Məhkəmə qərarları › İş №2(102)-3017/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3017/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3017/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-512/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Tovuz rayonu Yanıqlı kəndində yerləşən 0.096 hektar torpaq sahəsində 130.40 kv.m yaşayış evi (bundan sonra – mübahisəli ev) daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır.

3. Cavabdeh (bundan sonra –cavabdeh) iddiaçının qardaşı ilə faktiki ailə münasibətlərində olmuş, hazırda 2016-ci il təvəllüdlü və 2017-ci il təvəllüdlü qızı Səma ilə birlikdə mübahisəli evdə yaşayır.

4. Tovuz rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(062)-27602021 saylı qətnaməsi ilə Cavabdeh sözügedən evə yaşayış hüququnun tanınması barədə iddiası rədd olunmuş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasıın 2(104)-984/2022 nömrəli, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qa nuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, Tovuz rayonu Yanıqlı kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qardaşı 2014-cü ildə evlənmişdir. Cavabdehin həmin evdə pasport qeydiyyatı da yoxdur. Raufla cavabdehin nikahları qeydə alınmamış, faktiki olaraq ayrılmışlar. Mübahisə olunan fərdi yaşayış evinin mülkiyyətçisi odur. Onun tələbi ilə Rauf evdən çıxsa da, cavabdeh könüllü olaraq çıxmır. Onunla cavabdeh arasında fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı heç bir r azılaşma olmamışdır. Cavabdehin mübahisəli evə istifadə hüququnun olmamasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olsa da, onun evindən qanunsuz istifadə etməkdə davam edir.

7. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2014-cü ildən mübahisəli evdə yaşayır. İddiaçının qardaşı ilə rəsmi nikahları olmamışdır. Başqa yaşayış yeri olmadığından o həmin evdən çıxmaq istəmir.

8. Tovuz rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)2078/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdeh qanunsuz olaraq həmin evdən i stifadə etməkdə davam edir. Cavabdeh uzun müddətdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. Cavabdehin həmin evə dair istifadə hüququnun olmaması Tovuz rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(062)- 27602021 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Cavabdehin qeyd olunan fərdi yaşayış evində yaşaması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan o məhkəməyə hazırki tələblə müraciət etməkdə haqlı olmuşdur.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.3, 152.1, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabde h apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülkiyyət hüququnun müdafiəsi ilə bağlı maddi normalara istinad etməzdən əvvəl mübahisəli fərdi yaşayış evinin neçənci ildə tikilməsini, ilk dəfə evin kimin adına olmasını və sonradan kimin adına keçməsini, neçənci ildən iddiaçının fərdi yaşayış evinin olubolmamasını, qaz və işığın kimin adına olmasını məsələsini araşdırmamışdır. Eyni zamanda mübahisəli fərdi yaşayış evində kimlərin yaşamasını, evin neçənci ildə tikilməsini, cavabdehin həmin evə neçənci ildə cehiz əşyaları ilə birlikdə gəlin köçməsini, 2 azyaşlı uşaqlarının dünyaya gəlməsini, hazırda həmin uşaqların mübahisəli evdə yaşamasını aydınlaşdırmaq üçün həmin fərdi yaşayış evinə baxış keçirməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı təmin edərkən hər hansı bir araşdırma aparmamış, iddiaçının sözlərinə istinad etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, Tovuz rayonu, Yanıxlı kəndində yerləşən fərdi yaşayış evi ata mülküdür. Evi 2001-ci ildə Rauf Əliyev tikib. Mübahisəli ev 3 otaq, mətbəx və 2 zaldan ibarətdir. Onun əri ilə ayrılmasının səbəbkarı iddiaçıdır. Onların işi məhkəmədə olarkən iddiaçı evi öz adına keçirib. Uşaqları sağlam böyütmək üçün başqa yeri yoxdur.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-512/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi ), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh iddiaçının qardaşı ilə əvvəllər nikahını rəsmiləşdirmədən ailə qurmuş olsa da, sonradan faktiki olaraq ayrılmış, o, nəinki iddiaçının, heç sonuncunun qardaşı Rauf Əliyevin də ailə üzvü deyildir. Odur ki, iddiaçının cavabdehi saxlamaq öhdəliyi yoxdur.

15. Eyni zamanda, cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ da yoxdur. Bu səbəbdən onun iddiaçıya məxsus evdən istifadə hüququ yoxdur, həmçinin iddiaçının cav abdehin onun mülkiyyətində yaşamasına razılığı da yoxdur. Belə olan halda, iddianın təmin olunması qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə fərdi yaşayış evi ilə bağlı təqdim edilmiş sənədlər saxtadır. Belə ki, həmin yaşayış evi 3 otaq, mətbəx və 2 qonaq otağından ibarətdir. Əslində, məhkəmə işə baxarkən 2 azyaşlı uşağın sağlam böyüməsi üçün yaşayış yerindən ayrılmasını nəzərə alıb həmin evə məhkəmə prosesi bitənə kimi həbs qoymalı idi. Məhkəmə işə düzgün qiymət verməmiş, birtərəfli baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərək ətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq müəyyən etmişlər ki, yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh nəinki iddiaçının, heç sonuncunun qardaşı Rauf Əliyevin də ailə üzvü deyil, belə ki, onlar arasında rəsmi nikah bağlanmamışdır, hazırda isə faktiki olaraq ayrılmışlar. Cavabdehin həmin evə dair istifadə hüququnun olmaması Tovuz rayon Məhkəməsinin 21 dekabr 2021ci il tarixli, 2(062)-27602021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə olan halda, cavabdehin qeyd olunan fərdi yaşayış evində yaşaması iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozur.

30. Qanuna əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (§ 20).

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-512/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar