Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3016/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X6 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 və onun vəkili X8 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-989/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Səlimə Miriyeva) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İd diaçı cavabdehlər Suraxanı rayon İcra və propasiya şöbəsi, Cavabdeh2 və 3-cü şəxs “xxxx”MTK-ya qarşı mənzilin boşaldılıb təhvil verilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Suraxanı rayon İcra və propasiya şöbəsi, Cavabdeh2 və 3-cü şəxs “xxxx”MTK-ya qarşı mənzilin boşaldılıb təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 13 M sayl ı evin 3-cü girişinin 5-ci mərtəməsində yerləşən ümumi sahəsi 71,3 kvadrat metr olan 177 saylı mənzilin boşaldılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MTK ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 67 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 177 saylı mənzili əldə etmişdir. Həmin müqaviləyə əsasən “xxxx” MTK qeyd olunan ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbə, 177 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndindən görünür ki, mənzil 1 otaqdan ibarətdir, ümumi sahəsi 71,3 kvadrat metrdir. Mənzilin ümumi dəyəri 21390 manat müəyyən edilmişdir. Mən zilin dəyərinin tam ödənilməsi və ünvan barədə xx.xx.2010-cu il tarixli 74 saylı arayışdan görünür ki, o, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Bundan sonra Cavabdeh2 “xxxx” Mənzil Tikinti Kooperativinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 kvadrat metr olan 172 saylı və dördüncümərtəbəsində yerləşən ümumi sahəsi 144,5 kvadrat metr olan 177 saylı mənzillərin alınaraq ona təhvil verilməsi, həmçinin vurulmuş maddi ziyana görə 108000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Bakı şəh əri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin “xxxx” MTK-dan alınaraq Cavabdeh2 təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru isə Cavabdeh2 qanunsuz təsir və təzyiqlərinə əməl edərək, onun sözügedən mənzildə yaşamamağından istifadə etməklə icra sənədini icra etmək adı altında qanunsuzluğa yol verərək Cavabdeh2 ona məxsus mənzilə köçürmüş, onun mənzilini həmin şəxsə təhvil verərək mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Beləliklə o, göstərilən q ətnamədən xəbərdar olan kimi hüquq və vəzifələrinə toxunan şəxs kimi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı,xx.xx.2018-ci il qətnaməsi ilə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı, xx.xx.2018-ci il qətnaməsində göstərilmişdir ki, “İddiaçı məxsus 5-ci mərtəbə 177 saylı, 1 otaqlı, ümumi sahəsi 71.3 kvadrat metr olan mənzilin icra hərəkətləri nəticəsində Cavabdeh2 təhvil verilməsinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh2 təhvil verilməli olan 177 saylı mənzil həmin binanın 4-cü mərtəbəsi ndə yerləşən 3 otaqlı ümumi sahəsi 144,5 kvadrat metr təşkil edən mənzildir. İddiaçı müqaviləsində təsvir olunan mənzil isə həmin binanın 5-ci mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 71,3 kvadrat metr olan mənzildir. Bu mənada əgər İddiaçı məhz özünə məxsus mənzilin (5-ci mərtəbədə yerləşən 1 otaqlı, ümumi sahəsi 71,3 kvadrat metr olan mənzil) icra məmurları tərəfindən Cavabdeh2 təhvil verildiyini iddia edirsə, bununla əlaqədar icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Eyni zamanda o, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı, xx.xx.2018-ci il qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8282/2018 sayl ı xx.xx.2018-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821 /2018 saylı, xx.xx.2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh2 da iştirak etdiyi proses zamanı Ali Məhkəmənin Mülki Kollegiyası ona bildirmişdir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış qətnamə onun subyektiv hüquqlarına toxunmur,sözügedən mənzil ona məxsusdur, Cavabdeh2 hazırda tələb etdiyi mənzil ona məxsus mənzillə eynilik təşkil etmir.Belə olan halda qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsaslanaraq tərəfindən xx.xx.2018-ci il tarixli ərizə ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilərək icra məmuru tərəfindən icra sənədinin icrası adı ilə qanunsuz olaraq ona m əxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin 3-cü giriş, 5-ci mərtəbə, 177 saylı, 1 otaqlı, ümumi sahəsi 71,3 kvadrat metr olan mənzilə köçürülmüş Cavabdeh2 xx.xx.2019-cu il tarixinədək həmin mənzildən çıxarılmasını və mənzilin ona təhvil verilməsini təmin etməklə, pozulmuş mülkiyyət hüquqlarını təmin edilməsi, müraciətinə xx.xx.2019-cu il tarixinədək rəsmi yazılı cavab verilməsi xahiş olunsa da, hazıradək müraciətinə cavab ala bilməmişdir. Buna görə də cavabdehin qanunsuz olan hərəkətsizliyindən müdafiə üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda istinad etdiyi xüsusatlardan da aydın olur ki, ona məxsus mənzilin yerləşdiyi bina hazıradək dövlət qeydiyyatına alınmadığı üçün həmin mənzilə mülkiyyət hüququ yaranmasa da, m ənzilə dair Kooperativin üzvü kimi kooperativə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə Kollegiyasının istinad olunan mövqeyinin tamamilə uydurma, qanunsuz və əsassız olmasını müəyyən etmək üçün daha əvvəl çıxarılmış məhkəmə a ktlarına nəzər yetirmək kifayət edərdi, bunun üçün heç bir əlavə ciddi araşdırma tələb olunmur. Ona görə ki, əvvəlki məhkəmə araşdırmaları zamanı mübahisə predmeti olan mənzillərin eynilik təşkil etməməsi, kvadrat və mərtəbə fərqinin olması, yalnız nömrələrinin uyğun olması və bunun da binadaki mənzillərin təkrar nömrələnməsi zamanı ortaya çıxa bilməsi müəyyən olunduğu halda birinci və apellyasiya instansiya məhkəməsi qanuni qüvvəsini almış məhkəmə aktlarını təhrif edərək, həmin aktlara öz istədiyi prizmadan yanaşmış, guya artıq hazırki mübahisənin daha əvvəl araşdırılmasını və hüquqi qiymət verilməsini bildirmişlər. Halbuki bu mövqe son dərəcə yanlışdır. Hazırki iş üzrə aşağı instansiya məhkəmələri Suraxanı rayon məhkəməsinin qətnaməsini təhrif etmişlər. Ona görə ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-475/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən 3M yaşayış binasının 4-cu mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 71,3 kvadrat metr sahəsi olanolan mənzil yox, 3 otaqlı 144,5 kvadrat metr sahəsi olan 177 saylı mənzil “xxxx” MTK-dan alınaraq X2 verilməsi qət edilmişdir. Bu hal bir daha onu təsdiq edir ki, məhkəmələr ümumiyyətlə iddiaçının iddia tələblərinin nədən ibarət olmasını və mənzillərin tamamilə fərqli olmasını nəzərə almamışdır. Bununla da tamamilə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh2 məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 və onun vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh Suraxanı rayon İcra Probasiya Şöbəsinin və üçüncü şəxs “xxxx” MTK-nın nümayəndələri gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsas ən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” MTK-nin sədri X4 ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən “xxxx” MTK Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən yaşayış binasının 3-cü giriş 5-ci mərtəbəsində 1 otaqlı, 71,3 kvadrat metr sahəsi olan 177 saylı mənzili İddiaçı təhvil verilməsi barədə öhdəlik götürmüş, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. xx xxxxxx 2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən 13M yaşayış binasının 4-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144,5 kvadrat metr sahəsi olan 177 saylı mənzil X1. Bakı şə həri, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-475/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən 13M yaşayış binasının 4-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144,5 kvadrat metr sahəsi olan 177 saylı mənzilin “xxxx” MTK-dan alınaraq X2 verilməsi qət edilmiş, qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə və həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx xxxxxx 2016-cı il il tarixli qərarına istinad edən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-475/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən 13M yaşayış binasının 4-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144,5 kvadrat metr sahəsi olan 177 saylı mənzil X5 mülkiyyətindədir. Qətnaməyə əsasən mənzilin “xxxx” MTK dan alınaraq X2 verilməsi qət edilmişdir. Artıq məkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrində mübahisə predmeti olan 177 saylı mənzilin X7 məxsus olması müəyyən olunmuşdur. İddiaçı həmin 177 saylı mənzilin V mərtəbədə yerləşdiyini qeyd etsə də, birinci instansiya məhkəməsinin keçirdiyi yerli baxış zamanı aydın olmuşdur ki, binanın V mərtəbəsində həqiqətən də 177 saylı bir mənzil mövcuddur və h əmin mənzillə bağlı cavabdehlə “xxxx” MTK arasında xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağanmışdır. İddiaçı ilə xxxx” MTK arasında həmin mənzilin alqı-satqısına dair müqavilə isə xx.xx.2010-cu il tarixdə bağlanmışdır. xxxx” MTK qüvvədə olan xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsini ləğv etmədən mülki qanunvericiliyin tələblərini pozmaqla, qanuna zidd olaraq həmin mənzillə bağlı xx.xx.2010-cu il tarixdə yeni müqavilə bağlamışdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “xxxx” MTK-nin sədri X4 arasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən yaşayış binasının 3-cü giriş 5-ci mərtəbəsində 1 otaqlı, 71,3 kvadrat metr sahəsi olan 177 saylı mənzillə bağlı xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış və mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. İşin digər mübahisə edilməyən halı ondan ibarətdir ki, xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən 13M yaşayış binasının 4-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144,5 kvadrat metr sahəsi olan 177 saylı mənzilin X2 verilməsi barədə müqavilə bağlanmış və mənzilin dəyəri sonuncu tərəfindən tam ödənilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-475/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən 13M yaşayış binasının 4-cü mərtəbəsində 3 otaqlı ümumi sahəs i 144,5 kvadrat metr sahəsi olan 177 saylı mənzilin “xxxx” MTK-dan alınaraq X2 verilməsi qət edilmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi bu nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən qətnamə ilə müəyyən edilmiş halları hazırki iş üzrə preyudisial hal kimi qiymətləndirərək hazırki iddia tələbini rədd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr həmin qətnamə ilə müəyyən edilmiş halları düzgün qiymət verməmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməyərək iş üzrə səhv nəticəyə gəlmişlər. Belə ki, məhkəmələr qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Rahilə Əsədullayevə verilmiş mənzil ilə iddiaçının hazırda tələb etdiyi mənzilin mərtəbəsinin, sahəsinin eyni olmamasını diq qətdən qaçırmışdır. Məhkəmələrin preyudisial kimi istinad etdiyi iş üzrə məhkəmə qərarlarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası, maraqlı şəxs İddiaçı satılmış mənzil ilə iddiaçı Cavabdeh2 satılmış mənzillərin eyni olmaması ilə bağlı məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Cavabdeh2 ilə bağlanmış müqavilədə ona satılmış mənzilin sahəsinin 144,5 kvadrat metr təşkil etdiyi və həmin mənzilin 3 otaqlı olmaqla binanın 4-cü mərtəbəsində yerləşdiyi razılaşdırılmışdır. Maraqlı şəxs İddiaçı satılmış mənzil isə həmin binanın 5-ci mərtəbəsində yerləşməklə bir otaqdan ibarətdir və sahəsi 71,3 kvadrat metr təşkil edir. Göründüyü kimi, iddiaçı R. Əsədullazadənin ona təhvil verilməsini tələb etdiyi mənzilin göstəriciləri (sahəsi, mərtəbəsi, otaqların sayı kimi) ilə satılmış mənzil in göstəriciləri eyniyyət təşkil etmir.” Göründüyü kimi, hazırki iş üzrə aşağı intansiya məhkəmələri preyudisial hal kimi istinad etdikləri iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, iş materiallarına əlavə edilmiş mübahisəli ünvan üzrə inşa edilmiş binaya məxsus layihələr əsasında (iş v. 215 və 241) iddiaçının tələb etdiyi 71,3 kvadrat metr mənzilin binanın hansı hissəsində yerləşməsi, cavabdehə verilmiş mənzillə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmiş, (binanın bütün mərtəbələrinin layihələri eynidir) bunun üçün mübahisəli ünvana yerli baxışın keçirilməsi müzakirə edilməmişdir. Binanın 2007-ci ildə təsdiq edilmiş ilkin l ayihəsindən görünür ki, həmin layihədə sahəsi 144,5 kvadrat metr olan mənzillərin inşası nəzərdə tutulmuş, layihədə 2009-cu ildə edilmiş dəyişikliklərdə isə 144,5 kvadrat metr sahəli mənzillər nəzərdə tutulmamışdır. Bu dəyişiklik müvafiq olaraq binadakı mənzillərin sayının artmasına və mənzillərin yenidən nömrələnməsinə gətirib çıxarır ki, məhkəmələr həmin halın müəyyən olunmasını da diqqətdən qaçırmışdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-989/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qər ar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3016/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3016/2020
21.05.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver