Məhkəmə qərarları › İş №2(102)-302/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-302/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-302/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş təhsil xərclərinin geri qaytarılması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4564/2024 nömrəli 25 sentyabr 2024-cü il tarix li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə görə Dövlət Proqramı təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən iddiaçı təhsil alanın Kanada, Toronto Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisası (bakalavr səviyyəsi) üzrə 2011-ci ildən 2016-cı ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə müəyyən edilmiş təhsil xərcləri daxilində xarici təhsilini müvəffəqiyyətlə başa çatdırmağı öhdəsinə götürmüşdür.

2. Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) xx.xx.2011-ci il tarixli, 1482 saylı əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xx.xx.2011-ci il tarixli, 16/1826 nömrəli məktubuna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xarici ölkələrin universitetlərində təhsil almaq üçün tövsiyə edilmiş Cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilmişdir. Nazirliyin İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) Təhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq Əmrdə adları qeyd olunan tələbələrin təhsil almaları ilə bağlı bütün xərclərin (təhsil haqqı, viza-qeydiyyat haqqı, ali məktəbə qeydiyyat, sosial müdafiə sığortası, aylıq yaşayış və ildə bir dəfə gediş-gəliş yol xərcləri, təşkilatı xərclər və s.) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsini təmin etməsi həvalə edilmişdir.

3. Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) xx.xx.2015-ci il tarixli, 571 saylı əmrinə əsasən cavabdehin təhsil aldığı ali məktəbdə müvəffəqiyyətsiz olduğu və bununla da iddiaçı ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyi nəzərə alınaraq onun adı xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmışdır. Əmrin İ bəndində adları qeyd olunan tələbələrlə Təhsil Nazirliyi arasında bağlanmış müvafiq müqavilələrin 5. 2-ci maddəsinə uyğun olaraq onların təhsil adlıqları müddətdə təhsil və yaşayışları ilə bağlı Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərclərin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsi İqtisadiyyat şöbəsinə (R.Orucov), Beynəlxalq əlaqələr şöbəsinə (F.Rzayev) və Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinə (S.Kazımov) həvalə edilmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 05-18-165/24 saylı xəbərdarlıq məktubu ilə Cavabdeh 15 gün müddətində təhsili üçün ödənilmiş 71028,48 manat məbləğində dövlət vəsaitinin X1 hesabına ödənilməsi tələb olunmuş, əks təqdirdə vəsaitin alınmasının məhkəmə qaydasında həyata keçiriləcəyi və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmiş dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 71028,48 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Proqramın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008- ci il tarixli 128 nömrəli Qərarı ilə “ Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5.4-cü bəndinə əsasən təqaüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Proqrama əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 2.4cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə t əhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış (yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. Cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 571 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarının və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilmişdir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etm ək Nazirliyin hüququdur. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə dəfələrlə rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 71028,48 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin, cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o, ödənişdən yayınmışdır.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia tələbinin iddia müddəti buraxıldığına görə rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 may 2024-cü tarixli 2(004)-1422/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iş üzrə iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması ilə bağlı xx.xx.2015-ci il tarixli, 571 saylı əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və iddiaçının həmin tarixdən ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bununla yanaşı, iddiaçı hüquqlarının pozulmasını 2013-cü ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı qanunvericiliklə müqavilə müddətləri üçün nəzərdə tutulan 3 illik iddia müddəti ərzində (20 16-ci ilədək), (həmçinin, 10 illik ümumi iddia müddəti ərzində (2023-ci ilədək)) məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etdiyindən iş üzrə iddia tələbi təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 14.1, 14.2.1, 390.1, 385.1, 386.1, 21.1, 21.2, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.2, 377.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılma sını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun onunla əsaslandırılmışdır ki, müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümid etməsinə baxmayaraq, heç bir vəsait qaytarılmamışdır. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozmuş və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi olmamışdır. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4564/2024 nömrəli mülki iş üzrə 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlə r V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 373.1, 373.2, 375.2, 385.1, 386.1-ci, MPM-in 14.1, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti Mülki Məcəllənin 377.1, 389.1, 390.2, 399.3, 399.4-ci, MPM-in 76, 88 və 418.1-ci maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətini tətbiq edərkən, əmrin verilməsi tarixini deyil, xx.xx.2022-ci il tarixli, 05-18-165/24 nömrəli xəbərdarlıq məktubunun cavabdehə göndərildiyi tarixi əsas götürməli idi. Xəbərdarlıq məktubundan sonra cavabdehin tələb olunan vəsaiti qaytarmaq fikrinin olmadığı məlum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçı hüququnun pozulduğunu 2013-cü ildən bilmişdir. Bu səbəbdən də iddia müddətinin tətbiq edilməsinə dair məhkəmələrin mövqeyi əsaslıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmə tlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Məhkəmə Kollegiyası kassasiya şikayətinin iddia müddətinin başlanma tarixi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində göstərildiyi kimi iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında olan müqavilə münasibətlərinə əsasən yaranmış öhdəlik cavabdeh tərəfindən 2013-cü ildə pozulmuş, iddiaçı cavabdehi xx.xx.2015-ci il tarixli əmri ilə xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərin siyahısından çıxarmışdır.

38. Mülki Məcəllənin 373.2-ci maddəsi müqavilə tələbləri üzrə iddia müddətini üç il olmaqla müəyyən etmişdir. Göründüyü kimi məhkəmələr iddia müddətinin tətbiqində səhvə yol verməmiş, iddia müddətinin axımının başlanğıcını düzgün olaraq iddiaçının hüquqlarının pozulmasını bildiyi vaxtdan – xx.xx.2015-ci il tarixdən hesablamışlar.

39. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4564/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar