Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3011/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, istifadə hüqunun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-478/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətn aməsindən iddiaçıların kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 və Cavabdeh1 qardaşdır.
2. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 458 saylı qərarı ilə onların atası X2 mənzil ayrılmış, xx.xx.1980-cı il tarixdə isə mənzil ŞİH 9659 nömrəli Order əsasında X1 və onun 6 nəfər ailə üzvünün istifadəsinə verilmişdir.
3. X3 xx.xx.1991-ci il tarixdə ölmüşdür.
4. Daha sonra hazırki ünvanı Mingəçevir şəhər Təbriz küçəsi ev 5 mənzil 34 olan həmin mənzil özəlləşdirilmiş, Cavabdeh1 adına 1 fevral 2005-ci il tarixli 01356 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçıl ar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onların Mingəçevir şəhəri, Təbriz küçəsində 5 saylı evin yaşayış sahəsindən istifadə hüquqları olan 4 otaqlı 34 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2007-ci ilin iyun ayına qədər Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən 5 saylı evin qeydiyyatda olduqları 34 saylı mənzilində cavabdehlərlə birlikdə yaşayıblar. Həmin mənzili İddiaçı1 atası X2 işlədiyi 5 nömrəli Mexanizasiya İdarəsində 7 nəfər ailə tərkibi ilə mənzil növbəsində durduğuna görə Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 458 nömrəli qərarı ilə verilmiş və mənzilə a tası Allahyar Muradovun adına 9659 nömrəli xx.xx.1980-cı il tarixli order yazılmışdır.
7. Orderdə ailə üzvü kimi İddiaçı1 atası Allahyar Muradov, anası Səmayə Muradova, özü, qardaşı Mürşüd, bacıları Cəmilə və Mətanət, nənəsi Səadət qeyd olunmuşdur. Cavabdeh olan qardaşı Cavabdeh1 adı isə orderdə qeyd olunmamışdır. Mənzil 4 otaqlıdır, yaşayış sahəsi 59.85 m2-dir.
8. İddiaçı1 xx.xx.1994-cü il tarixdə hazırki iş üzrə digər iddiaçı Muradova (Abdullayeva) Sevinc Yaşar qızı ilə rəsmi nikah bağlayıb, İddiaçı2 yaşadığı və qeydiyyatda olduğu, hazırda mübahisələndirilən mənzilə - Təbriz küçəsi ev 5, mənzil 34-ə gəlin köçərək bu mənzildə onlarla birlikdə yaşamış və cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Mənzildə yaşadıqları müddətdə nikahlarından xx.xx.1995-ci il tarixdə qızları Vüsalə və xx. xx.1997-ci il tarixdə oğlanları Vüsal doğulub. 2005-ci ildə hamısı, yəni mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvləri, o cümlədən İddiaçı1 və arvadının yazılı razılığı ilə mənzil özəlləşdirilmiş və X4 İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 396 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə Cavabdeh1 adına mülkiyyət hüququ əsasında 01356 nömrəli Qeydiyyat vəsiqəsi verilmiş və mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə onun adına qeydə alınaraq 6290 nömrə ilə reyestr kitabına yazılmışdır.
9. Mənzilin iki otağından iddiaçılar və anası, iki otağından isə cavabdehlər istifadə ediblər. Bir müddət cavabdehlərlə mehriban yaşasalar da, Cavabdeh2 yersiz və əsassız söz-söhbətləri üzündən iki ailə arasında müəyyən ziddiyyətlər yaranmağa başl amış, cavabdeh iddiaçılara normal yaşamağa imkan verməmişdir.
10. Qərara gəliblər ki, müvəqqəti olaraq kirayəyə çıxsınlar, imkan etsələr, ayrı mənzil alsınlar, həm də cavabdehlərlə mehriban münasibətləri bəlkə də bərpə olunar. Odur ki, 2007-ci ilin iyun ayında iddiaçılar Mingəçevir şəhəri, D.Əliyeva küçəsindəki 2 saylı evin 39 saylı mənzilinə kirayəyə köçüb 2018-ci ilin iyun ayına kimi bu mənzildə kirayədə yaşayıblar. 2018-ci ilin iyun ayında isə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki 3 saylı evin 22 saylı mənzilinə köçüblər və hazırki vaxtadək həmin mənzildə kirayədə yaşayırlar. Kirayəyə çıxsalar da, mənzil əşyalarının bəziləri, o cümlədən 2 nəfərlik çarpayı, yorğandöşək dəstləri, şifoner, servant, qab-qacaq əşlayaları, lüstur, pal-paltar və s. mübahisəli mənzildədir. İddiaçılar əşyal arı olan otağın qapısını kilidləyib çıxmışdılar, kirayədə qalsalar da, mənzillə daima əlaqələri olub, anasına tez-tez baş çəkiblər.
11. Kirayədə olarkən Cavabdeh1 oğlu yaşadıqları mənzilə gələrək bildirib ki, otaqların və mənzilin giriş qapılarını dəyişirlər, otaqlarının açarını versinlər, qapıları dəyişib otağın yeni açarını və mənzilin giriş qapısının açarını gətirib ona təqdim edəcəkdir. İddiaçı1 da açarı təqdim edib. Sonradan açarları ondan istədikdə, qardaşı oğlu deyib ki, evdə həmişə adam olur, istədikləri vaxt gələndə qapını açan olacaqdır. Həmin vaxtdan onlar da mənzilin açarı yoxdur. Kirayədə yaşamaqda çətinlik çəkirlər. Kirayə haqqı çox bahadır. Ailədə yeganə qazanc gətirən İddiaçı1 odur. Aylıq əmək haqqı ilə dolanmaq, gündəlik təlabat xərclərini, kommunal ödənişləri ödəmək çox ç ətindir, xeyli borcu var. Kirayə haqqından azad olmaq üçün öz mənzillərinə qayıtmaq və orada yaşamaq qərarına gəliblər. Lakin cavabdehlər onlara istifadə hüquqları olduğu mənzilə köçməyə mane olur, qapını açmır, mənzilə buraxmayacaqlarını bildirirlər.
12. İddiaçılar 2007-ci ilin iyun ayında daimi yaşamaq üçün deyil, müvəqqəti yaşamaq üçün mübahisələndirilən mənzildən kirayə çıxıblar və hazıradək kirayədə yaşayırlar. Kirayədə yaşadıqları mənzil başqasının mülkiyyətindədir. Özlərinin adına hər hansı yaşayış sahəsi yoxdur. İddiaçı1 və arvadı İddiaçı2 xx.xx.2004-cü il tarixdə mənzilin özəlləşdirilməsi zamanı mənzildə qeydiyyatda olan və yaşayan və mənzildən istifadə hüququ olan ailə üzvləri kimi mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə dair X4 İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə yazılı ərizə veriblər və bu qanunauyğun hərəkət mənzildə yaşamaq hüquqlarından imtina etmək demək deyildir. Həmçinin İddiaçı1 müharibə veteranıdır. Həm keçmiş SSRİ tərkibində Əfqanıstan Respublikasında xidmət edib, həm də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, müharibə veteranıdır. Prezident təqaüdçüsüdür. Uzun illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir ŞŞ-də müfəttiş vəzifəsində işləmişdir.
13. İddia tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin (köhnə) 10, 87-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5 və 12-ci maddələrinə istinad edilmişdir.
14. Cavabdehlərin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərib ki, iddiaçılar özləri də etiraf etdikləri kimi 2007-ci ildə mübahisəli mənzili birdəfəlik çıxmaq niyyətilə tərk etmişlər. 2004-cü ildə mənzil özəlləşdirilməsi həyata keçirilərkən İddiaçı1 anası həyatda olduğu halda mənzilin doğma qardaşı Cavabdeh1 adına rəsmiləşməsinə könüllü olaraq razılıq vermişdir. İddiaçı dolayısıyla razılıq verməklə gələcəkdə həmin mənzilin hüquqi müqəddəratı ilə bağlı öz mövqeyini bildirmişdir. Hazırda iddiaçıların məhkəməyə iddia vermələrinin əsl səbəbi cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 hazırki iş üzrə iddiaçıların mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia vermək niyyətlərinin olması və bununla əlaqədar olaraq 2023-cü ilin avqust ayında Mingəçevir şəhərində yaşadıqları mənzilin ərazisində yerləşən MİS-ə sorğu vermələri olmuşdur. Qarşı tərəf bu hal barədə məlumat alan kimi, onları qabaqlayaraq özləri iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar 16 ildən çoxdur ki, mənzili tərk ediblər və bu qədər müddət keçməsinə baxmayaraq, bu vaxta qədər mənzil barədə hər hansı iddiaları olmamış, həmçinin mənzilə köçməklə bağlı təmsil etdiyi şəxsə müraciət etməmişlər.
15. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2268/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Nemət Paşayev)
16. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçı1 Cavabdeh1 doğma qardaşıdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 458 saylı qərarına ilə onların atası X2 mənzil ayrılmış, xx.xx.1980-cı il tarixdə isə mübahisəli mənzil ŞİH 9659 nömrəli Order əsasında X1 və onun 6 nəfər ailə üzvünün istifadəsinə verilmişdir. X3 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İddiaçı1 və Cavabdeh1 mübahisəli mənzil əldə edildiyi gündən həmin mənzilin tərkib hissəsindən ailə üzvləri birlikdə istifadə etmişlər. Mübahisəli mənzil İddiaçı1 və digər ailə üzvülərinin yazılı razılığı ilə özəlləşdirilərək xx.xx.2005-ci l tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı1 xx.xx.1994-cü il tarixdə digər İddiaçı2 ilə evlənmiş, onların birgə nikahlarından iki nəfər uşaqları da həmin mənzildə doğulmuşdur. 2007-ci ildə İddiaçı1 ailəsi ilə birlikdə daimi yaşamaq üçün mübahisəli mənzildən çıxmış və hazırkı vaxta qədər ailəsi ilə birlikdə müxtəlif ünvanlarda yaşamışdır. İddiaçı1 iddia qaldırdığı vaxtadək nə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etm əmiş, nə də mübahisəli mənzilə köçüb yaşamaq barədə məhkəmdə iddia irəli sürməmişdir. Hazırda İddiaçı1 mülkiyyətində yaşayış sahəsi olmasa da, Mingəçevir şəhəri, Günəşli yaşayış massivinin şimal hissəsi ünvanında 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Bununla belə iddiaçılar yaşayış yeri üzrə mübahisəli mənzildə qeydiyyatda qalmışlar. Cavabdeh tərəf isə ailə üzvləri ilə birlikdə hazırda mübahisəli mənzilə sahiblik etməklə bərabər, həm də onun tərkib hissəsindən təyinatına uyğun olaraq istifadə edirlər.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri mübahisəli mənzilin əldə edildiyi xx.xx.1980-ci il tarixindən, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisə isə 2007-ci ildən yarandığından, mübahisənin həll edilməsi zamanı xx.xx.2009-cu il tarixədək qüvvəddə olan Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müvafiq normaları əlaqəli şəkildə tətbiq edilməlidir.
18. Birinci instansiya məhkəməsi iddianın qanuni həll edilməsi üçün hesab etmişdir ki, ilk növbədə iddiaçıların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır.
19. İşin müəyyən olunmuş hallarına əsasən mübahisəli mənzil order əsasında xx.xx.1980-ci il tarixdə tərəflərin mərhum atası X1 6 nəfər ailə üzvü ilə birlikdə istifadəsinə verilmişdir. İddiaçı1 xx.xx.1994-cü il tarixdə İddiaçı2 ilə evlənmiş və onların bir nikahlarından xx.xx.1995-ci il tarixdə Muradlı (Məmmə dova) Vüsalə Elxan qızı və xx.xx.1997-ci il tarixdə İddiaçı3 adlı uşaqları doğulmuşdur. İddiaçı öz ailə üzvüləri ilə birlikdə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmiş və yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Mübahisəli mənzil xx.xx.2005-ci il tarixdə İddiaçı1 Allahyyar oğlunun və digər ailə üzvülərinin razılığı ilə Cavabdeh1 adına Dövlət qeydiyyatına alınmışdır. Ondan sonra da iddiaçı öz ailəsi ilə birlikdə mübahisəli mənzildən istifadə etmişdir. Lakin iddiaçılar daimi yaşamaq üçün 2007-ci ildə mübahisəli mənzildən çıxıb başqa yaşayış sahəsinə köçmüşlər. Hazırda da iddiaçılar Cavabdeh1 məxsus mübahisəli mənzildə deyil, Mingəçevir şəhərində yerləşən başqa yaşayış sahəsində yaşayırlar. Mübahisəli mənzil isə Cavabdeh1 tam mülkiyyətindədir.
20. Qeyd edilənlərə əsasən birinci ins tansiya məhkəməsinin mpvqeyi belə olmuşdur ki, iddiaçıların daimi yaşamaq üçün 2007-ci ildə başqa yaşayış sahəsinə köçənədək mübahisəli mənzildən istifadə hüquqları yaranmış, lakin sonradan onlar həmin mənzili könüllü olaraq tərk edib, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən, onlar mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarını itirmişlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasın da həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin y aşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
22. Mənzil Məcəlləsinin (xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş) 87-ci maddəsi ndə nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
23. Bununla yanaşı məhkəmə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ki, iddiaçıların uzun müddətdə yaşamamaqlarının səbəbləri işin müəyyən olunmuş hallarına uyğun olaraq araşdırılmalıdır. Belə ki, iddiaçılar mübahisəli mənzilə köçürülmələrinin hüquqi və faktiki əsası kimi hər birinin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmalarına, özlərinə məxsus əşyaların hələ də orada qalmasına istinad etmişlər. Mübahisəli mənzildən çıxıb başqa yaşayış sahəsinə köçmələrini isə Cavabdeh2 ilə pozulmuş münasibətlərinin bərpasına vaxt qazanmaq üçün birdəfəlik deyil, müvəqqəti olaraq mübahisəli mənzili tərk etmələri ilə əlaqələndirmişlər.
24. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin mübahisəli mənzildə uzun müddətdə, 16 il ərzində yaşamamaqlarının səbəbləri ilə bağlı istinad etdikləri dəlilləri işin həqiqi hallarına uyğun hesab etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların 2007-ci ildən mübahisəli mənzili tərk etmələri işin materialları ilə sübut olunmuş və işin mübahisə edilməyən halıdır. Bununla belə iddiaçılar Cavabdeh2 ilə münasibətlərin pozulmasının hansı səblərdən baş verməsini, həmçinin tərəflər arasında yaranmış münaqişənin nədən ibarət olmasını, ən başlıcası isə po zulmuş münasibətlərin bərpa edilməsi üçün hansı hərəkətləri etmələrini inandırıcı şəkildə göstərməmişlər. Halbuki, 16 il müddət tərəflər arasında münasibətin bərpa edilməsi kifayət qədər uzun müddətdir. Belə ki, İddiaçılar 2007-ci ildən, yəni təxminən 16 il müddətində cavabdehlərə qarşı mübahisəli mənzillə bağlı hər hansı bir iddia tələbi irəli sürməmiş, mübahisəli yaşayış sahəsindən çıxarılmaları ilə bağlı nə hüquq–mühafizə orqanlarına, nə də məhkəməyə müraciət etməmişlər. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıların mübahisəli mənzildə yaşamasına heç bir maneçilik törədilməmiş, lakin iddiaçılar mübahisəli yaşayış sahəsini könüllü olaraq tərk etmişlər.
25. Bundan başqa mübahisəli mənzildə iddiaçılara məxsus əşyaların hal-hazırda qalması ilə bağlı mülahizələri isə işin halları ilə s übut olunmur, iddiaçı tərəf bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bununla belə iddiaçı tərəfin əşyalarının mübahisəli mənzildə qalması və yaxud qalmaması, onların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının saxlanmasına əsas deyildir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların mübahisəli mənzili daimi olaraq tərk etmələrində məqsədləri özlərinə digər yaşayış sahəsi seçmək, mənzil hüququnu reallaşdırmaq olmuş, çünki onların mübahisəli mənzilə ehtiyacları olmamışdır.
26. Birinci instansiya məhkəməsi həmçinin cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaları ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini n birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Buna görə də iddiaçıların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları da onların istifadə hüquqlarının yaranması üçün əsas deyildir. Bununla belə iddiaçılar mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsalar da, uzun müddətdir (2007-ci ildən hazırki v axtadək) faktiki başqa ünvanlarda olaraq yaşamış, mübahisəli mənzilin idarəçiliyində təxminən 16 ilə yaxındır iştirak etməmişlər. Bununla da iddiaçılar mənzilə köçürülmə tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışlar. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.
27. Birinci instansiya məhkəməsi həmçinin İddiaçı1 Cavabdeh1 ilə doğma qardaş olması ilə bağlı aralarında ailə üzvü kimi cavabdehin onu saxlamaq vəzifəsinə münasibətdə göstərmişdir ki, hazırki iş üzrə İddiaçı1 tam fəaliyyət qabiliyyətli şəxs olmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsində işləyir. İddiaçı əmək qabiliyyətli şəxs olmaqla iş yeri üzrə əmək fəaliyyətini həyata keçirir. İddiaçının hazırki iş üzrə mənzil ehtiyacının ödənilməsi üçün yaxın qohumu olan qardaşının mülkiyyətində olan mənzilə köçmək istəməsi ailə hüququnun tələbləri ilə uzlaşmır. Belə ki, Ailə Məcəlləsində qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi qeyd edilmişdir. Lakin həmin normanın hazırki işə dolayı yolla tətbiq olunması mümkün deyil, çünki hazırda qüvvədə olan Ailə Məcəlləsində yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olan qardaş və bacının digər qardaş və bacını saxlamaq vəzifəsi təsbit olunmamışdır. Odur ki, həmin normanın hazırki iş üzrə tətbiqi istisna edilir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6, 27, 152-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkə məsində icraat
29. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
31. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il, 2(107)478/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən hazırki ünvanı ünvan 3 mənzilin icarədarı X3 olmuşdur. İddiaçı1 Muradov Allahyarın ailə üzvü olaraq həmin mənzilə istifadə hüququ olmuşdur. Digər id diaçılar isə İddiaçı1 ailə üzvləri olaraq həmin mənzilə istifadə hüququ əldə etmişlər. 2007-ci ildə İddiaçı1 ailə üzvləri ilə birlikdə həmin mənzili tərk edərək başqa mənzildə yaşamağa köçmüşlər.
33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı1 və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarının həmin vaxtdan itirmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların mənzildən cavabdehlərlə mübahisələrinə görə çıxmaları, həmçinin çıxdıqdan sonra kirayədə qalmaları, buna görə də mənzilə ehtiyaclarının aradan qalxmaması barədə apellyasiya şikatyətinin dəlillərinə münasibətdə göstərmişdir ki, həmin hallar mənzilə istifadə hüququnun itirilməsinin qarşısını almır. Ona görə ki, apellyatorların mən zildən çıxdıqdan sonra 16 il müddətinə həmin mənzilə qayıtmaq üçün hər hansı cəhd etdikləri iş materialları ilə sübut olunmadığından, onlar mənzili daimi əsaslarla tərk etmiş hesab olunurlar. Həmin vaxt ərzində harda yaşadıqları isə bu halı dəyişdirmir. Apellyatorlar həmin mənzillə əlaqələrinin kəsilmədiyini iddia etsələr də, bu halı təsdiq edəcək hər hansı sübut və ya dəlil təqdim etməmişlər.
35. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasın da yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin Məcəllənin dövlət və ictimai mənzil fondu evlərində yaşayiş sahəsindən istifadə adlanın ikinci fəslinin normalarının mənasından aydın şəkildə görünür ki, mənzilə dair icarədara order verilməsi həmin icarədarın və onun ailə üzvlərinin həmin mənzildən daimi və davamlı istifadəsinə əsaslandır. Elə ona görə d ə, həmin Məcəllənin 60-cı maddəsinə görə nəinki ailə üzvlərinin, hətta icarədarın özünün belə 6 aydan artıq mübahisəli mənzildən getməsi, həmin maddədə göstərilən hallar istisna olmaqla, mənzilə hüquqların itirilməsinə səbəb olur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericili k aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
38. Mənzil Məcəlləsinin (xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş) 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
40. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə, Konstit usiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.
41. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur.
42. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin x eyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmun una görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu.
43. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci mad dəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.
44. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zama nı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəlləni n 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxd ığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.”
45. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırki halda cavabdeh iddiaçıların onun mülkiyyətində olan mənzildən istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsini tələb etməsə də, əslində onun iddianı qəbul etməməsi iddiaçıların onun mülkiyyətində olan mənzildən istifadəsini arzu etməməsi anlamına gəlir.
46. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının mənzil özəlləşməzdən öncə yarandığını əsas götürməklə, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinə və istifadə hüququnu mənzil özəlləşdikdən sonra itirdiklərini əsas götürməklə həmin vaxt qüvvədə olan Mülki Məcəlləyə istinad etməkdə haqlı olmuşdur. Həmçini n, 2007-ci ildə iddiaçılar mənzilə istifadə hüquqlarını itirərkən İddiaçı3 və İddiaçı4 azyaşlı olduqlarından Mülki Məcəllənin 27.2- ci maddəsinin tələbinə əsasən onların yaşayış yeri valideynlərinin yaşayış yeri olmuşdur. Belə ki, həmin maddəyə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
47. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsasında İddiaçı1 Mingəçevir şəhəri Günəşli Massivinin şimal hissəsində yerləşən torpaq sahəsində özünə məxsus evi olduğu iddia edildiyinə görə həmin yerə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsində hər hansı e v və ya tikili aşkar edilməmişdir. Torpaq sahəsinin sağ hissəsində qonşuya aid ev və onun hasarı vardır. Arxa hissəsində də başqa bir qonşuya aid hasar mövcuddur. Torpaq sahəsinin qarşı tərəfi və sol hissəsində hasar çəkilməmişdir. Torpaq sahəsinin qabaq hissəsindən və sol tərəfindən yol keçir.
48. Apellyasiya instansiyası məhkəməsi nəticəni Mülki Məcəllənin 6.1.4, 27.2, 152.1, 152.2, 228.2, 228.5, 255.8, 262.2-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 52, 53, 54, 60, 85, 87-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-c ı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərar ları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinı tamamilə ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdilər.
50. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə si Maddə 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmaya n uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan) Maddə
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqav ilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qayd ada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır Maddə
87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayı ş sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
54. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3248-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
58. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını, hüquq münasibətlərinin yarandığı zamanı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
59. Belə ki, iddia tələbi iddiaçıların mənzilə köçürülməsi barədədir. İddiaçılar 2007-ci ilədək qeydiyyatda olduqları mübahisəli mənzildə yaşadıqlarını, həmin müddətdən iddia qaldırılan vaxta qədər isə kirayələrdə yaşadıqlarını, bununla da mənzildən istifadə hüquqlarını itirmədiklərinə istinad etmişdir.
60. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçılar mənzildən çıxdıqdan sonra 16 il müddətinə həmin mənzilə qayıtmaq üçün hər hansı cəhd etməmişlər, İddiaçı1 adına Ming əçevir şəhəri, Günəşli yaşayış massivinin şimal hissəsi ünvanında 0.06 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ qeydə alınmış, buna görə də onlar mənzili daimi əsaslarla tərk etmiş hesab olunurlar.
61. Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
62. İddiaçıların mübahisəli mənzillə bağlı hüquqları həmin mənzilin dövlət mənzil fondunda olduğu zaman yarandığıl üçün qanunvericiliyin tələbinə görə həmin münasibətlərə 2009-cu il 01 oktyabradək qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci il) 53, 54, 60 və 87-ci maddələrinin tətbiq edilməsini məhkəmə kollegiyası düzgün sayır.
63. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq norm alarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
64. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmaqla, işin faktiki halları ilə bağlıdır və həmin dəlillərə qiymət verməklə də işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı təmin etməmişlər.
65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 kassasiya şikayəti təmin ed ilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-478/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.