Məhkəmə qərarları › İş №2(102)-3019/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3019/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3019/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2439/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ASC (bundan sonra – bank) ildə borclu İddiaçı (bundan sonra – iddiaçı) və X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05 saylı ipoteka müqaviləsinin surətinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, ev 22, 40 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 273.800 manat qiymətləndirilmişdir.

2. Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 16 iyun 2021-ci il tarixli, AN1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə (bundan sonra – mübahisələndirilən müqavilə) əsasən satıcı qismində çıxış edə n bank xüsusi mülkiyyətində olan mübahisəli mənzili alıcı Cavabdeh2 (bundan sonra – cavabdeh) mülkiyyətinə vermişdir. Həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzilə dair cavabdehin adına xüsusi mülkiyyət hüququ haqqında ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin (İddiaçı) iddiaçının və onun ailəsinə qarşı mübahisəli mənzilin boşaldılması və təhvil verilməsi ilə bağlı tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.

4. Səbail Rayon Məhkəməsinin 2(009)-3186/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər "xxxx" MMC-yə və banka (Sumqayıt İcra və probasiya şöbəsi 3-cü şəxs qismində göstərilməklə) qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı 161 m2-dən ibarət olan mübahisəli mənzilin 74 m2 hissəsinin satılması barədə bank ilə cavabdeh arasında bağlanılmış mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iddiaçının tanışı T.Alaz özünü və Türkiyə vətəndaşı olan ərini ona iş adamı kimi tanıdaraq etibarını qazanmış və onu öz bizneslərinə qoşacaq larını bildirərək ailələrinə məxsus olan mübahisəli mənzilini banka girov qoymağa məcbur etmiş və külli miqdarda, 234000 manat pul götürmüşdür. Sonradan aldandığını bilərək müxtəlif orqanlara şikayət etmişdir. Ona məlum olmuşdur ki, T.Alaz çox adamlara qarşı dələduzluq etdiyindən Bakı şəhəri Nizami rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Onun da şikayəti həmin cinayət işinə əlavə edilmişdir. Cinayət işi T.Alazın xaricdə olması ilə əlaqədar dayandırılmışdır. Belə ki, bank mənzilini qanunsuz olaraq öz mülkiyyətinə keçirmiş və bankın adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Sonra mübahisələndirilən müqa viləyə əsasən mübahisəli mənzilin 74 m2 hissəsi 234000 manata cavabdehə satılmışdır. Belə ki, mənzili 5 otaqdan ibarətdir və 161 m2-dir. Həmin mənzildə o, övladları ilə birlikdə yaşayır. Mənzilinin 71 m2-nin cavabdehə satılması qanunsuzdur. Əgər mənzilinin həmin hissəsinə cavabdeh daxil olarsa, bu hal gələcəkdə mənzilinin ümumi konstruksiyalarının dağılmasına gətirib çıxardacaq və eyni zamanda onun böyük xərclər çəkməyinə səbəb olacaqdır. Həmçinin onun başqa yerdə mənzili yoxdur. Digər tərəfdən qanunun tələblərinə görə bankın onun mənzilini öz mülkiyyətinə keçirməyə və satmağa ixtiyarı yox idi. Eyni zamanda onun mənzilinin qiyməti yerinə görə 1 m2 6000-7000 manatdır. Mənzilinin 71 m2nin hal-hazırda bazar qiyməti təxminən 450000-500000 manatdır. Cavabdehlər öz aralarında onun mənzilini əl ə keçirmək üçün pis niyyətlə razılığa gəliblər. Onun banka 80000 manat borcu qalsa da, mənzil 231000 manata satılmış və həmin puldan bu günə kimi ona heç nə verilməmişdir. Qeyd edilənlərə əsasən alğı-satqı müqaviləsi qanunsuz olduğu üçün etibarsız hesab edilməli və ləğv edilməlidir.

7. Bank kəsici müddətin tətbiq edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı müxtəlif vaxtlarda ipoteka müqaviləsinin ləğvi və hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi tələbləri ilə məhkəməyə müraciət etsə də, məhkəmələr tərəfindən tələbləri rədd edilmişdir. Belə ki, hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı tələbinin rədd edilməsi Ali Məhkəmənin 30 iyul 2020-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddiaçının iddiasında vurğuladığı qa nunsuz əldə olunma yaxud qanunsuz hərracın keçirilməsinə dair tələblər tamamilə əsassızdır. Deməli iddiaçının qətnamədən məlumatı olduğundan şikayətlər etmişdir. Həmçinin hərracın keçirilməsindən və əmlakın banka verilməsindən də məlumatı olmuşdur. Belə ki, mübahisələndirilən əqdlərdə iddia müdəti deyil, kəsici müddətlər tətbiq olunur və bu müddət 1 ildir. Qeyd edilənlərə əsasən iddiaçının iddiası 1 illik kəsici müddətin keçməsi ilə verildiyindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçının və ailə üzvlərinin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. İddiaçının verdiyi apellyasiya şikayəti 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamış və hə min qətnamədən kassasiya şikayəti və müddətin bərpası barədə verdiyi ərizə geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Səbail Rayon Məhkəməsinin 2(009)-134/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Mədinə Bağırova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi barədə iddiaçının mövqeyinin hüquqi əsasları müəyyən edilməmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların heç biri ilə bağlı məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etməmiş, irəli sürdüyü dəlillər isə mübahisələndirdiyi müqavilənin etibarsızlığı üçün hüquqi əsas o lmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirilən müqavilənin etibarsızlığı ilə bağlı mülahizəsinə əsasən irəli sürdüyü, öz təsdiqini tapmayan, faktiki hesab etdiyi hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü madələrinə və Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət iddia ərizəsinin məzmununa uyğun olmaqla əlavə olaraq qeyd edilmişdir ki, 161 m2-dən ibarət olan mənzilin 76 m2 hissəsinin satılması barədə hərrac keçirilmişdir. Lakin hərracda mənzilin dəyəri ödənilmədiyi üçün təkrar hərrac keçirilmiş və bu zaman iddiaçı həmin hərracda iştirak etməmişdir, yəni ona bildiriş göndərilməmişdir. İddiaçı hərracın nəticələrinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmçinin satışın açıq hərracdan fərqli olan başqa sərfəli formaları barədə iddiaçıya təkliflər verilməli idi. Lakin cavabdeh tərəfindən bu təkliflər qərəzli şəkildə edilməmişdir. Bundan başqa bankın adına verilmiş çıxarışda mübahisələndirilən mənzilin sahəsinin 76 m2 olması qeyd edilsə də, sonradan cavabdehin adına verilmiş çıxarışda 161 m2 olması qeyd olunmuşdur. Bundan başqa məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış və iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, hakim iddia tələbini təkzib edən heç bir maddəni qətnamədə göstərməmiş, yalnız Mülki Məcəllənin xüsusi mülkiyyət haqqında hüquq normalarına istinad edərək cavabdehin mülkiyyət hüquqlarını müdafiə etmişdir.

15. Məhkəmə iclasında bankın nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı eyni predmet olmasa da, bununla bağlı dəfələrlə iddia qaldırmış və iddiaya xitam verilmişdir. Buna görə də apellyasiya şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2439/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: G.Axundova – sədrlik edən və məruzəçi, F.Babayev və C.Musayeva) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ipoteka müqaviləsi, hərracın yekunlarının mübahisələndirilməsinə baxmayaraq onun iddia tələbləri təmin edilməmişdir. Hal-hazırda iddiaçı tərəfindən mübahisəli mənzilin boşaldılmalı olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətinə qanuni əsaslarla keçmiş və mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün səbəb yoxdur. Həmçinin bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı möt əbər sübut da təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

19. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 140, 148.2, 149.2, 157.2, 182.1, 337.1, 337.2, 337.3, 337.4, 646.1, 646.2-ci və MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət apellyasiya şikayət i ilə eyni məzmunda əsaslandırılmış və şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 319.1, 319.2, 319.4, 319.5, 337, 339.1, 339.6-ci və MPM-in 77.1, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

27. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

37. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Məhkəmə kollegiyası q eyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 13 may tarixli 2(103)2439/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar