Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3015/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış evindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2(104)- 73/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfind ən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehlər iddiaçının vəfat etmiş qardaşı X7 ailə üzvləridir.
2. Cavabdeh1 2003-cü ildə X12 ilə qeyri-rəsmi evlənib, sonuncunun atası Cavabdeh2 Səməd oğluna məxsus olan, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən evə gəlin köçmüşdür. Onların nikahı xx.xx.2006-cı ildə rəsmiləşdirilmişdir. Həmin nikahdan onların Sultan və Elza adlı uşaqları doğulmuşdur. 2004-cü ildə X16 Cəfərova ilə Rusiya Federasiyasına getmiş, 2010-cu ilədək orada yaşamışdır.
3. Cavabdeh2 Səməd oğlu xx.xx.2000-ci il tarixdə ölmüşdür.
4. Cavabdeh2 Səməd oğlundan miras qalmış əmlaka dair onun vərəsələri – arvadı X8 və övladı - İddiaçı xx.xx.2012-ci il tarixli, 2v-03-1325 reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə miras əmlak kimi Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 113.0 kv.m, köməkçi sahəsi 51.7 kv.m, ümumi sahəsi 164.7 kv.m olan Liter "A", yaşayış sahəsi 101.0 kv.m, köməkçi sahəsi 72.4 kv.m, ümumi sahəsi 173.4 kv.m, olan Liter "B", habelə yardımçı və təsərrüfat tikililəri qeyd olunmuşdur. 5. xx.xx.2012-ci il tarixli miras payın bağışlanmasına dair müqaviləyə əsasən, X8 mərhum Cavabdeh2 Səməd oğlundan miras qalmış əmlakdan ona düşən payını İddiaçı bağışlamışdır.
6. Bundan sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində tam və evin yerləşdiyi 0,58 ha torpa q sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 2/3 hissədə, X3 mülkiyyət hüququ isə torpaq sahəsi üzərində 1/3 hissədə qeydə alınmış və bu barədə RX seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir.
7. X12 12 may 2015-ci il tarixdə, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
8. Şəvaim Axundovadan miras qalmış əmlaka dair övladları - X13 və İddiaçı xx.xx.2020-ci il tarixli, 2v-223 reyesrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlak RX seriyalı, ******* saylı xx.xx.2012-ci il tarixli çıxarışda göstərilən, Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X4 düşən hissəsi qeyd olunmuş, vərəsələrin payı isə ½ hissədə müəyyən edilmişdir.
9. Azad Əliyev xx.xx.2020-ci il tarixli müqavilə əsasın da anasından qalmış miras payını İddiaçı bağışlamışdır.
10. Bundan sonra Şəmkir rayonu, Dəllər-Cəyir kəndində 0,4849 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 338,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 iyul 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
11. Hazırki mülki işin icraatı zamanı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu qərarın 4-8-ci paraqraflarında göstərilən mirasın bölgüsü ilə rəsmiləşməni mübahisələndirmiş, mərhum Cavabdeh2 Səməd oğlundan miras qalmış fərdi yaşayış evi və 0,58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli, 2v-03-1325 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik h üququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin miras əmlaka İddiaçı və X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi, X3 miras əmlak hesab edilən 0,58 ha-dan ibarət həyətyanı torpaq sahəsinin 1/3 hissəsini və mərhum əri Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olmuş, fərdi yaşayış evindəki payının İddiaçı bağışlamasına xx.xx.2012-ci il tarixli 3m-02-303 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixdə 3m-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqavilə sinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışın ləğv edilməsi, miras mülkün ilkin vəziyyətinə qaytarılması, həmin miras mülkə iddiaçıların X7 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şəmkir Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(076)-2509/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri qism ən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(076)-2509/2021 saylı qətnaməsi iddianın X2 miras qalmış əmlaka görə cavabdehlər İddiaçı və X10 Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X9 miras payını İddiaçı bağışlamasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 3M-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, həmin miras mülkə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 X7 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə təmin edilmiş, X3 vərəsəsi kimi X9 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr ləğv edilmiş, X9 X2 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilə etibarsız hesab edilmiş, X2 miras qalmış Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, İsrafıl Məmmədov küçəsi ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edil miş, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmiş, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində Cavabdeh3, 0,0483 ha hissəsində isə Cavabdeh2 payı müəyyən edilmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdir.
14. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5909/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlan ılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun mərhum qardaşı Alxanın arvadı, digər cavabdelər isə mərhum qardaşının uşaqlarıdır. Sözügeden ev vərəsəlik və bağışlama qaydasında valideynlərindən ona keçmişdir. Qardaşı Alxan 2015-ci ilin may ayından Rusiya Federasiyasında vəfat etdikdən sonra cavabdehlərin çöldə qalmaması üçün ona məxsus olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən f ərdi yaşayış evində yaşamasına etiraz etməmişdir. Hazırda o və qızı epilepsiya xəstəsi olmaqla əlildirlər. Cavabdeh1 son vaxtlar onlarla yola getmədiyindən, evdə dava saldığından bir neçə dəfə onların evinə polis əməkdaşları gəlmiş, mübahisənin mülki xaraxterli olduğunu bildirərək onlara məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda cavabdehlərlə bir evdə yaşamaları mümkün deyildir. Mübahisəli ev “A”, “B” və “C” literli tikililərdən ibarətdir və həmin tikililər bütövlükdə onun mülkiyyətindədir. Cavabdehlərin hazırda ona məxsus evdə yaşamaları üçün heç bir hüquqi əsas yoxdur və cavabdehlər mübahisəli evdə onun iradəsinə zidd yaşamaqla ona məxsus mülkiyyət hüququnu pozur.
17. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, X12 ilə 2003-cü il tarixdə fa ktiki olaraq ailə qurmuş, mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxt mübahisəli ev qayınatasının mülkiyyətində olmuşdur. 2015-ci ildə Alxan vəfat etdikdən sonra mübahisəli evdə yaşadığı hissəni sökərək öz vəsaiti hesabına yenidən inşa etmişdir. Lakin iddiaçı və onun ailəsi ilə tez-tez aralarında müxtəlif səbəblərdən mübahisələr olmuşdur. Belə ki, onu və uşaqlarını həmin evdən çıxarmaq istəyirdilər. İddiaçı mübahisəli evə sonradan mülkiyyət hüququ əldə etdiyindən və o mübahisəli evə köçəndə ev qayınatasının mülkiyyətində olduğundan, sonuncu ailəsi ilə birlikdə orada yaşamalarına razılıq verdiyindən, mübahisəli evdə yaşadığı hissəni öz hesabına təmir etdirdiyindən iddianı əsassız hesab edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
18. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1719/2021 saylı 1 0 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mükiyyətində olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən ümumi sahəsi 338.10 kv.metr olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
19. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından habelə mübahisəli evin qanuni sahibinin digər ailə üzvləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin cavabdehlər iddiaçının ailə üzvü hesab olunmadığından onların mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Həmçinin iddiaçı ilə cavabdehlər arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimlə yən hər hansı bir razılaşma da mövcud deyildir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13, 15-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13, 15, 30.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdehlər Cavabdeh1 (həm də Cavabdeh3 qanuni nümayəndəsi kimi) və Cavabdeh2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməs inin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mərhum qayınatası Cavabdeh2 Səməd oğlundan miras qalmış fərdi yaşayış evinə tam halda, 0.58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə qayınanası X5 və İddiaçı 1-ci növbə vərəsə tanımaqla, onların mülkiyyətinə keçməsi, 03 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsi əsasında X3 mərhum Cavabdeh2 Səməd oğlundan miras qalan payın ona düşən hissəsini oğlu İddiaçı bağışlaması və sonuncunun mülkiyyətçi olmasına əsaslanmışdır. Halbuki, onun 2015-ci ildə vəfat etmiş ərinin həmin mülkdə 1-ci növbə kimi miras payı və həmin evdən onların istifadə hüquqları olmuş, C literli evi sökdürüb öz vəsaitlər i ilə inşa etdirmişlər. Onun və uşaqlarının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən, həmin evdən istifadə hüququ vardır.
23. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 6 aprel 2023-cü il tarixli, 2(104)-73/2023 saylı qətnaməsi ilə (hakimlər: Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X1 Federasiyasının vətəndaşı olmaqla, işin mübahisəsiz halı kimi 2010-cu il tarixədək daimi olaraq Rusiya Fede rasiyasında yaşamışdır.
25. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Respublikada torpaq islahatı keçirilən zaman həmin torpaq sahəsində olan təsərrüfatda yalnız Cavabdeh2 Səməd oğlu, X8 və İddiaçı olduğundan həmin torpaq sahəsi də məhz onların ümumi mülkiyyətinə verilmişdir ki, bununla da, mərhum X7 atasının vəfatından bir neçə il əvvəl və atası vəfat etdikdən sonrakı il ərzinədək həmin təsərrüfatda yaşaması ilə bağlı iddiaçıların dəlili təkzib olunmuşdur.X7 2010-cu il tarixədək olan müəyyən dövrlər ərzində Rusiya Federasiyasından Azərbaycana gəldikdə atasından miras qalmış evdə qalması onun mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə kollegiyası iddiaçıların Cavabdeh2 Səməd oğlundan miras qalmış əmlakın X12 tərəfindən faktiki qəbul edilməsi və buna müvafiq olaraq da X6 miras qalmış əmlakın onlar tərəfindən faktiki qəbul etmələri ilə bağlı dəlillərini əsassız hesab etmişdir.
26. Göründüyü kimi, cavabdeh tərəfin mübahisə edilən fərdi yaşayış evi üzərində vərəsəlik payı mövcud olmamış və yalnız həmin ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsində iddiaçılar Cavabdeh2 və Cavabdeh3 payı müəyyən edilmiş və bu səbəbdən Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Bu isə o dəməkdir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayı ş evi İddiaçı mülkiyyətidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə mübahisə olunan yaşayış evinin iddiaçının mülkiyyətində olması barədə müvafiq çıxarış ləğv edildiyindən, hazırda iddiaçının cavabdehlərə qarşı idida qaldırmaq hüququnun olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin qətnamə ilə mübahisə edilən fərdi yaşayış evi üzərində yox, yalnız həmin ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 hissəsində iddiaçılar Cavabdeh2 və Cavabdeh3 payı müəyyən edilmiş və Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Bu isə o dəməkdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əs asında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.
29. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edib ki, mübahisəli fərdi yaşayış evi İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı üçün, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.
30. Məhkəmə kollegiyası hesab edib ki, mübahisəli fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.2020-ci il tarixdə qeydə alındığından yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı ilə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişildiyindən və evin mülkiyyətçisi ilə cavabdehlər arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
32. Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifə si, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir.
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edib ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı Soltan oğlunun mərhum qardaşı Alxanın arvadı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə mərhum qardaşının uşaqları olmaqla, onun ailə üzvü dairəsinə daxil deyildir. Digər tərəfdən, cavabdehlər mübahisəli evə iddiaçı (mülkiyyətçi) tərəfindən köçürülməmişdir.
34. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər isti fadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, cavabdehlər İddiaçı ailə üzvü deyildir və mübahisəli evə iddiaçı (mülkiyyətçi) tərəfindən köçürülməmişdir. Ona görə də, iddiaçı cavabdehlərin mübahisəli evdən çıxarılması tələbində haqlı olmuşdur.
35. Cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması və “C” literli evi sökdürüb öz vəsaitləri hesabına inşa etmələrinə dair apellyasiya dəlilləri məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edi lməli qanunu düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdehlər kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya əsaslandırılmışdır. şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
40. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
41. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona məns ub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı
46. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşın maz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırki kassasiya şikayətində cavabdehlər tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. İddianın mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik halları bu qərarın 1-10-cu paraqraflarında əksini tapmışdır.
58. İddia tələbi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasından ibarətdir.
59. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikd ən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
60. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
61. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə etməsinə yol verməmək ixtiyarı vardır. Lakin mülkiyyətçinin bu hüququ, mülkiyyətçi üçün qanunla və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə mümkündür.
62. Bu baxımdan cavabdehlərin yaşayış sahəsinə hüquqlarının müqavilə və ya qanuna əsasən yaranıb yaranmadığı araşdırılmalıdır. Yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).
63. Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.
64. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir (30-32-ci paraqraflar). Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən is tifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
65. Apelyasiya instansiyası məhkəməsi də cavabdehlərin yaşayış sahəsinə bu əsaslar üzrə hüquqlarının yarandığını araşdırmış və haqlı olaraq qeyd etmişdir ki, yaşayış sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi, cavabdehlərlə münasibətlərinə təsir edən hüquqi faktdır.
66. Çünki Konstitusiya Məhkəməsi «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
67. Lakin cavabdehlər Mənzil Məcəlləsinin 30-cu maddəsinin məqsədləri baxımından iddiaçının ailə üzvləri hes ab olunmur. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
68. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıla rın yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
69. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında cavabdehlər qohumluq münasibətləri baxımından iddiaçının “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir.
70. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüquq u Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
71. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2(104)-73/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.