Məhkəmə qərarları › İş №2(102)-3015/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3015/2020

29.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3015/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Ərizəçi, onun vəkili Heydərov Mərdan Xudayar oğlunun, maraqlı şəxsin vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli 2(103)-1180/2020 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1978-ci ilin may ayının əvvəlindən 1988-ci ilin oktyabr ayının axırına kimi Ermənistan Respublikasının Vardanes Rayonunun Şişqaya kənd sovxozunda tütünçü işləməsi barədə hüquqi faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Vardanes rayonunun Şişqaya kəndində anadan olmuşdur. 1968-ci ildə Şişqaya kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1976-ci ilin may ayında məktəbin 8-ci sinifini bitirmişdir. Anası sovxozda tütünçü işləyirdi və o, anasına tütünçülük işlərində köm ək etməyə başlamışdır. 1978-ci ilin may ayının əvvəlində ərizə verərək, Şişqaya kənd sovxozunda tütünçü işinə qəbul olunmuş və 1988-ci ilin oktyabr ayının axırına kimi həmin sovxozda tütünçü işləmişdir.1978-ci ildə, Ermənistanda yaşadığı vaxt kənd sakini X6 ilə nikahını rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan Ermənistanda yaşadığı vaxt iki övladı 05.12.1980-cı il təvəllüdlü X7, 18.08.1984-cü il təvəllüdlü X5 anadan olmuşlar. 1988-ci ilin payızında ermənilər Azərbaycanlıları ermənistandan kütləvi surətdə qovanda işlədiyi sovxozdan əmək kitabçasını götürə bilməmiş, bütün sənədləri Ermənistanda qalmışdır. 1988-ci ilin dekabr ayında ermənistandan kütləvi surətdə qovulanda, ailəsi ilə birlikdə Bakı şəhərinə gələrək burada məskunlaşmışdır. Hər iki övladı orta təhsillərini Bak ı şəhərində almışlar. Ermənistandan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşandan sonra əmək fəaliyyətini davam etdirmişdir. 01.03.1992-ci ildə "ELŞAD" KOOPERATİVİNƏ 2-ci dərəcəli fəhlə qəbul olunmuş, 15.06.1992-ci ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. 20.07.1992-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun ştamplama sexinə yardımçı fəhlə qəbul olunmuş və 15.09.1994-cü ildə uşağı 14 yaşa qədər qulluqla əlaqədar ərizəsi əsasında işdən azad olunmuşdur. 06.12.2003-cü il tarixdə Azərbaycan Neft Emalı Zavodunun təsərrüfat və kommunal məişət xidməti üzrə 17 №-li sexin inzibati binasının xidmət sahəsinə 4-cü dərəcəli xidməti binalar xadiməsi peşəsinə qəbul olunmuşdur. 17.06.2004-cü il tarixdə həmin sexin abadlaşdırılması sahəsinə 4-cü dərəcəli bağban işinə keçirilmişdir. 01.07.2004 -cü il tarixdə "əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi ilə əlaqədar 4-cü (dörd) dərəcəli yaşıl-tikinti fəhləsi adlandırılıb. 10.05.2009-cu il tarixdə xam neftin emalı üzrə 2 №-li istehsalatın 1 №-li çənlər parkına 3-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilib. 22.12.2009-cu il tarixdə tarif ixtisas komissiyasının protokoluna əsasən həmin peşə üzrə ona 4-cü dərəcə verilmişdir. 09.12.2013-cü il tarixdə Mərkəzi tarif ixtisas komissiyasının protokoluna əsasən həmin peşə üzrə ona 5-ci dərəcə verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 2(007)-3536/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, E.Şamayev) 22 yanvar 2020-ci il tarixli, 2(103)-1180/2020 sayl ı qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3536/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ərizəçinin ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi tələblərini m üəyyən edən faktlarla və hallarla əlaqədar olan hər hansı yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə yalnız birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iki nəfər şəxsin və ərizəçinin apellyasiya məhkəməsində şahid kimi dindirilmiş bacısının ifadələrinə əsasən hüquqi əhəmiyyəti olan fakt kimi ərizəçinin əmək stajı faktını müəyyən etmiş, baxmayaraq ki, rayon məhkəməsində ifadəsi alınan şəxslərin ərizəçi ilə eyni yerdə işləmələrini təsdiq edən əmək kitabçaları və ya hər hansı digər təsdiqedici sənədləri məhkəməyə təqdim olunmamış, həmçinin ərizəçi ilə yaxın qohumluq münasibətində olan bacının ifadəsinin mötəbərliliyinə tənqidi qiymət verilməmiş və ərizədə qeyd edilən xüsusatlarla bağlı məhkəmə tərəfindən ətraflı araşdırma aparılmamışdır. Ape llyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi səhv nəticəyə əsasən qərarında istinad etdiyi maddi və prosessual hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etməmiş, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Prosessual məsələlər Maraqlı şəxsin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Ərizəçi, onun vəkili Heydərov Mərdan Xudayar oğlu kassasiya şikayətinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçi 1978-ci ilin mart ayının 10-dan 1988-ci ilin oktyabr ayının 25-dək Ermənistan Respublikasının Vardenis rayonu Şişqaya kənd kolxozunda tütünçü işləmişdir. Həmin dövr onun əmək kitabçasında qeyd edilməmiş, ərizəçi iş stajının bərpası barədə ərizə ilə şöbəyə müraciət etmişdir. DSMF-nin Nizami rayon şöbəsi tərəfindən isə zəruri sənədlər təqdim etmədiyindən onun ərizəsi təmin olunmamış və həmin tələblə müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. X2 adına açılmış 1021 nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, o, 05 mart 1984-cü ildən Ermənistan Respublikasının Vardanes Rayonunun Şişqaya kənd sovxozunda tütünçü ki mi işə qəbul olunmaqla 28.01.1988-ci ilədək həmin kolxozda işləmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid1 ifadə verərək göstərdi ki, o, xx xxxxxx 1958-ci tarixdə Ermənistan Respublikasının Vardanes rayonu, Şişqaya kəndində anadan olmuşdur. Ərizəçi da həmin kənddə doğulduğundan onu uşaqlıqdan tanıyır. Onların ailəvi gediş gəlişləri olub. Bir məktəbdə oxuyublar. Ərizəçi ondan bir-neçə sinif aşağı oxuyurdu, lakin orta məktəbi bitirən ərəfədə təhsilini davam etdirmədi və 16 yaşı tamam olan kimi Şişqaya kənd kolxozunda tütünçü işləməyə başladı. Onlar Ermənistanı tərk edənədək ərizəçi orada işləmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid2 ifadə verərək göstərdi ki, o, xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Vardanes rayonu, Şişqaya kəndində anadan olmuşdur. O Ərizəçi ilə bir məktəbdə oxumuşdur. Onların yaşı eyni olsa da, o ərizəçidən bir sinif yuxarıda oxumuşdur. Sonra həmin məktəbdə müəllim işləmişdir. Ərizəçidə həmin kənddə doğulmuşdur. Yaxşı yadındadır ki, Ərizəçi təhsilini davam etdirmədi və 16 yaşı tamam olan kimi Şişqaya kənd kolxozunda tütünçü işləməyə başladı. Onlar Ermənistanı tərk edənədək ərizəçi orada işləmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır və ərizəçi uşaqlığından Şişqaya kənd kolxozunda işləmişdir. O, özü 1984-cü il tarixdən Şişqaya kənd kolxozunda tütünçü işləmiş və bacısı Sevda ondan bir neçə il əvvəl həmin kolxozda işə düzəlmişdir. Onlar tütünçülüklə məşğul olurdular. Mart ayında tütünün toxumu nu səpirdillər, payızda isəyarpaqları yığıb günəşin altında qurudurdular. Bacısı olan ərizəçi də eyni işi görürdü. Onlar ermənistandan qovulduğu günədək həmin kolxozda işləmişlər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir; çünki ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə görə də ərizəçi hüquqi əhəmiyyəti o lan faktın məhkəmə qaydasında müəyyən olunmasını o halda xahiş edə bilər ki, o, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki-Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 -ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Ərizəçi 1978-ci ilin mart ayın ın 10-dan 1988-ci ilin oktyabr ayının 25-dək Ermənistan Respublikasının Vardenis rayonu Şişqaya kənd kolxozunda tütünçü işləməsinə dair sənədlər 1988ci ildə Ermənistan Respublikasından qovulmaları ilə bağlı olaraq həmin rayonda qaldığından, həmin stajın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Ərizəçi 1978-ci ilin mart ayının 10-dan 1988-ci ilin oktyabr ayının 25-dək Ermənistan Respublikasının Vardenis rayonu Şişqaya kənd kolxozunda tütünçü işləməsini həmin illərdə onunla birlikdə işləmiş şahidlər təsdiq etmişlər. Şahid ifadələrinin təkzib edilməsi, başqa sözlə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs isə hər hansı dəlil irəli sürməmişdir. Kassatorun şahidlərdən birinin ərizəçinin bacısı olması və onun ifadəsinin mötəbərliliyinə tənqidi qiymət verilməməsi barədə də lillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, şahidin ərizəsinin bacısı olması onun ifadəsinin mötəbərsiz hesab olunması üçün yetərli hesab edilə bilməz. Əksinə şahidin ifadəsi onu təsdiq edir ki, ərizəçinin digər ailə üzvləri də ərizəçi kimi məktəbi bitirəndən sonra eyni kolxozda tütünçü işləmişlər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla ə laqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlayarkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbi q etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətində qətnamənin ləğvi üçün hər hansı tutarlı dəlil göstərilməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF-nun Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli 2(103)1180/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar