Məhkəmə qərarları › İş №2(102)-3010/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3010/2023

05.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3010/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqq ının hesablanıb ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2895/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 sentyabr 2019-cu il tarixli 79 nömrəli əmrlə müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş test imtahanından keçmiş ali təhsilli fizika müəllimi İddiaçı1 xx.xx.2019cu il tarixdən Bərdə rayon Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir.

2. Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbi üzrə 29 mart 2022-ci il tarixli 194 nömrəli əmrlə İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsa sən 29 mart 2022-ci il tarixdən xitam verilmişdir. Əmrdə işdən çıxarılmaının səbəbi kimi «əmək funksiyasını, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyi, müəssisə daxili intizam qaydalarını pozduğu», əsas kimi «Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbin pedoqoji şurasının xx.xx.2022-ci il tarixli qərarı» qeyd olunmuşdur.

3. Bərdə rayon Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbi üzrə pedoqoji şurasının 29 mart 2022-ci il tarixli 7 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, iclasda müzakirə olunan məsələ barədə yazılmış şikayət ərizələri və kollektiv üzvlərinin çıxışları nəzərə alınmış, məktəbin fizika müəllimi İddiaçı1 əmək funksiyasını yerinə yetirə bilmədiyi, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyi üçün (müəllimlərlə münaqişə yaratdığı, müəs sisə daxili intizam qaydalarını pozduğu, rəhbərliyi təhqir etdiyi, məktəbdə qarşıdurma yaratmağa meyilli olduğu, əvvəllər almış olduğu xəbərdarlıq və töhmətdən nəticə çıxarmadığı üçün) 29 mart 2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbin direktorunun 29 mart 2022-ci il tarixli 194 nömrəli əmrinin ləğv edilib, Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbin fizika müəllimi vəzifəsinə bərpa olunması və 29 mart 2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsinə dair qətn amə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçirilmiş test imtahanından xx.xx.2019-cu il tarixdə yerdəyişmə yolu ilə Bərdə rayonu, Cavabdeh1 adına Ləmbəran kənd tam orta məktəbinə fizika müəllimi təyin olunmuşdur. Ailəlidir, 3 övladı var. Məktəb direktorunun 29 mart 2022-ci il tarixli 194 nömrəli əmri ilə məktəbin fizika müəllimi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o və bir neçə müəllim tədris etdikləri məktəb olan kənddə yaşamırlar. Onları hər gün saat 08:00-da rayon mərkəzindən avtobus götürmüş və dərs dedikləri məktəbə çatdırmışdır. Həmin gün saat 07:50-də avtobus dayanan yerə çatanda artıq avtobus onu gözləməmiş, 20 dəqiqə tez getmişdir. Məktəbin direktoruna zəng edərək bildirmişdir ki, “avtobus 08:00-dan tez getmirdi məni gözləmiyib gedib”. Lakin məktəbin direktoru onu eşitmək istəməmiş və telefonu qapamışdır. Onda olan məlumata əsasən bütün onunla gedən müəllimlərlə qabaqcadan danışılıb, ona qarşı plan qurulub və 20 dəqiqə tez gediblər. Buna səbəb məktəb direktorunun ona qarşı qərəzli planını həyata keçirmək olub. Bir neçə dəfə onun əmək haqqından 40 manat kəsilmişdir və buna bir neçə dəfə yazılı şəkildə etirazını bildirmiş, aralarında narazılıq yaranmışdır. Bundan başqa, işdən çıxarılma barədə əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir.

6. Cavabdeh Lənbəran kənd tam orta məktəbinin direktoru Cavabdeh3 göstərmişdir ki, iddiaçı ilə heç bir qərəzliliyi olmayıb. Sonuncu əmək intizamına riayət etməmiş, müəllimlərlə münaqişə yaratmış, müəssisə daxili intizam qaydalarını pozmuş, onu təhqir etmiş, məktəbdə qarşıdurma yaratmağa meyilli olmuşdur. Dəfələrlə iddiaçıya xəbərdarlıq olunmasına baxmayaraq bundan nəticə çıxarmamışdır. İddiaçının barəsində keçirilən iclaslar barədə məlumat verilməsi üçün onun telefonuna zəng edilmiş, lakin iddiaçı telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən iddiaçının barəsində keçirilən iclaslardan məlumatı olmamışdır. İddiaçıdan etdiyi hərəkətlərə görə izahat alınmamışdır. Məktəbin ilk həmkarlar komitəsi və pedoqoji şuranın gəldiyi nəticə qanunamüvafiq olduğundan iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh tərəfin təqdim etdiyi Bərdə rayon Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbi üzrə xx.xx.2022-ci il tarixli 188 saylı əmrlə məktəbin fizika müəllimi İddiaçı1 məktəbdə şagirdi vurduğuna görə ciddi xəbərdarlıq edilmişdir.

8. Bərdə rayon Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbi üzrə 03 mart 2022-ci il tarixli 192 nömrəli əmrdən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı1 pedoqoji şuranın 03 mart 2022-ci il tarixli 6 saylı protokoluna əsasən məktəbdə buraxdığı ciddi nöqsanlara əsasən töhmət verilmişdir.

9. Bərdə Rayon Мəhkəməsinin 2(021)-2447/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Allahverdiyev) İddiaçı1 Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbin 29 mart 2022-ci il tarixli 194 nömrəli əmri ləğv edilmiş, İddiaçı1 Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbin fizika ixtisası üzrə müəllimi vəzifəsinə bərpa edilməsi, İddiaçı1 29 mart 2022-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsasalandırmışdır ki, İddiaçı1 xx.xx.2022-ci ildə inzibati tənbeh növündə töhmət verilmiş, lakin iddiaçının izahatı alınmamış, töhmət verilməsi üçün iclasa dəvət edilməmiş, iclasın vaxtı və yeri barədə məlumatlandırılmamışdır.

11. Bundan başqa Bərdə rayon Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbinin ilk həmkarlar komitəsinin 28 mart 2022-ci il tarixli 6 saylı protokolu ilə məktəbin fizika müəllimi İddiaçı1 Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən axırıncı dəfə xəbərdarlıqla şiddətli töhmət verilməsinə razılıq verilmiş, lakin Bərdə rayon Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbi üzrə pedoqoji şurasının 29 mart 2022ci il tarixli 7 saylı iclas protokoluna əsasən məktəbin fizika müəllimi İddiaçı1-əmək funksiyasını yerinə yetirə bilmədiyi, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyi üçün (müəllimlərlə münaqişə yaratdığı, müəssisə daxili intizam qaydalarını pozduğu, rəhbərliyi təhqir etdiyi, məktəbdə qarşıdurma yaratmağa meyilli olduğu, əvvəllər almış olduğu xəbərdarlıq və töhmətdən nəticə çıxarmadığı üçün) 29 mart 2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xit am verilmişdir.

12. İddiaçı1 qanunvericiliyin tələblərinə uyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsi barədə cavabdeh tərəf məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddiaçını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun qaydada inzibati məsuliyyətə cəlb edilmədiyindən Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbinin 29 mart 2022-ci il tarixli 194 nömrəli əmri ləğv edilməli, İddiaçı1 29 mart 2022ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmalı, iddia təmin olunmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.2, 186, 187, 300- cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bərdə Rayon Мəhkəməsinin 2(021)-2447/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı1 intizam qaydalarını və əmək funksiyasını kobud şəkildə davamlı olaraq pozmuşdur. Lakin Bərdə Rayon Məhkəməsi iddiaçının mövqeyindən çıxış edərək cavabdeh tərəfindən təqdim olunan protokollar və izahatl ara qiymət vermədən iddiaçının iddia tələbini təmin etmişdir. İddiaçı “Təhsil haqqında” qanunun 33-cü maddəsində sadalanan müddəalara əməl etməmiş və bunun nəticəsində dəfələrlə xəbərdar olunsa da nəticə çıxarmayaraq sonuncu dəfə pedaqoji şuranın iclasında saymazyana davranaraq iclası tərk etməsi məhkəmə iclasında tədqiq olunan sübutlarla öz təsdiqini tapsa da, Bərdə Rayon Məhkəməsi bu hala qiymət verməmişdir. İddiaçı işlədiyi məktəbdə təhsil vermək, ziyalılıq nümunəsi göstərmək, yüksək və şərəfli müəllim adını uca tutmaq əvəzinə müəllim etikasından kənar işlərlə məşğul olmuşdur. Bu hal müəllim kollektivi tərəfindən və dindirilmiş şagirdin valideyni tərəfindən təqdim olunmuş materiallarda öz təsdiqini tapmışdır. Ümumiyyətlə iddiaçı məktəbin daxili intizam qaydalarına, onunla bağlanmış fərd i əmək müqaviləsinə əməl etmədiyinə və işlədiyi məktəb kollektivində mütəmadi gərginlik yaratdığına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bərdə Rayon Məhkəməsi qanunun tələblərinə zidd olaraq işdə olan iddiaçının heç bir əsaslı sübut təqdim etmədiyi halda iddiaçının maraqlarına uyğun qiymət verərək işi birtərəfli aparmış, cavabdeh tərəf Lənbəran kənd orta məktəbinin işdən çıxarılma əmri qanuni tələblərə söykənməsinə baxmayaraq məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmə işəgötürənin pozulmuş hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymədiyini qeyd etmişdir. Halbuki, məhkəmə iclası zamanı toplanan iş materiallarından görünür ki, iddiaçı məktəb kollektivi, şagirdlərlə davranış qaydalarını bir neçə dəfə pozaraq daim icra intizamı nın normal ahəngini pozmuşdur. Bu da sənədlərdə öz əksini tapmışdır. Bu səbəbdən Bərdə Rayon Мəhkəməsinin 2(021)-2447/2022 saylı mülki iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) 2(104)2895/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallar və gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı vəziyyətinə uyğun olm uşdur. Belə ki, İddiaçı1 xx.xx.2022-ci ildə inzibati tənbeh növündə töhmət verilmiş, lakin iddiaçının izahatı alınmamış, töhmət verilməsi üçün iclasa dəvət edilməmiş, iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halına istinad edilməmişdir. Buna görə də məhkəmə kollegiyası həmin halla bağlı sübutların tədqiqini zəruri saymamışdır.

20. Məhkəmə gəldiyi nəti cəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 70, 71, 72, 80, 186, 187-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 adına Lənbəran kənd tam orta məktəbinin direktoru Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əmək qanunvericiyi ilə müəyyən olunan cavabdehə məxsus hüququ pozan qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarını düzgün tətbiq edilməməməsini təkrarlamış, işə maddi hüquq nomalarını düzgün tətbiq etməmiş, həmkarlar komitəsinin dəfələrlə verdiyi razılığı nəzərə almamışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ədaləti əks etdirmir. Müəllim vəzifəsini icra edə bilməyən bir şəxsin məhkəmə qərarı ilə işə bərpası təkcə işəgötürənin deyil, müəllim kollektivinin, şagirdlərin hüquqlarının pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliyin tələblərinə uyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsi barədə cavabdeh tərəf məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddiaçını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

25. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.

26. Maddə

11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...

27. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

28. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci madd əsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

31. Maddə 80, hissə 1 - bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

32. Maddə 186, hissə 2 - işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilm iş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər.

33. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayət ində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. İşçinin hüquqlarının qorunması üçün qanunverici bir sıra təminatlar müəyyən etmişdir. Bi təminatlardan bir qismi əmək müqaviləsinə qanunsuz xitam verilməsinin qrşısını almaq üçün mü əyyən olunmuş əsaslar və qaydalardır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:

1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir.

45. Əmək müqaviləsinə xitam verilməsi zamanı imperativ xarakterli qaydalardan biri də Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsində müəyyən olunmuşdur. Həm in normanın tələbinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsaslarla işçinin əmək müqaviləsinə ləğv olunması üçün işəgötürən tərəfindən həmkarlar ittifaqının müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır.

46. Bu qaydanın pozulması, işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılması üçün əsasdır.

47. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur, məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır və qanunidir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(104)-2895/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar