Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-301/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5rşı iş üzrə QƏRARİ iş № 2(102)-301/22 (Açar sözlər: işə bərpa, əmək müqaviləsinin müddətli bağlanmasının zəruriliyi) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vək il3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5rşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, müqavilənin müddətsiz hesab edilməsi, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş əmək haqqının verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6974/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrd ə işləyən mütəxəssis olub.
2. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən iddiaçının işlədiyi tədris mərkəzi ləğv edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X8 yaradılmışdır.
3. İddiaçı 29 mart 2020-ci ildə işdən azad edilməsi və eyni tarixli ərizə ilə də yeni yaradılmış Milli Observatoriyaya işə qəbulla bağlı ərizə yazmışdır. İddiaçı ilə 30 mart 2020ci il tarixdə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır.
4. Observatoriyanın idarə heyətinin sədri vəzifəsini icra edən Elşən Əsədo vun 30 iyun 2020-ci il tarixli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5rşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, barəsində qəbul edimiş əmrin ləğv edilməsi, Observatoriyada əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşüraların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur.
7. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 №-li Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 04 iyun tarixli, 775 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 №-li Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X8 yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edil mişdir.
8. ETTM-in ləğvi ilə bağlı iddiaçı 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edilərək (pandemiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur edilb ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də iddiaçıya yeni yaradılmış Observatoriyada işlə təmin olunmağına dair ərizə yazdırıblar.
9. İddiaçı 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 №-li sənədə əsasən 2020-ci il 29 mart tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar iddiaçı evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildiriblər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir.
10. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində işləmiş və həmin qurum ləğv edildiyi ərəfədə ona və qurumun digər işçilərinə öz xahişləri ilə işdən azad edilmələri barədə ərizə yazdırmışlar. Sonradan pandemiyanı bəhanə edərək onlara 2 saatlıq sms icazə götürüb təcili olaraq işə gəlmələrini və məzmunu ilə tanış olmadıqları sənədlərə imza etdirmişlər. Sonradan məlum olmuşdur ki, onlarla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddəti bitdikdən sonra onlara sadə cə deyilmişdir ki, rəhbərlik onlarla yeni yaradılmış idarədə işləmək istəmir. Bunu eşitdikdən sonra onlar dərhal aidiyyəti qurumlara şikayət etməyə başlamış, lakin bu, heç bir nəticə verməmişdir.
11. İddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunsuz idi. Belə ki, iddiaçının işinin xüsusiyyətlərinə görə bunun üçün heç bir əsas olmamışdır
12. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh təşkilatın nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitmişdir. Hal-hazırda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab ediləcəyi təqdirdə, bu işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnəcək.
14. X4 mübahisə predme ti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1733/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6 30.06.2020-ci il tarixli, **********5 nömrəli əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6ə “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və onunla 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, 30 iy un 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Nigar Nəbizadə)
16. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı 09.01.2017-ci il tarixdən Əmək və Sosial Problemlər üzrə X1 işləmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 18.01.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edil məsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2019-cu il tarixli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın iki ay müddətində yaradılması qərara alınmışdır. 04 iyul 2 019-cu il tarixli Fərmanın icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X8 yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilmişdir.
17. Birinci instansiya məhkəməsi işin hallarını, o cümlədən iddiaçının işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürərək hesab edib ki, iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin işçinin əmək funksiyasının daimi xaraktera malik olması qabaqcadan bəlli olmuş və iddiaçının əmək müqaviləsi əvvəl müddətisiz olduğu halda, yeni əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. Belə ki, İddiaçı 2020-cin ilin mart ayınadək əmək haqqı aldığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzindən öz xahişi ilə işdən azad edildiyindən sonra 30.03.2020-ci il tarixdə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxşə müddətli əmək müqaviləsinə əsasən işə qəbul edilməsi nəzərə alınarsa, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması şübhə doğurur.
18. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin ba ğlanması qanunsuzdur və nəticədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsi, 35-ci maddəsi, Əmək Məcəlləsinin 43, 47-ci maddələri, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şər h edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli Qərаrı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
21. Apelyasiya şikayətinin dəlilləri: - iş üzrə tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30 iyun 2020-ci il tarixdə bitmişdir. 30 iyun 2020-ci il tarixli, **********5 nömrəli əmr ilə İddiaçı Milli Observatoriyanın "Əmək bazarının monitorinqi və təhlili" şöbəsinin mütəxəssisi vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmək qan unvericiliyinin normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Başqa sözlə, əmək qanunvericiliyi heç də əmək müqaviləsinin müddətli bağlanmasını təkcə işçinin əmək funksiyalarının icrasının müddətli və ya müvəqqəti xarakter daşıması ilə şərtləndirməmiş, hətta işçinin əmək funksiyalarının icrasının mütəmadi xarakter daşıması halında da tərəflərin qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasını mümkün və qanuni hesab etmişdir (Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi): - tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsini n f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gələrək iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. Həmçinin məhkəmə iddia tələbindən kənara çıxaraq nəticə etibarilə tərəflər arasında 30 ma rt 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına hüquqi qiymət vermiş və faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş müqavilə müddəasının doğurduğu hüquqi nəticələri ləğv etmişdir. Halbuki iş üzrə materiallardan göründüyü kimi tərəf əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir; - məhkəmə maddi hüquq normalarını pozaraq və səhv təfsir edərək Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanıla bilməsi hüquqi imkanını nəzərə almadan işçi ilə əmək müqaviləsinin müddətli bağlana bilməməsi qənaətinə gəlmiş, eyni zamanda prosessual hüquq normalarını pozaraq iddia tələbinin həcmindən kənara çıxmaqla f aktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş əqdin (müqavilənin) doğurduğu hüquqi nəticələrin (əmək müqaviləsinə xitam verilməsi barədə əmr və s.) ləğvi barədə qətnamə çıxarmışdır. Halbuki, əqdin özü mübahisələndirilmədən onun doğurduğu hüquqi nəticələr ayrıca və müstəqil mübahisə predmeti ola bilməz; - iddiaçının əvvəlki iş yeri olan ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə ElmiTədqiqat və Tədris Mərkəzi isə Milli Observatoriyadan tamamilə fərqli olaraq müvafiq sahələrdə elmi tədqiqatlar aparan və nazirlik sistemində avtomatlaşdırılmış idarəetmə sistemləri yaradılması və mütəxəssislərin ixtisasının artırılmasını həyata keçirən əsas və əlaqələndirici təşkilat kimi ixtisaslaşdırılmış, tərkibində məşvərətçi hüquqa malik Elmi Şura fəaliyyət göstərmiş, müxtəlif ölkəl ərin elmi-tədqiqat təşkilatları ilə yaradıcılıq əlaqələri olan, aspirantura və dissertantura vasitəsilə müvafiq sahələrdə mütəxəssislər hazırlayan elm və tədris mərkəzi olmuşdur. Qeyd olunan funksiyaları Azərbaycan Respublikasının təhsil sisteminə daxil olan digər təhsil müəssisələri həyata keçirdiyindən Mərkəzin perspektiv fəaliyyətinə lüzum qalmamış və Mərkəz ləğv edilmişdir. Yeni yaradılan X8 iddiaçının əvvəl işlədiyi Mərkəzin fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti tamamilə fərqli xarakter daşımış, Mərkəz sırf nəzəri, elmi-tədqiqat və kadr hazırlığı müəssisəsi kimi fəaliyyət göstərsə də, Milli Observatoriya müvafiq sahədə empirik və praktiki fəaliyyət göstərən, bu sahədə monitorinq və sorğuların təşkili kimi tətbiqi fəaliyyətlə məşğul o lan X8 qismində yaradılmışdır; - ləğv edilmiş Mərkəzin sərbəstləşən işçiləri, o cümlədən iddiaçı Milli Observatoriyaya ərizə ilə müraciət edərək işlə təmin olunmalarını xahiş etmiş, Milli Observatoriya da öz növbəsində faktiki olaraq sınaq müddəti məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 3 aylıq müddətli əmək müqaviləsi bağlanılmaqla onları işlə təmin etmiş, həmin müddət ərzində ləğv edilmiş Mərkəzin işlə təmin edilmiş sərbəstləşən işçilərinin fəaliyyətinin təhlili və qiymətləndirilməsi aparılmış, qiymətləndirmənin nəticələri həmin əməkdaşların birbaşa struktur bölmə rəhbərlərinin şifahi rəyləri, işə davamiyyəti, nizamintizam qaydalarına riayət etmələri, ünsiyyət və kommunikasiya, həmçinin komandada işləmək potensialları və s. keyfiyyətləri nəzərə alınmaqla müəyyən edilmiş və bi r sıra əməkdaşların əmək müqavilələrinin müddətinin uzadılmaması məqsədəuyğun hesab edilmişdir. Həmin əməkdaşlardan biri də iddiaçı olmuşdur; - işəgötürən ləğv edilmiş Mərkəzin sərbəstləşən işçilərini faktiki olaraq sınaq müddəti üçün yeni yaradılmış quruma işə götürmüş, onlarla bağlanan əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş, bunu istisna edən hər hansı bir fakt və ya sübut mövcud olmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6974/2021 nömrəli 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cə fərov, Emin Mehdiyev)
23. Apellyasiya məhkəməsi müəyyən edib ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir.
24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qa nuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
25. Apellyasiya məhkəməsi iddiaçının onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması dəlilinə münasibətdə qeyd edib ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır.
26. Apellyasiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsi, 43-c ü maddəsinin 1-ci hissəsi, 45-ci maddəsinin 1-ci və 4-cü hissələri, 47-ci maddəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil3) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri: - iddiaçının təyin olunduğu vəzifə üzrə əmək funksiyası və göstərilən xidmətlərin daimi xarakter daşıması cavabdehə qabaqcadan bəlli idi. Bu səbəbdən iddiaçı ilə əmək müqviləsi müddətli bağlana bilməzdi; - əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipi nə əməl edilməyib; - cavabdehin nümayəndəsi əmək müqaviləsinin məhz Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun bağlandığını birinci instansiya məhkəməsində göstərməmişdir; - apellyasiya məhkəməsi sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qay dada xəbərdar edilsələr də, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X6 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndələri məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 45. 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45 4-cü hissə Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə g örə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə
47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcmini n və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) b u Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68. 2-ci hissə. “b” bəndi. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən ona istinad edib ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivə sində müddətli bağlanmışdır. (hazırki qərarın 25-ci bəndi)
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 09.01.2017-ci il tarixdən Əmək və Sosial Problemlər üzrə X1 işləmiş, Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2019-cu il tarixli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respubli kasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması qərara alınmışdır. 04 iyul 2019-cu il tarixli Fərmanın icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X8 yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilmişdir. Həmçinin müəyyən edilib ki, iddiaçının əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni yaradılmış hüquqi şəxsdə bağlanan əmək müqaviləsi müddətli olmaqla 3 ay müddətinə bağlanmışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
37. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.
38. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xara kter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür, apellyasiya məhkəməsi də buna hər hansı aydınlıq gətirməmişdir.
39. Bu baxımdan, apellyasiya məhkəməsinin iddianı rədd edərkən bunu Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını məhkəmə kollegiyası əsaslı saymır.
40. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanrkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.
41. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35 -ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
42. Barəsində kassasiya şikayəti verilən qətnamədən isə görünür ki, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən işin bu halına apellyasiya məhkəməsi qiymət vermədən, iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməıli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli dir.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6974/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.