Məhkəmə qərarları › İş №2(102)-3010/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3010/2022

29.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3010/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, intizam tənbehinin mütənasibliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1298/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) və Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – cavabdeh və ya Nazirlik) arasında 01 aprel 2015-ci il tarixdə əmək müqaviləsi bağlanaraq, iddiaçı Təhsil nazirinin eyni tarixli 11/249-1 nömrəli əmri ilə İmişli rayonu Qulubəyli kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmiş, Nazirliyin xx.xx.2021-ci il tarixli K-904 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

2. İddiaçının işdən azad olunmasına səbəb cavabdehin əməkdaşları tərəfindən İmişli ray onu Qulubəyli kənd orta məktəbində aparılan monitorinqin nəticələri olmuşdur. Monitorinq əsasında tərtib edilmiş aktlarda iddiaçının rəhbərlik etdiyi məktəbdə işçilərlə əmək müqaviləsi bağlanılmadığı və elektron bildirişin sistemə vaxtından gec vurulduğu; texniki işçilərdən Yeganə Əliyevanın, Yaqut Şahbazovanın, Sənan Rüstəmovun xx.xx.2021-ci il tarixdən etibarən texniki işçilərin davamiyyət kitabına imza atmadıqları, məktəbdə laboratoriya olmadığı halda Yaqut Şahbazovanın xx.xx.2006-cı il tarixdən laborant vəzifəsində işlədiyi, işçilərin əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinin maddəsinə istinad edilmədiyi, dəyəri 489 manat olan iki ədəd “Kür” markalı kompüter dəstinin faktiki olaraq yerində olmadığı, əsas vəsaitlərin uçotu kitabının və materialların anbar uçotu kitabının köh nə və istifadəyə yararsız olduğu, sinif jurnallarının yazılmasında nöqsan və çatışmazlıqların olduğu, məktəbin 7-ci sinfində 4 nəfər şagirdin dərslərdə iştirak etmədikləri halda onlara fənlər üzrə müəllimlər tərəfindən dərsdə iştirak etmələri barədə qeyd aparıldığı, koronavirus (Covid19) pandemiyası dövründə ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilmənin aparılmasına dair qaydalara zidd olaraq 2-ci yarımil üzrə 1-ci siniflər istisna olmaqla bütün siniflər və fənlər üzrə müxtəlif sayda kiçik summativ qiymətləndirmələrin keçirildiyi və nəticələri sinif jurnallarına yazıldığı, fizika fənni üzrə 7-ci sinif şagirdlərinin qiymətləndirmə materiallarında olan balları ilə jurnala yazılan ballar arasında fərqlərin və qiymət dəyişikliklərinin olduğu, direktor və direktor müavinlərinin dərs dinləmə jurnallarının olmadığı, məktəbdə olan 1 stavka (18 saat) dərnək məşğələsinin hərəsində 9 saat olmaqla 2 müəllimə verildiyi, uşaqların dərnəyə qəbulu ilə bağlı ərizələrinin olmadığı, dərnək məşğələləri jurnalında Nailə Qurbanovanın qeydlərinin 2 müxtəlif xətlə yazıldığı, məktəbdə daxil olan sənədlərin qeydiyyatı kitabı mövcud olsa da, daxil olan heç bir sənədin qeydiyyata alınmadığı qeyd edilmişdir.

3. Aktlarda, həmçinin qeyd olunmuşdur ki, iddiaçı aparılmış araşdırmanın nəticəsi ilə bağlı aktı imzalamaqdan, həmçinin izahat yazmaqdan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli K-904 saylı əmrinin ləğv edilməsi, İmişli rayonunun Qulubəyli kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması və məcburi işə buraxma müddətinə görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən aparılmış monitorinqin nəticələrinə yanlışdır. Belə ki, qeyd olunan nöqsanlardan biri işçilərlə yazılı əmək müqavilələrinin bağlanmamasıdır, lakin işçilərin hamısı ilə əmək müqaviləsi bağlanmışdır. Həmçinin elektrik enerjisinin verilişi kəsildiyi üçün texniki səbəbdən işçinin işə qəbulu haqqında məlumat bir həftə gecikmiş və o, həmin hadisə barədə Rayon Təhsil Şöbəsinə məlumat verdikdən sonra nöqsan aradan qaldırılmışdır. Bundan əlavə, Monitorinq aparanlar nahar fasiləsi vaxtı, yəni 12:55-də özlərini və monitorinq barədə əmri təqdi m etmədən məktəbə daxil olmuşlar. Ümumiyyətlə işdən çıxma barədə əmr verilməzdən əvvəl ondan izahat alınmamış və izahat verməsi barədə ona heç bir təklif olunmamışdır. Həmçinin direktor vəifəsində işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Bu qanunsuz əmr ona qarşı qərəzli münasibətin nəticəsidir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 oktyabr 2021-ci il tarixli, 2(005)-4501/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia rədd olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində monitorinq keçirilərkən məktəbin direktorunun təhsil müəssisəsinin ümumi idarə edilməsi və fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilmiş, nöqsanlarla bağlı Təhsil Nazirliyinin əməkdaşları tərəfindən 09 iyun 2021-ci il tarixdə akt tərtib olunmuş, aktda İddiaçı tərəfindən yol verilmiş nöqsanlar ayrı-ayrılıqda göstərilmişdir; buna görə də əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz.

8. Məhkəmə öz mövqeyini həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 119.1, 217.3 və 217.4- maddələri istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1298/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli K-904 saylı əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi və onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İmişli rayonunun Qulubəyli kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi, 28 iyul 2021-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi, iddia tələbi qalan hissədə təmin olunmaması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi məktəbdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Belə ki, birincisi, iddiaçının işdən çıxarılmasına əsas təşkil edən monitorinq aktında pozuntu kimi göstərilən hallardan bəzilərinin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, aktda faktiki olaraq yerində olmadığı göstərilən 489 manat dəyərindəki iki ədəd “Kür” markalı kompüterl ərin xx.xx.2020-ci il tarixli inventarizasiya aktı əsasında istismara yararsız hesab edildiyi; 1-ci sinif jurnalının üzərinə spirt məhlulu tökülməsi səbəbilə həmin jurnalın yararsız hala düşdüyünə dair xx.xx.2021-ci il tarixdə akt tərtib edildiyi; xx.xx.2021-ci il tarixdən etibarən texniki işçilərin davamiyyət kitabına imza atmadıqları göstərilən Yaqut Şahbazovanın və Sənan Rüstəmovun xx.xx.2021-ci il tarixdən məzuniyyətdə olduqları, Yaqut Şahbazovanın xx.xx.2006-cı il tarixdən (iddiaçının məktəbə direktor təyin olunmasından 11 il əvvəldən) məktəbdə laborant vəzifəsində işlədiyi və hazırkı dövrədək də əmək müqaviləsinə xitam verilmədiyi müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə, işçilərlə əmək müqaviləsi bağlanılmadığı və elektron bildirişin sistemə vaxtından gec vurulduğu hallarının h əqiqətən mövcudluğu o halda qəbul edilə bilərdi ki, belə pozuntu səlahiyyətli Dövlət orqanı (Əmək Müfəttişliyi) tərəfindən təsbit edilmiş olardı.

12. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

13. Apellyasiya instansiyası məhkəməsi tərəflər izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə müəyyən etmişdir ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır.

14. Məhkəmə işdə olan sübutlarla, həmçinin müəyyən etmişdir ki, monitorinq əsasında tərtib olunmuş təqdimat Təhsil Nazirliyi tərəfindən xx. xx.2021-ci il tarixli məktubla İmişli RTŞ Həmkarlar Təşkilatına göndərilmiş, Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixdə iddiaçının iştirakı ilə keçirilən iclasında onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi deyil, ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” barədə qərar qəbul olunmuşdur. Lakin Təhsil Nazirliyi qərara irad bildirdiyi üçün Həmkarlar Təşkilatı xx.xx.2021-ci il tarixdə iddiaçının iştirakı olmadan həmin təqdimata yenidən baxmış və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq vermişdir. Halbuki qanunvericilikdə Həmkarlar Təşkilatının işəgötürənin irad bildirməsi səbəbilə onun təqdimatına yenidən baxması və daha əvvəl verdiyi qərar ləğv olunmadan yeni qərar çıxar ması nəzərdə tutulmamışdır. Bu hal həm də belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının bilavasitə iş münasibətlərində olduğu və onun peşəkarlığını daha yaxşı qiymətləndirmə imkanına sahib olan Rayon Təhsil Şöbəsinin əməkdaşları, iddiaçıya istinad olunan pozuntuların onun işdən çıxarılmasına əsas verəcək qədər ciddi olmadığı qənaətində olmuşlar.

15. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74, 75, 76-cı və 300-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Konstitusiyanın 25-ci, MPM-in 80, 175.1, 418.1-ci maddələrini hazırkı işə düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisə birtərəfli qaydada həll olunmuşdur. Məhkəmə yalnız iş üzrə iddiaçının istəyinə uyğun mövqedən çıxış etmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutları lazımı qaydada araşdırmamış və əsassız olaraq iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi, həmin sənədlərə düzgün hüquqi qiymət vermiş, iddiaçı Sahib Tağıyevin tam orta məktəbin direktoru vəzifəsində yol verdiyi, sənədlərlə təsdiq olunmuş qanun pozuntularına və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasındakı nöqsanlarına obyektiv, qərəzsiz və əsaslı yanaşaraq hüquqi qiy mət vermişdir. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv edərək, qeyd etmişdir ki, pozuntu kimi aktda göstərilən hallardan bəzilərinin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, göstərilən 2 ədəd “Kür” markalı kompüterlərin xx.xx.2020-ci il tarixli inventarizasiya aktı əsasında istismara yararsız hesab edildiyi, jurnalın yararsız hala düşdüyü, işçilərin davamiyyəti jurnalında imzaların olmaması öz təsdiqini tapmamışdır. Yoxlama zamanı aşkar edilən pozuntularla bağlı iddiaçı yoxlayıcılara heç bir sənəd təqdim etmədiyi halda, həmin sənədləri sonradan məhkəməyə təqdim etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Əmək Məcəlləsi

19. Maddə

2. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

20. Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

21. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

22. Maddə

71. Əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi nə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

23. Maddə

71. Hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.

24. Maddə

80. İşəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

25. Maddə

80. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatın a əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

26. Maddə

186. Müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşa ğıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə ləndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

40. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yoxlama zamanı aşkar edilən pozuntuların düzgün müəyyən edilmədiyi barədə sənədlərin yoxlayıcılara təqdim edilməməsi iddiaçını həmin sübutları məhkəmə təqdim etmək imkanından məhrum edən hal kimi qiymətləndirilə bilməz və bu hal həmin sübutların məhkəmə tərəfindən araşdırılmasına mane olmur.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1298/2022 nömrəli mülki iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar