Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3013/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı vəkili X27, cavabdeh “xxxx” MTK-nin vəkili Cəfərov Elxan Bəhram oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14249/2019 nömrəli iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı (üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942B məhəlləsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı 1-ci blok 7-ci mərtəbə 38 saylı mənzilə, 1-ci blok 9-cu mərtəbə 52 saylı mənzilə, 1-ci blok 13-cü mərtəbə 185 saylı mənzilə, 1-ci blok 14-cü mərtəbə 87 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 101 saylı mənzilə, 1-ci blok 16-ci mərtəbə 102 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 105 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 212 saylı mənzilə, 1-ci blok 17ci mərtəbə 213 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 214 saylı mənzilə, 2-ci blok 6-cı mərtəbə 135 saylı mənzilə, 2-ci blok 7-ci mərtəbə 143-cü mənzilə, 2-ci blok 9-cu mərtəbə 161-ci mənzilə, 2-ci blok 10-cu mərtəbə 164-cü mən zilə, 2-ci blok 10-cu mərtəbə 166 saylı mənzilə, 2-ci blok 17-ci mərtəbə 220-ci mənzilə və 2-ci blok 17-ci mərtəbə 222 saylı mənzillərə dair “xxxx” MTK ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmin mənzillərə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və sahibliyə və istifadəyə maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə X16, X36, X28, X42, X37, X7, X29, X47, X19, X38, X20, X8 və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 30 avqust 2019-cu il tarixli 2(011)5402/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942B məhəlləsində inşa edilmiş çoxmə rtəbəli yaşayış binasındakı 1-ci blok 7-ci mərtəbə 38 saylı mənzilə, 1-ci blok 9-cu mərtəbə 52 saylı mənzilə, 1-ci blok 13-cü mərtəbə 185 saylı mənzilə, 1-ci blok 14-cü mərtəbə 87 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 101 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 102 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 105 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 212 saylı mənzilə, 1-ci blok 17ci mərtəbə 213 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 214 saylı mənzilə, 2-ci blok 7-ci mərtəbə 143-cü mənzilə, 2-ci blok 9-cu mərtəbə 161 saylı mənzilə, 2-ci blok 10-cu mərtəbə 164 saylı mənzilə, 2-ci blok 17ci mərtəbə 220 saylı mənzilə və 2-ci blok 17-ci mərtəbə 222 saylı mənzilə dair “xxxx” MTK ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı A pellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov-sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 16 dekabr 2019-cu il tarixli 2(103)-14249/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “xxxx” MTK və üçüncü şəxslər X16, X36, X28, X42, X37, X7, X29, X47, X38, X13, X3, X21 və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5402/2019 saylı mülki iş üzrə qəbul etdiyi 30 avqust 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi və Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942B məhəlləsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı 1-ci blok 7-ci mərtəbə 38 saylı mənzilə, 1-ci blok 9-cu mərtəbə 52 saylı mənzilə, 1-ci blok 13-cü mərtəbə 185 saylı mənzilə, 1-ci blok 14-cü mərtəbə 87 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 101 saylı mənzilə, 1-ci blok 16cı mərtəbə 102 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 105 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 212 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 213 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 214 saylı mənzilə, 2-ci blok 7-ci mərtəbə 143-cü mənzilə, 2-ci blok 9-cu mərtəbə 161 saylı mənzilə, 2-ci blok 10-cu mərtəbə 164 saylı mənzilə, 2-ci blok 17-ci mərtəbə 220 saylı mənzilə və 2-ci blok 17-ci mərtəbə 222 saylı mənzilə dair “xxxx” MTK ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki ko llegiyasının 2(103)-14249/2019 nömrəli iş üzrə 16.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissədə yeni qərar qəbul edilməsini və birinci instansiya məhkəməsinin iddianın qalan hissədə rədd edilməsi hissəsində yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfin sübutlar düzgün qiymətləndirilmədiyi səbəbindən məhkəmə tətbiq edilməli olmayan hüquq normalarını tətbiq etməklə əsassız olaraq iddianın təmin edilməsinə dair qətnaməni qüvvədə saxlamışdır. Kollegiya qeyd edir ki, icra məmuru tərəfindən verilmiş ərizədə, eyni zamanda “xxxx” MTK-nin nümayəndəsi izahatında binada olan bütün mənzillərin v ə qeyri yaşayış sahələrinin müxtəlif şəxslərə satıldığı bildirilsə də, bu barədə hər hansı sübut təqdim edilməmişdir. İcra məmuru tərəfindən həmin hallarla əlaqədar hər hansı araşdırma aparılmamışdır. Qanuni qüvvə almış qətnamə 20.11.2015-ci ildə icraya yönəldildikdən 2 aydan artıq vaxt keçdikdən sonra icra məmuru icra sənədinə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli İnzibati Xəta haqqında qərarı ilə “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri X39, icra vərəqəsini qərəzli şəkildə icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə edilmişdir. İcra məmuru 30.06.2016-cı il tarixdə ziddiyyətli qərar qəbul etmişdir. Belə ki, icranın necə yekunlaşdığını araşdırmaq məqsəd i ilə 17.04.2017-ci il tarixdə Xətai Rayon İcra Şöbəsinə ərizə ilə müraciət etmiş, 26.04.2017-ci il tarixdə Xətai Rayon İcra Şöbəsindən tələbkarın iştirakı və xəbəri olmadan guya bütün mənzillərin icra vərəqəsinin icra şöbəsinə (10 noyabr 2015-ci ilə qədər) daxil olana qədər satılmasına dair saxta tərtib edilmiş akt və 30 iyun 2016-cı il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərar verildi. İcra məmuru və borclu tərəf (“xxxx” MTK) razılığa gələrək həmin mənzil sahəsinin verilməsinə dair qanuni qüvvəyə minmiş qətnamənin icra olunmaması üçün birlikdə razılaşdırılmış qaydada fəaliyyət göstərmişlər və bu gündə həmin hal davam etdirilir. Borclu tərəfin qətnaməni icra etməkdən yayınmaq üçün həmin mənzillərin icra vərəqəsinin icraya daxil o lanadək satılmasını əsas göstərməsi yalandır, saxtadır. İcra vərəqəsinin icra şöbəsinə daxil olana qədər, yəni 10 noyabr 2015-ci il tarixədək 3 ayrı-ayrı məhkəmədə müxtəlif vaxtlarda keçirilən məhkəmə proseslərinin heç birində bütün mənzillərin satılmasına dair “xxxx” MTK tərəfindən hər hansı bir mövqe ortaya qoyulmamışdır. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1-(82)-2359/2017 saylı 22 noyabr 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-510/2018 saylı 04 aprel 2018-ci il tarixli qərarlarında da göstərmişlər ki, cavabdeh icrası hamı üçün məcburi olan məhkəmə aktının icrası istiqamətində qanunvericiliyin qeyd olunan tələbləri baxımından üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, icraçı qərarınd a Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 2942 B məhəlləsində inşa edilən “xxxx” MTK-ya məxsus yaşayış binasında bütün mənzillərin və qeyri-yaşayış sahəsinin göstərilən icra sənədinin Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmamışdan əvvəl satıldığını və “xxxx” MTK-ya məxsus daşınmaz əmlakın olmamasının müəyyən edilməsinə istinad etsə də bunu sübut edən müqavilələr icra işində aşkar olunmamış, həmçinin cavabdeh tərəfindən təqdim edilməmişdir. İcra məmuru formal olaraq tərtib etdiyi akta əsaslanmaqla qərar qəbul etmişdir. Borclu şəxsin qanuni qüvvəyə minmiş Məhkəmə qətnaməsinin icra edilməməsinin əsası kimi bütün mənzillərin satılmasını bildirsə də, cavabdeh icra şöbəsi həmin halların araşdırılması istiqamətində hər hansı bir araşdırma aparmamış və sadalanan formal hallara istinad etməkl ə icra sənədinin icrasının mümkün olmaması qənaətinə gələrək qətnamənin icrasını həyata keçirməmişdir. prosessual məsələlər İddiaçı və vəkili Vəkil kassasiya şikayətini dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh “xxxx” MTK-nin vəkili Cəfərov Elxan Bəhram oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından g örünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27.11.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X22, X39 və “xxxx” MTK-ya qarşı 208.000 manat məbləğində borcun və inşası başa çatmayan binada 1777,8 kv.m sahədə mənzilin verilməsi və ya 739.512 manat məbləğində pulun tutulması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 14.04.2015-ci il tarixli 2(103)-1385/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin həmin qətnaməsi iddia tələbinin 1777,8 kv.metr yaşayış (mənzil) və ya 739.512 manat məbləğində pul tələbinin rədd olunması hissəsində ləğv edilərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2992 B məhəlləsində inşa edilən “xxxx” MTK-ya məxsus yaşayış binasından 1777,8 kv.metr ölçüdə mənzil sahəsinin “xxxx” MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.09.2015-ci il tarixli 2(105)-3816/15 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14.04.2015-ci il tarixli 2(103)-1385/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14.04.2015-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, icra sənədi icra olunması üçün Xətai rayon icra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmuru 12.02.2016-cı il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, sözügedən icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar (iddiaçı) İddiaçı mənzil sahələrinin təhvil verilməsi nə zərdə tutulmuş yaşayış binasının işçi layihəsində hər mərtəbədə 1244 kv.m olmaqla 210 mənzilin ümumi sahəsi 18666 kv.m ibarətdir. MTK İcra şöbəsinə ünvanlandığı 30.11.2015-ci il tarixli ərizəsində binanın bütün mənzillərinin və qeyri-yaşayış sahələrinin müxtəlif şəxslərə satıldığını göstərir. İddiaçı konkret, hansı mənzillərin təhvil verilməli olması isə icra sənədində qeyd olunmamışdır. Göstərilənlərə əsasən icra məmuru icra sənədinə izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.03.2016-cı qərardadı ilə icra məmurunun ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.03.2017-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 07.03.2016-cı il tarixli qərardadını dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra X52 30 iyun 2016-cı il tarixli qərarı ilə icrasının mümkün olmaması əsası ilə həmin icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İcra sənədinin icra olunmamasının səbəbi kimi “xxxx” MTK-ya məxsus yaşayış binasında bütün mənzillərin və qeyri-yaşayış sahələrinin icra sənədindən əvvəl satılması göstərilmişdir. Tələbkar İddiaçı şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.11.2017-ci il tarixli 2-1(82)-2359/2017 saylı qərarı ilə onun iddiası təmin edilmiş və Bakı şəhəri Xətai Rayon İcra X52 30.06.2016-cı il tarixli qərarı ləğv edilmişdir. “xxxx” MTK həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 04.04.2018-ci il tarixli 2-1(103)-510/2018 saylı qər arı ilə onun apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.11.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MTK həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.06.2018-ci il tarixli 2-1(102)-1372/2018 saylı qərarı ilə “xxxx” MTK-nın kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 04.04.2018-ci il tarixli 2-1(103)510/2018 saylı qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərardadı ilə tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai Rayon İcra X52 icra sənədinin icrasının mümkün olmaması barədə 30 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 14 apre l 2015-ci il tarixli 2(103)-1385/2015 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədi Xətai Rayon İcra X56 göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra X52 icraata xitam verilməsi haqqında 17.04.2019-cu il tarixli qərarı ilə İddiaçı Xətai Rayon İcra X56 ünvanlandığı ərizəsinə əsasən, “xxxx” MTK-ya məxsus olan yaşayış binasından 1777,8 kv.m ölçüdə mənzil sahəsi tələbkara təqdim olunduğundan və bununla da icra sənədi tam təmin olunduğundan Bakı Apellyasiya Məhkəməsinin 14.04.2015-ci il tarixli 2(103)-1385/2015 saylı icra sənədinə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.07.2019-cu il tarixli 2(103)1385/2015 saylı qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə Xətai Rayon İcra X52 17.04.2019-cu il tarixli qərarı ləğv edilmiş, məhkəmənin 14.04.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün həmin icra sənədinin Xətai Rayon İcra X56 göndərilməsi qərara alınmışdır. Hal-hazırda icra hərəkətləri davam etdirilir. İddiaçı tərəfindən mübahisələndirilən müqavilələr aşağıdakı kimidir”“xxxx” MTK ilə X37 arasında 03.11.2013-cü il tarixli 101 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 1-ci blok 16-cı mərtəbəsində yerləşən 101 saylı mənzili payçı X23 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 41244 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X36 arasında 04.09.2014-cü il tarixli 52 saylı müqavilə bağlanm ış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 52 saylı mənzili payçı X24 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 39280 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X43 arasında 10.02.2014-cü il tarixli 213 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 1 bloklu yaşayış binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 213 saylı mənzili payçı X30 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 39280 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X21 arasında 21.12.2018-ci il tarixli 161 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən 161 saylı mənzili payçı X14 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 50320 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X3 arasında 15.07.2014-cü il tarixli 143 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində yerləşən 143 saylı mənzili payçı X1 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 55974 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X43 arasında 28.02.2014-cü il tarixli 102 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xx xx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 1-ci blokunun 16-cı mərtəbəsində yerləşən 102 saylı mənzili payçı X30 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 40480 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X38 arasında 23.11.2014-cü il tarixli 220 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 17-ci mərtəbəsində yerləşən 220 saylı mənzili payçı X25 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 54010 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür “xxxx” MTK ilə X31 arasında 10.04.2014-cü il tarixli 214 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 214 saylı mənzili payçı X17 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 43516 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X28 arasında 19.06.2014-cü il tarixli 212 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 212 saylı mənzili payçı X18 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 37066 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X7 arasında 01.12.2014-cü il tarixli 185 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tiki lən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən 185 saylı mənzili payçı X4 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 44190 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X8 arasında 15.11.2013-cü il tarixli 164 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində yerləşən 164 saylı mənzili payçı X5 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 42260 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X26 arasında 28.01.2014-cü il tarixli 16 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən 135 saylımənzili payçı X15 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 24060 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X9 arasında 28.11.2016-cı il tarixli 105 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 1-ci blokunun 16-cı mərtəbəsində yerləşən 105 saylı mənzili payçı X6 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 94350 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X31 arasında 25.04.2014-cü il tarixli 87 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 1-ci blokunun 14-cü mərtəbəsində yerləşən 87 saylı mənzili payçı X17 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 39280 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X16 arasında 27.07.2014-cü il tarixli 38 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2 bloklu yaşayış binasının 1-ci blokunun 07-ci mərtəbəsində yerləşən 38 saylı mənzili payçı X10 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 41244 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X47 arasında 29.09.2014-cü il tarixli 222 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 17 mərtəbəli, 2bloklu yaşayış binasının 2-ci blo kunun 17-ci mərtəbəsində yerləşən 222 saylı mənzili payçı X40 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 58050 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK ilə X44 arasında 24.06.2013-cü il tarixli 166 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MTK ünvan 2 ünvanında tikilən 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində yerləşən 166 saylı mənzili payçı X32 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 52245 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli müqavilələrin predmeti olan mənzillərin məhz Bakı Apellyasiya Məhkəməsinin 14.04.2015-ci il tarixli 2(103)-1385/2015 saylı icra vərəqəsi üzrə İdd iaçı təhvil verilməli olan 1777,8 kv.m sahəyə daxil olması müəyyən olunmadığından və həmin icra sənədində İddiaçı konkret olaraq hansı mənzillərin təhvil verilməli qeyd olunmadığından iddiaçının həmin mənzillərə dair müqavilələri mübahisələndirməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hü quq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikas ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) c əhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, mübahisəli müqavilələrin predmeti olan mənzillərin məhz Bakı Apellyasiya Məhkəməsinin 14.04.2015-ci il tarixli 2(103)-1385/2015 saylı icra vərəqəsi üzrə İddiaçı təhvil verilməli olan 1777,8 kv.m sahəyə daxil olması da müəyyən olunmur. Çünki həmin icra sənədində İddiaçı konkret olaraq hansı mənzillərin təhvil verilməli olması qeyd olunmamışdır. İddiaçının istinad etdiyi Bakı şəhəri, Xətai Rayon İcra X52 icra məmurları tərəfindən tərtib olunmuş 16 aprel 2019-cu il tarixli akt isə iddiaçının həmin mənzillərə dair əmlak hüquqlarının yaranması üçün əsas deyildir. Çünki həmin akt mənzillərə dair hər-hansı hüquq müəyyənedici sənəd olmamaqla yalnız müəyyən icra hərəkətlərinin həyata keçirilməsini təsdiq edir. Bundan başqa, həmin akt yalnız tələbkar və icra məmurları tərəfindən imzalanmış və həmin icra hərəkətləri həyata keçirilərkən borclunun nümayəndələri iştirak etməmişdir. Həmçinin həmin akt əsasında Bakı Apellyasiya Məhkəməsinin 14.04.2015-ci il tarixli 2(103)1385/2015 saylı icra sənədinə xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 05.07.2019-cu il tarixli 2(103)-138 5/2015 saylı qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə Xətai Rayon İcra X52 17.04.2019-cu il tarixli qərarı ləğv edilmiş, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Xətai Rayon İcra X56 göndərilmiş və hal-hazırda icra hərəkətləri davam etdirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürdüyündən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olsa belə, müvafiq iddianı qaldırmaq üçün müddətin keçməsi qənaətinə gəlmişdir. Belə ki, iddiaçı mübahisələndirilən müqavilələrin bağlanılmasından Bakı şəhəri Xətai Rayon İcra X52 30 iyun 2016-cı il tarixli qərarı qəbul edilən zaman məlumatlı olmuşdur. Çünki həmin qərarda icra sənədinin icra olunma masının səbəbi kimi “xxxx” MTK-ya məxsus yaşayış binasında bütün mənzillərin və qeyri-yaşayış sahələrinin icra sənədindən əvvəl satılması göstərilmiş və tələbkar İddiaçı da, şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirilən müqavilələrin bağlanılmasından ən geci 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.11.2017-ci il tarixli 2-1(82)-2359/2017 saylı qərarı qəbul edilənə qədər məlumatlı olmuşdur. Hazırkı iş üzrə iddia ərizəsi isə 2019-cu ilin may ayında verilmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən ha lları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə də, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsinin prosessual baxımdan da mümkün olmamasına dair nəticəsini qanuni sayır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində “xxxx” MTK-nı göstərmiş və tələbini yalnız ona qarşı yönəltmişdir. Mübahisələndirilən müqavilələrin digər tərəfləri isə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxslər kimi cəlb edilmişlər. Halbuki həm in müqavilələrin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxslər “xxxx” MTK ilə yanaşı məhz müqavilələrin digər tərəfləri olan X16, X36, X28, X42, X37, X7, X29, X47, X19, X38, X20, X13 və X2r. Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cə lb edilməsi barədə ərizə verilməmiş və ümumiyyətlə bu məsələ müzakirə predmeti olmamışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi üzrə icra məmurlarının hərəkətlərinə qiymət verilə bilməz. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 14.04.2015-ci il tarixli 2(103)-1385/2015 saylı icra vərəqəsi üzrə İddiaçı təhvil verilməli olan 1777,8 kv.m sahə ümumi göstərildiyindən və həmin icra sənədində İddiaçı konkret olaraq hansı mənzillərin təhvil verilməli olduğu qeyd olunmadığından iddiaçının məhz hazırki iddiada göstərilən mənzillərə dair müqavilələri mübahisələndirməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətlərində göstərilən dəlillər əs assızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, düzgün və əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14249/2019 nömrəli iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3013/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3013/2020
29.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver