Məhkəmə qərarları › İş №2(102)-3010/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3010/2020

11.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3010/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Əliyeva Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15100/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Əliyeva Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclas ında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 sentyabr 2019 il tarixli, 2(010)3302/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.M.Miriyeva) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Əliyeva Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxx” MMC-nin X. ünvanında yerləşən 19 saylı evin, 161 saylı mənzilin qiymətləndirilməsi barədə 27.12.2017-ci il tarixli, 17-1147 saylı əmlakın qiymətləndirmə nəticələri haqqında hesabatın etibarsız sayılaraq ləğv edilməsi, X. ünvanında yerləşən 19 saylı evin, 161 saylı ünvanında yerləşən mənzilinin 57.000 manat məbləğində qiymətləndirilməsinin müəyyən edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15100/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), V.T.Həsənov və Ş.A.Məmmədova) cavabdeh Əliyeva Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 sentyabr 2019 il tarixli, 2(010)-3302/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Əliyeva Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2017-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanına keçirilmiş baxış zamanı ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı 17 dekabr 2017 ci il tarixli, 17-1147 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əliyeva Cavabdeh2 qarşı ümumi mülkiyyət olan mənzildən payların müəyyənləşdirilməsi, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməyinə dair iddia tələbi ilə 2006-cı ilin iyun ayında Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Əliyeva Cavabdeh2 isə ona qarşı mənzilin 2/3 hissəsinə hüququnun tanınmasına, qeydiyyat vəsiqəsinin verilməsinə və kompensasiyanın ödənilməsinə dair Azərbaycan Respubliksı Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə uyğun olaraq qarşılıqlı iddia tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi 27.09.2006-cı il tarixli, 2384/2006 saylı qətnaməsi ilə iddianı qismən təmin edərək, onun ümumi mülkiyyəti olan mənzildən payın ı, istifadə qaydalarını müəyyən edərək mənzilə köçürməyini təmin etmişdir. Həmçinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyeva Cavabdeh2 da iddiası qismən təmin edilərək, mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına, mənzilin dəyərinin bazar qiymətinə uyğun müəyyən edilərək Əliyeva Cavabdeh2 tərəfindən mənzilin 1/3 hissəsinə görə ona kompensasiyanın ödənilməsinə, mənzilin Əliyeva Cavabdeh2 mülkiyyətinə verilməsinə və onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə 27 sentyabr 2006-cı il tarixdə 2- 384/2006 saylı qətnamə qəbul etmişdir. Suraxanı rayon İcra və Probasiya şöbəsi 15.09.2017-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə icra vərəqəsi təqdim etmişdir. Suraxanı Rayon Məhkəməsinin 27 sentyabr 2006-cı il tarixli, 2(010)-384/2006 saylı icra vərəqəsinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 20 oktyabr 2017-ci il tarixli, 18/276160-8 saylı sifarişli məktubuna əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D yaşayış massivində yerləşən 19 saylı evin, 161 № li mənzilinin qiymətləndirilməsi həyata keçirilmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hələ 2006-cı ildə mənzilin dəyəri bazar qiymətinə uyğun olaraq 46.000 (qırx altı min) ABŞ dolları dəyərində müəyyən edilmişdir. Xatırlatmaq istəyir ki, həmin illərdə daşınmaz əmlakın alqı-satqısı ABŞ dolları ilə dəyərləndirilirdi. Əliyeva Cavabdeh2 onun payına düşən 15.333 (on beş min üç yüz otuz üç) ABŞ dollarını bir il müddətinə ödəyəcəyini söz versə də, sözünə əməl etməmişdir. Belə ki, ABŞ dollarının həmin ildə manata olan məzənnəsinə görə Əliyeva Cavabdeh2 ona 12.000 manata yaxın pul ödəməli idi. Nəzərə alsaq ki, həmin illərdə daşınmaz əmlak bazarında 12.000 manata 2-3 otaqlı həyət evləri almaq mümkün idi. Lakin, 11 ildən sonra, 17 noyabr 2017-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D yaşayış massivində yerləşən 19 saylı evin, 161 № li mənzilinə baxış keçirərək, 36.000 manata qiymətləndirərək ona düşən payı yenə də 12.000 manat müəyyən etmiş və nəticə etibarı ilə qiymətləndirilmənin obyektivliyinə şübhə yaranmışdır. Azərbaycan Respublikası Qiymətləndirmə Fəaliyyəti haqqında Qanunun 5-c maddəsinə əsasən boşanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda qiymət ləndirmə üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Əliyeva Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin də lilləri: Cavabdeh Əliyeva Cavabdeh2 və vəkili Məmmədova Nərminə Rəşid qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası mübahisə edilən qətnaməni çıxararkən 2017-ci ilin dekabr ayına müəyyən edilmiş mənzilin dəyəri 1il 6 aydan sonra 2019-cu ilin sentyabr ayına, yəni 1 il 6 ay ərzində 21.000 manat məbləğində qalxmasının əsaslarını təşkil edən halların müəyyən edilməsinə əhəmiyyət vermədən qanunsuz və əsassız nəticəyə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sü butlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Əliyeva Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndiri lməməlidir. İş materiallarından görünür ki, “xxxx” MMC sifarişin verildiyi gündən 3 ay sonra 27 dekabr 2017-ci il tarixli, 17-1147 saylı əmlakın qiymətləndirmə nəticələri haqqında hesabat tərtib etmiş və icra şöbəsinə ünvanlamışdır. Həmin hesabatda qiymətləndirmənin fakt üzrə aparılması öz əksini tapsa da, əmlaka baxışın keçirilməsi, əmlakın foto və sxemlərlə təsviri həyata keçirilməmiş, tərəflərdən(sifarişçidən) zəruri olan sənədlər tələb edilməmiş, əlavə məlumat və izahatlar alınmamış, qiymətləndirmə yalnız kağız üzərində aparılmışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 9 və 10-cu maddələri məhz qiymətləndiricinin hüquq və vəzifələrini tənzimləyir və orada qiymətləndirmə fəaliyyəti zamanı qiymətləndiricinin etməli olduğu hərəkətlər öz əksini tapıb. Su raxanı Rayon Məhkəməsinin qərardadı əsasında “xxxx” MMC tərəfindən təsdiq edilmiş 06.09.2019-cu il tarixli, 0532/19/Mİ saylı əmlakın qiymətləndirməsi barədə rəydən isə görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 19 saylı evin, 161 saylı ünvanında yerləşən mənzili 57.000 (əlli yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Həmin rəydə əmlakın təsviri ətraflı göstərilmiş, müvafiq şərtlər və bazar reallığı nəzərə alınaraq fərdi yaşayış evi 57.000 (əlli yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi prosesi konkret obyektə dair qiymətləndirilmənin keçirildiyi, yaxud onunla bağlı əməliyyatın aparılacağı vaxt mövcud şəraitə uyğun olaraq əsaslandırılmış dəyər ekvivalentinin alınmış sifariş əsasında müəy yənləşdirilməsidir. Qiymətləndirmə prosesi ünvanlı proses olub, konkret daşınmaz əmlak obyektinə yönəldilmişdir və onun xüsusiyyətlərini (fiziki, texnoloji, hüquqi və s.), əhatəsini (ərazidə yerləşməsini, ekoloji, sosial, iqtisadi və s.) nəzərə alır, bu proses daşınmaz əmlakla aparılacaq əməliyyatlarla (məsələn, alğı-satqı, icarə, sığorta, vergitutma, girov qoyma) bağlıdır, bu proses müəyyən zamanla bağlıdır, yəni, daşınmaz əmlakın dəyəri həm cari vaxt, həm də gələcək dövrlər üçün müəyyənləşdirilə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, eyni zamanda bu proses konkret subyektin sifarişi əsasında, konkret qiymətləndirici tərəfindən dəqiq reqlament çərçivəsində yerinə yetirilir, yəni, qiymətləndirmə konkret vaxt ərzində, müvafiq qanunvericiliyə, qiymətləndirmə standartların a, müqavilə şərtlərinə riayət olunmaqla aparılır, həmçinin geniş məlumat bazasının yaradılmasını, mürəkkəb statistik və riyazi hesablamaların, təhlillərin aparılması ilə müşaiyət olunur. Qiymətləndirmə standartlarının yaradılması, müəyyən olunması “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş, lakin hələ ki, belə bir vahid standartlar müəyyən edilməsə də, hər bir halda oxşar standartlar tətbiq edilməklə qiymətləndirmə prosesi həyata keçirilməlidir. Lakin “xxxx” MMC-nin 06.09.2019-cu il tarixli, 0532/19/Mİ saylı əmlakın qiymətləndirmə nəticələri haqqında hesabatı yalnız sənəd üzərində aparılmış, yuxarıda sadalanmış hallar-konkret daşınmaz əmlak obyektinin xüsusiyyətləri, əhatəsi, hansı ərazidə yerləşməsi, sosial-iqtisadi obyektlərə yaxınlığı, hansı həcmdə torpaq sahəsi üzərində inşa edildiyi nəzərə alınmamışdır. Bununla da həmin hesabat “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamış, dolayısıyla heç bir hüquqi nəticə də yaratmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun: -7-ci maddəsinin 1-ci hissəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. -7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə ba xıldığı bütün hallarda nəzərə alına bilər. -8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. -8-ci maddəsinin 2-ci hissəsinə əsasən bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və ekspertiza xərci ilə bağlı məsələ düzgün olaraq həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı ö z təstiqini tapmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi “xxxx” Konsalting və Qiymətləndirmə Şirkətinin arayışını mötəbər sübut hesab etməyərək, qeyd etmişdir ki, əmlaka baxış keçirilməmiş, əmlakın foto və sxemlərlə təsviri həyata keçirilməmiş, müqayisəli təhlil aparılmamış, həmin arayış kirayə və satış mənzil bazarında aylıq toplanmış məlumat əsasında verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüqu q münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh 2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 2(103)-15100/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar