Məhkəmə qərarları › İş №2(102)-3015/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3015/2019

06.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3015/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili Xnun iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli 2(103)-13111/2018 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 116 saylı evin, 96 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində Cavabdeh2 İddiaçı qarşı mənzilə köçürülmə tələbində dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.07.2012-ci il təvəllüdlü oğlu X2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 116 saylı evin, 96 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 19 iyul 2018-ci il tarixli 2 (005)-3259/18 saylı qətnaməsi ilə ilk iddia tələ bi təmin edilərək, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 116 saylı evin, 96 saylı mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbi təmin edilməmişdir Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (sədrlik edən və məruzəçi - Tofiq Səmədov hakimlər İkram Şirinov, Elşən Kazımov) 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(005)-3259/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili X kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli 2(103)-13111/2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apell yasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi Cavabdeh2 azyaşlı oğlu ilə başqa yerdə yaşamaq imkanının olmadığını, yaşayış sahəsinə olan ehtiyacını, həmin evdən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasını nəzərə almamışlar. Hər iki məhkəmə tərəfindən müəyyən edilmiş işin halları ilə Cavabdeh2 qeyd edilən mənzilə ailə üzvü kimi köçürülməsi və 7 ilə yaxın müddət ərzində həmin mənzildə yaşamaqla birgə təsərrüfat aparması və onun həmin mənzildən istifadə hüququnun yaranması sübut olunsa da, bu qətnamədə qeyd edilsə də məhkəmə kollegiyası əsassız olaraq belə qənaətə gəlmişdir ki, qarşılıql ı iddia üzrə tələb əsaslandırılmamış və bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə məhkəmə kollegiyası tərəfindən işin faktiki hallarına uyğun qiymət verilmədiyinə və mübahisəni tənzimləyən hüquq normalarının düzgün tətbiq edilmədiyinə dəlalət edir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 116 saylı evin, 96 saylı mənzili 1999-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh2 07.10.2011-ci il tarixdə mülkiyyətçinin oğlu, yəni X1 ilə rəsmi nikaha daxil olmuş və mübahisəli mənzilə köçmüşdür. Həmin nikahdan onların bir övladı olmuşdur. Cavabdeh2 08.12.2011-ci il tarixdə həmin mənzilə pasport qeydiyyatına alınmışdır və hazırda pasport qeydiyyatındadır. Cavabdeh2 ilə X1 arasında bağlanmış nikah 08.02.2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur və bundan sonra Cavabdeh2 uşağı ilə birlikdə həmin mənzili tərk etmişdir. İddiaçı Cavabdeh2 7 ilə yaxın müddətdə onun mülkiyyətində olan mənzilə gəlin kimi köçürülməklə, bu mənzildə yaşadığını və bununla da onun həmin mənzildən istifadə hüququnun yarandığını, lakin Cavabdeh2 onun oğlu ilə ailə münasibətlərinə xitam verildiyini və bundan sonra onun mənzilindən getdiyini bildirir və bu səbəbdən onun istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh2 iddianı qəbul etmir və qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildə 7 ilə yaxın müddət yaşadığını əsas gətirib, uşağı ilə birlikdə həmin mənzilə köçürülməsini tələb edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər 2011-ci ildə yaranmış və bu münasibətlər 2018-ci il tarixədək davam etmişdir. Tərəflər arasında münasibətlər 2011-ci ildə yarandığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri tətbiq edilmişdir. Cavabdeh2 İddiaçı mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, o, İddiaçı tərəfindən digər qohum qismində, yəni oğlunun arvadı olaraq qeyd edilən mənzilə köçürülmüş və 7 ilə yaxın müddət ərzində həmin mənzildə onunla b irlikdə yaşmaqla birgə təsərrüfat aparmışdır. Lakin 2018-ci ildə Cavabdeh2 ilə onun oğlu arasında bağlanmış nikah pozulmuş və bununla da onların ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh2 hazırda İddiaçı keçmiş ailə üzvüdür. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13111/2018 nömrəli iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 o ktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxla nmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göst ərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir Həmin qərara əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən isə qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anası saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə düzgün olaraq müəyyən etmişdir ki, Cavabdeh2 mülkiyyətçi İddiaçı məxsus evə 2011-ci ildə gəlin köçərək yaşamasına, birgə təsərrüfat aparmasına baxmayaraq, 2018-ci ild ə iddiaçının oğlundan boşandığından ailə münasibətlərinə xitam verildiyinə görə hazırda ilk iddiaçının ailə üzvü statusuna malik olmadığı üçün onun mübahisəli mənzilə heç bir hüququ qalmamışdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, hazırki iş üzrə mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəllənin 30-cu maddəsinin və mülkiyyət hüquqlarına dair qanunvericilik müddəalarının məzmununu təhrif etmədən hazırki mübahisəni bu maddi hüquq normalarının tələblərinə və yuxarıda şərh olunan işin faktiki hallarına əsasən qanuni və əsaslı qaydada həll etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 azyaşlı oğlu ilə başqa yerdə yaşamaq imkanının olmadığını, yaşayış sahəsinə olan ehtiyacını həmin evdən istifadə etməklə qarşılamaq məcburiyyətində olması barədə heç bir sübut təqdim edilmədiyindən onun Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına əsas olmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəz ərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmişdir, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13111/2018 nömrəli iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar