Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-302/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh Səfərov Ramella Fazil qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(107)-616/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Səfərov Ramella Fazil qızı tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayon Notariat Ofisinə qarşı xx xxx 2013-cü il tarixli A seriyalı 425254 saylı torpaq sahəsinin planı və ölçüsünün, xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, cavabdeh Göyçay rayonu Qarabaqqal Bələdiyyəsi ilə C avabdeh2 arasında Göyçay rayon Notariat Kontorunda xx xxxxxx 2015-ci il tarixdə bağlanmış icarə müqaviləsinin, xx xxxxxxx 2015-ci il tarixli **********5 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, xx xxxxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktları ilə iddiaçıların mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən və X=735247.8348 Y=4503229.1232, X=735240.9851 Y=4503188.3412, X=735223.5340 Y=4503194.0029, X=735230.4212 Y=4503235.0036, X=735230.4212 Y=4503235.0036, X=735223.5340 Y=4503194.0029, X=735219.8679 Y=4503195.1924, X=735226.7616 Y=4503236.2394 və X=735226.7616 Y=4503236.2394, X=735219.8679 Y=4503195.1924, X=735 216.3972 Y=4503196.3184, X=735223.2979 Y=4503237.4091 koordinatlarda yerləşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə etibarsız sayılması, Cavabdeh2 istifadəsində olan 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinin boşaldılaraq 0,0752 ha torpaq sahəsinin İddiaçı1, 0,0158 ha torpaq sahəsinin iddiaçı X1, 0,27 ha torpaq sahəsinin İddiaçı2 qaytarılması barədə qətnamə çıхarılmasını хahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1482/2019 saylı qətnаməsi ilə (hakim Z.A.Quliyev) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayon Notariat Ofisinə qarşı xx xxx 2013-cü il tarixli A seriyalı 425254 sayl ı torpaq sahəsinin planı və ölçüsünün, xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsinin, xx xxxxxxx 2015-ci il tarixli **********5 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, xx xxxxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması, torpaq sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddiası təmin edilərək, xx xxx 2013-cü il tarixli A seriyalı 425254 saylı torpaq sahəsinin planı və ölçüsü, xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, cavabdeh Göyçay rayonu Qarabaqqal Bələdiyyəsi ilə Cavabdeh2 arasında Göyçay rayon Notariat Kontorunda xx xxxxxx 2015-ci i l tarixdə bağlanmış icarə müqaviləsinin, xx xxxxxxx 2015-ci il tarixli **********5 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, xx xxxxxxx 2015-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktları ilə iddiaçılar İddiaçı1, X2 və İddiaçı2 mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən və X=735247.8348 Y=4503229.1232, X=735240.9851 Y=4503188.3412, X=735223.5340 Y=4503194.0029, X=735230.4212 Y=4503235.0036, X=735230.4212 Y=4503235.0036, X=735223.5340 Y=4503194.0029, X=735219.8679 Y=4503195.1924, X=735226.7616 Y=4503236.2394 və X=735226.7616 Y=4503236.2394, X=735219.8679 Y=4503195.1924, X=735216.3972 Y=4503196.3184, X=735223.2979 Y=4503237. 4091 koordinatlarda yerləşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə etibarsız sayılması, Göyçay rayonu Qarabaqqal kəndində Cavabdeh2 istifadəsində olan 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələri boşaldılaraq 0,0752 ha torpaq sahəsnini İddiaçı1, 0,0158 ha torpaq sahəsi iddiaçı X1, 0,27 ha torpaq sahəsi İddiaçı2 qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərə aid edilməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-616/2020 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli– sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) cаvаbdeh Səfərov Ramella Fazil qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(04 6)-1482/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020- ci il tarixli, 2(107)-616/2020 saylı qətnaməsindən kasasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə və kasasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-616/2020 saylı qərardadı ilə (hakimlər M.A.Əsədli– sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-616/2020 saylı qətnaməsindən kasasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə və vəkillə təmin edilməsinə dair Cavabdeh2 tərəfindən verilmiş ərizəsinin təmin edilməməsi və kasasiya şikayətinin geri qay tarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Səfərov Ramella Fazil qızı qeyd edilən qətnamədən kasasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.Eyni zamanda iş materiallarına əlavə edilmiş orderdən görünür ki, artıq Cavabdeh2 vəkillə müqavilə bağlamışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh2 vəkillə təmin edilməsinə zərurət aradan qalxdığından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-616/2020 saylı qətnaməsindən kasasiya şikаyəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmаsı bаrədə Cavabdeh2 tərəfində n verilmiş ərizə təmin edilməməlidir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh Səfərov Ramella Fazil qızı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kasasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətində qeyd olunmuşdur ki,qətnamədən kasasiya şikayətinin verilməsi müddətinin ötürülməsinə səbəb həmin vaxt ölkədə sərt karantin rejiminin tətbiq edilməsi olmuşdur. Həmçinin karantin rejimi ərzində zərər görən ailələr sırasında kasatorun ailəsi də olmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi bu kimi üzrlü halları nəzərə almamış, prosessual hüquq normalarının tələb lərini pozmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsi məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh Səfərov Ramella Fazil qızı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinin və Göyçay rayon Notariat Ofisinin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkə mə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. -133-cü maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. -405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. -408.1.4-cü maddəsinə əsasən kasasiya şikayəti müəyyən edilmiş m üddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kasasiya şikayəti geri qaytarılır. -135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərin i ünvan sahibinə verməlidir. -135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. -135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. -67.1-ci maddəsinə əsasən kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. -67.2-ci maddəsinə əsasən bu məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üşün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. -121.2-ci mаddəsinə əsаsən bu Məcəllənin 67-ci mаddəsində nəzərdə tutulmuş əsаslаrlа işdə iştirаk edən vəkil mаddi vəziyyətinə görə öz hesаbınа vəkil tutmаq imkаnı olmаyаn şəxslərə hüquqi yаrdımı məhkəmənin qərаrı ilə pulsuz, Azərbаycаn Respublikаsı dövlət büdcəsinin vəsаiti hesаbınа göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azər baycan Respublikası qanunun 20.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsini cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi qaydada əldə etsə də, kasasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası və dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunması barədə vəsatətlə apelyasiya instansiyası məhkəməsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Sonradan Cavabdeh2 Fazil qızı qətnamədən kasasiya şikayətini prosessual müddəti ötürməklə xx.xx.2020-ci il tarixdə vəkil orderi əlavə edilmiş formada təqdim etmişdir. Cavabdeh2 Fazil qızı ərizəsində qeyd olunan qətnamədən kasasiya şikayəti vermək üçün MPM-nin 405.0.1-ci maddəsində müəyyən edilmiş 2 aylıq müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə sübut təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad edərək cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini təmin etməyərək, kasasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdi r. Buna görə kasasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Səfərov Ramella Fazil qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-616/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-302/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-302/2021
26.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver