Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3008/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin vəkili Alıyev Cavid Barat oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)xxxx/2019 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublik asının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim N.Nəbizadə) xx.xx.2019-cu il tarixli 2(001)-5486/2019 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı “xx.xx.1990-cı il tarixdən 1998-ci ilin dekabr ayınadək RSU-da (təmir-tikinti idarəsi) işləməsi faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilərək, Ərizəçi xx.xx.1990-cı il tarixdən 1998-ci ilin dekabr ayınadək Dövlət Plan Komitəsinin nəzdində olmuş Təmir Tikinti İdarəsində işləməsi faktını n müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, İ.Xəlilov, X.Cəmilova) xx.xx.2019-cu il tarixli 2(103)-xxxx/2019 nömrəli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-xxxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı “faktın təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1990-cı il tarixdən 1998-ci ilin dekabr ayınadək RSU-da (təmir-tikinti idarəsi) işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin vəkili Alıyev Cavid Barat oğlu kasasiya şikayə tini onunla əsaslandırmışdır ki, hazırki işdə ərizəçi öz tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan hər hansı yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə buna baxmayaraq yalnız iki nəfər şəxsin notarial qaydada təsdiqlənmiş ərizələrinə əsasən ərizəçinin əmək stajını müəyyən etmiş, həmin şəxslər məhkəmədə şahid qismində dindirilməmiş, onların ərizəçi ilə eyni müəssisədə işləmələrini təsdiq edən əmək kitabçaları və ya hər hansı digər təsdiqedici sənədləri məhkəməyə təqdim edilməmiş, ərizədə qeyd edilən xüsusatlarla bağlı məhkəmə tərəfindən ətraflı araşdırma aparılmamışdır. Belə olan təqdirdə apelyasiya məhkəməsi qəbul etdiyi qərarda istinad etdiyi maddi və prosessual hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxxx/2019 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin vəkili Alıyev Cavid Bara t oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o z aman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başq a qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını da öz növbəsində ilk olaraq hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar olaraq iki qrupda fərqləndirmək olar. Ərizəçinin iş materiallarına əlavə edilmiş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx xxxx 1990-cı il tarixdə Dövlət Plan Komitəsinin nəzdində olmuş Təmir Tikinti İdarəsinə avtodülgər vəzifəsinə qəbul edilmişdir. Eyni zamanda Dövlət Plan Komitəsinin Təmir Tikinti İdarəsi tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli arayışın notariat qay dasında təsdiq edilmiş surətindən Ərizəçi 1991-ci il ərzində əmək haqqı və başqa gəlirlərinin cəmi 5217,65 manat təşkil etdiyi, həmin İdarə tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli arayışın notariat qaydasında təsdiq edilmiş surətindən isə Ərizəçi 1997-ci il ərzində əmək haqqı və başqa gəlirlərinin cəmi 766308 manat təşkil etdiyi görünür. Ərizəçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə etdiyi müraciətinə xx xxxxxx 2018-ci il tarixli və İqtisadiyyat Nazirliyinə etdiyi müraciətinə xx xxx 2019-cu il tarixli cavab məktublarında göstərilmişdir ki, Azərbaycan SSR Dövlət Plan Komitəsinin Təmir Tikinti İdarəsinin arxiv sənədləri nə Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün, nə də ki, İqtisadiyyat Nazirliyinin Aparatının arxivinə sa xlanca təhvil verilməmişdir. İş materiallarında olan X2 və X3 notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Ərizəçi xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək onlarla birlikdə Plan İqtisadiyyat Komitəsinin Təmir-Tikinti İdarəsində işləməsini təsdiq etmişlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın3.4-cü bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Apelyasiya kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir. Çünki ərizəçi, iş stajının bərpa edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Apelyasiya kollegiyası onu da qeyd etmişdir ki, əmək kitabçasında ərizəçinin işdən azad edilməsinə dair qeydin aparılmamasına səbəb 1998-ci ildə ərizəçinin məzuniyyətdə olduğu müddətdə İdarənin fəaliyyətinə xitam verilməsi və İdarənin sənədlərinin arxivə təhvil verilməməsi olmuşdur ki, nəticə etibaril ə də ərizəçinin əmək kitabçasında işdən çıxma tarixi qeyd edilməmişdir. Bundan başqa, ərizəçinin 1990-cı ilin iyun ayından 1998-ci ilin dekabr ayına kimi Dövlət Plan Komitəsinin Təmir Tikinti İdarəsində işləməsi heç bir əsasla təsdiq olunmadığından ərizəçi prosessual qanunvericiliyin tələbinə uyğun olaraq həmin faktın təsdiq edilməsi ilə bağlı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassator kasasiya şikayətində istinad etdiyi dəlilləri üzrə işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsində hər hansı mübahisələndirmə aparmamış, hazırda formal olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməməsini əsaslandırmağa çalışmışdır. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3008/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3008/2020
21.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver