Məhkəmə qərarları › İş №2(102)-3009/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3009/2022

26.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3009/2022 26.04.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh oğlu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Quba rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(027)-75/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh oğluna qarşı diplomun etibarsız hesab edilməsi və əmlak müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh oğlu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)389/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-408-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Cavabdeh kassasiya şikayətində “əməyin ödənilməs i və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə” rüsumdan azad olunduğunu qeyd etmişdir. Dövlət rüsumu Haqqında Azərbaycan Respublikasının Qanunun 9.1 maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, yuxarıdakı müddəa iddiaçılara münasibətdə nəzərdə tutulmuşdur, bu səbəbdən də cavabdehə şamil edilə bilməz. MPM-in 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməməsi kassasiya şikayətinin qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)389/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar