Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3010/2021 27.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin mahiyyətinə aid olan əhəmiyyətli hallara hüquqi qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X27, Cavabdeh2 və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7344/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixl i qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər X MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xxxx küçəsində yerləşən xxx nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində onun və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X24 həmin evə olan istifadə hüquqlarından məhrum olunduqlarına görə onlara dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər X, Cavabdeh3 və Cavabdeh2 hər birindən 20000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı 19.08.2006-cı il tarixdə Cavabdeh3 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Toydan sonra İddiaçı xxx fərdi yaşayış evinin X18 mülkiyyətində olan hissəsinə sonuncunun razılığı ilə köçmüş və həmin evə qeydiyyata alınmışdır. Cavabdeh3la İddiaçı birgə nikahdan 03.10.2007-ci il təvəllüdlü X34 adlı bir övladı anadan olmuşdur. Sonradan onlar arasında münasibətlər pozulduğundan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.12.2008-ci il tarixli 2(004)4165/2008 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh3 arasında 19.08.2006-cı ildə bağlanmış nikah pozulmuş, 03.10.2007-ci il təvəllüdlü X34 anası İddiaçı yanında saxlanmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.10.2009cu il tarixli 2(004)-4070/2009 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 və X14 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X34 qeydiyyatda olduqları xxxx fərdi yaşayış evinə köçürülmüşlər.
4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli 2(004)5718/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və onun azyaşlı uşağı X24 xxxx nömrəli fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxslər hesab edilməsi qət edilmişdir. İddiaçı həmin işə baxılmasından və çıxarılmış qətnamədən məlumatı olmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli 2(004)-5718/2017 nömrəli qətnaməsi icra edilmiş, İddiaçı və onun azyaşlı uşağı X34 xxxx nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmışlar.
5. Həmçi nin işin mübahisə edilməyən hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 27.12.2018-ci il tarixli xxx seriyalı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 xxx nömrəli fərdi yaşayış evinin mülkiyyətində olan 1/3 hissəsini 723.550 manata "xxxx" MMC-yə satmışdır. "xxxx" MMC evi Cavabdeh2 alandan sonra sökmüş və yerində pilot layihəyə uyğun olaraq yeni yaşayış binası inşa etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 29.04.2019-cu il tarixli 2(103)-4412/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli 2(004)- 5718/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı xxx nömrəli fərdi yaşayış evinə istifadə hüquq u olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası, həmçinin İddiaçı Cavabdeh2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
8. DİN-nin ASAN 3 xidmətində orqanı tərəfindən 28.12.2019-cu il tarixdə verilmiş arayışdan müəyyən edilir ki, İddiaçı yaşayış yeri üzrə xxxx nömrəli fərdi yaşayış evində qeydiyyatdadır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 30.10.2020-ci il tarixli məktubuna əsasən, xxxx saylı fərdi yaşayış evi ilkin olaraq X35 və X adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin bir hissəsi 21.05.1935-ci il tarixli, 9246 reyestr nömrəli akta əsasən 04.06.1935-ci il tarixində X adına qeydiyyatdan keçmişdir (arxiv qovluğunda sənəd əsaslar aşkar edilməmişdir). Bakı şəhər Yasamal rayon Məhkəməsinin 25.03.2004-cü il tarixli İş№2-817/2004 nömrəli qətnaməsinə əsasən X44 ilə X bacı qardaş olmaları, X18 X qızı olması faktları müəyyən edilmişdir. xxxx saylı fərdi yaşayış evinin 1/3 hissəsinə X18, 1/3 hissəsinə X3 vərəsəlik və mülkiyyət hüququ tanınmış, qalan 1/3 hissəsinə vərəsəlik hüquqları açıq saxlanılmışdır. X məxsus 1/3 hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 08.07.2005-ci İl tarixli, xxx reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhad ətnaməyə əsasən 19.07.2005-ci il tarixində X5, X6, X9, X10, X15, X11 adlarına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin 1/18 hissə-X12, 1/18 hissə X7, 1/18 hissə-X13, 1/18 hissə-X16 mülkiyyətlərindədir. Sözügedən fərdi yaşayış evinin X17 məxsus olmuş hissəsi Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 30.07.2018-ci il tarixli, 2V-81 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 13.08.2018-ci il tarixində X6 adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin 1/9 hissəsi X6 mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin X20 məxsus 1/3 hissədən "A" tikilisinin İİ mərt.(3 otaq y\s-50.4kv.m, k\s-43.4kv.m)- Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 14.07.2005-ci il ta rixli, xxx reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 25.08.2005-cİ if tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissədən "A" tikilisinin İİ mərt.(3 otaq y\s50.4kv.m, k\s-43.4kv.m) Cavabdeh2, 1/3 hissədən qalan hissə X18 mülkiyyətlərindədir. X8 məxsus 1/3 hissədən "B" tikilisinin l mərt.(2 otaq, otaql y\s-25.2, otaq 2 y/s 28.3 kv.m)Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 09.06.2004-cü il tarixli, 4Ə-04-106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 17.04.2004-cü il tarixində X21 adına qeydiyyatdan keçmişdir, lakin X23 məxsus olmuş, 1/3 hissədən "B11 tikilisinin 1 mərt.(2 otaq y\s-53.5kv.m)- 29.07.2013-cü il tarixli, 4Ə- 03800 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 20.11.2013-cü il tarixində X1 adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissədən qalan hissə X3, 1/3 hissədən "B" tikilisinin İ mərt.(2 otaq y\s-53.5kv.m) X1 mülkiyyətlərindədir. xxx saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir; Bakı şəhəri 53 saylı Notariat Kontorunun 15.10.2020-ci il tarixli məktub ilə daxil olmuş kompensasiya və alqı-satqı müqavilələrinin surətlərinə əsasən, 29.08.2018-ci il tarixli, 14.06.2019-cu il tarixli kompensasiya müqavilələri, 09.01.2019-cu il tarixli, 05.09.2018-ci il tarixli, 27.12.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən, "xxxx" MMC ilə X22, Cavabdeh2, X19, X2, Cavabdeh3 ilə müqavilələr bağlanmış, "xxxx" MMC tərəfindən Cavabdeh3 200 000 manat, X 475000 manat, Cavabdeh2 723550 manat, X 345000 manat, X isə 588820 manat pul məbləği ödəniş etmişdir. Müqavilələrdə təqdim edilmiş arayışlar üzrə İddiaçı adı qeydiyyatda olan şəxslər arasında olmamışdır.
10. İddiaçı bildirir ki, Cavabdeh3 ilə 19.08.2006-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Toydan sonra İddiaçı Cavabdeh3 nənəsi X18 razılığı ilə onun mülkiyyətində olan Xxxx nömrəli fərdi yaşayış evinə gəlin köçmüş və ailə üzvlərinin razılığı ilə həmin evə qeydiyyata alınmışdır. X26 2007-ci ildə vəfat etmiş və ev onun vərəsələrinə, o cümlədən Cavabdeh2 paylı mülkiyyətinə keçmişdir. Cavabdeh2 onun əri Cavabdeh3 əmisidir. Cavabdeh3la onun birgə nikahdan 03.10.2007-ci il təvəllüdlü X34 adlı bir övladı doğulmuşdur. 12.12.2008-ci il tarixdə onunla Cavabdeh3 arasında ba ğlanmış nikah pozulmuşdur. Nikah pozulandan sonra o, uşağı ilə birlikdə məcbur olub bir müddət kirayədə yaşamışdır. Sonradan isə o, 2009-cu ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun və azyaşlı oğlu X xxxx küçəsində yerləşən xxx nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.10.2009-cu il tarixli qətnaməsi ilə onun cavabdehlər Cavabdeh3 və X14 qarşı “evə köçürmə” tələbinə dair iddiası təmin edilmiş, onun və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X24 xxx küçəsində yerləşən xxx nömrəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minəndən sonra icra edilmiş, o, azyaşlı oğlu ilə birlikdə həmin evə köçürülmüşdür. Lakin müəyyən müddətdən sonra yen idən münaqişə yaranmış və cavabdehlərlə aralarında olan şifahi razılaşmayaya əsasən o, kirayə mənzilə çıxmış və yaşadıqları xxx küçəsində yerləşən xxx nömrəli fərdi yaşayış evi söküləcəyi təqdirdə cavabdehlər ona və oğluna müvafiq kompensasiya ödəməyi öhdələrinə götürmüşlər. Bu səbəbdən münaqişələrə son qoymaq üçün o, kirayədə yaşamışdır. Sonradan, Cavabdeh2 2017-ci ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun və azyaşlı uşağı X xxx nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmiş, onun azyaşlı uşağı X34 ilə birlikdə xxx nömrəli fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxslər hesab edilməsi qət edilmişdir. Həmin işə baxılmasından və çıxarılmış qətnamədən onun məlumatı olmamışdır. Cavabdeh2 qətnaməni icra etdirərək onları qeydiyyatdan çıxartmış, sonra isə Cavabdeh2 27.12.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xxxx nömrəli fərdi yaşayış evini "xxxx" MMC-yə 723.550 manata satmışdır. Cavabdeh3 isə 85.000 manat pul ödənilmişdir. xxxx nömrəli fərdi yaşayış evinin yerləşdiyi ünvan söküntü layihələrinə düşmüşdür. O, ümid edirdi ki, istifadə hüquqları olan ev söküləndən sonra, ona müvafiq pul kompensasiyası ödəniləcək və ya o, yaşayış sahəsi ilə təmin olunacaqdır. Lakin "xxxx" MMC isə evi alaraq sökmüş və yerində yaşayış binası inşa etmişdir. Nəticədə o, və azyaşlı uşağı istifadə hüquqları olan xxx nömrəli fərdi yaşayış evində yaşamaq hüququndan faktiki olar aq məhrum olmuşlar, onlara maddi zərər vurulmuşdur. O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli qətnaməsindən məlumat aldıqdan dərhal sonra, apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh2 onun və azyaşlı uşağı X24 xxx nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə dair iddiası rədd edilmişdir. Bundan sonra onların xxxx nömrəli fərdi yaşayış evinə yaşayış yeri üzrə pasport qeydiyyatı bərpa edilsə də, artıq ev söküldüyünə görə hüquqları tam bərpa etmək mümkün olmamışdır. Halbuki, onun cavabdehlərlə aralarında olan şifahi razılaşmaya əsasə n ev sökülən zamanı cavabdehlər ona pul verməli idilər. Göründüyü kimi, cavabdehlər öz şifahi öhdəliyini icra etməmişdir. Nəticədə isə o, azyaşlı uşağı ilə birlikdə evin sökülməsi ilə əlaqədar, öz yaşayış yerlərindən məhrum olmuş və bununla onlara maddi zərər dəymişdir.
11. Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X45 bildirir ki, xxx nömrəli fərdi yaşayış evi pilot layihəyə əsasən söküntü ərazisinə düşmüşdür. "xxxx" MMC həmin ərazidə yeni yaşayış binasının inşa edilməsini həyata keçirilmək üçün xxx nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh2 ilə danışıqlar aparmış və evi almağa razılaşmışdır. Bundan sonra "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 27.12.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 xxx nömrəli fərdi yaşayış evinin mülkiyyətində olan 1/3 hissəsini "xxxx" MMC-yə satmışdır, "xxxx" MMC həmin evə görə Cavabdeh2 723.550 manat pul ödəmişdir. Cavabdeh2 məxsus olan evi 3 mərtəbədən ibarət olmuş və ona ödənilən məbləğ evin faktiki ölçüsünə uyğun olaraq hesablanmışdır. Cavabdeh2la alqısatqı müqaviləsi bağlanılan zamanı "xxxx" MMC həmin ünvanda qeydiyyatda olan şəxslər barədə forma-2 arayışı almış və həmin arayışda olan şəxslərdən evin satılmasına dair yazılı ərizələrini almışdır. İddiaçı razılıq alınmamışdır, çünki, onun adı həmin vaxt arayışda olmamışdır. Əgər iddiaçının adı arayışda qeyd olunsaydı, onun da razılığını tələb edərdilər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin məlumatı olmamışdır. İddiaçı ərizə ilə dəfələrlə "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-nin iddiaçının müraciət ini nəzərə alaraq idiaçının keçmiş əri Cavabdeh3 və ərinin əmisi Cavabdeh2 ilə danışaraq, iddiaçı ilə aralarında olan mübahisəni öz aralarında həll etmələrini xahiş etmişlər. Cavabdeh3 və Cavabdeh2 isə bildirmişlər ki, onların İddiaçı qarşısında hər hansı öhdəlikləri yoxdur. Hesab edir ki, "xxxx" MMC-nin iddiaçının qarşısında hər hansı bir öhdəliyi yoxdur, mübahisəli evi dəyərini Cavabdeh2 tam ödəyərək almış və sonra evi sökərək yerində pilot layihəyə uyğun bina inşa etmişdir.
12. Cavabdeh2 bildirir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə bir neçə şəxsə məxsusdur. O, həmin evin mülkiyyətçilərindən yalnız biridir. Sözügedən ünvanda yerləşən yaşayış sahəsinin sxam-planından da göründüyü kimi, “A” tikilisi 2 mərtəbədən ibarətdir. Azərbaycan Respublikası Bakı şəhə ri icra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 038500 nömrəli, 25 avqust 2005-ci il tarixli qeydiyyat vəsiqəsindən də göründüyü kimi, həmin yaşayış sahəsinin yalnız 2-ci mərtəbəsində yerləşən (3 otaq y/s50.4 kv.m, k/s-53.5 kv.m) yaşayış sahəsi ona məxsusdur. Cavabdeh "xxxx" MMC ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bütün paylı mülkiyyətçiləri ilə özlərinə aid olan hissədə alqısatqı müqaviləsi bağlayaraq həmin ünvada yerləşən bütün evləri alaraq sökmüşdür. 24 iyul 2005-ci il tarixli bağışlama müqaviləsindən də göründüyü kimi, anası X26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız 1/3 hissəsi - “A” tikilisinin 2-ci mərtəbəsində yerləşən 50.4 kv.m. sahəsi olan 3 otaq və 43.4 kv.m. sahəsi olan kömək çi sahəni ona bağışlamışdır. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, anası X26 2007-ci ildə vəfat etdikdən sonra onun payı vərəsələr arasında bölünmüş, bundan sonra onun mənzilə mülkiyyət hüququ yaranmışdır. Başqa sözlə, guya o mənzili vərəsəlik yolu ilə əldə etmişdir. Bu fakt tamamilə səhvdir. İddiaçı 2006-cı ildə Cavabdeh3 evinə gəlin köçərkən artıq onun sözügedən ünvanda yerləşən daşınmaz əmlakın 1/3 hissədə “A“ tikilisinin 2-ci mərtəbəsinə mülkiyyət hüquqları var idi. İddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi, o, qeydiyyata mənzilin mülkiyyətçisi X18 razılığı ilə həmin evə qeydiyyata alınmışdır. Bu zaman mülkiyyətçi kimi ondan hər hansı razılıq tələb olunmamışdır. Bu da onu göstərir ki, iddiaçının və onun oğlunun qeydiyyata alındığı ev tamamilə başqa evdir və onun mülkiyyət ində olan evlə heç bir əlaqəsi yoxdur. Bakı Apelyasiya Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2( 103)-4412/2019 saylı qətnaməsində qeyd edilmişdir ki, İddiaçı öz iddia ərizəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Bu onu göstərir ki, iddiaçı hansı mənzilə köçürüldüyünü və hansı mənzil üzərində istifadə hüququnun olduğunun fərqindədir. Buna baxmayaraq, əsassız olaraq cavabdeh qismində onu mülki işə cəlb edərək ona məxsus mülkiyyət üzərində hüququnun olduğunu iddia edir. ünvan 2 ünvanında bir neçə ayrı fərdi yaşayış evi yerləşsə də, onların hamısının ünvanı birdir. Baxmayaraq ki, mülkiyyət hüququnu təsdiq edən sənədlərdə yaşayış sahələri dəqiqliklə fərqləndirilir, mülkiyyətçilər və onların ailə üzvləri ora qeydiyyata düşərkən qeydiyyat ünvanı kimi “ünvan 3açı İddiaçı mənə məxsus olan mənzilə deyil, Cavabdeh3 yaşadığı ünvana qeydiyyata düşmüşdür, özünün də iddia ərizəsində qeyd etdiyi kimi, qeydiyyata düşdüyü evin mülkiyyətçisi Məmmədova Sənəm qızı onun orada qeydiyyata düşməsinə razılıq vermişdir. Onun həmin mənzillə heç bir əlaqəsi yoxdur. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin 2- ci mərtəbəsinin sakini olmamış, həmin mənzil üzərində heç bir istifadə hüququ olmamışdır. İddiaçı müvafiq kompensassiyanı ondan deyil, birgə yaşadığı ailə üzvlərindən, yəni - Cavabdeh3 tələb etməli idi. Beləliklə, iddiaçı onun ailə üzvü olmadığından və onun mənzilində heç vaxt yaşamadığından onun kompensassiya tələb etməyə subyektiv hüququ yoxdur. Eyni zam anda, ona məxsus yaşayış sahəsinin satılması üçün iddiaçının hər hansı razılığı tələb olunmadığından, ona onun tərəfindən hər hansı maddi zərərin vurulmasından söhbət gedə bilməz.
13. Cavabdeh3 bildirir ki, iddiaçı ilə 2007-ci il tarixdən boşanmışdır. Sonradan başqa şəxslə yenidən evlənmişdir. Mübahisəli ev üçün kompensasiya verildiyinə görə 200000 manat almış, bacı-qardaşları da mübahisəli evdə qeydiyyatda olduqları üçün həmin məbləği onlar arasında 5 yerə bölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı işi üzrə 02.06.2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia qismən təmin edilmiş, xxxx nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X34 həmin evə olan istifadə hüquqlarından məhrum olunduqlarına görə onlara dəymiş maddi ziyanın əvəzi olaraq 20000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20030 (iyirmi min otuz) manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddia tələbi - cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı “cavabdehlər "xxxx" MMC və Cavabdeh3 hər birindən 20000 manat pul tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiası əsasında qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli 2(004)-5718/2017 nömrəli qətnaməsi ilə İddiaçı xxxx nömrəli fərdi yaşayış evinə olan hüquqları itirildiyinə və həmin qətnamə artıq Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli 2(103)-4412/2019 nömrəli qətnaməsi ilə ləğv edilməklə, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı xxx nömrəli fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası rədd edildiyinə, həmçinin həmin fərdi yaşayış evi tamamilə söküldüyünə görə İddiaçı və onun oğlu xxx nömrəli fərdi yaşayış evindən istifadə etmək, orada yaşamaq hüquqlarından məhrum olduğuna görə, o cümlədən İddiaçı və onun övladı 03.10.2007-ci il təvəllüdlü X24 istifadə hüquqları ilə yüklü olan evin satılmasına görə mülkiyyətçi Cavabdeh2 723.550 manat vəsait ödənildiyinə görə, iddiaçıya və onun oğluna yaşayış sahəsindən istifadə etmək və orada yaşamaq hüquqlarından məhrum edilmələri nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üç ün Cavabdeh2 mülki məsuliyyət daşımalıdır. İddiaçının Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 20.000 manat vəsait tələb etməsi, tərəflərin hüquqi mənafeyinə və əmlak vəziyyətinə uyğun olmaqla, qanuni və ədalətlidir.
16. Cavabdeh "xxxx" MMC mübahisəli evin dəyərini ödəyərək aldığına və alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı və oğlu həmin evdən pasport qeydiyyatından çıxarıldıqlarına görə, "xxxx" MMC iddiaçının qarşısında hər hansı bir öhdəlik daşımır və ona maddi zərər vurmamışdır. Bu səbəbdən iddia tələbi "xxxx" MMC-yə qarşı olan hissədə rədd edilməlidir.
17. Həmçinin digər Cavabdeh3 evin satılması zamanı 85.000 manat pul vəsaiti ödənilməsinə dair iddiaçı məhkəməyə sübut təqdim edə bilmədiyi üçün iddia tələbi Cavabdeh3 qarşı olan hissədə də təmin edilə bilməz.
18. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 21.1, 21.2, 27, 158.4, 1096-ci, Mülki Prossesual Məcəllənin 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7344/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski - sədrlik edən və məruzəçi, R.Həsənov və Z.Şirinov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı işi üzrə 02.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, şikayət ver ən cavabdehə münasibətdə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
22. Qeyd edilməlidir ki, məhkəmə qətnamələri ilə iddiaçının qeyd edilən ünvana istifadə hüququnu məhz Cavabdeh2 tərəfindən mübahisələndirmiş, deməli bu haldan xəbərdar olmuşdur. İddiaçının istifadə hüququnun xitam verilməsinin kompensasiya verilmə yolu ilə mümkünlüyünü yolverilməz edən borclulardan tələb etməkdə seçim hüququnu və qətnamədən şikayət vermədiyini, habelə hər bir cavabdehə qarşı ayrı tələbin mövcudluğunu nəzərə alaraq prosessual hədlər baxımından digər cavabd ehlərə münasibətdə tələblərin müzakirə edilməsini kollegiya mümkünsüz hesab edir və cavabdeh X digər cavab verməli olan şəxslərə qarşı iddiasının irəli sürməsini istisna etmir. Belə ki, iş üzrə sorğu edilən sənədlərdən iddiaçının istifadə hüququ olan ünvana bir neçə şəxs kompensasiya almış və iddiaçıya münasibətdə alınmış kompensasiyanın mülkiyyət hüquqları olmayan məhz Cavabdeh3 yalnız cavabdehlik daşıması sübuta yetirilməsə də, əmlaka görə bir neçə şəxsin kompensasiya aldığı müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın ona aid hissədə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24.07.2005-ci il tarixli bağışlama müqaviləsi əsasında X26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus 1/3 hissəsinin yalnız – “A” tikilisinin 2-ci mərtəbəsində yerləşən, 50.4 kv.m. yaşayış sahəsini olan 3 otaq və 43.4 kv.m. sahəsi olan köməkçi sahəni Cavabdeh2 bağılamışdır. İddiaçı isə həmin fərdi yaşayış evinə qeyd edilən bağışlama müqaviləsindən sonra 2006-cı ildə və yalız ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin X18 mülkiyyətində qalan hissəsinə, yəni “A” tikilisinin 1-ci mərtəbəsinə köçmüşdür.
25. Bundan başqa İddiaçı cavabdehlər Cavabdeh3 və X14 qarşı “mənzilə köçürülmə” tələbinə dair məhkəməyə müraciət edərkən də iddia ərizəsində məhz ünvan 2 ünvanında yerləş ən fərdi yaşayış evinin X18 mülkiyyətində qalan hissəsinə köçürülməsini tələb etmişdir.
26. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir.
29. Cavabdeh2 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş e tdilər.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apa rmır və onlara qiymət vermir.
32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
38. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
39. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə217.3)
40. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tama milə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
42. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
44. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, iş üzrə müə yyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (38-39)
45. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisə predmeti olan evə istifadə hüququnu məhz Cavabdeh2 mübahisələndirmişdir.
46. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh3 ilə evləndikdən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin məhz X18 mülkiyyətində qalan hissəsinə, yəni “A” tikilisinin 1-ci mərtəbəsində yerləşən mənzilə köçmüş və orada yaşamışdır.
47. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış nikah pozulduqdan sonra İddiaçı “mənzilə köçürülmə” tələbinə dair məhkəməyə müraciət etmişdir.
48. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.10. 2009cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 və X14 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X34 qeydiyyatda olduqları xxx nömrəli fərdi yaşayış evinə köçürülmüşlər.
49. İddia tələbində İddiaçı 19.08.2006-cı ildə Cavabdeh3 ilə nikaha girdiyini, nikaha girdiyi vaxtdan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ərinin nənəsi X18 mülkiyyətində olan 1-ci mərtəbədə olan hissəsinə köçdüyünü, lakin sonradan hüquqları pozulmaqla evdən çıxarıldığını göstərməklə evə köçürülməsini xahiş etmişdir.
50. Ona görə də qeyd edilən qətnamənin nəticə hissəsində İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin məhz hansı hissəsinə köçürülməsi qeyd edilməsə də qətnamənin məzmunu İddiaçı ünvan 2 ünvanında yer ləşən fərdi yaşayış evinin X18 mülkiyyətində qalan hissəsinə köçürüldüyünü deməyə əsas verir.
51. Beləliklə iş materiallarından göründüyü kimi, İddiaçı evləndikdən sonra mübahisə predmeti olan fərdi yaşayış evinin X18 mülkiyyətində olan hissəsinə köçmüş və onun həmin hissəyə istifadə hüququ yaranmışdır.
52. Eyni zamanda qeyd edilənlərdən göründüyü kimi İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olan hissəsinə köçmədiyi, orada yaşamadığı və həmin hissəyə istifadə hüququ tanınmadığı halda, apelyasiya instansiyası məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, sonuncuya mülkiyyətində olan əşyaya görə verilən kompensasiyadan iddiaçının müvafiq pay almaq hüququnu tanımışdır.
53. Belə ki, bu məzmunda qətnaməni qəbul edən apelyasiya instansiyası məhkəməsi n əzərə almamışdır ki, Cavabdeh2 İddiaçı qarşı istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair əsası olmayan iddianı qaldırması sonuncuya hüquq vermir ki, bu iddianı verdiyinə görə evinin sökülməsi ilə əlaqədar Cavabdeh2 verilən pul kompensasiyasından hər hansı bir məbləğdə pul tələb etsin.
54. Əvvəla bir şəxsin digər şəxsə qarşı iddia ərizəsi verməsi və bu iddianın sonda rədd edilməsinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
55. Digər tərəfdən verilən iddialar üzrə işin hallarının araşdırılması, onlara qiymət verilməsi və müəyyən olunmuş hallar əsasında müvafiq məhkəmə aktının qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid məsələdir.
56. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosess ual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
57. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
58. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7344/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Q