Məhkəmə qərarları › İş №2(102)-3011/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3011/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3011/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X11 və cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5480/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Abbasova) iddia tələbi qismən təmin edilərək, İddiaçı tərəflərin birgə nikahlarından olan övladları xx xxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması və İddiaçı övladları ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Şamayev, 2(103)12444/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)5480/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbləri qismən təmin edilmiş, İddiaçı xx xxxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X4 ilə b irlikdə ünvan 1 ünvanında yerləşən 9 saylı yaşayış sahəsinə köçürülməsi və iddiaçının həmin yaşayış sahəsinə giriş-çıxışına maneələrin yaradılması Cavabdeh qadağan edilmiş, iddia tələbi “mənzilə istifadə hüququnun tanınması” hissəsində rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh oğuna qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, onun və birgə nikahdan anadan olan xx xxxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 Bakı şəhəri, xxx-də yerləşən 9 saylı mənzil istifadə hüquqlarının tanımaqla köçürülmələrinə və mənzilə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktlar ı çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı ilə birgə nikahda olduqları dövrdə iddiaçının adına mənzil alınmış və həmin mənzil kirayəyə verilmişdir. Məhkəmə araşdırması zamanı da həmin mənzil iddiaçının mülkiyyətində olmuşdur. Sonradan xx.xx.2019-cu il tarixdə iddiaçı notariat ofisində xalasından pul müqabilində 2015-ci ildə cavabdehlə birgə aldığı və xərcləri azaltmaq məqsədilə bağışlama yolu ilə adına sənədləşdirdiyi mənzili həmin bağışlama müqaviləsini ləğv etdirməklə yenidən formal olaraq xalasına qaytarmışdır. Digər tərəfdən məhkəmə idddiaçının hazırda atasına məxsus mənzildə yaşadığını nəzərə almamışdır. İddiaçının atası özü Tərtər rayonunda yaşayır. İddiaçının hazırda yaşad ığı ev boş olmuş və indiyədək orada heç kim yaşamamışdır. Sadalananlardan aydın olur ki, iddiaçı cavabdehin mənzilində yaşamağı düşünmür. Onun yaşayış sahəsinə ehtiyyacı yoxdur və o, hazırki iddianı cavabdehə narahatçılıq yaratmaq üçün qaldırmışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Cavabdehin vəkili X5 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X11 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bundan sonra Bakı şəhəri, XXX yerləşən 9 saylı mənzilə gəlin köçmüş, evə pasport qeydiyyatına alınmış, birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Leyla və xx.xx.2009-cu il tarixdə Məhəmməd uşaqları anadan olmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və nikah pozulduqdan sonra da iddiaçı bir müddət mübahisəli mənzildə yaşamışdır. Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi, ev 1-də yerləşən 9 saylı mənzil dövlət reyestrində qeydiyyatdan keçməmişdir, həmçinin məhkəmənin sorğusuna əsasən göndərilmiş Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli cavab məktubundan aydın olur ki, Bakı şəhəri, XXX saylı bina yarımçıq tikilidir və istismara qəbul edilməyib. Həmin binanın 9 saylı mənzili Cavabdeh tərəfindən məcburi köçkün kimi özbaşına zəbt olunmuşdur. Cavabdeh iddiaçının mübahisəsi gedən evdə yaşamasına ümumiyyətlə etiraz edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçının mənzilə köçürülmə tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə yarımçıq tikili hesab edilən və məcburi köçkün kimi zəbt olunmuş yaşayış sahəsi ilə bağlıdır. Ona görə də, yarımçıq tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından kollegiyanın qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqın da” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tər əflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan müddəaların mənası baxımından kollegiya hesab edir ki, iddiaçı uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşadığı mübahisəli evə köçürülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməldir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu t əsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, iddiaçının keçmiş əri yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. İddiaçının mülkiyyətində mənzil olmasına dair məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olduğunu bildirdiyi mənzilin iş materi alında olan xx xxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən ünvan 2 ünvanda yerləşən 29 saylı mənzilin mülkiyyətçisinin X7 olduğu görünür. İddiaçının qohumlarının mülkiyyətində mənzilin olması iddiaçının mübahisəli mənzilə köçürülməsinə maneə deyildir. Belə ki, iddiaçının mülkiyyətində hər hansı bir mənzilin olması və onun orada yaşaya biləcəyi barədə iş materiallarında heç bir sübut yoxdur. Həmçinin iddiaçının əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün də əsas yoxdur. Çünki işin təsdiq olunan halı ondan ibarətdir ki, iddiaçıya məxsus cehiz əşyalar hazırda da mübahisəli sahədədir. Apelyasiya məh kəməsi iddia tələbinin “mənzilə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması” hissəsini də əsaslı hesab edərək iddia tələbinin həmin hissədə təmin edilməli olduğu nəticəsinə gəlmişdir. Belə ki, iddiaçı sözügedən mənzilə köçürüldüyündən onun həmin mənzilin yaşayış sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddiaçı mübahisəli evdə normal şərtlər daxilində yaşamalı və bərabərlik prinsipinə uyğun olaraq yaşayış sahəsindən sərbəst istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar