Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3011/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı iş üzrə QƏRARİ iş № 2(102)-3011/22 Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərin əvəzinin tutulması Bakı şəhəri, 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcbu ri iş buraxma üçün əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9231/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh “Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 103 saylı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə aylıq əmək haqqının hesablanıb cavabdeh tərəfindən ona ödənilməsi, işdən qanunsuz olaraq azad olunması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarına görə, İddiaçı xx.xx.2005-ci il tarixdə 6 saylı Bakı Peşə Liseyinə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdən etibarən isə həmin Liseyin ixtisas fənn müəllimi vəzifəsinə təyin edilmişdir.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 6 nömrəli Bakı Peşə liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilmiş və onların bazasında “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” yaradılmışdır. Bununla əlaqədar iddiaçının ərizəsi əsasında onunla bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” hissəsi (müəssisə ləğv edildikdə) ilə xitam verilmiş və iddiaçı, onunla cavabdeh Mərkəz arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsinə” əsasən Mərkəzə müəllim vəzifəsinə işə qəbul edilmişdir. 4. 28.09.2020-ci il tarixli “Ştatın ixtisarı ilə bağlı xəbərdarlıq haqqında” əmrə əsasən, İddiaçı Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən ixtisar olunduğu barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq müddətinin xx.xx.2020-ci il tarixdə bitəcəyi və xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə ona məlumat verilmişdir. 5. xx.xx.2020-ci il tarixli, 103 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən ixtisası üzrə yetərli dərs yükü təsdiqlənmədiyi üçün xitam verilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 10 ilə yaxın müddətdir ki, avtomobil fənnini tədris edir, yüksək göstəriciləri də məhz bu fənn üzrə əldə etmişdir və diaqnostik qiymətləndirmənin nəticələrinə görə ondan aşağı bal toplayan müəllimlər hazırda da Mərkəzdə işləyirlər. Bundan başqa, nəzərə alınmalıdır ki, həmin ştat vahidi ixtisar olunmamışdır və hazırda da mövcuddur. Avtomobil fənnini isə hazırda rəsm müəllimi tədris edir. İddiaçı pozulmuş hüququnun bərpası ilə bağlı həmkarlar təşkilatına müraciət etmiş və orada ona bildirmişlər ki, həmkarlar ittifaqının qərarı olmadan cavabdeh Mərkəz onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verə bilməzdi.
7. Cavabdehin nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə müddətli əmək müqa viləsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş və həmin müqaviləyə də əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Başqa sözlə, iddiaçı işə qəbul edilərkən və tutduğu vəzifədən azad edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Digər tərəfdən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı həmin əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, 1 ay ərzində mübahisələndirməmiş və hazırkı iddianı yalnız 2020-ci ilin dekabr ayında irəli sürməklə iddia müddətini üzürsüz səbəbdən pozmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1506/2021 nömrəli, 31 mart 2021-ci il tarix li qətnaməsi ilə (hakim F.Abdıyev) iddianın qismən təmin edilərək, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 103 saylı əmrinin ləğv edilməsi, iddiaçının müəllim vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Lakin, Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsində bəndindən asılı olmayaraq, 70-ci maddə ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin əsaslandırmasının zəruriliyi imperativ qayda kimi təsbit edilmişdir. Lakin, iddiaçı barəsində qə bul edilmiş xx.xx.2020-ci il tarixli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyətlə əsaslandırma istiqamətində hər hansı addım atılmamış, əmrdə yazılmış “ixtisası üzrə yetərli dərs yükü təsdiqlənmədiyi üçün” cümləsi isə cavabdehin qeyd edilən 71-ci maddənin 3-cü hissəsinin tələblərinə əməl etməsi kimi qiymətləndirilə bilməz və əsaslandırma deyil, daha çox məlumat xarakteri daşıyır. Hər bir halda, mövcud vəziyyətə uyğun olaraq əmrdə əvvəlki illərlə müqayisədə dərs yükünün həcminin və qrupların sayının azalması, mövcud dərs yükünün digər müəllimlərlə iddiaçı arasında bölünməsinin qeyri mümkünlüyü və sair bu kimi məlumatlar (məsələlər) əks olunmalı idi. Lakin, göründüyü kimi, qeyd olunanlar əks olunmamış və nəticə etibarı ilə əmr Əmək Məcəlləsinin 7 1-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl edilməməklə tərtib edilmişdir. Bu da öz növbəsində həmin əmrin ləğv edilməsi üçün əsas yaradır.
10. Digər tərəfdən, iddiaçı Həmkarlar İttifaqının üzvüdür. Əmək Məcəlləsinin 80ci maddəsində də belə şəxslərin Məcəllənin 70-ci maddəsinin “b” hissəsi ilə əmək müqaviləsinə yalnız bu təşkilatın razılığı alınmaqla xitam verilməsinin mümkünlüyü imperativ qaydada təsbit edilmişdir. Bu baxımdan, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməmişdən əvvəl məsələ ilə bağlı X2 rayon komitəsinə müraciət etməli və onun razılığını aldıqdan sonra hazırda mübahisələndirilən əmri qəbul etməli idi. Bununla belə, iddiaçı barəsində xx.xx.2020-ci il tarixli əmr rəsmiləşdirilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmu şdur ki, bu halın mövcudluğu da həmin əmrin ləğv edilməsini şərtləndirir.
11. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə mövcud vəziyyətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilə bilməzdi. Belə ki, iddiaçı artıq neçə ildir ki, eyni fənni tədris edir və onun ötən il bu fənni tədris etdiyi 2-ci kurs tələbələri, hazırda 3-cü kursdadır. Başqa sözlə, ən azı iddiaçı bu kurs üzrə öz fənnini tədris etməyə davam etdirə bilərdi. İddiaçının tədris etdiyi fənnin onun ixtisasına uyğun gəlməməsi barədə dəlillər də əsassızdır. Hər bir halda, iddiaçı bu fənni birinci ildir ki, tədris etmir və cavabdehin bir neçə ildən sonra bu mövqedən çıxış etməsi bir qədər anlaşılmazdır. Digər tərəfdən, iddiaçı tutduğu vəzifədən azad edildikdən sonra ixtis as üzrə hər hansı yeni müəllimlə əmək müqaviləsi bağlanmamışdır. Burdan belə qənaətə gəlmək olur ki, iddiaçının tədris etdiyi fənni hazırda da qeyri-ixtisas müəllimi tədris edir. Bundan əlavə, Mərkəzdə tələbələr var və tədris davam edir. Sadəcə olaraq, qrupların sayı azalmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsindən də müvəffəqiyyətlə keçmiş və ümumilikdə 31 bal toplamışdır. Hazırda Mərkəzdə ondan az bal toplayan müəllimələr işləyir. Lakin buna baxmayaraq, həmin müəlimlərdən hər hansı biri deyil, məhz iddiaçı ixtisar edilmişdir. Halbuki, cavabdeh diaqnostik qiymətləndirmənin nəticələrini əsas götürülməli idi. Cavabdeh özü də bildirir ki, hər müəllim 1 ştat vahidi (720 saat) dərs yükü ilə təmin olunmalıdır. 720 saat dərs yükü olmadığı halda, mövcud saatlar müəllimlər arasında ixtisasına uyğun və diaqnostik bal nəzərə alınmaqla bölünməlidir. Bu da iddiaçının ixtisar edilməsini deyil, müəllimlər arasında bərabərliyi təmin etməklə, iddiaçıya və digər müəllimlərə daha az həcmdə dərs yükünün verilməsini şərtləndirir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və bu əsasla iddia rədd edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndində, 189-cu maddəsinin və digər aidiyyəti maddələrində əmrin təqdim edilməsi qaydası dəqiq müəyyən edilmişdir. Bu normaların tələbləri baxımından iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrlə tanış edilməli və bu əmrin surəti ona işəgötürən (cavabdeh) tərəfindən təqdim olunmalı idi. Təqdim olunmanın da sübutu olaraq iddiaçı t ərəfindən aidiyyəti sənədlərdə əmrin qəbul edilməsini təsdiq edən imza edilməli idi. Lakin, araşdırma zamanı qeyd edilən əmrin surətinin ona təqdim edilməsi aşkar edilməmişdir. Əksinə, iddia ərizəsinə əlavə edilmiş və iddiaçı, habelə cavabdeh tərəfindən ATAHİ Binəqədi rayon komitəsinə, komitə tərəfindən də iddiaçıya göndərilmiş məktublardan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsindən məlumatlı deyil. Məhz bu məsələyə aydınlıq gətirilməsi üçün ATAHİ Binəqədi rayon komitəsinə müraciət etmişdir. Komitə də bu barədə məlumatsız olmuşdur (halbuki, artıq yuxarıda bildirildiyi kimi, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri baxımından onun razılığı tələb olunurdu). Bu səbəbdən sorğu ilə cavabdehə müraciət etmiş və iddiaçı ilə bağlı aidiyyəti sənədl ər cavabdeh tərəfindən ona təqdim edildikdə sonra, yalnız xx.xx.2020-ci il tarixdə iddiaçıya cavab məktubu ünvanlanmışdır. Hazırkı iddia da məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh isə öz növbəsində əmrin surətinin xx.xx.2020-ci il tarixdən əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilmir. Bu səbəbdən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.
13. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70, 71, 78, 80, 296, 300, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia tələbi ilə mübahisələndirdiyi əmrin ona məlum olduğu vaxtdan 2 ay sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçının dərs dediyi fənn onun ixtisasına uyğun olmamışdır. Buna görə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan da görünür ki, iddiaçıya ixtisara düşməsi ilə bağlı məlumat verilmişdir. İşə baxmış Rayon Məhkəməsi işin bu hallarına qiymət verməmişdir. Halbuki, iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə Mərkəzin nümayəndəsi tərəfindən ərizə verilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9231/2021 nömrəli, 12 noyabr 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi) Ş.Məhərrəmova, R.Həsənov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir.
18. Belə ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” cavabdeh Mərkəz tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müəssisədə həmkarlar ittifaqı fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçının işdən çıxarılması məsələsi X1 iclasında müzakirə olunmamış, həmkarlar ittifaqının qərarı alınmamışdır.
19. Məhkəmə hesab etmişdir ki, işəgötürən olan cavabdeh Mərkəz işçisi olan iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin tələbinə riayət etməmiş, müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığını almadığı üçün iddiaçının işdən çıxarılması qanunsuz olmuşdur.
20. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi üçün onun işə bərpa olunması barədə tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçının bildir diklərinə əsasən müəyyən olunur ki, o, xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilmişdir. Belə ki, iddiaçın özünün bildirdiyinə görə, xx.xx.2020-ci il tarixdə cavabdeh Mərkəzin kadrlar şöbəsindən onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişlər ki, onunla bağlanmış “Əmək müqaviləsi” ləğv edilmiş və Mərkəzə gəlib əmri və son-haqq hesabını götürməsini təklif etmişlər.
21. Məhkəmə “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin surətinin işəgötürən olan cavabdeh Mərkəz tərəfindən təqdim olunmalı ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Çünki, iddiaçının özünün bildirdiyinə görə, o, xx.xx.2020-ci il tarixdə cavabdeh Mərkəzin kadrlar şöbəsindən telefon vasitəsilə daxil olmuş dəvətə baxmayaraq Mərkəzə gedib əmri və son -haqq hesabı almaqdan imtina etmişdir.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçıya münasibətdə 1 aylıq iddia müddətinin axımının başlanması məhz xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İddia müddətinin üzürlü səbəbdən ötürülməsi və müddətin bərpası üçün əsasların olmadığı müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi qeyri-mümkündür. Lakin, işə baxmış birinci instansiya məhkəməsi işin bu halını yanlış qiymətləndirmişdir.
23. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 68.1, 70, 71, 76, 74, 80, 84, 296-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilə rək, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 77, 78ci maddələrinə istinad edərək onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qeyd edilən maddi hüquq normalar pozulmuşdur. İddia müddəti ötürülməmişdir. İddiaçı dəvət edildiyi vaxt etiraz etmişdir, lakin həmin gün işdən çıxmağı barədə əmr verilməsini bilmirdi və əmrin ona təqdim edildiyi gün artıq hüquqlarının pozulduğunu aşkar edib, məhkəmədə iddia qaldırmışdır. İddia müddəti iddiaçının Həmkarlar təşkilatından cavab aldığı və müvafiq sənədləri əldə etdiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbayca n Respublikasının Əmək Məcəlləsi
27. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
28. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: (“a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
29. Maddə
70. Əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: (“a”) müəssisə ləğv edildikdə; (“b”) işçilər in sayı və ya ştatları ixtisar edildikdə; (“c”) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; (“ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (“d”) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; (“e”) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
30. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
31. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin “ b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir.
32. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
33. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfi ndən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
34. Maddə 296.2. Bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
35. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdiri lmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yaln ız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərə bilər.
45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
46. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının işdən çıxarılması qanunsuz olsa da, iddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi üçün onun işə bərpa olunması barədə tələbi təmin oluna bilməz.
51. Kassasiya kollegiyası hesab edir ki, iddia müddətinin axımının başlanması tarixini düzgün müəyyən etmədiyindən, apellyasiya instansiyası məhkəməsinin iddiaçının əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi barədə qənaəti qanuni və əsaslı olmamış, nəticədə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul edilmişdir.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə cavabdeh Mərkəzin kadrlar şöbəsindən iddiaçıyla telefon vasitəsi ilə əlaqə saxlayaraq əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlandırılması ilə hesablanmışdır.
53. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
54. Həmin Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
55. Həmin Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüq uqunun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
56. Göründüyü kimi, qanunvericiliyə görə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə vermək işəgötürənin vəzifəsidir. Həmçinin, işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün, ona müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür ki, işçiyə münasibətdə 1 aylıq iddia müddə tinin axımı da məhz həmin gündən başlanır.
57. İş materiallarından qeyd edilən əmrin surətinin iddiaçıya təqdim edilməsi aşkar edilməmişdir. Əksinə, iddia ərizəsinə əlavə edilmiş və cavabdeh tərəfindən ATİAHİ Binəqədi rayon komitəsinə, komitə tərəfindən də iddiaçıya göndərilmiş məktublardan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsindən məlumatlı olmamış, məhz bu məsələyə aydınlıq gətirilməsi üçün ATİAHİ Binəqədi rayon komitəsinə müraciət etmişdir. Komitə də bu barədə məlumatsız olduğundan, cavabdehə sorğu ünvanlamışdır. Həmin sorğuya cavabında cavabdeh iddiaçının əmrlə tanış edilsə də, imzalamaqdan imtina etməsinə, həmin görüşün aktlaşdırılmasına istinad etmişdir. Lakin müvafiq, yəni xx.xx.2020-ci il tarixdə iddiaçının əmrin surətini qəbul etmək dən imtina etməsinə dair akt cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
58. Həmçinin, iddiaçı birinci instansiya məhkəməsindəki izahatı zamanı bildirmişdir ki, əmr ona təqdim edilməmiş, bir sıra sənədlər müraciətindən sonra, xx.xx.2020-ci il tarixdə ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən təqdim edilmiş, bundan bir neçə gün sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
59. Qeyd edilən hal iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əsasən, ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 3 vərəqdən ibarət məktub ünvanlanmış (səhifə 9), iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur (səhifə 5).
60. Göründüyü kimi, apellyasiya kollegiyası iddia müddətinin tətbiq edilməsində sə hvə yol vermiş, bununla bağlı işin hallarını tam araşdırmamış, iddiaçının hüquqlarının pozulmasını bildiyi anı düzgün müəyyən etməmiş və müvafiq hüquq normalarını səhv tətbiq etmişdir.
61. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§36-§38)
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, m ülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. Beləliklə, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Apellyasiya Məhkəməsi işə yenidən baxılarkən məhkəmə, kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməklə baxaraq, mübahisəni həll etməlidir.
65. Gö stərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9231/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Ələsgər Əliyev İsmayıl Xəlilov Mehparə Əhmədova