Məhkəmə qərarları › İş №2(102)-3011/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3011/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3011/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tələbləri təmin edilməməsi halı olmadığına görə kassasiya şikayəti vermə hüququnun olmaması əsası ilə kassasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 22 iyul 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı vəkili Quliyeva Nurlanə Nazim qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(103)-2421/202 0 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən həmin iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin 260.000 manat qiymətlə açıq hərracda satılması və əldə olunan məbləğin 3/5 hissədə Cavabdeh, 2/5 hissədə isə İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən mənzilin 3/5 hissəsinə cavabdehin, 2/5 hissəsinə isə iddiaçının qardaşı X1 mülkiyyət hüquqları məhkəmə tərəfindən tanına raq DƏDRX-də qeydiyyatdan keçmişdir. Daha sonra iddiaçının qardaşı X2 09.09.2015-ci il tarixdə sözügedən mənzilə dair payını (2/5 hissə) bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə vermişdir. Hal-hazırda sözügedən mənzil iddiaçı və cavabdehin paylı mülkiyyətindədir. Sözügedən mənzil hal-hazırda bazarda satış qiymətlərinə uyğun olaraq 230.000 (iki yüz otuz min) manat qiymətindədir və hazırda alıcısı vardır. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq sözügedən paylı mülkiyyət satılarkən payın satılan hissəsi ilkin olaraq digər payçıya təklif edilməli və digər payçı imtina etdiyi təqdirdə sözügedən məsələ məhkəmə qaydasında öz həllini tapmalıdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(004)5772/2019 saylı qətnaməsi ilə (hakim R.B.Cavadzadə) idd ia qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin 2/5 hissəsinin İddiaçı, 3/5 hissəsinin isə Cavabdeh verilməsi, mənzilin ilkin satış qiymətinin 195.000 manat məbləğində qiymətləndirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin 50 faizinin İddiaçı, 50 faizinin isə Cavabdeh aid edilməklə, həmin məbləğin Cavabdeh tərəfindən “Legal Hüquq və Ekspert Mərkəzi” MMCyə tam şəkildə ödənilməsinin nəzərə alınması və İddiaçı 150 manat pulun tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(103)-2421/2020 saylı qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(004)-5772/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Həmim qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(103)-2421/2020 saylı qərardadı ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(103)2421/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin geri qaytarılması qənaətinə gələrkən hesab etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq, həmin qətnamə ilə bağlı tələb irəli sürmədiyindən, onun bu qətnamədən kassasiya şikayəti verməsi mülki-prosessual qanunvericiliyin tələblərinə ziddir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

8. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, pandemiya şəraiti ilə əlaqədar karantin rejimi sərtləşdirildiyindən iş yerləri bağlanmış, daşınmaz əmlakların alqı-satqıları dayandırılmış və yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləri daha da aşağı düşmüşdür. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən bu hallar nəzərə alınmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

10. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 11.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Quliyeva Nurlanə Nazim qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. İş üzrə İddiaçı və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

13. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

14. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 15.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

402. Kassasiya şikayəti vermə hüququ “ Apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şi kayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə“qərardadlarından kassasiya şikayəti verilə bilər. Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər“tələbləri təmin olunmadığı hallarda“şikayət verə bilərlər. Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır: 408.1.1.“kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud“hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa; 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

18. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hi ssəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

19. Lakin nə zərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 403.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuşdur. Həmin norma o şəxslərin kassasiya şikayəti vermək hüququnu tanıyır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən onların tələbləri təmin olunmasın.

20. Bu qaydanın əsasında mülki icraatın əsas prisiplərindən biri olan dispozitivlik prinsipi dayanır. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə i fadə olunur. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında deyilir ki, apelyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apelyasiya icraatı yalnız apelyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apelyasiya icraatı başlanıla bilməz. İkincisi, apelyasiya şikayətini vermiş şəxs işin apelyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

22. Apelyasiya instansiyası məhkəməsi ndə işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

23. Bu isə o anlama gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin olunmadıqda, cavabdehin hər hansı tələbinin təmin edilməməsi halı baş vermir və bu qərardan cavabdehin kassasiya şikayəti vermə hüququ yaranmır.

24. Kassasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 403.1-ci maddəsinə istinad etməklə cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış, həmin qətnamə ilə bağlı tələb irəli sürmədiyindən, onun bu qətnamədən kassasiya şikayəti verməsinin mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olması qənaətinə gəlmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(103)-2421/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar