşdür.
2. İddiaçı ünvan 1 ünvanında inşa ediləcək binanın 13-cü girişində, 13-cü mərtəbədə yerləşən 1505 saylı və 1502 saylı mənzilin dəyərini ödədiyi barədə "xxxx" MMC tərəfindən maliyyə arayışları verilmişdir.
3. Lakin "xxxx" MMC qeyd olunan müqavilə öhdəliklərini yerinə yetirməmiş, müqavilədə göstərilən mənzilləri iddiaçıya təhvil verməmişdir. Buna görə də iddiaçı "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli birinci müqavilə üzrə ödənilmiş 97500 manat pulun və 25 noyabr 2008-ci il tarixli ikinci müq avilə ödənilmiş 100100 manatın cavabdehdən tutulub İddiaçı ödənilməsi, iddia tam təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "Olimpus-AZ” MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
4. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin "OlimpusAZ” MMC-nin tələbin yönəldilə biləcəyi əmlakı müəyyən edilmədiyinə və rəhbəri X5 vəfat etdiyinə görə icra məmurunun 23 may 2019-cu il tarixli qərarı ilə icra sənədi qaytarılmıdır. İddiaçı həmin qərardan şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin 8(004)-614/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunaraq, icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun 23 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, icra sənədi icra edilməsi üçün göndərilmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə (hazırkı "Şərur” MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət dərək, 197600 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 237 saylı sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində 3 ha. ərazidə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmiş, həmin əraziyə bitişik 0,3 ha torpaq sahəsi eyni məqsədlə həmin MMC-nin icarə əsasında istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi və inşaat işlərinə çəkilən xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında 17 aprel 2007-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən birinci tərəf ("xxxx" MMC) Bakı şəhəri İH-nin başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində "xxxx" MMC-yə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün ona ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması ikinci tərəfə ("xxxx" MMC-yə) həvalə etmiş, ikinci tərəf öz tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Hər iki MMC arasında bağlanmış müqavilənin 2-ci bəndinə görə, birinci tərə f bu müqavilənin 1.1-ci bəndində qeyd olunan yaşayış binasının tikintisi üçün ayrılmış tikinti sahəsini ikinci tərəfə təqdim etməyi, həmçinin yaşayış binasının tikintisi ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti və onun Mənzil Kooperativ İdarəsi, Vergilər, Fövqəladə Hallar Nazirlikləri, müvafiq dövlət orqanları və qurumları ilə yarana biləcək hər hansı mübahisələrin həllini öz üzərinə götürmüşdür. Birgə fəaliyyət dövründə tikinti üçün tələb olunan alınmış eskiz və işçi layihəni ekspertiza, müxtəlif dövlət, hökumət təşkilat və qurumlarından tikinti normativlərinin tələblərinə cavab verən müvafiq rəyləri, tikintiyə verilmiş icazəni ikinci tərəfə təqdim edir, birinci tərəf öz mənfəəti hesabına nəzərdə tutulmuş bütün ödəmələri, o cümlədən Vergilər, Fövqəladə Hallar Nazirlikləri ilə bağlı ödəmə ləri və Bakı şəhər İH-nin Mənzil Kooperativ İdarəsinin mənzil fondunda ayırmaları həyata keçirir. Birgə fəaliyyət və tikinitinin aparılması üçün tələb olunan bütün sənədləri və yarımçıq binaları bu müqavilə imzalandıqdan 10 gün müddətinə ikinci tərəfə təqdim edilir. Bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış, alqı-satqı müqavilələri və digər sənədlər əsasında birinci tərəfin adından rəsmiləşdirəcəkdir. Əgər satışı ikinci tərəf öz adına rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyyət daşıyacaqdır. İkinci tərəf götürdüyü işin ümumi dəyərinin 50% həcmində birinci tərəfin möhürü və imzası ilə satış apara bilər. Bunun 30%-ni dəmir-beton işlərini tam başa çatana qədər, qalan 20%-ni is ə binanın su, qaz, elektrik xətlərinə çəkilən, mənzillərin qapı, pəncərələrini qoyulan, suvağı vurulmağa, dam və asfalt örtükləri vurulan, abadlıq işləri, liftlərin quraşdırılması, fasadın rənglənməsi, təhvil-qəbul aparılması zamanı aparıla bilər, ikinci tərəfin razılığı olmadan tikintiyə, yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair müxtəlif məlumatları açıqlamır və yaymır. Müqavilənin 4-cü bəndinə əsasən müqavilənin predmetinə uyğun olaraq yarımçıq tikinti başa çatdıqdan sonra qarşılıqlı razılaşmaya əsasən birinci tərəf və ikinci tərəfin hərəsinə bir 18 və bir 19 mərtəbəli blok düşür. 20 mərtəbəli blok isə, zirzəmi, 1-ci və 2-ci mərtəbədəki qeyri-yaşayış sahələri və binanın mansarda hissəsi tərəflər arasında 50% nisbətində bölünmək şərtilə tərəflər bərabər paylar şəklində, yəni mər təbə-mərtəbə iki hissəyə ayrılmaqla təşkil edir. Oxşar mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar X1 və X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi və Cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tam təmin edilmiş, ümumilikdə 96089 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-dən müştərək qaydada tutularaq iddiaçılara verilməsi qət edilmişdir. İddia tələbi üzrə Yasamal Rayon Məhkəməsinin qətnaməsi bu günədək icra edilmədiyindən, həmçinin iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə həmin MMC ilə yanaşı Cavabdeh MMC də məsuliyyə t daşıdığından, hazırki iddia tələbi ilə Cavabdeh MMC-yə qarşı məhkəməyə müraciət olunur. Bu, hər iki hüquqi şəxs arasında bağlanmış müqavilənin tələblərindən irəli gəlir. İddiaçının vəsaiti hesabına inşası başlanmış yaşayış binasının inşası "xxxx" MMC tərəfindən davam etdirildiyindən, iddiaçının müqavilə üzrə ödədiyi pul “Qlobal-Azəri" MMCdən onun xeyrinə tutulmalıdır. İddiaçının "xxxx" MMC-yə qarşı iddia tələbinin təmin edilməsinə dair məhkəmənin icra edilməyən qətnaməsi, hazırki tələb üzrə işə baxılmasına və iddianın təmin edilməsinə mane olmur.
7. Cavabdeh MMC-nin (hazırkı "xxxx" MTK) nümayəndəsi X6 birinci instansiya məhkəməsində iddia tələbini qəbul etmədiyini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Müstəqil tələb irəli sürm əyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətnaməsinin icrası üzrə tərəfindən hərtərəfli araşdırma aparılmış, sorğular göndərilmiş, lakin borcun yönəldilməsi üçün "xxxx" MMC-yə məxsus əmlak aşkar edilməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.
9. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(004)3928/2021 nömrəli qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddi ası təmin edilmiş, cavabdeh “Olimpus-AZ" MMC ilə İddiaçı Tasında bağlanmış 25 noyabr 2008-ci il tarixli birinci müqavilə üzrə ödənilmiş 97500 manat pulun və 25 noyabr 2008-ci il tarixli ikinci müqavilə ödənilmiş 100100 manatın cavabdehdən tutulub İddiaçı ödənilməsi, iddia tam təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "Olimpus-AZ” MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Göründüyü kimi, eyni mübahisə predmeti üzrə artıq iddia qaldırılmış, məhkəmə qətnaməsi ilə iddiaya qiymət verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətnaməsi icraya yönəldilmiş, lak in icra edilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin nümayəndəsi İsmayıl İsmayılovun izahatından da görünür ki, hərtərəfli məcburi icra tədbirləri zamanı tətbiq edilmiş heç bir əmlak aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, borclu hüquqi şəxsin rəhbəri cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Bu işdə tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyindən icra sənədi icra edilmədən qərar qəbul edilmişdir. “İcra haqqında” qanunun 1.3-cü maddəsinə əsasən icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Sonra təkrar həmin icra məmurunun qərarı ləğv edilmiş və yenidən icra yönəldilmişdir. İcra qurumu tərəfindən hərtərəfli araşdırma aparılmış, sorğular göndərilmiş və yenə də "xxxx" MMC-yə məxsus əmlak aşkar edilməmişdir ki, tələb icra qurumu tərəfindən həmin əmlaka yönəldilsin. Məhkəmə qeyd edir ki, qətnamə əsasında cavabdeh tərəfdən artıq tələb olunan məbləğ tutulmuş və icraya yönəldilmişdir. Qətnamə artıq qanuni qüvvəsini almışdır. Məhkəmə tərəfindən eyni mübahisə predmeti üzrə yenidən pul tutula bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 387.3, 390.1, 441.1, 442, 1091-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4, 88 və 233.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10643/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandıraraq göstərmişdir ki: «müqavilələr iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və hər iki tərəfin iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasında "xxxx" MMC iştirak etməmişdir. Mülki Məcəlləyə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər ə saslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-829/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı X.Kazımovun cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil tələbi”nə dair iddia tələbi Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9609/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2346/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-829/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9609/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Ali Məhkəmənin 2(102)-2757/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarından görünür ki, iddiaçılar L.Əliyeva və S.Əliyevanın cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia tələbi Yasamal Rayon Məhkəməsinin 2(004)199/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qismən, "xxxx" MMC-yə münasibətdə təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçıların verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4847/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-199/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçıla rın cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC-nin verdiyi kasasiya şikayəti Ali Məhkəmənin 2(102)2757/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4847/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi Cavabdeh MMCyə aid hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh MMC-yə aid hissədə təmin edilməmiş, cavabdeh "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Təqdim olunmuş Ali Məhkəmənin 2(102)-829/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı və Ali Məhkəmənin 2(102)-2757/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarının surətlərindən də göründüyü ki, oxşar mübahisələrə dair işlərdə hazırkı Cavabdeh MMCnin "xxxx" MMC ilə birgə borclu olmadığı üçün məsuliyyət daşıma dığı müəyyən edilmişdir.
18. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.»
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfdən tələb olunan məbləğin tutulması artıq icraya yönəldilmişdir. Bundan sonrakı hərəkətlər icra qaydasında həll edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, MPM-nin 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil X3 tərəfindən tərtib olunmuş) kassasiya şikayəti verərək, ap ellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzillərin yerləşdiyi yaşayış binası cavabdehin sahibliyinə və sərəncamına verilmiş və belə olan vəziyyətdə cavabdeh həmin hallar üçün, daha doğrusu həmin yaşayış sahəsi və orada yerləşən mənzillər üçün məsuliyyət daşıyır. Bu cür öhdəlik həmin yaşayış binasına sahiblik və sərəncam hüququ yarandığı andan başlamışdır. Belə olan vəziyyətdə cavabdehin hər hansı bir öhdəliyinin yaranmamasına dair məhkəmə kollegiyasının gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
23. Kassator şikayətini əsaslandırarkən Mülki Məcəllənin 385, 425, 500-cü, MPM-in 14, 77 və 88-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Prosessual məsələlər
25. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
26. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlid ir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə
387. Öhdəliyin tərəfləri 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüq uqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
32. Məhkəmə kollegiyası kassatorun Mülki Məcəllənin 500-cü maddəsinə istinadla irəli sürdüyü dəlili əsassız sayır. Belə ki, həmin normaya görə əgər öhdəliyin icrası bir n eçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
33. Göründüyü kimi bu norma birgə öhdəliyi müəyyən şərtlərin mövcudluğu ilə əlaqələndirir: öhdəliyin icrasının bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilməsi; kreditorun yalnız birdəfəlik icranı tələb etmək hüququna malik olması; birgə öhdəliyi yaradan müqavilənin, qanun normasının və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi.
34. Cavabdeh MMC-nin iddiaçı qarşısında "xxxx" MMC ilə birgə öhdəliyini yaradan bu dispozisi ya şərtləri müəyyən olunmur. İddiaçının Cavabdeh MMC ilə müqaviləsi yoxdur. Bu hal Mülki Məcəllənin 387-ci maddəsinə istinadən o nəticəyə gəlməyə əsas verir ki, sözügedən müqavilə Cavabdeh MMC üçün hər hansı öhdəlik (vəzifə) yaratmır.
35. İddiaçı Mülki Məcəllənin 500-cü maddəsinə istinad edərkən, Cavabdeh MMC ilə "xxxx" MMC-nin arasında 17 aprel 2007-ci il tarixdə bağlanmış birgə təsərrüfat haqqında müqaviləyə əsaslanır. Lakin həmin müqavilənin şərtləri, Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli müqavilə üzrə öhdəliyin tam icrasında iştirak etməyə borclu edən hər hansı şərti nəzərdə tutmur.
36. Əksinə, 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, Qlobal-Azəri MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər "xxxx" MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanlar qarşısında özü məsuliyyət daşıyacaq.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(103)-10643/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.