Məhkəmə qərarları › İş №2(102)-3012/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3012/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3012/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, dövlət rüsumunun ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(103)3122/2021 nömrəli qərardadından iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)5379/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1392 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İByə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(103)-3122/2021 nömrəli qərardadı ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır. İddiaçı İB kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(103)-3122/2021 nömrəli qərardadının ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası mə hkəməsinin qərardadı qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə iddiaçının qanunla müəyyən olunmuş qaydada və məbləğdə, başqa işdə istifadə edilməmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi apellyasiya şikayətinə əlavə olunmasını nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmada n baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının mübahisələndirilən qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qoşmasına əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli qəbzə əsasən qətnamədən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu 11 sentyabr 2020-ci il tarixdə “xxxx” ASC-nin 7 saylı İddiaçı şöbəsinə ödənilmişdir. Halbuki, mübahisələndirilən qətnamə bundan 27 gün sonra, yəni 8 oktyabr 2020-ci il tarixdə çıxmış, 04 dekabr 2020-ci il tarixdə tərəflərə göndərilmiş, 07 yanvar 2021-ci il tarixdə apellyasiya şikayəti imzalanmış və 13 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və m əbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün ə saslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Müəyyən olunur ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə (həmin şikayət 07 yanvar 2021-ci il tarixdə imzalanmışdır) İddiaçı İB tərəfindən Bakı Apellyasiya Məhkəməsinin hesabına 15 manat dövlət rüsumunun ödənilməsinə dair 11 sentyabr 2020ci il tarixli, ********* nömrəli qəbz əlavə olunmuşdur. Apellyasiya instasiyası məhkəməsi həmin qəbz üzrə ödənişin birinci instansiya məhkəməsinin barəsində apellyasiya şikayəti verilən qətnaməsi qəbul edildiyi tarixdən əvvəl həyata keçirilməsini əsas götürərək, apellyasiyanı qeyri-mümkün hesab etmiş və qəbzin bu işə aid olması, həqiqiliyinin yoxlanılması üçün iş materiallarını birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 364-cü mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsi özü də apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq səlahiyyətindədir. Məhkəmə kollegiyasının qənaətinə görə dövlət rüsumunun barəsində şikayət verilən qətnamədən tarixcə əvvəl ödənilməsi faktı özü-özlüyündə apellyasiyanın qeyrimümkünlüyü üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla bağlı əsas araşdırılmalı məsələ həmin rüsumun aidiyyəti üzrə məhkəmə instansiyasına düzgün ödənilməsi, qanunvericiliklə müəyyən olunmuş məbləğdə olması və əvvəllər başqa işdə istifadə olunmamasıdır. Həmin halların isə prosesual qənaət prinsipinə uyğun apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması (o cümlədən Azərbaycan Respublikası Vahid Məhkəmə Portalında olan Elektron məhkəmə rüsumlarının yoxlanılması sistemi vasitəsi ilə) mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məsələyə formal şəkildə yanaşılmayaraq, iddiaçının təqdim etdiyi dövlət rüsumunun yuxarıda qeyd olunan meyarlara uyğun olması (zərurət olduğu halda apellyatorun nümayəndəsinin iştirakı ilə) bir daha araşdırılmalı və apellyasiyanın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Beləliklə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qərardadı ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)-5379/2020 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələs inə yenidən hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(103)-3122/2021 nömrəli qərardadı ləğv edilsin və iş materialları iddiaçının apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhk əməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar