Məhkəmə qərarları › İş №2(102)-301/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-301/2024

15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-301/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-301/2024 (Açar sözlər: əqdin etibarsızlığı, əmlak bölgüsü, vicdanlı əldə edən) Bakı şəhəri, 15 yanvar 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əqdlərin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4193/2023 nömrəli, 06 sentyabr 2023-cü il tari xli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olublar.

2. Tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X15 adlı iki uşaqları var.

3. Tərəflərin birgə nikah vaxtı əldə etdikləri “Hyundai Accent” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınıb, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 avtomobili alqı-satqı müqaviləsi əsasında 6000 manata Cavabdeh2 adına keçirmişdir.

4. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə avtomobili alqı-satqı müqaviləsi əsasında 13150 manata Cavabdeh3 satmışdır.

5. Xəz ər rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8 xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, 29 avqust 2021ci il tarixdə saat 15 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev döngə 3 ünvanında yerləşən evin həyətində İddiaçı mübahisə zəminində X5 baş-beynin silkələnməsi halında qapalı kəllə beyin travması, təpə nahiyəsinin hematoması, sol bazunun qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işi üzrə X4 və İddiaçı “zərər ç əkmiş şəxs” statuslarına da xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi (tələbin həcminin artırılması barədə ərizə) ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **-CG-*** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli “Hyundai Accent” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022ci il tarixli **-CG-*** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli “Hyundai Accent” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin əvvəlki hüquqi vəziyyətə qaytarılması və birgə nikah dövründə ə ldə olunmuş əmlak olan “Hyundaı Accent” minik avtomobilinin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının Cavabdeh1la ailə münasibətləri tamamilə bitmişdir. Cavabdeh onu zorakı şəkildə yaşadıqları ünvan 2 ünvanından şərböhtan ataraq qovmuş və bununla bağlı aidiyyəti üzrə polis orqanına şikayət edilmiş, lakin cavabdehin böhtanları polis orqanları tərəfindən əsassız hesab edilmişdir.

8. Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə ** CG *** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli, “Hyundaı Accent” minik markalı avtomobil iddiaçının xəbəri olmadan Cavabdeh2 adına keçirilmişdir.

9. Cavabdeh2 Cavabdeh1 yaxın qohumudur və birgə nikah dövründə əldə edilmiş həmin avtomobili formal olaraq Cavabdeh2 adına keçirilmişdir. Avtomobilə dair Cavabdeh1 qardaşı X9 etibarnamə verilmişdir və həmin avtomobili X13 istifadə edir.

10. Bundan sonra Cavabdeh2 avtomobili Cavabdeh3 satmışdır. Sözügedən alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlak olan “Hyundai Accent” minik avtomobilinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması mütləq və zəruridir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 31 və 32-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh1 iddiaya etiraz vermişdir və birinci instansiya məhkəməsində həmin etirazı müdafiə edərək göstərmişdir ki, o, iddiaçının anasının müalicəsi üçün kənar şəxslərdən xeyl i miqdarda borc pul almışdır. Belə ki, 2021-ci ilin iyun-iyul aylarında Mehdi adlı şəxsdən 4000 dollar, Elnur adlı şəxsdən 1500 dollar borc pul almışdır. 2021-ci ilin aprel ayının 21-də 3000 dollar, yenə də 2021-ci ilin mart ayında 1000 dollar da Türkiyə və Ukrayna Respublikasında olan tanışlarından aldığı borc məbləğini “Western union” pul köçürmə ilə birbaşa Bakı şəhərinə göndərmiş, həmin pulu iddiaçı özü qəbul etmişdir. İddiaçı ondan dərman satışı üçün biznes qurmaq üçün də pul istəyirdi. İddiaçı ondan anasının müalicəsi üçün borc almasını özü xahiş etmişdir. 2021-ci ilin avqust ayında Bakı şəhərinə qayıdan zaman iddiaçının ona xəyanət etdiyini öyrənmişdir. Nəqliyyat vasitəsi iddiaçı tərəfindən onun verdiyi etibarnamə əsasında onun icazəsi olmadan 2021-ci ilin may ayında müxtəlif şəxslə rə satılmışdır. Sonradan o, bundan xəbər tutaraq nəqliyyat vasitəsini geri ala bilmişdir. Yuxanda qeyd edilən borcların qaytarılması üçün tanışı Cavabdeh2 10.000 manat məbləğində pul almışdır. Ona olan borcundan 4000 manat qaytarsa da, 6000 manatını qaytarmağa pulu olmadğı üçün bunun müqabilində o, nəqliyyat vasitəsini ona satmalı olmuşdur. Avtomobil nasaz vəziyyətdə olduğundan avtomobili Cavabdeh2 6000 manata satmışdır. Nəqliyyat vasitəsi Cavabdeh2 satıldıqdan sonra ona Cavabdeh2 tərəfindən heç bir etibarnamə verilməmişdir. Odur ki, iddia əsassızdır.

13. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi (vəkili) X6 Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iddianı q əbul etməyərək göstərmişdir ki, Cavabdeh2 əvvələr də tanıdığı dostu X7 qardaşı olan Cavabdeh1 ondan qayınanası və uşağının müalicəsi üçün başqa şəxslərdən aldığı borcun qaytarılması üçün bir ay müddətinə borc pul istəmiş və Cavabdeh2 2021-ci ilin avqust ayında Cavabdeh1 10000 manat məbləğində borc pul vermişdir. Borc məbləğini alarkən Cavabdeh1 bildirmişdir ki, qısa zamanda borc məbləğini qaytaracaqdır. Borc məbləğindən 4000 manatı 2021-ci ilin sentyabr ayının ilk həftəsində Cavabdeh1 qaytarsa da, 6000 manat borc qalmışdır. Cavabdeh1 Cavabdeh2 borc almasını və 4000 manat məbləğində borcun qaytarılmasını iddiaçı və Cavabdeh1 digər ailə üzvləri və bir neçə yaxın adamları da bilirdi. Cavabdeh2 Cavabdeh1 borcunun qaytarılmasını dəfələrlə istəmiş və Cavabdeh1 ona ailəsində problemləri olduğunu və borcun qaytarılması üçün ona əlavə vaxt verməsini xahiş etmişdir. Cavabdeh2 da Cavabdeh1 çox gözləyə bilməyəcəyini, özünə də pul lazım olduğunu bildirmişdir. Cavabdeh1 da pulunun olmadığını bildirib borcunun müqabilində nəqliyyat vasitəsinin ona sata biləcəyini demişdir. Cavabdeh1 qayınanasının Almaniya Respublikasında müalicəsi üçün Cavabdeh2 aldığı borcdan qalan 6000 manat məbləğinin müqabilində mübahisə predmeti olan nəqliyyat vasitəsini Cavabdeh2 vermişdir. Nəqliyyat vasitəsi satlılarkən elə də yaxşı vəziyyətdə deyildi və Cavabdeh2 maşının təmiri üçün əlavə vəsait xərcləməyə məcbur olmuşdur. Bundan əlavə Cavabdeh2 Cavabdeh1 yaxın qohumu deyil. Nəqliyyat vasitəsini aldıqdan sonra da Cavabdeh1 heç bir etibarnamə verməmişdir. Nəqliyyat vasitəsini aldıqdan 3 ay sonra, yəni xx.xx.2021-ci ildə nəqliyyat vasitəsini hərdən idarə olunması üçün dostu X.Məcnunova etibarnamə vermişdir. Xəzər Cavabdeh2 dostudur, 3 kiçik uşaqları var. Bəzən onları harasa aparmaq üçün nəqliyyat vasitəsi lazım olurdu, dostu taksi ilə kiçik uşaqlarla əziyyət çəkməsin deyə nəqliyyat vasitəsi özünə lazım olmadıqda bir necə dəfə onun tərəfindən idarə olunub. Mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsi üçün onun X.Məcnunova verdiyi etibarnamənin müddəti bir illikdir. Məhkəmə gedişi zamanı mübahisələndirilən avtomobil Cavabdeh3 satılmışdır.

15. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddiaya etiraz edərk göstərmişdir ki, o, maşın barədə elanı “Turbo.az” saytında görmüş və avqust ayında maşını 13150 manat pul verərək almışdır. Onun əvvəllər Cavabdeh2 ilə tanışlığı olmamışdır. Maşını şəxsən Cavabdeh2 almışdır. O, maşını alanda maşın normal vəziyyətdə olmuş, yalnız 300 manata qədər kosmetik xərci var idi. Cavabdeh1 nə əvvəllər, nə də ki, indi tanımır.

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)121/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2008-ci il buraxılışlı, “Hyundai Accent” markalı, **-CG-*** (**-OV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin dəyərinin 13150 manat müəyyən edilməklə, həmin məbləğ üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi, payına uyğun məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim Rübabə Qafarova)

17. Biri nci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Hyundai Accent” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınıb, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 avtomobili alqı-satqı müqaviləsi əsasında 6000 manata Cavabdeh2 adına keçirmiş, sonuncu isə xx.xx.2022-ci il tarixdə avtomobili alqı-satqı müqaviləsi əsasında 13150 manata Cavabdeh3 satmışdır.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Möhsun Məcnunovun iuddiaya etiraz olaraq iddiaçının anasının müalicəsi üçün tanışı olan digər Cavabdeh2 10.000 manat məbləğində pul alması, sonuncuya olan borcundan 4000 manat qaytarsa da, 6000 manatını qaytarmağa pulu olmadığından nəqliyyat vasitəsini ona satmalı olması barədə dəlilləri iş materialları öz təsdiqini tapmır.

19. Bundan başqa, Cavabdeh3 2022-ci ilin avqust ayında maşını 13150 manata Cavabdeh2 almış, Cavabdeh1 avtomobili 2021-ci ilin sentyabr ayında Cavabdeh2 6000 manata satmasının səbəbi olaraq avtomobilin nasaz vəziyyətdə olmasını, Cavabdeh2 isə avtomobili alandan sonra ona əlavə vəsait sərf etdiyi və bu səbəbdən 13150 manata satdığını bildirsə də, hər iki cavabdeh qeyd edilən hallara dair hər hansı bir sübutu məhkəmə təqdim etməmişlər.

20. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Cavabdeh2 Cavabdeh1 tanışı olduğu işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh2 özü də Cavabdeh1 qardaşı ilə yaxın dost olduğunu və bu səbəbdən ona avtomobilin idarə edilməsi üçün etibarnamə verdiyini bildirmişdir. Belə olan halda avtomobili əldə edərkən Cavabdeh2 həmin avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 n ikahda olduğundan və mübahisəli avtomobilə mülkiyyətçinin arvadının iddiasının olmasından məlumatlı idi.

21. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız əqddir, belə ki, alqı-satqı müqaviləsi formal olaraq yalnız görünüş yaratmaq məqsədi ilə bağlanmışdır.

22. Digər tərəfdən avtomobil xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh3 satılmışdır.

23. Birinci instansiya məhkəməsi sonuncu alıcı Cavabdeh3 vicdanlı əldə edən olubolmaması ilə bağlı “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Resp ublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, Cavabdeh3 avtomobili əldə edərkən həmin avtomobilə başqa şəxslərin iddiasının olmasından məlumatlı olmadığından, o, vicdanlı əldə edən hesab edilir. Bu səbəbdən, Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin də etibarsız hesab olunması barədə tələb təmin oluna bilməz.

24. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız olduğu üçün həmin müqavilədə göstərilən avtomobilin dəyəri olaraq 6000 manat məbləğində pulun alıcı tərəfindən satıcıya verilməsi real olmamışdır, buna görə də avtomobilin real dəyəri Cavabdeh3 satılması barədə alqısatqı müqaviləsində göstərilən 13150 mana t qəbul edilməklə, həmin məbləğ iddiaçının payına uyğun olaraq bölünməlidir. Çünki həmin avtomobil 2020-ci il tarixdə qeydiyyata alınmaqla, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunur, buna görə də avtomobilin dəyəri olan 13150 manat məbləğində pul vəsaiti üzərində 1/2 hissədə İddiaçı payı müəyyən edilməli və həmin paya uyğun pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

25. Birinci instansiya məhkəməsinin qənaətinə görə nəqliyyat vasitəsinin satılması üzrə birgə mülkiyyət hüququna malik iddiaçıya məlumat vermədən və qanunvericiliklə birgə mülkiyyətin satışı üzrə prosedur qaydasına riayət etmədiyindən, Cavabdeh1 iddiaçının xeyrinə sözügedən məbləğin tutulmasını qanunidir. Belə ki, iddiaçı birgə mülkiyyətə üstünlük hüququna malik olan şəxs kimi mü əyyən edilən əmlak dəyərinə mütənasib olaraq az olmayan təminatda mülkiyyət hüququndan mərhum edilmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 324, 337.1, 337.3, 337.4, 337.5, 340-cı, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilmişi hissəsində ləğv, iddia tələbinin tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayətinin dəlilləri: - məhkəməyə borc məbləğinin verilməsinə dair müxtəlif ödəniş qəbzlərini və iddiaçı ilə “WhatsApp” sosial şəbəkə üzərindən olan yazışmalar təqdim edilsə də məhkəmə bu sübutlara hüquqi qiymət ve rməmişdir, halbuki bu sübutlarla nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən borc müqabilində digər Cavabdeh2 verildiyi sübuta yetirilir; - əslində iddiaçı 11500 manat pulu özü xərcləmiş, nəqliyyat vasitəsi satıldığından Respublika ərazisinə gəldikdən sonra xəbər tutan Cavabdeh1 verilmiş etibarnamənin ləğv etdikdən sonra pulunu geri tələb edən X1 Raidə İmran qızından mülki qaydada pulunu geri tələb etmiş və Sabunçu Rayon Məhkəməsi də xx.xx.2022-ci iltarixl, 2(008)-3195/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Əslində Cavabdeh1 vasitəsini 2021-ci ilin fevral ayından avqust ayına kimi məhz Raida Rəhimovanın anasının müalicəsi üçün aldığı borcların qaytarılması üçün satdığını sonuncu gözəl bilir; - Cavabdeh2 həmin nəqliyyat vasitəsini öz vəsaiti hesabına yaxşılaşdırdığından sonr a 13150 manata satıb. Belə ki, nəqliyyat vasitəsinin 4 təkəri yenisi ilə dəyişib, “naklatkası” dəyişib, mühərrikin iç kəməri, yağı, ön futulkası, benzin nasos hissəsi dəyişdirilib. Bu təqdirdə Cavabdeh1 niyə nəqliyyat vasitəsinə görə almadığı pulu iddiaçıya ödəməlidir. Nəqliyyat vasitəsinin Cavabdeh2 tərəfindən yaxşlaşdırılmasına dair şahidlər vardır. Apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən avtomobilin dəyərinin müəyyən edilməsi üçün 19 iyul 2023-cü il tarixli qərardadla qiymətləndirmə təyin etmiş və qiymətləndirməni "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən həmin tarixə avtomobilin bazar dəyəri 13500 manat, likvid dəyəri 12825 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-4193/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-121/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Sabit Bəhrəmzadə(sədrlik edən və məruzəçi), Elnur Həsənov, Xumar Mərdanova) Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı həmin avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız olduğunu iki dəlillə əsaslandırmışdır: 1) avtomobilin özgəninkiləşdirilməsi üçün onun razılığı tələb olunduğu halda belə razılığı olmaması; 2) avtomobilin ər-arvad arasında əmlak bölgüsünün predmeti olmaması üçün formal olaraq Cavabdeh2 adına keçirilməsi – alqı-satqı müqaviləsinin görünüş üçün bağlanması. Cavabdeh1 iddiaç ının anasının müalicəsi üçün müxtəlif şəxslərdən borc aldığını, həmin borcların qaytarılması üçün tanışı olan digər cavadbeh Cavabdeh2 10.000 manat məbləğində pul aldığını, borcundan bir az qaytarsa da, 6000 manatını qaytarmağa pulu olmadığını və bunun müqabilində sözügedən nəqliyyat vasitəsini ona borc əvəzinə 5000 manat müqavilədə göstərməklə Cavabdeh2 satmasını bildirərək iddiaya etiraz etmişdir. Cavabdeh2 iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, Cavabdeh1 ondan 10.000 manat məbləğində borc pul almışdır. Borcundan 4000 manat qaytarsa da, 6000 manat borclu qalmış və bunun müqabilində Cavabdeh1 nəqliyyat vasitəsini ona satmışdır. Digər Cavabdeh3 isə avtomobilin satışı barədə elanı “Turbo.az” saytında gördüyünü və avqust ayında maşını 13150 manat pul verərək aldığını, əvvəllər Cavabdeh2la tanışlığı olmadığını, maşını şəxsən Cavabdeh2 aldığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin qeyd edilən hallarına uyğun olaraq birinci instansiya məhkəməsi avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin formal olaraq yalnız görünüş yaratmaq məqsədini güddüyünə əsaslanaraq Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi barədə düzgün nəticəyə gəlmiş və maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına görə Cavabdeh2 Cavabdeh1la tanışlığı olmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 qardaşı ilə yaxın dost oldu ğunu və bu səbəbdən ona avtomobilin idarə edilməsi üçün etibarnamə verdiyini bildirmişdir. Cavabdeh Möhsun Məcnunov iddiaçının anasının müalicəsi üçün tanışı olan digər cavadbeh Cavabdeh2 10.000 manat məbləğində pul aldığını, sonuncuya olan borcundan 4000 manat qaytarsa da, 6000 manatını qaytarmağa pulu olmadığından nəqliyyat vasitəsini ona satmalı olduğunu bildirsə də, iş materialları ilə bu fakt öz təsdiqini tapmamışdır. Möhsun Məcnunov və Ceyhun Cavabdeh2 aralarında borc münasibətlərinin olması barədə məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən şəxslərin aralarında borc münasibətlərinin olmasına dair etirafedici izahatlarını aralarında tanışlıq münasibətləri olduğundan səmimi qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsi vurğul amışdır ki, iddiaçı əqdin bağlanmasına yazılı razılıq verməmişdir. İş materialları ilə iddiaçının əqdin bağlanmasına şifahi razılıq verdiyi də müəyyən olunmur. Eyni zamanda iş materiallarına əsasən əqd bağlandığı tarixdə iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətləri artıq mübahisəli vəziyyətdə olmuşdur. Belə ki, işdə olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçı ilə Cavabdeh1, onun ailə üzvləri arasında ailə münaqişəsi zəminində mübahisə baş vermişdir. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı ilə Cavabdeh1 arasında münasibətlər artıq gərgin olmuş, avtomobilin alqı-satqısına iddiaçının razılığı olmamışdır. İşin sadalanan halları, habelə avtomobilin sa tıldığı dövrdə iddiaçı ilə Cavabdeh1 arasında mövcud olmuş münasibətlər, avtomobilin sonuncu tərəfindən alqı-satqı müqaviləsinə əsasən yaxın tanışının adına özgəninkiləşdirilməsi əslində həmin müqavilənin görünüş üçün bağlandığına dəlalət edir. Buna görə də iddiaçının onun razılığı olmadan bağlanmış, birgə nikah dövründə əldə edilmiş avtomobilin alqı-satqısı barədə müqaviləni mübahisələndirmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 2022-ci ilin avqust ayında maşını 13150 manata Cavabdeh2 almışdır. Cavabdeh1 avtomobili 2021-ci ilin sentyabr ayında Cavabdeh2 6000 manata satmasının səbəbinin avtomobilin nasaz vəziyyətdə olması ilə əsaslandırmış, Cavabdeh2 isə avtomobili alandan sonra ona əlavə vəsait sərf etdiyi və bu səbəbdən 13150 manata satdığını bild irmişdir. Lakin tərəflərin heç biri qeyd edilən hallara dair hər hansı sübutları məhkəmə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, qiymətləndiricinin rəyinə və tərəflərin izahatlarına əsasən hesab etmişdir ki, alqı-satqı müqaviləsində avtomobilin satış qiyməti kimi göstərilən 13150 manat ekspert rəyinə yaxın məbləğdir və real məbləğ kimi qəbul edilməlidir. Bu da onu göstərir ki, Cavabdeh2 avtomobili alandan sonra ona əlavə vəsait sərf etdiyi, yaxşılaşdırmalar apardığı və bu səbəbdən 13150 manata satdığı barədə dəlilləri nə birinci, nə də apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız olduğu üçün həmin müqavilədə göstərilən avtomobilin dəyəri olaraq göstərilən məbləğ alıcı tərəfindən satı cıya verilməsi real olmamışdır, buna görə də avtomobilin real dəyəri Cavabdeh3 satılması barədə alqı-satqı müqaviləsində göstərilən 13150 manat qəbul edilməklə, həmin məbləğ iddiaçının payına uyğun olaraq bölünməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 337.1, 337.3, 337.4, 337.5, 340.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.3-cü və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c)Kassasiya şikayətinin dəlilləri pp Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. qq Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, uydurma əqddən bəhs edilə bilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə gerçəkləşmiş olması lazımdır: 1) əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdır. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdır; 2) Uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır. Mövcud situasiyada isə bunların heç biri öz əksini tapmır. Yəni nəqliyyat vasitəsi faktiki Cavabdeh2 verildiyindən alqı-satqı müqaviləsinin şərtləri yerinə yetirilmiş, Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmişdir. Müqavilənin görünüş üçün bağlanmasına gəldikdə isə qeyd edilməlidir ki, tərəflər arasında faktiki borc münasibətləri olmuşdur. Bununla bağlı məhkəməyə borc məbləğinin verilmə sinə dair müxtəlif ödəniş qəbzlərini və iddiaçı ilə WhatsApp sosial şəbəkə üzərindən olan yazışmalar təqdim edilsə də, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Halbuki bu sübutlarla nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən borc müqabilində digər Cavabdeh2 verildiyi sübuta yetirilir. Həmçinin cavabdehlər tərəfindən də aralarında olan borc münasibətləri etiraf edilir. Çünki alqı-satqı müqaviləsini bağlamaqla tərəflərin əsl niyyəti onlar arasında yaranan borc münasibətlərinə son qoymaq olmuşdur. İddiaçı da onun anasının müalicəsi üçün borc məbləğlərinin alınması təkzib etmir. İddiaçının anasının xəstə olması, hətta onun üçün iddiaçının özünün nəqliyyat vasitəsini etibarnamə əsasında X10 11500 manata satdığı zaman həmin vəsaitdən 2000 manat götürərək anasının müalicəsi üçün göndəridli yi barədə Xətai RPİ-nin 36-cı polis bölməsinə yazdığı izahatında qeyd edib. Həmçinin avtomobilin satış qiyməti ilə bağlı da düzgün nəticəyə gəlinməyib. Cavabdeh2 həmin nəqliyyat vasitəsini öz vəsaiti hesabına yaxşılaşdırdıqdan sonra 13150 manat satıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri rr Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 337.1. Mül ki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə. 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3.Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ape llyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

46. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyndən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsi ilə bağlıdır. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

50. İşin müəyyən edilmiş hallarına görə mübahisədə adı keçən avtomobil tərəflərin birgə mülkiyyəti olmuş, Cavabdeh1 avtomobili digər Cavabdeh2 satmış, həmin əqdin bağlanmasına iddiaçı razılıq verməmiş, Cavabdeh2 Cavabdeh1 qardaşı ilə yaxın dost olduğunu və bu səbəbdən ona avtomobilin idarə edilməsi üçün etib arnamə verdiyini bildirdiyi üçün Cavabdeh2 həmin avtomobillə bağlı mübahisədən xəbərdar olmuş, Cavabdeh2 həmin avtomobili digər şəxsə 13150 manata satmışdır.

51. Məhkəmə kollegiyası iddianın təmin edilən hissəsi üzrə gəlinən nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən maddi hüquq normalarına uyğun hesab edir.

52. Cavabdehin avtomobilin satışından əldə edilən pulun iddiaçının anasının müalicəsinə görə alınmış borcun əvəzi olaraq Cavabdeh2 verməsi, avtomobilin dəyərinin Cavabdeh2 yaxşılaşdırmalarına görə artması barədə dəlilləri işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

53. Məhkəmə kollegiyası kassasiya şikayətində cavabdehin eyni məzmunlu dəlillərini də qəbul etmir. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəm əsi məhz həmin dəlillərə qiymət verməklə cavabdehin apellyasiya şikayətini təmin etməmişdir. (bax: 32-40-cı bəndlər)

54. Üstəlik, avtomobilin dəyəri ilə bağlı gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi qiymətləndiricinin rəyi ilə əsaslandırmışdır.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4193/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar