Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3009/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi, vindikasiya iddiası, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı “mülkiyyətdə olan torpaq sahəsində özbaşına tikilmiş evin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-214/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 26 se ntyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən ünvan 2 ha torpaq sahəsi tam mülkiyyət hüququ ü zrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən, ünvan 1da yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. xxxqızının mülkiyyətində olan torpaq sahələrində ev tikmişdir. Mübahisə bununla bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ha torpaq sahəsind ə Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən tikilmiş evin cavabdehin hesabına sökülməsi, cavabdehin ünvan 1 ha həyətyanı torpaq sahəsindən, ünvan 1 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən və ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ha torpaq sahəsi, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahələri iddiaçının mülkiyyətindədir. Bu torpaq sahələri cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, ünvan 1 ha torpaq sahəsində isə qanunsuz olaraq ev tikilmişdir.
6. Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına tikinti işləri aparılarkən cavabdehə bu torpaq sahəsinin ona aid olması bildirilsə də cavabdeh bildirmişdir ki, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq baş memarı tərəfindən verilmiş sərəncamda bu torpaq sahəsi ona məxsusdur. Lakin, buna baxmayaraq cavabdeh ona verilmiş sərəncamı əsas gətirərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin birində özbaşına ev tikmiş və digər torpaq sahələrim də zəbt etmiş, giriş darvazası qoymuşdur.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcllənin 152.1, 157.2, 180.1 və 180.4-cü maddələrinə istinad etmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir..
9. İddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsində tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir.
10. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sah ələrinin zəbt edilib-edilməməsi, tikinti aparılıb-aparılmaması ilə bağlı məsələlərə aydınlıq gətirilməsi üçün tikinti texniki ekspertizası təyin etmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən əsasən İddiaçı mülkiyyətində olan 385,0 kv.m həyətyanı torpaq sahəsinin 362,95 kv.m hissəsi, Cavabdeh faktiki istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. (Bax sxem 1) **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400,0 kv.m həyətyanı torpaq sahəsi bütövlüklə, Cavabdeh faktiki istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. (Bax sxem 2) **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400,0 kv.m həyətyanı torpaq sahəsinin 391,67 kv.m hissəsi, Cavabdeh faktiki istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. (Bax sxem 3) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 236,73 kv.m hissəsi **********48 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 1,89 kv.m hi ssəsi **********76 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 17,63 kv.m hissəsi **********87 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin texniki-tikinti ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 10/3722 nömrəli ekspert rəyinə əsasən, Hüquqların X4 daşınmaz əmlakın Dövlət Reyestrində İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********4 8 olan ünvan 1 ha torpaq sahəsi; əmlakın dövlət reyestr nömrəsi **********76 olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və əmlakın dövlət reyestr nömrəsi **********87 olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 6 ünvanda yerləşən həyətyanı torpaq sahəsində kürsü və xarici divarları 40 sm qalınlığında mişarlanmış əhəng daşından, arakəsmələr isə 20 sm qalınlığında boşluqlu kərpicdən hörülmüş, dam hissəsi ağac konstruksiyalardan çardaq şəkildə quraşdırılaraq, şiferlə örtülmüş, iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin texniki-tikinti ekspertizasının 25 may 2022-ci il tarixli, 10/2923 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən, **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 385 m2 həyətyanı torpaq sahəsinin 362,95 m2 hissəsinin, **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400 m2 həyətyanı torpaq sahəsinin bütövlüklə, **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400 m2 həyətyanı torpaq sahəsinin 391,67 m2 hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olundu. "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 m2 torpaq sahəsinin 236,73 m2 hissəsinin **********48 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 1,89 m2 hissəsinin **********76 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəs i ilə, 17,63 m2 hissəsinin isə **********87 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu.
14. Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yerləşən 385 kvadratmetr həyətyanı torpaq sahəsinin 362,95 kvadratmetr hissəsindən, **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Məhəllə E-4, sahə 15də yerləşən 400 kvadratmetr torpaq sahəsindən bütövlüklə və **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Məhəllə E-4, sahə 6-da yerləşən 400 kvadratmetr həyətyanı torpaq sahəsinin 391,67 kvadratmetr hissəsindən Cavabdeh çıxarılması, "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kvadratmetr torpaq sahəsinin 236,73 kvadratmetr hissəsi **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 1,89 kvadratmetr hissəsi **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 17,63 kvadratmetr hissəsi **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst üstə düşdüyündən Cavabdeh tərəfindən inşa edilmiş 263,31 kvadratmetr fərdi yaşayış evinin zəbt edi lmiş əraziyə düşən 256.25 kvadratmetr hissəsinin Cavabdeh vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zaman İmanov)
15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən etmişdir ki, ünvan 1 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində **********48 reyestr nömrəsi ilə, ünvan 2 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində **********76 reyestr nömrəsi ilə, ünvan 1da yerləşən 0,04 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində **********87 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan 385,0 kv.m həyətyanı torpaq sahəsinin 362,95 kv.m hissəsi, **********76 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 400,0 kv.m həyətyanı torpaq sahəsi bütövlüklə, **********87 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 400,0 kv.m həyətyanı torpaq sahəsinin 391,67 kv.m hissəsi cavabdehin faktiki istifadəsindədir.
16. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 236,73 kv.m hissəsi, **********48 reyestr nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 1,89 kv.m hissəsi **********76 reyestr nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 17,63 kv.m hissəsi **********87 reyestr nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üstüstə düşür.
17. İddiaçının mülkiyyətində olan ünvan 1 ha torpaq sahəsi; ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 6 ünvanda yerləşən həyətyanı torpaq sahəsində kürsü və xarici divarları 40 sm qalınlığında mişarlanmış əhəng daşından, arakəsmələr isə 20 sm qalınlığında boşluqlu kərpicdən hörülmüş, dam hissəsi ağac konstruksiyalardan çardaq şəkildə quraşdırılaraq, şiferlə örtülmüş, iki m ərtəbəli fərdi yaşayış evi inşa edilmişdir.
18. İddiaçının mülkiyyətində olan 385 m2 həyətyanı torpaq sahəsinin 362,95 m2 hissəsi, **********76 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 400 m2 həyətyanı torpaq sahəsi bütövlüklə, **********87 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 400 m2 həyətyanı torpaq sahəsinin 391,67 m2 hissəsi cavabdehin faktiki istifadəsindədir.
19. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 m2 torpaq sahəsinin 236,73 m2 hissəsi **********48 reyestr nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 1,89 m2 hissəsi **********76 reyestr nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 17,63 m2 hissəsi isə **********87 reyestr nöm rəli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür.
20. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, iddiaçının mülkiyyətində olan torpaq sahələri faktiki olaraq cavabdehin istifadəsində və sahibliyindədir. Hətta, cavabdeh qanunsuz olaraq zəbt etdiyi torpaq sahələrinin ekspert rəyində göstərilən hissəsində tikili inşa etməklə oradan istifadə edir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır.
21. Birinci instansiya məhkəməsi ekspert rəyləri ilə müəyyən edilən hədlərdə iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.1, 157.2, 162,163.1,164.1,180.1,180.4-cu, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətini dəlilləri belə olub: - iddiaçıya iddia etdiyi mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, Sadıllı Qəsəbəsində yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar tamamilə qanunsuzd ur. İddiaçıya müxtəlif illərdə Bələdiyyə tərəfindən alqı-satqı ilə həmin torpaq sahələri verilmişdir və bu alqı-satqı müqavilələri bağlanarkən 15 mart 2002-ci il tarixli "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əməl edilməmişdir. Həmin Əsasnamənin 22-ci bəndində qeyd edilib ki, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasın a (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; - həmçinin həmin Əsasnamənin 25-1-ci bəndinə görə mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər; - birinci instansiya məhkəməsi qətnamədə qeyd edib ki, iddiaçıya eyni qəsəbədə, eyni ərazidə üç mülkiyyət hüququ ilə torpaq sahəsi məxsusdur. Bu da onu göstərir ki, həmin torpaq sahələrinə mülkiyyət hüququ tanınarkən 15 mart 2002-ci il tarixli "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 25-1-ci bəndinin müddəalarına əməl edilməyib; - "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunu n 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İddiaçıya Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən torpaq sahələrinə mülkiyyət hüququ qeydə alınarkən qanunvericiliyin təl əbləri ciddi şəkildə pozulmuşdur; - ümumiyyətlə, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin satışının hərrac və müsabiqə qaydasına əməl edilməmişdir; - birinci instansiya məhkəməsi qətnaməsi qət edib ki, mülkiyyət hüququ ididaçıya məxsus olduğu üçün cavabdeh həmin ərazidən çıxarılmalı, qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Çünki iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə mülkiyyət hüququ qanunvericiliyin tələbləri pozulmaqla tanınmışdır. Buna görə də iddiaçının həmin torpaq sahələrinə mülkiyyət hüququ mübahisə doğurur; - birinci instansiya məhkəməsinə ona görə sübutlar təqdim edə bilməmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahələrinə mülkiyyət hüququnu qanunvericiliyin tələblərini pozmaqla əldə etmə si cavabdehə yalnız 05 sentyabr 2022-ci il tarixdə məlum olmuşdur.
25. Cavabdeh apellyasiya baxışında vəsatət verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququna dair istinad etdiyi sənədlərin verilməsinə əsas olmuş Gəncə İnzibati Məhkəməsini 17 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və özünün həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı müraciət etmişdir.
26. Cavabdehin həmin vəsatəti əsasında hazırki işin icraatı apellyasiya baxışında dayandırılmış, cavabdehin şikayəti Gəncə Apellyasiya Məhkəməsini İnzibati Kollegiyasını 15 fevral 2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir.
27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-214/2023 nömrəli, 14 aprel 2023-cü il tarixl i qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Aygül İsgəndərova, Fikrət Mehtiyev)
28. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavadbehin apellyasiya şikayətinin dəlili iddiaçıya məxsus mülkiyyət hüququna dair qeydin (“Çıxarış”ların) qanunsuz olması ilə bağlı olmuşdur ki, cavabdeh iddiaçının mülkiyyət hüququna dair qeydinin ləğvini mübahisələndirməsi və həmin qeydlərin ləğv edilməsi ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq onu da vurğulayıb ki, iş üzrə icraat dayandırılmış, buna da səbəb cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 saylı, 01 noyabr 2022-ci il tarixli məktubunda Gəncə İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(114)547/2020 saylı qərarının ləğv edilməsi və cavabdehin üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmə barədə ərizəsinə baxılması ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinin icraatında işin olması olmuşdur. Lakin sonradan hazırkı iş üzrə iddiaçının istinad etdiyi etdiyi mülkiyyət hüquna dair qeydlərin Gəncə İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(114)-547/2020 saylı qərarı əsasında aparılmadığı müəyyən edildiyindən iş üzrə icraat təzələnmiş və mahiyyəti üzrə baxılmışdır. Cavabdeh məhkəmə iclasına gəlməməklə yanaşı, hazırkı iş üzrə iddiaçının iddia etdiyi mülkiyyət hüququna dair qeydlərin də tərəfindən mübahisələndirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiy indən iş üzrə icraatın yenidən dayandırılması ilə bağlı məsələyə də baxmaq mümkün olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi və üzərində olan tikili cavabdehin istifadəsində olmasına baxmayaraq, məhkəmə bu hala diqqət yetirməmiş, onun hüquqlarını pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh torpaq sahəsində olan tikilini özbaşına yox, müvafiq icra hakimiyyətinin sərəncamı əsasında tikmişdir. Məhkəmə iddiaçının mülkiyyət hüququnu qorusa da, cavabdehin tikintiyə gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Bundan əlavə, məhkəmə qətnamədə məlumat verilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasında iştirak etməməyini göstərsə də, ona ümumiyyətlə, məhkəmənin keçirilmə yeri və vaxtı barədə məlumat verilməmişdir. Bununla da məhkəmə çəkişmə prinsipini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2 Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3 İstifadə hüququ-əmlakdan (əşyadan) onun fa ydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödə nilir. Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
38. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
39. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şə rti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən torpaq sahələri iddiaçının mülkiyyətindədir, iddiaçıya məxsus həmin 3 torpaq sahəsindən cavabdeh buna hər hansı hüququ olmadan istifadə edir. Qeyd edilən torpaq sahələrindən istifadə etməsini və orada ev inşa etməsini cavabdeh də mübahisələndirmir. Lakin cavabdeh iddiaya etirazının əsası və kassasiya şikayətinin dəlili kimi iddiaçının qeyd edilən torpaq sahələrini qanunsuz əldə etməsinə istinad edərək, iddiaçının mülkiyyət hüquqlarını mübahisələndirir. Cavabdehin bu dəlili hazırki işin predmeti de yil. Apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir ki, cavabdeh iddiaçının mülkiyyət hüququna dair qeydin ləğvini mübahisələndirməsi və həmin qeydlərin ləğv edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
42. Bu baxımdan, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
43. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi və nəticədə çəkişmə prinsipinin pozulması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər iş materialları ilə təkzib edilir. Belə ki, cavabdehə məhkəmə baxışının yeri və vaxtı barədə bildiriş göndərilmiş və işdə olan poçt xəbərnaməsindən görünür ki, cavabdeh həmin bildiri şi alsa da, məhkəmədə iştirak etməmiş, məhkəmə baxışını təxirə salınması barədə isə hər hansı vəsatət verməmişdir. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə isə işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
44. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin cavabdehin iştirakı olmadan işə baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
45. Məhkəm ə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-214/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.