Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3013/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə ("xxxx" ASC və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka hesabına ödənilmiş borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2190/2024 nömrəli iş üzrə 22 may 2024-cü il tarixli qətnaməsindən i ddiaçı və cavabdehin kassasiya şikayətlərinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(011)7991/2023 saylı qətnaməsinə əsasən X6 ilə İddiaçı arasında 06 iyun 2009-cu il tarixdə bağlanmış nikah pozulmuşdur.
2. X6, "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış 06 mart 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 05 mart 2021ci il tarixli kredit müqaviləsinə əsasən ABB qarşısında mövcud olan öhdəliklərin təminatı qismində ABB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 3. "xxxx" ASC-nin 46 saylı Notariat ofisinə ünvanladığı 01 aprel 2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC i lə "xxxx" MMC arasında bağlanmış 05 mart 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 15 % dərəcəsi ilə 300000 manat məbləğində kredit verilmişdir. Təminat olaraq X6, borc alan və ABB arasında 06 mart 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ABB qarşısında mövcud olan öhdəliklərin təminatı qismində ABB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc alanın ABB-yə olan borcu 242661,60 manat təşkil edir. İpoteka qoyan ipoteka predmetinin alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi ilə əlaqədar ABB-yə müraciət etmişdir. İpoteka qoyanın müraciəti nəzərə alınaraq bildirilir ki, alıq-satqıdan əldə edilən vəsaitin 156000 manat hissəsinin Borc alanın ABB-də olan AZ431BAZ** ****************** №-li hesabına köçürülməsi şərtilə ipoteka predmetinin özgəninkiləşdirilməsinə etiraz edilmir.
4. X6 ilə X7 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən G.Rzayeva ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini R.Həsənova 375000 manat qiymətə satmışdır.
5. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razılıq verir.
6. X6 tərəfindən notariat ofisinə ünvanlanmış 05 aprel 2022-ci il tarixli ərizəyə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satış dəyərindən 156000 manat məbləğində vəsaitin kreditin ödənilməsi üçün ABB-də olan AZ431BAZ******************** saylı hesaba köçürülməsinə razılıq verilir. 7. 05 aprel 2022-ci il tarixli ödəniş tapşır ığına əsasən 156000 manat pul vəsaiti Cavabdeh MMC-nin 05 mart 2021-ci il atrixli 0139 saylı kredit borcunun X6 tərəfindən ödənilməsi üçün köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra “cavabdeh” və ya “MMC”) 156000 manat pulun və 446 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş həyat yoldaşı X6 05 aprel 2022-ci il tarixdə mülkiyyətində olan və iddiaçının onunla birgə nikah dövründə öz vəsaiti hesabına əldə etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini sataraq MMC-nin "xxxx" ASC ilə bağladığı 05 mart 2021-ci il tarixli kr edit və ipoteka müqaviləsi əsasında borclu olduğu 300000 manat pulun 156000 manat hissəsini tam şəkildə ödəmişdir. İddiaçı tərəfindən cavabdeh ilə "xxxx" ASC arasında rəsmiləşdirilmiş kredit və ipoteka müqaviləsi əsasında borclu olduğu 300000 manat pulun ödənilmiş 156000 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması mütləq və zəruridir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1114.1, 1114.2, 1115-ci, Ailə Məcəlləsinin 32.1 və 36.1-ci maddələrinə istinad etmişdir.
11. İddia ərizəsi üzrə "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tətləb irəli sürməyən üçüncü şəxsdir.
12. Birinci instansiya məhkəməsi X4 mübahisə predmeti barəsində müstəqil tətləb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024- cü il tarixli, 2(009)272/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim İlkin Rüstəmli)
14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, MMC ilə "xxxx" ASC arasında 05 mart 2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və MMC-yə 36 ay müddətinə illik 15 faizlə 300000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda X6 "xxxx" ASC və MMC ilə ipoteka müqaviləsi bağlayaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən Bank qarşısında mövcud olan öhdəliklərin təminatı qismində Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daha sonra borc alan borcunu ödəyə bilmədiyindən ipoteka qoyan G.Rzayeva ipoteka saxlayanın razılığı ilə ipoteka predmetini özgəninkiləşdirmiş və əldə olunan vəsaitdən 156000 manat ödəy ərək kredit müqaviləsi üzrə MMC-nin Banka olan borcunu bağlamışdır.
15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq gəldiyi nəticəni onunla əsaslandırılmışıdr ki, iddia tələbinin məzmunundan və işdə olan sübutlara əsasən ipoteka predmeti iddiaçının deyil, onun keçmiş həyat yoldaşının xüsusi mülkiyyətində olmuşdur. Sözügedən ipoteka müqaviləsi də onun keçmiş həyat yoldaşı G.Rzayeva ilə hazırki cavabdeh və "xxxx" ASC arasında bağlanmışdır. Odur ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi müqabilində həmin vəsaitin hazırki cavabdehdən tutulmasını ipoteka qoyan kimi əşyanın mülkiyyətçisi, eyni zamanda ipoteka müqaviləsinin tərəfi kimi X6 tələb etmək hüququna malikdir. Hazırki iddiaçı isə ipoteka predmetinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab ed ildiyini iddia edirsə, o zaman əmlakın satışından ona düşən payı keçmiş həyat yoldaşından tələb etmək hüququna malikdir.
16. Belə olan halda, iddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan hüquqi şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehə qarşı qaldırılması və hazırki cavabdehin sözügedən iddiaya cavabdehlik daşımadığı səbəbindən iddia tələbi əsassız sayılmalıdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 311.1, 311.2ci, Mülki Prosessual Məcəllənin 50.3, 54.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - iddiaçının keçmiş arvadı X6 05 aprel 2022-ci il tarixində mülkiyyətində olan və iddiaçının onuynla birgə nikah dövründə öz vəsaiti hesabına əldə etdiyi ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 231,3 kv.m olan fərdi yaşayış evini sataraq, MMC ilə "xxxx" ASC arasında rəsmiləşdirlmiş 05 mart 2021-ci il tarixli, № 0139/K saylı kredit və 06 mart 2021-ci il tarixli, № 0139/İ-1 saylı ipoteka müqaviləsi əsasında borclu olduğu 300000 manatın 156000 manatını tam şəkildə ödəmişdir. X6 tərəfindən bu ödəniş “alqısatqı”nın rəsmiləşdirildiyi Bakı şəhəri 46 saylı notariat ofisinin depozit hesabı vasitəsilə həyata keçirilmiş və "xxxx"ASC ilə MMC arasında bağlanan kredit müqaviləsi üzrə 300000 manat pul vəsaitindən 156000 manat hissəsində borc öhdəliyinə hissəvi qayda da xitam verilmişdir. Bu borcun ödənilməsi iddiaçı tərəfindən edilmiş və cavabdeh həmin vəsaiti geri qaytaracağına vəd versə də, vəsait qaytarılmamış, əksinə, cavabdeh tərəfindən həmin vəsait mənimsənilmişdir; - göründüyü kimi, iddiaçının keçmiş arvadı X6 iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri, ünvan 1 ünvanında yerləşən, ümumisahəsi 231,3 kv m olan fərdi yaşayış evinin satışından əldə edilmiş 375000 manat məbləğdə pul vəsatinin 156000 manat hissəsini məhz "xxxx" ASC ilə cavabdeh arasında rəsmiləşdirlmiş 05 mart 2021-ci il tarixli, № 0139/K saylı kredit və 06 mart 2021ci il tarixli, № 0139/İ-1 saylı ipoteka müqaviləsi əsasında cavabdehin borclu olduğu 300000 manat məbləğdə pul vəsatinin 156000 manat məbləğdə hissəsinin ödənilməsi üçün sərf edilmiş, bu isə cavabdehin başqasının əml akı hesabına əsassız varlanmasına səbəb olmuşdur. Eyni zamanda cavabdeh Bank qarşısında öz borc öhdəliyini iddiaçının hesabına əldə etdiyi birgə nikah əmlakının satışından əldə edilmiş vəsait hesabına xitam verdirərək öhdəlikdən azad edilmişdir; - cavabdeh həmin vəsaiti nə X5, nə də iddiaçıya geri qaytarmamışdır. Beləliklə də, məhkəmənin həmin vəsaitin iddiaçının cavabdeh şirkətdən deyil, X2 geri tələb etməsi əsası ilə iddianı rədd etməsi yanlış nəticədir, çünki həmin əsasların vəsaitin Rzayeva Günelin şirkətdən geri aldığı təqdirdə real olma zərurəti mövcuddur. Lakin şirkət həmin vəsaiti nə iddiaçıya, nə də iddiaçının keşmiş arvadına geri qaytarmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2190/2024 nömrəli iş üzrə 22 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaç ı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024cü il tarixli, 2(009)272/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 78.000 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş vəsaitin əvəzi qismində 335 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev)
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunaraq X3 adına qeydə alınma sı, həmin evin MMC-nin "xxxx" ASC-yə kredit müqaviləsi üzrə olan 300000 manat borcunun təminatı kimi iddiaçının razılığı ilə ipoteka ilə yüklü edilməsi, evin satış dəyərindən MMC-nin "xxxx" ASC-yə olan borcundan 156000 manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində əmlakın ipotekadan azad olunaraq alqı-satqı müqaviləsi əsasında digər şəxsə satılması işin mübahisələndirilməyən hallarıdır. Həmçinin təsdiq olunur ki, MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilmiş 156000 manat məbləğində hissəsi cavabdeh tərəfindən iddiaçıya və ya X5 qaytarılmamışdır.
22. İşin mübahisələndirilən halını İddiaçı həmin pul vəsaitini tələb etmək hüququnun olub-olmaması təşkil edir.
23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin apellyasiya instansiyası mərhələsində aparılan araşdırmanın nəticə sinə əsasən X6 hazırkı mübahisənin predmetini təşkil edən 156000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt MMC-də qarşılıqlı iddia ərizəsi verərək 207017,33 manat məbləğində pul vəsaitinin X2 tutulmasını tələb etmişdir. X1 iddiadan imtina etmiş, Cavabdeh MMC isə qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(009)-1180/2022 nömrəli qərardadına əsasən ilkin iddia üzrə icraata xitam verilmiş, qarşılıqlı iddia ərizəsi isə baxılmamış saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamayaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövr ündə əldə olunduğundan tərəflərin birgə mülkiyyəti hesab olunur, buna görə də X6 həmin evin MMC-nin "xxxx" ASC-yə kredit müqaviləsi üzrə olan 300000 manat borcunun təminatı kimi ipoteka ilə yüklü olunmasına dair müqavilə bağlamış, iddiaçı da birgə mülkiyyətçi kimi bu müqavilənin bağlanmasına razılıq vermişdir. Sonradan ev satılarkən satış dəyərindən MMC-nin "xxxx" ASC-yə olan borcundan 156000 manat məbləğində pul vəsaitinin ödənilməsi də tərəflərin birgə iradəsi əsasında baş vermişdir. Buna görə də Mülki Məcədllənin 311.2-ci maddəsinə əsasən krelitor təmin edildiyindən tələb hüququ mülkiyyətçi olaraq yalnız X5 deyil, həm də iddiaçıya keçmişdir və əks mövqe mülki hüququn təməl prinsiplərindən biri olan, Mülki Məcəllənin 6.1.1-ci maddəsində nəzərdə tututlmuş mülki hüquq subyektlərinin bərabə rliyi prinsipi ilə ziddiyyət təşkil edir.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının əmlakın satışından ona düşən payı keçmiş həyat yoldaşından tələb edə bilmək hüququnun olması ilə bağlı mövqeyi ilə də razılaşmayaraq vurğulamışdır ki, hazırkı iddianın predmetini birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü təşkil etmir, müzakirə predmeti kreditor təmin olunduğundan tələb hüququnun yaranmasıdır və iddianın hüquqi əsasını Mülki Məcəllənin 311.2-ci maddəsi təşkil edir, sonuncu həmin pul vəsaitini əldə etsə idi, bu zaman iddiaçının ona qarşı iddia qaldırmaq hüququ yarana bilərdi. X3 həmin pul vəsaitini tələb etməsi ilə bağlı iddiadan imtina etməsinə gəldikdə, Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzər də tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunduğundan, həmin pul vəsaitinin ½ hissəsini tələb etmək hüququ da iddiaçıya məxsus olmuşdur.
26. Mülki Məcəllənin 493.2-ci maddəsinə əsasən birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Hazırkı mübahisə üzrə də Mülki Məcəllənin 311.2-ci maddəsinə əsasən yaranmış tələb hüququ qanuna – yuxarıda qeyd olunan normaların tələblərinə əsasən əmələ gəlmişdir. Buna görə də iddianın qismən təmin olunması – 78000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün hüquqi əsaslar mövcuddur
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 311.1, 311.2, 493.2-ci, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2, 32.2.1, 32.2.2, 33.1, 37.1, 37.3-cü, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, X6 da müvafiq pul vəsaitinin MMC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair iddia ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, sonradan müvafiq iddiasından imtina etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1180/2020 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, X6 müvafiq pul vəsaitinin cavabd ehdən tutularaq ona ödənilməsinə dair iddiasından imtina edərkən dolayısı ilə müvafiq pul vəsaiti üzərində mülkiyyət və pay hüquqlarından da imtina etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də müəyyən olunduğu kimi, 156000 manat məbləğdə pul vəsaiti iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satışından əldə edilmiş 300000 (üç yüz min) manat məbləğdə pul vəsaitinin bir hissəsidir. X6 və iddiaçının müvafiq fərdi yaşayış evinin satışından əldə etdikləri pul vəsaitinin tam məbləği 300000 manat olmuş, bu vəsaitin 156000 manat məbləğdə hissəsi cavabdeh MMC-nin "xxxx" ASC qarşısındakı borcunun ödənilməsi üçün sərf edilmiş, qalan 144.000 (yüz qırx dörd min) manat məbləğdə hissəsi isə X6 tərəfindən mənimsənilmişdir. Beləliklə də mü əyyən olunur ki, X6 birgə nikah dövründə əldə edilmiş pul vəsaiti üzərindəki pay hüququna mütənasib pul vəsaitini götürmüş və mübahisəli 156000 manat məbləğdə pul vəsaiti iddiaçıya məxsusdur. Lakin məhkəmə yuxarıda göstərilən halları düzgün qiymətləndirməmiş, iddianın 78000 manat məbləğdə hissəsinin təmin edilməsi hissəsində düzgün nəticəyə gəlmiş olsa da, iddianın təmin edilməməsinə dair qalan hissədə qanun pozuntularına yol vermişdir.
30. Cavabdeh də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı mübahisənin təməl nöqtəsini iddiaçının cavabdeh MMC-yə qarşı pul tələbinə dair idd ia qaldırmaqla bağlı subyektiv hüquqa malik olub-olmaması və ya əsl cavabdehə qaldırılıbqaldırılmaması təşkil edir. Bu məsələ aydınlaşdırıldıqdan sonra müəyyən olunmalıdır ki, iddiaçının cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası əsaslıdırmı, təmin edilə bilərmi və edilə bilərsə, hansı həcmdə. Göründüyü kimi, istər İpoteka müqaviləsi olsun, istərsə alqı-satqı müqaviləsi bağlayaraq MMC-nin xx.xx.2021-ci il tarixli 0139 saylı kredit borcunun ödənilməsi olsun (kreditorun təmin edilməsi), hər iki müqavilənin tərəfi X6 olmuşdur. Tərəf olduğu üçün X3 imzaladığı hər iki müqavilə üzrə hüquq və vəzifələr yalnız Günel Rzayevaya məxsusdur. Yəni, iddiaçının sözügedən müqavilələrin tərəfi olmadığı üçün və bundan irəli gələn məsələlərə görə məsuliyyət daşımadığı üçün, bu məsələlərlə bağlı iddia h üququ yoxdur. İddiaçının, habelə onun iddiasını təmin edən apellyasiya instansiyası məhkəməsinin əmlakın birgə nikah dövründə əldə edilməsi ilə bağlı dəlillərinə gəldikdə, bu yanaşma ehtimallara əsaslanır və Mülki Məcəllənin 140-cı maddəsinə ziddir. Bu məsələdə Mülki Məcəllənin 6-cı maddəsinə istinadı da əsassızdır. Burada mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulmasından söhbət belə gedə bilməz. İddiaçının müqavilələr bağlanılarkən, kredit borcu ödənilərkən hər hansı şəxs tərəfindən hüququ pozulmamışdır. Əgər bununla bağlı iradı olmuşdursa, buna etiraz edə bilərdi və ya ən azından razılıq verməzdi. Əgər iddiaçı həyat yoldaşı G.Rzayevaya razılıq verərək ona müqavilə bağlamaq imkanı vermişdirsə, sonuncunun bağladığı müqavilələrə görə tələb hüququ məhz G.Rzayevaya məxsusdur. B elə olan halda birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərdən savayı, iddiaçının subyektiv hüquqa malik olması qəbul olunsa belə, məhkəmə iddia tələbini qismən də olsa təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının əməlləri nəticəsində cavabdeh MMC-yə xüsusilə külli miqdarda maddi zərər vurulmuşdur. Bununla bağlı cinayət işi başlanılmış, xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı iddiaçıya qarşı ittiham irəli sürülmüş və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir ki, hazırda baxılmaqdadır. Belə olan halda işə baxan apellyasiya instansiyası məhkəməsi ən azından işin tam, hərtərəfli və obyektiv tədqiqi ilə bağlı cinayət işinə baxılıb qurtarana qədər hazırkı işi n dayandırılması məsələsini müzakirə etməliydi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh şikayətində pul vəsaitinin MMC-yə borc olaraq iddiaçı tərəfindən verildiyini və MMC tərəfindən qaytarılmadığın mübahisələndirməmişdir. Hər iki tərəfə münasibətdə 156000 manat pulun iddiaçı tətəfindən cavabdehə ödənilməsi mübahisəsiz haldır. Həmin vəsait iddiaçıya məxsusdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümum i mülkiyyətidir. Maddə 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Maddə 493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə. 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlir ləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın rədd, cavabdeh isə təmin edilən hissələrində mübahisələndiriblər. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, şikayətin dəlillərinə tam qiymət vermişdir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2127-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sü butları, MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
40. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.
41. İlk olaraq iddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətində iddianın tam təmin edilməsini göstərək, əsas kimi keçmiş arvadı X3 müvafiq pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair iddiasından imtina edərkən dolayısı ilə müvafiq pul vəsaiti üzərində mülkiyyət və pay hüquqlarından da imtina etməsinə istinad etmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
43. İddiaçı özü iddiasını məhz ipoteka predmetinin arvadı ilə ümumi birgə mülkiyyəti olmasına istinadən qaldırmışdır. Bu isə o deməkdir ki, iddiaçı həmin əmlakın yarı hissəsinin keçmiş arvadının mülkiyyəti olmasını qəbul edir. Belə olan halda, iddiaçının keçmiş arvadının öz payından imtinası həmin payın iddiaçıya keçməsini ehtiva etmir.
44. Buna görə də iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.
45. Həmçinin cavabdehin də kassasiya şikayətinin dəlilləri əsaslı deyil.
46. Cavabdeh kassasiya şikayətində hər iki müqavilənin tərəfinin X6 olması, tərəf olduğu üçün imzaladığı hər iki müqavilə üzrə hüquq və vəzifələrin də yalnız Günel Rzayevaya məxsus olması, iddiaçının sözügedən müqavilələrin tərəfi olmadığı üçün və bundan irəli gələn məsələlərə görə məsuliyyət daşımadığı üçün bu məsələlərlə bağlı iddia hüququnun olmamasını dəlil kimi irəli sürmüşdür.
47. Məhkəmə kollegiyası qeyd edir ki, X3 imzaladığı ipoteka və onun alqı-satqısı barədə müqavilələr hazırkı mübahisənin predmeti deyil, buna görə də həmin müqavilələr üzrə iddiaçının tərəf olmaması barədə dəlil də mübahisə predmetinə aid olmadığı üçün əsaslı sayıla bilməz.
48. İddiaçının əməlləri nəticəsində cavabdeh MMC-yə xüsusilə külli miqdarda maddi zərər vurulması, iddiaçının barəsində həmin fakt üzrə cinayət işinin olması və baxılması üçün məhkəməyə göndərilməsi, eləcə də həmin cinayət işinə baxılıb qurtarana qədər hazırkı işin dayandırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri də hazırkı işin predmeti baxımından qiymətləndirilməli olan dəlillər deyil. Belə ki, iddiaçının hazırkı tələbinin hüquqi əs ası və cinayət hüquqi baxımdan iddiaçının cavabdehə ehtimal edilən zərər vurmasının hüquqi əsası tamam fərqli əsaslardır.
49. Buna görə də cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslı deyil və həmin dəlillər iddianın təmin edilən hissəsində qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas ola bilməz.
50. Bu baxımdan, iddianın təmin edilən hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəldiyindən cavabdehin də kassasiya şikayəti təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2190/2024 nömrəli iş üzrə 22 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.