Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3014/2020 20.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İlkin iddia tələbi: azyaşlı uşaqların ananın himayəsinə verilməsi və alimentin ödənilməsi Qarşılıqlı iddia tələbi:azyaşlı uşaqların atanın himayəsinə verilməsi Açar sözlər: uşaqların himayəyə verilməsi, uşaqların bir yerdə yaşaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14791/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bunsan sonra – cavabdeh) ilə xx xxxxxxx 2011-ci il tarixdə qeyri-rəsmi ailə qurmuşlar. Tərəflərin xx.xx.2012-ci il təvəllüdlü XXXvə xx.xx.2014-cü il təvəllüdlü XXXadlı övladları doğulmuşdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağı XXXın cavabdeh himayəsindən alınması və hər iki uşağının onun himayəsinə verilməsi, həmçinin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasına dair qətnamə qəbul o lunmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, faktiki nikahlarının ilk dönəmlərində münasibətləri normal olsa da, sonradan mütəmadi olaraq ailə daxili münaqişələri yaranmışdır. O, daim ailə problemlərinin həllinə çalışsa da, bu mümkün olmamışdır. Ona görə də, ata evinə gəlmiş və bir müddətdir ki, tərəflər arasında olan faktiki nikah münasibətləri də kəsilmişdir. Münasibətləri o həddə çatmışdır ki, ailənin qorunub saxlanılması və bərpası mümkün deyil. Hazırda kiçik övladı XXXonun himayəsində olsa da, böyük övladı XXXcavabdehin və onun ailə üzvlərinin himayəsindədir. O, ana kimi övladı XXX da onun himayəsinə verilməsini tələb etsə də, cavabdeh bundan imtina edir və azyaşlı uşağın ana himayəsindən məhrum yaşamasına səbəb olur. Nəzərə almaq lazımdır ki, azyaşlı XXX hazırda ana himayəsinə, qayğısına daha çox ehtiyacı var. Bundan əlavə cavabdeh uşağın təhsilinə biganə yanaşır, bu günə kimi XXXnə baxçaya, nə də məktəbə göndərilməmiş və ilkin təhsildən kənarda qalmışdır. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan uşaqlarının onun himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı nikah münasibətində olduğu müddətdə uşaqlarla yaxşı davranmamış, uşaqları döymüş, söymüş və psixoloji təzyiqlər göstərmişdir. Ona görə də, böyük övladı onunla yaşamağı üstün tutaraq anasını ilə qalmaq istəməmişdir. Uşaqlar onun himayəsinə verilərsə onların təhsil, səhiyyə və digər xərcləri tam şəkildə onun tərəfindən qarşılanacaq və uşaqların ı maddi cəhətdən tam təmin ediləcəklər. Uşaqlar ona çox bağlıdırlar, ayrıldıqları gündən iddiaçı digər övladı ilə görüşməyinə və birgə vaxt keçirməyinə imkan yaratmır. Bu hal övladlarının psixologiyasına mənfi təsir göstərir. Onun himayəsində olduqları zaman uşaqlar anaları ilə görüşdə vaxt keçirtməkdə heç bir məhdudiyyət hiss etməyəcəklər və bu onlara psixoloji cəhətdən müsbət təsir edəcəkdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1/630 saylı, xx.xx.2019-cu il tarixli rəyi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 ana İddiaçı himayəsində saxlanılmalarını məqsədəuyğun hesab edilmişdir. Rəyə əlavə olunmuş aktlarda, həm iddiaçının, həm də cavabdehin mənzil şəraitinin azyaşlı uşaqların yaşaması və sağla m böyüməsi üçün yararlı olduğu qeyd edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 1279 saylı, xx.xx.2019cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X4 və X5 anaya emosional cəhətdən daha çox bağlı olduğundan uşaqların ananın yanında qalması daha məqsədəmüvafiqdir. XXX ın hazırkı psixoloji vəziyyəti (gərginlik, aqressivlik) və xarakterini (introvert-daxilə meyilli) nəzərə alaraq onun anasının yanında qalması prosesini mərhələli, müddətli şəkildə həyata keçirmək psixoloji cəhətdən əlverişlidir. X4 və X2 bir-birinə qarşı emosional bağlılığı müəyyən olunduğundan onların ayrılıqda yaşaması və tərbiyə olunması psixoloji cəhətdən məqsədəmüvafıq deyildir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-2455/2019 nömrəl i iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) ilkin iddia tələbi qismən təmin edilərək, xx.xx.2012-ci il təvəllüdlü X3 cavabdehdən alınıb iddiaçının himayəsinə verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması, cavabdehdən xx.xx.2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi uşaqların azyaşlı olmasını, bir-birilərinə bağlılıqlarını, onların əqli və mənəvi cəhətdən inkişaf etmələri, qabiliyyətlərinin inkişaf etdirilməsi, habelə psixi sağlamlıqları və mənafelərinin mühafizəsi zərurətini, ana nəvazişin ə və qayğısına ehtiyaclarının olmasını, həmçinin iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, uşaqların analarının himayəsində saxlanılması onların maraqlarına və qanuni mənafelərinə daha uyğundur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14791/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “xx.xx.2012-ci il təvəllüdlü X3 Cavabdeh himayəsindən alınması, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 İddiaçı himayəsinə verilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməs i” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız uşaqların ananın yanında saxlanılması hissəsində mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsi qətnaməni yalnız yuxarıda qeyd olunan hissədə yoxlamışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Ailə Məcəlləsinin 22-ci, 60.4-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 19-cu, Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, azyaşlı uşaqların bir-birindən ayrı salınması, bununla da ilkin iddia üzrə cavabdehin maraqlarının azyaşlı uşaqların maraqlarından üstün tutulması yolverilməzdir. Valideynə nisbətdə uşaqların mənafelərinin üstün tutularaq uşaqların birlikdə böyüyüb boya-başa çatm asına, inkişaf və tərbiyə edilməsinə şərait yaradılması, uşaqların həyatında, inkişafında və tərbiyəsində müsbət nəticələrin əldə edilməsinə zəmin yaratmaqla yanaşı, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilmələrinə imkan yaratmış olacaqdır. Məhkəmə yenidən ekspertiza təyin edilməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş üzrə verilmiş rəydə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyil. Həmçinin cavabdeh analarının uşaqlara qarşı pis rəftar göstərdiyini bildirsə də, bu halı sübut edə bilməmiş, əksinə bu dəlil himayəçilik və qəyyumluq orqanının, həmçinin ekspert rəyi ilə təkzib edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatlar ı Cavabdeh (vəkil X8) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məmunu apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətində göstərilən faktların heç biri araşdırılmamış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iş üzrə yeganə cavabdeh olan kassator tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Ailə Məcəlləsinə müvafiq olaraq hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.2-49.3). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (maddə 56.1). Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (maddə 58.2). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (maddə 60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər (maddə 60.2). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideyn lərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4). Uşaq hüquqları haqqında BMT-nin bəyannaməsi 6-cı prinsip. Uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Uşaq hüquqlarına haqqında BMT-nin Konvensiyası. Maddə
3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların v alideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarı. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səh həti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam ası ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apelyasiya şikayətinin dəlilləri ilə oxşar olan həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14791/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi