Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3013/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3013/2021 (Açar sözlər: özünün övladlığa götürülən olması faktının müəyyən edilməsi, faktın sübut edilməməsi) Bakı şəhəri, 07 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, XXX katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 20 18-ci il tarixli 2(103)-9441/2018 nömrəli qətnaməsindən ərizəçi Ərizəçi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar
1. Ərizəçi xx xxxxxxxx 1990-cı il tarixdə Bakı.əhərində anadan olmuşdur
2. Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanda qeydiyyatdadır.
3. Hazırda ərizəçi Bakı şəhəri, Binəqdi rayonu, 8-ci mkr, Azadlıq prospekti, ev 172, mənzil 11-də yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi Ərizəçi Səbail rayon Qeydiiyat şöbəsini və Maraqlı şəxs3 maraqlı şəxs kimi göstərməklə X3 tərəfidən 1995-ci ildən onun övladlığa götürülməsi, T.C.Fətəliyevanın övladlığa götürən, onun isə övladlığa götürülən olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Ərizə onunla əsaslandırılıb ki, ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X1, anası isə X2muşdqr.
6. Ərizəçinin valideynləri boşanıb, atası ayrıldıqdan sonra evdən çıxıb gedib, ərizəçi anası X5 ilə ünvan 3 ünvanında qalmışlar. Ərizəçi 5 yaşında olarkən, yəni 1995ci ildə anası ağır xəstələnmiş və yataq xəstəsi olmuşdur, anası yataq xəstəsi olduğundan anasının xalası qızı, 24.04.1949-cu il təvəllüdlü X4 öz uşağı olmadığı üçün ərizəçini övladlığa götürüb saxlamışdır.
7. Anasının xəstəliyi uzun çəkməmiş, xəstələləndən 2 ay sonra, 11.10.1995-ci il tarixdə, vəfat etmişdir. 1995-ci il tarixdən etibarən ərizəçini anasının xalası qızı X6 19 il müddətində öz oğlu kimi böyütmüş, boya-başa çatdıraraq tərbiyə etmişdir.
8. X6 və ərizəçi 19 il ana-oğul kimi yaşamışlar.
9. Ərizə çi ərizəsində Ailə Məcəlləsinin 114.1, 114.2, 115.1, 115.2, 115.5, 115.7, 132.1.1, 132.1.2, 2000-ci ilin sentyabr ayına kimi qüvvədə olan Mülki Prosessual Məcəllənin 251.3-cü maddələrinə istinad etmişdir.
10. Səbail Rayon Məhkəməsinin 2(009)-1636/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim Ziya Əliyev)
11. Birinci instansiya məhkəməsi iş materiallarındakı sübutlara və qonşuların aktına hüquqi qiymət verərək qeyd etmişdir ki, Ərizəçi, 1995-ci ildən onun X6 tərəfindən övladlığa götürülməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, Ərizəçi övladlığa götürülməsi faktının təsdiqi kimi qonşuların aktına istinad etsə də, həmin akt mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün məlumat mənbəyi ola bilməz.
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ərizəsi əsassız olduğundan təmin edilməlidir.
14. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 128, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 310-cu maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
15. Ərizəçi apelyasiya şikayəti verib, qətnamənin ləğv, ərizənin təmin edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti işin faktiki halları və ərizənin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə maddi və prosessual hüquq normalarını pozulmasına, sübutlara düzgün qiymət verilməməsinə da istinad edilmişdir.
17. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli 2(103)-9441/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhk əməsinin 2(009)-1636/2018 sayl, 23 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Etibar Nəbiyev, Raqib Qurbanov)
18. Apelyasiya məhkəməsinin mövqeyinə görə ərizəyə Ailə Məcəlləsinin 128-ci maddəsi tətbiq olunması mümkün deyil. Çünki həmin maddəyə görə, tərbiyəçi öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun. Hazırkı işdə isə Ərizəçi, 1995-ci ildən onun X6 tərəfindən övladlığa götürülməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
19. Ərizəçi övladlığa götürülməsi faktının təsdiqi kimi qonşuların aktına istinad etsə də, həmin akt mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün məlumat mənbəyi ola bilməz.
20. Apellyasiya şikayətinin dəlilinə münasibtədə apellyaisya məhkəməsi qeyd edib ki, T.Fətəliyeva sağlığında ərizəçini övladlığa götürmək iradəsini ortaya qoymadığından, onun ölümündən sonra övladlığa götürmə faktı müəyyən edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Ərizəçi Ərizəçi kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəl illəri
23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
24. Ərizəçi vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Maraqlı şəxs3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Digər Maraqlı şəxs1 isə məhkəmə kollegiyasına ərizə göndərərək, işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmi şdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə
128. Uşağı faktiki tərbiyə edən şəxs öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun. Mülki Prosessual Məcəllə Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş s ənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icr a hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
31. İşin məhkəmələr tərəindən müəyyən edilən halı odur ki, ərizəçi məhkəmə qaydasında müəyyən edilməsini xahiş etdiyi faktı sübut edə bilməmişdir. Ərizənin təmin olunmasını əsas şərti də məhz ərizədə göstərilən faktların qanunla müəyyən edilmiş sübutlarla təsdiq edilməsidir.
32. Apellyasiya instansiyası ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini xahiş et diyi faktı sübut etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. İş materialarından görünür ki, ərizəçi ərizədə istinad etdiyi halları təsdiq edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçinin istinad etdiyi aktı isə məhkəmələr məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün məlumat mənbəyi hesab etməyiblər.
33. Apellyasiya məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə əməl edərək hər sübutu ayrıca qiymətləndirib.
34. Bu baxımdan, apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi prosessual hüquq normaları işin hallarına uyğun olmuşdur.
35. Məhkəm ə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəşi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli 2(103)9441/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.