Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3009/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X12 və X4 (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “torpaq sahəsinə verilmiş çıxarışların və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh vəkil i Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X rayonu, Xbələdiyyəsinin 23.08.2007-ci il tarixli, 55 saylı qərarı ilə Xqəsəbəsi ərazisində X küçəsində yerləşən 2016 kv.m. torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Bələdiyyə ilə İddiaçı arasında yuxarıda qeyd edilən 55 saylı qərara əsasən torpağın alğı-satqısına dair 23.08.2007-ci il tarixdə akt tərtib edilmiş və torpaq sahəsinin dəyərinə görə 5500 manat haqq bəl ədiyyənin hesabına ödənilmişdir. Bələdiyyə tərəfindən tərtib olunmuş İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxeminə əsasən, həmin torpaq sahəsi ilə bitişik qonşuluqda 1216A, 1216B və 1215 saylı bağlar yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının B-83-112 saylı, 04.04.2017-ci il tarixli arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.03.1996-cı il tarixli, 290 nömrəli sərəncamı ilə X rayonu, Xbağ massivində yerləşən 1253A nömrəli bağ sahəsi X7 istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 22 nömrəli orderə əsasən ona Xqəsəbəsi, 1253A saylı bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reye strindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən, həmin torpaq sahəsi 21.04.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Nərminə Bəxtiyarovanın adına qeydiyyata alınmışdır. 03.05.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən isə, Nərminə Bəxtiyarova tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,1 ha ölçüdə torpaq sahəsini 30.000 manata Cavabdeh satmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ə-202-112 saylı, 04.04.2017-ci il tarixli arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.09.1996-cı il tarixli, 1248 nömrəli sərəncamı ilə X rayonu, Xbağ massivində yerləşən 1216A nömrəli bağ sahəsi Donara Əlibəylinin adına keçirilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti Aparatın ın Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 10 nömrəli orderə əsasən, ona ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən, Xqəsəbəsi, 1216K saylı bağ sahəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi 21.04.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Donara Əlibəylinin adına qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 7-4736/17 nömrəli, 12.09.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının idarə arxivinin əməkdaşları tərəfindən tərtib edilmiş Ə-202-112 saylı arxiv arayışında texniki səhvə yol verilmiş Donara Əlibəylinin adına keçirilmiş 1216V nömrəli bağ sahəsi səhvən 1216A kimi göstər ilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 09.09.2017-ci il tarixli məktubunda isə göstərilmişdir ki, X rayonu, Xqəsəbəsi 1216V ünvanı arxiv və elektron baza məlumatlarına əsasən təkrarlandığı üçün bağ sahəsinə 1216K nömrəsi təyin edilmişdir. 06.05.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Donara Əlibəyli tam mülkiyyət üzrə ona məxsus olan X rayonu, Xqəsəbəsində yerləşən 0,05 ha ölçüdə 1216K saylı bağ sahəsini 20.000 manata Cavabdeh satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən, X rayonu, Xqəsəbəsində sahəsi 0,15 ha olan 1253A saylı bağ sahəsi 13.05.2017-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin **********54 saylı, 31.08.2017-ci il tarixli məktubunda Cavabdeh adına reyestrdə qeydiyyat aparılarkən birləşdirmə olduğu qeyd olunmuşdur. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin **********48 saylı, 05.10.2017-ci il tarixli, DƏÜKRXnin **********40 saylı, 10.10.2017-ci il tarixli məktublarında göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsi bağlar massivi üçün ayrılmış ərazidir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/744 saylı, 16.03.2018-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Xbələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, Bakı şəhəri, X rayonu, Xqəsəbəsində yerləşən ona məxsus 2016 kv.m. torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, 21.04.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, 21.04.2017-ci il tarixli çıxarışın, həmin çıxarışlar əsasında sonuncularla Cavabdeh arasında 9 saylı notariat kontorunda bağlanmış 03.05.2017-ci il tarixli və 06.05.2017-ci il tarixli alğı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Cavabdeh adına verilmiş 13.05.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim E.Nuriyev) 27.04.2018-ci il tarixli, 2(007)219/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə verilmiş çıxarışın, alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə d air iddiası təmin edilərək, X rayonu, Xqəsəbəsində yerləşən İddiaçı məxsus 2016 kv.m torpaq sahəsinə dair AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ilkin olaraq X4 verilmiş ******* nömrəli, 21.04.2017ci il tarixli “Çıxarış”ın və X10 adına verilmiş ******* nömrəli, 21.04.2017-ci il tarixli “Çıxarış”ın etibarsız hesab edilməsi, həmin “Çıxarışlar” əsasında X1, X10 və Cavabdeh arasında 9 saylı notariat kontorunda bağlanmış 03.05.2017-ci il tarixli və 06.05.2017-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilələr əsasında Cavabdeh adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.05.2017-ci il tarixli, ******* nömrəli “Çıxarış”ın etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etmi şdir ki, bələdiyyənin qərarı və bələdiyyə tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz sxeminə əsasən iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik qonşuluqda 2016, 2016A və 2015 saylı bağlar yerləşir. Həmin bağların iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik yerləşməsi eyni zamanda bağların bölgüsünə dair sxematik xəritədə də öz əksini tapmışdır. Cavabdehin adına verilmiş Çıxarışda isə bağ sahəsi 1253A sayı ilə göstərilmişdir. Bağlar massivinin sxemində 1253 saylı bağ sahəsi iddiaçıya məxsus torpaq sahəsindən iki sahə aralıdır. 1253A saylı bağ isə ümumiyyətlə sxemdə əks olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlər başqa bağ sənədlərini DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edərək iddiaçıya məxsus olan torpaq sahəsinə Çıxarış almasına dair iddiaçı tərəfin dəl illəri inandırıcı olmaqla əsaslıdır. Bundan əlavə, X rayon, Xqəs. 1216B saylı bağ sahəsinin qeydiyyata alınmasına dair məlumat Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsində aşkar olunmadığı halda, Bakı şəhəri, İcra Hakimiyyətinin 13.09.1996-cı il tarixli 1248 saylı sərəncamında adı D.S.Əlibədli kimi qeyd edilmiş şəxsə X rayonu, Xqəs. 1216V saylı bağ sahəsinin aid olmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, sözügedən bağ sahəsinin 21.04.2017-ci il tarixdə 1216K №-li bağ sahəsi kimi X10 adına dövlət reyestrində qeydiyyata alınmasının əsasları məlum olmamaqla anlaşılan deyil. İddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi ilkin olaraq cavabdeh X9, digər bir hissəsi isə X10 adına özəlləşdirilməsi, sonradan isə həmin sənədl ər əsasında Cavabdeh adına alğı-satqı müqavilələri yolu ilə rəsmiləşdirilməsi qanuni əsaslarla olmamış, Cavabdeh polis şöbəsində aparılan araşdırma zamanı təqdim etdiyi Çıxarışa istinad edərək guya mübahisəli torpaq sahəsinin 1253A saylı bağ sahəsi kimi ona məxsus olmasını bildirsə də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, sxematik planda həmin saylı bağ sahəsi deyil, 1253 saylı bağ sahəsi olması göstərilmişdir ki, bu da mübahisəli bağ sahəsindən xeyli aralıda olması müşahidə edilir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilmə sinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova, E.Şamayev) 13.09.2019-cu il tarixli, 2(103)-1767/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli, 2(007)-219/2018 saylı qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik qonşuluqda 2016, 2016A və 2015 saylı bağlar yerləşir. Həmin bağların iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik yerləşməsi eyni zamanda bağların bölgüsünə dair sxematik xəritədə d ə öz əksini tapmışdır. Cavabdehin adına verilmiş Çıxarışda isə bağ sahəsi 1253A saylı ilə göstərilmişdir. Bağlar massivinin sxemində 1253 saylı bağ sahəsi iddiaçıya məxsus torpaq sahəsindən iki sahə aralıdır. 1253A saylı bağ isə ümumiyyətlə sxemdə əks olunmamışdır. İddiaçı Cavabdeh X Rayon Xbələdiyyəsinə qarşı “İddiaçı ilə Xbələdiyyəsi arasında bağlanmış 23.08.2007-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair qərarın ləğv edilməsi tələbi barədə” iddiası barədə mülki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2252/2018 saylı 10.12.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən həmin qərar qüvvədə saxlanıldığından Xbələdiyyəsinin İddiaçı ilə Xbələdiyyəsi arasında bağlanmış 23.08.2007-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair qərarının qanuniliyi öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçının cavabdehlərin ona məxsus olan torpaq sahəsinə dair Çıxarış alması barədə dəlilləri öz təsdiqini tapır. X rayonu, Xqəsəbəsində yerləşən 1216B saylı bağ sahəsinin qeydiyyata alınmasına dair məlumat DƏDRX Əl-də aşkar olunmamış, Bakı Şəhər İcra Hakimiyyətinin 13.09.1996-cı il tarixli 1248 saylı sərəncamında adı D.S.Əlibədli kimi qeyd edilmiş şəxsə X rayonu, Xqəs. 1216V saylı bağ sahəsi aid olduğu qeyd edilmişdir. Bu təqdirdə mübahisəli bağ sahəsinin 21.04.2017-ci il tarixdə 1216K №-li bağ sahəsi kimi D.Əlibəylinin adına dövlət reyestrində qeydiyyata alınmasının əsasları məlum deyildir. Digər tərəfdən, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin Baş Polis İdarəsinə ünvanladığı 20.09.2017-ci il tarixli **********4 saylı məktubunda da sözügedən ünvandakı bağların bölgü sxeminin arxiv qovluğunda aşkar olunmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh Mədət Əhmədova münasibətdə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər Cavabdeh - sədrlik edən və məruzəçi, Ə.Əliyev və İ.Xələfov) 26 avqust 2020- ci il tarixli 2(102)-4348/2020 nömrəli qərarı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçı Donara Əlibəylinin adına verilmiş orderdə saxtakarlıq olmasına, həmçinin ona məxsus torpaq sahəsinə dair saxta sənəd əsasında alğı-satqı müqavilələri bağlanmasına və Çıxarışlar əldə edilməsinə istinad etmiş, hətta bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən xüsusi qərardad qəbul edilmişdir. İşə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası da hazırki cavabdehin X rayon XBələdiyyəsinə qarşı “İddiaçı ilə Xbələdiyyəsi arasında bağlanmış 23.08.2007-ci il tar ixli torpaq sahəsinin alğı-satqısına dair qərarına ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qüvvədə olan 10.12.2018-ci il tarixli qərarına istinadən İddiaçı ilə Xbələdiyyəsi arasında bağlanmış 23.08.2007-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair qərarının qanuniliyinin öz təsdiqini tapmasını vurğulamış, belə halda cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinə dair Çıxarış alması barədə dəlillərinin öz təsdiqini tapmış hesab etmişdir. Lakin apelyasiya kollegiyası nəzərə almamışdır ki, iddiaçı alğı-satqı müqavilələri və onlara əsasən verilmiş çıxarışların etibarsızlığı tələbini irəli sürərkən torpağa dair sənədlərdə saxtakarlığa yol verilməsinə istinad etmişdir. Belə olan halda mübahisəli torpaq sahəsinə dair ilkin olaraq X4 verilmiş 21.04.2017-ci il tarixli Çıxarış və X10 adına verilmiş Çıxarışın verilməsinə əsas olan hüquqverən sənədlər, hüquqverən sənədləri vermiş inzibati orqanın hərəkətləri mübahisələndirilməlidir. Bu cür mübahisələndirməyə isə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19.05.2014-cü il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.03.2013-cü il tarixli Qərarına əsasən, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikasının MPM-nin 30-cu maddəsinə uyğun həll edilməli, iddia təl əbi predmetinə, mahiyyətinə və subyektiv tərkibinə görə inzibati xarakterli olduqda məhkəməyə aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Kasasiya kollegiyası hesab etmişdir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyəti olan məhkəmə olduğundan kasasiya kollegiyasının yuxarıda qeyd etdiyi məsələnin araşdırılması və bu xüsusda işin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi üçün kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2019-cu il tarixli, 2(103)-1767/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılm alıdır. Hazırda aidiyyəti qaydası pozulduğu üçün digər dəlillər araşdırılmır. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə istinadən əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Z.Şirinov - sədrlik edən və məruzəçi, R.Həsənov və H.Əhmədov) 2(103)-7699/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-219/2018 saylı iş üzrə 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişləri üzrə qeyd etmişdir ki, iddia tə ləbi hüquqi təbiətinə görə mülki-hüquqi xarakterli olmaqla əmlak hüquqlarının müdafiəsinə yönəlmişdir. Mülki qanunvericiliyə görə, mülki hüquqların müxtəlif növ yaranma əsasları var. Bu əsaslarla yanaşı, inzibati aktlar da mülki hüquqların yaranması üçün əsas təşkil edə bilər. Məsələn, yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılmasına dair inzibati aktı icarə və istifadə hüququnu tanıyır ki, bu hüquqlar da mülki hüquqlardır. Belə olan halda, yəni hazırkı iddia tələblərinin mülki hüquqi təbiəti əsas götürülərək, işə mülki məhkəmə icraatı qaydasında baxılması yol veriləndir. Bununla yanaşı, 04.11.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatından aydın olur ki, iddiaçı inzibati orqanların qərarlarını mübahisələndirmir. İddiaç ının mövqeyinə görə müvafiq inzibati orqanlar tərəfindən torpaq sahəsinə dair qərarlar onun hüquqlarına toxunmur, sadəcə həmin qərarlar əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınan zamanı çıxarışlar onun torpaq sahəsinə verilmiş, nəticədə mülkiyyət hüquqları pozulmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı ilə Xbələdiyyəsi arasında bağlanmış 23.08.2007-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair 23.08.2007-ci il tarixli, 55 saylı qərarın qanuniliyi öz təsdiqini tapmışdır. Odur ki, bu hal tərəflər üçün preyudisial olduğuna görə Kollegiya eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasının qanuniliyi məhkəmə qaydasında təsdiq olunduğu halda, cavabdehlər həmin torpaq sahəsinin qanuni əsaslara onlara məxsus olmasını kifayət qədər mötəbər sübutlarla təsdiqləyə bilməmişlər. Əksinə, işdə olan Xbələdiyyəsinin 23.08.2007-ci il tarixli, 55 saylı qərarı və bələdiyyə tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz sxemindən aydın görünür ki, iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik qonşuluqda 1216A, 1216B və 1215 saylı bağlar yerləşir. Həmin bağların iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik yerləşməsi, həm də bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmışdır. Cavabdeh N.Bəxtiyarovanın adına verilmiş sərəncam, order və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda isə bağ sahəsi 1253A saylı ilə göstərilmişdir. Halbuki, bağlar massivinin sxemində 1253A saylı bağ isə ümumiyyətlə sxemdə əks olunmamış və 125 3 saylı bağ sahəsi iddiaçıya məxsus torpaq sahəsindən iki sahə aralıda yerləşir. Digər cavabdeh D.Əlibəyli torpaq sahəsinin ayrılmasına dair iş materiallarına əlavə edilmiş sənədlərdən isə görünür ki, onlar arasında müəyyən ziddiyyətlər var. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında D.Əlibəylinin adına 1216V nömrəli bağ sahəsinin keçirildiyi qeyd olunsa da, həmin sərəncam əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda bağ sahəsinin nömrəli 1216K kimi göstərilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 09.09.2017-ci il tarixli məktubunda bunun səbəbi kimi X rayonu, Xqəsəbəsi 1216V ünvanın arxiv və elektron baza məlumatlarına əsasən təkrarlandığı üçün bağ sahəsinə 1216K nömrəsi təyin edilməsi qeyd olunsa da, Kollegiya həmin məktubu göstərilən ziddiyy ətin aradan qaldırılması üçün kifayətedici hesab etmir. Çünki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi Baş Polis İdarəsinə ünvanladığı 20.09.2017-ci il tarixli digər məktubunda sözügedən ünvandakı bağların bölgü sxeminin arxiv qovluğunda aşkar olunmadığını qeyd etmişdir. Başqa sözlə, sözügedən ünvandakı bağların bölgü sxemi olmadığı halda, adı çəkilən İdarənin arxiv məlumatlarında olan 1216V ünvanının əslində sonradan 1216K nömrəsi ilə qeyd olunan ünvanla eyni və ya fərqli ünvanlar olması barədə qənaətə necə gəlməsi qeyri-müəyyəndir. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzinin 25.09.2017-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, D.Əlibəylinin adına Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 10 nömrəli orderin “hektar torpaq sahəsi olan” qrafasındakı “1216” rəqəmlərdən sonra kiçik “B” (kiril qrafikası ilə) hərfinin və düz xəttin olması ehtimal olunur, sonradan üzərində mexaniki üsulla pozma aparılaraq və qara rəngləyici çəkilərək indiki vəziyyətə gətirilmişdir. Bundan başqa, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.04.2019-cu il tarixli qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən...müəyyən edilmişdir ki, Cavabdeh 03.05.2017-ci il tarixli və 06.05.2017-ci il tarixli alğı-satqı müqavilələri əsasında əldə etdiyi 1253A və 1216V saylı bağ sahələri özəlləşdirilərəkən bağların DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş plan və ölçüsü X6 İdarəsinin arxivində olan bölgü sxeminə uyğun olmamışdır. Odur ki, Kollegiya, qeyd olunanları birlikdə qiymətləndirərək, hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlər D.Əlibəyli və N.Bəxtiyarovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar, onlarla digər Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələri və sonuncunun adına verilmiş çıxarış etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7699/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, həmçinin Nizami Rayon Məhkəməsinin xüsusi qərardadının ləğv e dilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbini kobud pozmuşdur. İddianın predmeti olan mübahisələndirilən Bakı şəhəri, X rayonu, Xqəsəbəsi bağ massivində sahəsi 0.15 ha torpaq sahəsindən ibarət 1253 A saylı bağ sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ 13 may 2017-ci il tarixdə müvafiq dövlət orqanında rəsmi olaraq dövlət reyestr xidmətində qeydiyyata alınmış və Cavabdeh buna dair hüquqların qeydiyyatını təsdiq edən Çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi ni Cavabdeh satıcılar - X2 (0.1 ha) və X8 (0.5ha) 9 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 03 may 2015-ci il tarixli alğı-satqı müqavilələri əsasında almış, alğı-satqı müqavilələrinə əsasən müvafiq olaraq 30000 manatı Nərminə Bəxtiyarovaya, 20000 manatı isə Donara Əlibəyliyə ödəmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair ilkin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində X10 adına 21 aprel 2017-ci il tarixdə (0,05 ha) və X5 adına (0.1 Oha) 21.04.2017-ci il tarixdə qeydiyyata alınaraq bağ sahəsi olaraq özəlləşdirilmişdir. Yəni əvvəllər bağ massivinə aid olan torpaq sahəsinə mülkiyyət hüququ yuxarıda göstərilən şəxslərin adına özəlləşmə proseduru əsasında keçirilmişdir. Belə ki, Bakı şəhəri İcra hakimiyyətinin 05 mart 1996-cı il tarixl i 290 saylı Sərəncamına əsasən 1253 A saylı bağ sahəsi 22 saylı order əsasında cavabdeh X11ma, Bakı Şəhəri İcra Hakimiyyətinin 13.09.1996-cı il tarixli 1248 saylı sərəncamına əsasən isə 1216 K saylı bağ sahəsi 10 saylı order əsasında Donara Əlibəyliyə ayrılmışdır. Beləliklə çıxarışların etibarsız hesab edilməsi ilə bağlı mübahisənin aidiyyət məsələsinə apellyasiya instansiyası məhkəməsi düzgün qiymət verməmişdir. Bu mübahisə inzibati məhkəmə yurisdiksiyasına aid edildiyindən qanunsuz olaraq ümumi məhkəmədə baxılmış və prosessual qanunvericiliyin tələbləri pozularaq qanunsuz qətnamə çıxarılmışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsini təsdiqləyən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Əvvəla mübahisəli torpaq sahəsinə dair ilkin olaraq X4 verilmiş 21.04.2017-ci il tarixli Çıxarış və X10 adına verilmiş Çıxarışın verilməsinə əsas olan hüquqverən sənədlər mübahisələndirilmədən, ləğv edilmədən məhkəmələr qanunsuz olaraq çıxarışları etibarsız etmişdir. Aydın deyildir hansı əsaslara görə və hansı maddi normaya əsasən məhkəmələr bu qənaətə gəlmişdir. Mübahisəli torpaq sahəsi bağ massivi torpaqları kateqoriyasına aid olmaqla əvvəllər Bakı şəhər İcra Hakimiyyətinin balansında olmaqla bağ təsərrüfatı idarələrinin sərəncamında olmuş, bələdiyyə mülkiyyəti olmamışdır. Daha sonra birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq təsdiqləyən Apellyasiya İnstansiyası Məhkəməsi X9 və Cavabdeh arasında X12 ilə Cavabdeh arasında bağlanmış və 9 saylı notariat kontorunda təsdiqlənmiş 03.05.2017-ci il tarixli və 06.0 5.2017-ci il tarixli alğı-satqı müqavilələrini qanunsuz olaraq etibarsız hesab etmişdir. Mübahisəli torpaq sahələrinə dair alğısatqı müqavilələri bağlanılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bundan əlavə qanunsuz araşdırmanı apararaq belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı ilə XBələdiyyəsi arasında bağlanmış 23.08.2007-ci il tarixli torpaq sahəsinin alğı-satqısına 23.08.2007-ci il tarixli 55 saylı qərarın qanuniliyi öz təsdiqini tapmışdır. Odur ki, bu hal tərəflər üçün preyudisial olduğuna görə kollegiya eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar hə min işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apelyasiya məhkəməsi bu hissədə də səhv nəticəyə gəlmiş və bu mübahisədə MPM-nin 82.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Hazırki işdə mübahisə predmeti N.Bəxtiyarovanm və D.Əlibəylinin adına olan çıxarışların, həmin çıxarışlar əsasında alğı-satqı müqavilələrinin və vicdanlı alıcı olan Cavabdeh adına verilmiş çıxarışın etibarsızlığı ilə bağlıdır. Məhkəmənin istinad etdiyi məhkəmə qətnaməsi isə XBələdiyyəsinin qərarı ilə bağlıdır. Hazırki mübahisədə isə dövlət reyestr xidmətində qeydiyyata alınan mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar mübahisələndirilir. Çıxarışların ləğv edilməsi çıxarışın verilməsinə əsas olan sənədləri ləğv etmir və həmin qətnamənin bu işdə heç bir pre yudisial əhəmiyyəti yoxdur. Cavabdeh vicdanlı alıcıdır və mülkiyyət hüquqlarını qanuni əsaslarla 2017-ci il tarixdə alğısatqı müqavilələri əsasında əldə etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şə xslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ayrıca qərardadla apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın torpaq sahəsinə dair Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, 21.04.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, 21.04.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə mülki işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. Hazırki qərarda isə məhkəmə kollegiyası iddianın X12 və X9 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda bağlanmış 03.05.2017-ci il tarixli və 06.05.2017-ci il tarixli alğı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Cavabdeh adına verilmiş 13.05.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində qanuniliyini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, alğı-satqı müqavilələrinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinin əsası kimi iddiaçı bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin saxta sənədlər əsasında X12 və X1 adına qeydə alınmasına, həmin torpaq sahəsinin əslində ona məxsus olmasına istinad etmişdir. Apellyasiya məh kəməsi mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasının qanuniliyi məhkəmə qaydasında təsdiq olunduğu halda, cavabdehlər X12 və X1 həmin torpaq sahəsinin qanuni əsaslara onlara məxsus olmasını kifayət qədər mötəbər sübutlarla təsdiqləyə bilmədiklərinə əsaslanaraq X12 və X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışları, onlarla digər Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələri və sonuncunun adına verilmiş çıxarış etibarsız hesab etmişdir. Göründüyü kimi, alğı-satqı müqavilələrinin etibarsızlığı həmin müqavilələr üzrə satıcılara verilmiş çıxarışların etibarsızlığı ilə əsaslandırılmış, nə iddiada, nə də apellyasiya məhkəməsinin qətnaməsində müqavilələrin etibarsızlığının başqa qanuni və maddi hüquqi əsası göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X12 və X1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına görə həmin hissədə iş üzrə icraata xitam verildiyindən və nəticədə alğı-satqı müqavilələrinin və onların əsasında verilmiş sonuncu çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar aradan qalxdığından iddianın bu hissəsinin qanuni və maddi əsası qalmamışdır. Odur ki, bu hissədə iddia əsassız sayılmalı və rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7699/2020 nömrəli iş üz rə 25 noyabr 2020-ci il tarixli qətnaməsi, X12 və X9 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda bağlanmış 03.05.2017-ci il tarixli və 06.05.2017-ci il tarixli alğı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Cavabdeh adına verilmiş 13.05.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. X3 və X9 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda bağlanmış 03.05.2017-ci il tarixli və 06.05.2017-ci il tarixli alğı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Cavabdeh adına verilmiş 13.05.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.