Məhkəmə qərarları › İş №2(102)-3019/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3019/2023

05.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3019/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mirzə oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması) 05.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mirzə oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-71/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 9 oktyabr 1989-cu il tarixli 11/387 nömrəli sərəncamına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşlarından bağçılıq yoldaşlığının üzvü olan əməkdaşlar üçün Lenin rayonun Nardaran qəsəbəsi yaxınlığında “Ləhiş” torpaq sahəsində hər adama 500 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Kürdəxanı Bələdiyyəsi ilə X4 arasında bağlanmış 20 iyul 2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Kürdəxanı Bələdiyyəsi tərəfindən bağçılıq təyinatı üzrə 1200 kv.m torpaq sahəsi 10 il müddətinə X1 icarəyə verilmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)1559/2014 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş torpaq sahəsindəki 0,05 ha sahəsi olan 41 saylı bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və sair tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin iş üzrə cavabeh tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(103)-1364/2014 sayl qərarı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 01 aprel 2015-ci il tarixli, 21(102)-263/15 saylı qərarları ilə təmin edilməmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nöm rəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan” b/ynın 41 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 13 iyul 2016-cı il tarixdə qeydə alınmışdır.

5. Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 27 mart 2017-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus torpaq sahəsi onlar tərəfindən qeydiyyata alınmamış və həmin şəxs vergi ödəyicisi olmamışdır.

6. Kürdəxanı Qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2017-ci il tarixli məktuba əsasən Kürdəxanı qəsəbə nümayəndəliyinin inzibati ərazisində ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus torpaq sahəsi və tikili mövcud olmamış, tərəflərindən heç bir söküntü işləri də həyata keçirilməmişdir.

7. Cavabdeh Hüseyn oğlunun cavabdeh Azərbaycan Respubl ikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) İddiaçı adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X11 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)272/2018 nömrəli qərardadına əsasən iddianın “torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının qeydiyyatın ın ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq torpaq sahəsinə dair qeydiyyat qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli məhkəmə qərarı əsasında aparıldığından, onun mübahisələndirilməsinə yol verilmir.

9. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1144/2020 saylı qərardadı ilə iddia tələbinin “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi hissəsində mümkün saylımaması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməli olduğu halda bunu etməmişdir.

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-57/2022 saylı 30 avqust 2022-c i il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) qarşı “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, Gülüstan B/Y-nın 41 saylı bağ sahəsindən cavabdehin çıxarılması və bağ sahəsinin onun faktiki sahibliyinə geri qaytarılması barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, iddiaçı uzun müddət elmi işçi kimi Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasında çalışmış, Akademiyanın əməkdaşı kimi 1998-ci ildə Akademiyanın nəzdində fəaliyyət göstərən və Ləhiş bağ sahələri ərazisində yerləşən «Gülüstan» bağçılıq yoldaşlığına üzv qəbul olunmuş və 41 saylı bağ sahəsi ilə təmin olunmuşdur. Qanuni istifadəsində olan bağ sahəsini özəlləşdirmək üçün çoxsaylı bürokratik əngəllərlə üzləşdiyinə görə, bağ sahəsinin özəlləşdirilməsi yubanmışdır. Bununla belə, 2012-ci ildə növbəti dəfə bağ sahəsindən istifadə etmək istəyərkən ona məlum olmuşdur ki, bağ sahəsinin perimetri üzrə çəkdiyi daş hasar tanımadığı şəxslər tərəfindən uçurulmuşdur. Uzun sürən məhkəmə çəkişmələrindən sonra iddiaçı qanuni istifadəsində olan torpaq sahəsini dövlət qeydiyyatından keçirərək, mülkiyyət hüququna dair xx.xx.2016-cı il tarixli çıxarışla təmin olunmuşdur. Bundan sonra iddiaçı bağın kim tərəfindən zəbt olunduğunu bilmədiyinə görə şikayət ərizəsi ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş, Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-də aparılmış araşdırma zamanı məlum olmuşdur ki, mülkiyyət hüququ ilə ona məxsus bağ sahəsini zəbt edən Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakini Cavabdeh Mirzəhüseyn oğlu adlı şəxs olmuşdur. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının bağ sahəsinə olan mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən cavabdeh və işin baxılması zamanı başqa şəxslər aşkar olunduğu halda həmin şəxslər də mülkiyyət hüququ ilə ona məxsus olan bağ sahəsindən çıxarılmalı və mülkiyyət hüququnun bərpası məqsədi ilə bağ sahəsi onun faktiki sahibliyinə və istifadəsinə verilməlidir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, torpaq sahəsi iddiaçıya səhv verilmişdir. Torpaq sahəsi cavabdehin qanuni istifadəsində olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1706 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2016-cı il tarixli RX seriyalı çıxarışla X3 adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, Gülüstan b/y-nin 41 saylı bağ sahəsi Azərbaycan Neft və Kimya İnstitutunun “Gülüstan-2 bağçılıq yoldaşlıq üzvlərinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olmuşdur.

15. Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-27/2021 nömrəli, 1 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilərək, Cavabdeh Mirzəhüseyn oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin İddiaçı sahibliyinə verilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş və cavabdeh həmin torpaq sahəsinə sahiblik etmişdir. Lakin torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxilə qanunsuz olmuşdur. Belə ki, cavabdeh sözüge dən torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də, onun sözügedən torpağa dair mülkiyyət hüququnun qeydiyyatdan keçdiyini təsdiq edən sənədi olmamışdır. İddiaçının mülkiyyət hüquqları uzun məhkəmə araşdırmaları nəticəsində qeydiyyata alınmış, onun torpaq sahəsi üzərində mülkiyyəti hüququnu təsdiq edən sənəd, yəni çıxarış hazırda qüvvədədir. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsindən cavabdeh çıxarılmalı və bağ sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, müəyyən edilmiş hallar və təqdim edilmiş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya 1989-cu ildə ayrılmış torpaq sahəsi Sabunçu rayonunun Nardaran qəsəbəsinin inzibati ərazisində ayrılmış, lakin 24 ildən sonra Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin inzibati ərazisində “Torpaq sahəsinin planı və ölçüsünü” və onun əsasında dövlət reyestrində aparılmış qeydiyyatı əldə etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-71/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi ), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olunduğu müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxilə qanunsuzdur. Cavabdeh sözügedən torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də, onun sözügedən torpağa dair mülkiyyəti hüququnun qeydiyyatdan keçdiyini təsdiq edən sənədi olmamışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-57/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) qarşı “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İnzibati Kollegiyanın sözügedən qərardadından müəyyən edilmişdir ki, həmin inzibati iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21563 nömrəli ekspert rəyinə əsasən iddiaçı Cavabdeh naturada iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağı o lmuşdur. Həmin iş üzrə iddiaçı 20 iyul 2007-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın İcarəyə verilməsinə dair” qərarına və torpaq icarəsi müqaviləsinə əsasən X2 1200 kv.m torpaq sahəsinin ayrıldığını bildirsə də, ekspert rəyi ilə ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh onun İddiaçı adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X11 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır.

23. Məhkəmə kollegiyası qey d etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuş, onun məhrum olduğu əmlak naturada mövcud olmuş, cavabdehin faktiki sahibliyində olmuş, cavabdehin əşyaya sahiblik hüququ isə olmamışdır.

24. Kollegiya qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, cavabdehin hərəkətləri əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaratmışdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya 1989-cu il tarixdə ayrılmış torpaq sahəsi Sabunçu rayonun Nardaran qəsəbəsinin inzibati ərazisində ayrılmış, lakin 24 ildən sonra Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin inzibati ərazisində “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədi və onun əsasında dövlət reyestrində aparılmış qeydiyyatı əldə etmişdir. İddiaçının adına Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin inzibati ərazisinə dair qərar və ya sərəncam mövcud olmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində 2 ildən çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə - 13 iyul 1992-ci il tarixli, 941N-li sərəncamına əsasən tərtib edilmiş 3 sentyabr 2005-ci il tarixli aktın təsdiq edilmiş surətlərindən aydın görünür ki, 1988-1990-cı illər ərzində Azərbaycan Neft Akademiyasına və digər müəssisə və təşkilata ayrılmış bağ sahələrində 15 il ərzində heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün verilən üzvlük kitabçaları və orderlər ləğv edilmişdir. Belə olduğu halda iddiaçıya verilən üzvlük kitabçası ləğv edildiyi üçün onun adına X11 kitabında 28 yanvar 2013-cü il tarixdə 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin heç bir hüquqi əsası olmamışdır və saxtadır.

28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 76, 80, 81-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

35. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair e tirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahi zəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olması.

39. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

42. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılmasından ibarətdir.

55. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

56. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən sübut kimi daşınm az əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 57. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

58. Adı çəkilən Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

59. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

60. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulan hüquqi əsasdır.

61. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunubolunmamasının müəyyən edilməsindən ibarətdir.

62. İşə baxmış məhkəmə kollegiya sı bu halın müəyyən olunnası üçün araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadə edilir.

63. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ vardır və məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.

64. Çünki Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

65. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

66. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan i stədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

67. Baxılan işdə iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

68. Kassasiya şikayətinin dəlilləri iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun əsassızlığı ilə bağlıdır. Lakin həmin dəlillər baxılan iş üzrə kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.

69. Çünki yuxarıda qeyd olunan daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını müəyyən edən Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

70. Mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyat qüvvədə olduğu halda, cavabdehin həmin qeydiyyatın əsassızlığı ilə bağlı dəlilləri, hazırda baxılan işdə yoxlanıla bilməz.

71. Məhkəmə kollegiyası cavabdehə ayrılmış torpaq sahəsinin başqa yerdə yerləşəməsi barədə dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qanuni istifadəsi ndə olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş torpaq sahəsindəki 0,05 ha sahəsi olan 41 saylı bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və sair tələbinə dair iş üzrə (bax: bu qərarın 3-cü paraqrafı) Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 01 aprel 2015-ci il tarixli, 21(102)-263/15 saylı qərarından göründüyü kimi (bax: 2-ci cild, səh.105-111) həmin işə baxılan zaman işin mübahisələndirilən hallarından biri, iddiaçının istifadəsində olan bağ sahəsinin həqiqətən üzv olduğu “Gülüstan-2” bağçılıq yoldaşlığına ayrıldığı təşkil etmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddialı olduğu torpaq sahəsinə dair hüququ qanuni əsaslarla əmələ gəlmişdir.

72. Bundan başqa, Cavabdeh Hüs eyn oğlunun cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) İddiaçı adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X11 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi tələbi Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1144/2020 saylı qərardadı ilə mümkün sayılmamış (bax: bu qərarın 7-10-cu paraqrafları), həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-57/2022 saylı 30 avqust 2022-ci il tarixli qərardadında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Hüseyn oğlunun X11 k itabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. Həmin iş üzrə məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21563 nömrəli rəyi ilə müəyyən etmişdir ki, ekspert rəyinə əsasən müəyyən etmişdir ki, Nazilə Ağayevanın adına mülkiyyət hüquqları qeydiyyata alınmış Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Gülüstan” b/y-nın 41 saylı bağ sahəsi Azərbaycan Neft və Kimya İnstitutunun “Gülüstan-2” bağçılıq yoldaşlığının üzvlərinə ayrılmış torpaq sahəsinin daxilindədir. İddiaşı Cavabdeh Mirzəhüseyn oğlunun naturada iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halla rının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-71/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar