Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3021/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X9, Cavabdeh2 və X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X16 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə, X7 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2497/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər (qarşılıqlı iddiaçılar) X16 və Cavabdeh2 kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1079/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh2 arasında 09 aprel 1994-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 175 nömrə ilə qeyd edilmiş nikah pozumuşdur. 2. “Miras payın bağışlanması” haqqında xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən müqavilənin predmeti X10 tərəfindən İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli, 2V-238 reyestrli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə" ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.9 kv/m olan mənzildən ibarət miras payının bağışlanmasından ibarətdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
4. X5 adına verilmiş 002730 nömrəli, 13 aprel 2005-ci il tarixli orderə əsasən X8 ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, ev 119, mənzil 24 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi ibarətdir: Şükürov K.R. (özü), Şükürova H.H. (arvadı), İddiaçı (oğlu), Cavabdeh2 (gəlini), Şükürova L.N. (nəvəsi)
5. Bakı şəhər İcra Ha kimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 392 saylı arayışa əsasən İddiaçı həqiqətən Q.Qarayev 119, mənzil 24 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatdadır, lakin İddiaçı, ailə üzvləri Cavabdeh2 və X16 ilə birlikdə B.Nuriyev küçəsi, ev 57, mənzil 27 ünvanında yaşayırlar.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı 23 fevral 2006-cı il tarixdən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan digər şəxslər X16, X11 və Cavabdeh2dır.
7. Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, Ç-35 saylı məktubuna əsasən Cavabdeh2 və X16 2000-ci ildən etibarən, hazıradək daimi olaraq, B.Nuriyev küçəsi, ev 57, mənzil 27 ünvanında qeydiyyatsız yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 119 ünvanında yerləşən 24 saylı mənzilə (bundan sonra “mübahisəli mənzil”) istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyə tindədir. Həmin mənzil vərəsəlik qaydasında (qanun üzrə) xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X1 iddiaçının adına rəsmiləşdirilmişdir. Belə ki, 27 mart 2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən “vəfat etmiş X2 vərəsələri: İddiaçı və ünvan 2 ünvanında qeydiyyatda olan X10 hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar.” 10. “Miras payın bağışlanması haqqında” 27 mart 2021-ci il tarixli müqaviləyə əsasən X10 mübahisəli mənzilə miras payını iddiaçıya bağışlamışdır.
11. İddiaçı cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, iddiaçıya bununla bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət eetməsi tövsiyyə edilmişdir.
12. Bakı İnzibati Məhkəməsində icraat zamanı müvafiq sorğular əsasında müəy yən edilmişdir ki, 002730 saylı order ilə sözügedən mənzildə ailə tərkibi siyahısında cavabdehlər qeyd edilmişdir. Odur ki, iddiaçı həmin mənzildə cavabdehlərin istifadə hüququnun olub-olmamasını müəyyən etmək, istifadə hüququnun olduğu halda ona xitam verilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
13. Bundan əlavə, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin mənzildə bir gün belə yaşamayıblar. 1997-ci il-dən hazırda yaşadıqları Bakı şəhəri, B.Nuriyev küçəsində yaşayırlar.
14. Cavabdehlər də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onların mübahisəli mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Qarşılıqlı onunla əsaslandırılmışdır ki, Cavabdeh2 09 aprel 1994-cü il tarxidə iddiaçı ilə nikaha daxil olmuş, həmin tarixdən mübahisəli mənzilə gəlin köçmüş və həmin mənzildə yaşamışdır. Nikahın pozulması barədə məlumat Cavabdeh2 ilk iddianı oxuyarkən ona məlum olmuşdur. Mənzil onun və ailəsinin yaşayış yeri olmuşdur. Eyni zamanda həmin mənzildə qeydiyyatdadır. X16 isə xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Yaşayış yeri mübahisəli mənzil olmuşdur. Daima da həmin ünvanda yaşamışdır. Lakin son illər ərzində Lalə Şükürova həmin evə atası İddiaçı tərəfindən buraxılmır. Həmin mənzildə daimi qeydiyyatda olmaqla evdən istifadə hüququ mövcuddur. İddiaçı istifadə hüququna xitam verilməsinə dair əsassız iddia qaldırmışdır. İstifadə hüququna xitam verilməsi əsassız və qanunsuzdur. Həmin mənzil hər ikisinin yaşayış yeridir. Buna görə də mübahisəli mənzilə köçürülməkləri ilə bağlı iddia qaldırmışlar.
16. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 ilə 1994-cü ildə ailə qurmuş və həmin vaxtdan 2005-ci ilədək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 57, mənzil 27-də yaşamışlar. Həmin ev qardaşına məxsusdur. 2005-ci ildə isə ailəsindən ayrılıb hazırda yaşadığı Pirşağı qəsəbəsində yaşamağa başlamışdır. Mübahisəli mənzil 2005-ci ildə atasına verilmişdir. Həmin mənzildə nə özü, nə də ailəsi yaşamamışdır. Həmin mənzil daim kirayəyə verilmişdir. Atası da həmin mənzildə deyil, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev, ev 21-də yaşamışdır. Daha sonra anası vəfat etdikdə həmin mənzil vərəsəlik qaydasında ona keçmişdir. Cavabdehlər daim onun qardaşına məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev k üçəsi, ev 57, mənzil 27-də yaşamışlar. Qardaşı onları həmin mənzildən çıxartmayacaqdır. Qardaşı ilə aralarında razılaşma var ki, hazırki mübahisəli mənzil satıldıqdan sonra mübahisəli mənzil qardaşının adına keçiriləcəkdir.
17. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının qardaşına məxsus mənzil Cavabdeh2 və Cavabdeh1 üçün daimi yaşayış yeri deyildir. Cavabdehlər mübahisəli mənzildə yaşamışlar, lakin sonradan mənzil kirayəyə verilmiş və onlar həmin mənzilə buraxılmamışlar.
18. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, 2005-ci ildən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 119, 3 saylı mənzildə, hazırkı mübahisəli mənzil ilə eyni blokda yaşayır. Cavabde h2 və Cavabdeh1 tanımır. İddiaçı və ailəsinin həmin mənzildə ailə kimi yaşadıqlarını görməmişdir. İddiaçını da bir-iki dəfə görmüşdür, həmin mənzildə kirayəçilər yaşamışlar və kirayəçilər ilə iddiaçının atası maraqlanmışdır.
19. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, 2005-2006-cı ildən mübahisəli mənzil ilə eyni blokda, 7-ci mərtəbədə, mənzil 13-də yaşayır. İddiaçını bir-iki görmüşdür. Həmin mənzildə kirayəçilər yaşamışlar. İddiaçının ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamasını görməmişdir.
20. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-456/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, X16 və Cavabdeh2 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 119, 24 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X16 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi, qətnamənin cavabdehlər X16 və Cavabdeh2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. (hakim Starə Əliyeva)
21. Birinci instansiya məhkəməsi ilk iddia ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə, ümumiyyətlə, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdır ılması zəruridir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
22. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin faktiki hallarına əsasən dövlət mənzil fonduna aid olan mübahisəli mənzili xx.xx.2005-ci il tarixli order əsasında ilkin iddiaçının atası X11 əldə etmiş, orderdə ailə tərkibi qrafasında cavabdehlər – gəlini Cavabdeh2 və nəvəsi Cavabdeh1 da qeyd edilmişdir. Buna görə də mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.
23. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, ilk iddia tələbi üzrə iddiaçının mübahisəli mənzilə münasibətdə statusu 2005 və 2021-ci ildə müxtəlif olmuşdur. Belə ki, iddiaçı 2005-ci ildə icarədarın ailə tərkibinə daxil olmuş, xx.xx.2021-ci il tarixdən isə mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Lakin mənzildən istifadə edilməsi ilə bağlı tərəflər arasında münasibətlər 2005-ci ildə yaranmasına baxmayaraq, həmin vaxt mənzilin iddiaçının mülkiyyətində olmaması və dövlət mənzil fonduna aid olması bu münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsini qeyri-mümkün edir. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlərin (qarşlılıqlı iddiaçıların) mübahisəli mənzildə yaşamadıqları üçün istifadə hüquqlarının itirilməsini mübahisələndirir və bunun sübutu kimi cavabdehlə rin mübahisəli mənzildə yaşamamasını təsdiq edən Mənzil-Kommunal İstismar Sahəsinin arayışlarına və şahid ifadələrinə istinad edir. Müvafiq arayışlar və şahid ifadələrinə əsasən isə müəyyən olunur ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamamışlar.
25. Cavabdehlər (qarşlılıqlı iddiaçılar) qarşılıqlı iddia tələblərini 1994-cü ildə Cavabdeh2 ilə X12 arasında nikah bağlandıqdan sonra Cavabdeh2 həmin evə gəlin köçməsi və son bir neçə ilədək həmin mənzildə yaşamaları və qeydiyyatda olmaları ilə əsaslandırmış və bunun təsdiqi Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MənzilKommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı biriliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 553 saylı arayışına i stinad etsələr də, həmin arayışda Cavabdeh2 həqiqətən Q.Qarayev 119, mənzil 24 ünvanında qeydiyyatda olması qeyd edilmişdir. Cavabdeh2 1994-cü ildə nikah bağlandıqdan sonra mübahisəli mənzilə gəlin köçdüyünü qeyd etsə də, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil 2005ci ildən istifadəyə verilmişdir.
26. Birinci instansiya məhkəməsi onu da göstərmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili izahatında onların mübahisəli mənzildə yaşadıqlarını və mənzilə iddiaçı tərəfindən buraxılmadıqlarını bildirsə də, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Xüsusilə qeyd edilməlidir ki, ilkin iddia tələbi üzrə cavabdehlərin mənzilə köçürülmə tələbi bilavasitə onlara qarşı iddiaçının hazırkı iddianı qaldırması ilə bağlı olmuşdur. Başqa sözlə, hazırkı iddia qaldırılmadığı təqdirdə, mövcud vəziyyət davam edəcəkdi, yəni cavabdehlər mənzilə köçürülmə tələbini irəli sürmədən hazırkı, B.Nuriyev küçəsi, ev 57, mənzil 27 ünvanında yaşamaqda davam edəcəkdilər.
27. Cavabdehlər (qarşlılıqlı iddiaçılar) həmçinin iddia tələblərinin faktiki əsası kimi mübahisəli mənzildə qeydiyyatda olmalarına istinad etmişlər. Halbuki şəxsin faktiki olaraq yaşamadığı mənzildə uzun müddət (hazırkı dövrədək) qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifəl ərinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır. Bu isə o deməkdir ki, evə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Buna görə də şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır.
28. Belə olan xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına baxmayaraq, həmin hüquqdan istifadə etməmələri ilə əlaqədar onlar bu hüququ itirmişlər.
29. Qarşıl ıqlı iddiaya gəldikdə, birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdehlərin (qarşılıqlı iddiaçıların) mübahisəli mənzilə münasibətdə istifadə hüququnun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də qarşılıqlı iddiaçıların bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən, qarşılıqlı iddia ərizəsi əsaslı sayıla bilməz.
30. Birinci instansiya məhkəməsi cavabdehlərin (qarşılıqlı iddiaçıların) nümayəndəsi və vəkilinin Cavabdeh2 ilə iddiaçının nikahının pozulmasına dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınması barədə izahatına münasibət bildirərək göstərmişdir ki, qarşılıqlı iddiaçılar tərəfindən mü bahisəli mənzilə ailə üzvü kimi istifadə hüququnun yaranmasını təsdiq edən edən hər hansı bir dəlil məhkəməyə təqdim etməmişlər.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 54, 60, 87-ci, Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1-ci maddələrin, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Cavabdehlər birgə apellyasiya şikayəti verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə cavabdehlərin iddiaçınını mülkiyyət ində olan mənzildə istifadə hüququ mövcuddur. Cavabdeh2 iddiaçının həyat yoldaşı olmuş, Lalə Şükürova isə doğma qızıdır. Etibarlı ailə əlaqələri mövcud olmuş və hazırda da mövcuddur. Mübahisəli mənzil yaşayış mənzilləri olmuşdur. Hazırda yaşadıqları mənilzin onlara heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq MKİS-dən əsası olmayan arayış alınaraq məhkəməyə verilmişdir. İş materiallarından da görünür ki, cavabdehlərin yaşayış sahəsi, mülkiyyətlərində mənzil yoxdur. Kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi yolverilməzdir. Ümumiyyətlə, məhkəmədə iştirak edən şahidlər iddiaçının evində kimin qalmasını bilməmişlər. Sadəcə olaraq kirayəçi qaldığını bilmişlər. Ümumiyyətlə, İradə xanımı və kirayəçi dedikləri şəxsləri üzdən görməmişlər. Bu cür ifadələr cavabdehlərin həmin mənzildə yaşa mamalarını təsdiq edə bilməz. Bu günləri cavabdehlərin yaşadıqları mənzilin onlara aidiyyəti yoxdur. İddiaçını atası X5 adına verilmiş 002730 nömrəli, 13 aprel 2005-ci il tarixli orderin surətinə əsasən müəyyən olunur ki, X8 ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, ev 119, mənzil 24 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi ibarətdir: Şükürov K.R. (özü), Şükürova H.H. (arvadı), İddiaçı (oğlu), Cavabdeh2 (gəlini), Şükürova L.N. (nəvəsi). Məhkəmə cavabdehlərin adlarının orderdə olmasına münasibət bildirməmişdir. Həmin şəxslər orada yaşamamışlarsa, onda nəyə görə adları qeyd olunan orderə salınmışdır. Həmin order bir daha təsdiq etmişdir ki, ailə üzvü kimi cavabdehlər həmin mübahisəli mənzildə yaşamışlar. Onların istifadə hüquq ları mövcuddur. İlk iddiaçıların qeydiyyatsız yaşadıqları ünvan onların daimi yaşayış yeri hesab edilə bilməz. Onların yaşayış yeri qeydiyyatda olduqları mübahisəli mənzil olmuşdur. Qarşılıqlı iddiada gəlin köçdüyü ünvan kimi hazırkı ünvanı göstərməsi texniki səhv olmuşdur. Əslində mübahisəli mənzili 2005-ci ildə əldə etmişlər. Bundan sonra orada bir müddət yaşamış, sonradan isə mənzil kirayəyə verilmiş, daha sonra iddiaçı mənzili boşaltmamamış və onların köçürülməsini təmin etməmişdir. Ümumiyyətlə, məhkəmə tərəflərə barışıq təklif etməmişdir. Qarşılıqlı iddianı qəbul etmiş və dərhal da rədd etmişdir. Bu cür araşdırma, ümumiyyətlə, ədalətli məhkəmə çəkişməsinə, ədalətli məhkəmə qərarına ziddir. Bundan başqa, cavabdehlər iddiaçıdan dəfələrlə mənzilə buraxılmalarını tələb etmiş, lakin bu t ələbləri təmin olunmamışdır. Hər dəfə iddiaçı onlara yalan vəd verərək tezliklə mənzilin boşaldılaraq onların köçməsinə şərait yaradacağını demişdir. Həmin mənzildə tərəflər yaşamış, birgə təsərrüfat da aparmışlar. Cavabdehlər yaşayış yerlərindən məhrum olmuşlar. Yaşadıqları mənzil iddiaçının qardaşına məxsus olmaqla cavabdehlərin yaşayış yeri deyildir. Onlar tək qeydiyyata görə yox, həmin mənzildə yaşamalarına da istinad etmişlər. Eyni zamanda həmin mənzil onların yaşayış yerləri olduğu üçün həmin mənzilə köçürülmə barədə qarşılıqlı iddia qaldırmışlar. Qarşılıqlı iddia birmənalı təmin olunmalı idi. Çünki qarşılıqlı iddia üzrə iddiaçıların həmin mənzil yaşayış yeri olmuşdur. Orada yaşamaq da onların hüququdur. Əgər bu hüquqdan məhrum edilməli olsalar belə bu, kompensasiya yolu ilə mümkündü r.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2497/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Namiq Cəfərov)
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, işin faktiki halları, eləcə də apellyasiya şikayətinin dəlillərinə əsasən hazırda cavabdehlər mübahisəli mənzildə deyil, başqa mənzildə yaşayırlar.
36. Cavabdehlər mübahisəli mənzili daimi yox, müvəqqəti tərk etdiklərini qeyd etsələr də işin halları ilə həmin dəlillər öz təsdiqini tapma mışdır. Belə ki, mülki işin mübahisəsiz hallarından göründüyü kimi cavabdehlər həmin mənzildə bir gün belə yaşamayıb və iddiaçının hazırkı iddia tələbinə qədər cavabdehlər mənzilə dair hüquqlarının tələb edilməsi barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmişlər, ümumiyyətlə, cavabdehlərin mübahisəli mənzilə köçməkləri barədə hər hansı cəhdin edilməsi də iş materialları ilə müəyyən edilməmişdir.
37. Cavabdehlər apellyasiya şikayətində iddiaçıdan dəfələrlə evə buraxılmalarını tələb etdiklərini, lakin mülkiyyətçi tərəfindən bu tələblərin təmin olunmamasını bildirmişlər. Lakin cavabdehlər bu barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişlər.
38. Cavabdehlərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməli olması barədə apellyasiya şikayətinin dəlillərinə mün asibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir hazırki vəziyyətdə cavabdehlərin mübahisəli mənzilə hüquqları mövcud deyildir, cavabdehlərin yaşamaq üçün öz iradələrinə uyğun başqa yaşayış yeri seçmələri, onların mübahisəli mənzilə dair verilmiş orderdə adlarının olması səbəbindən ilkin mərhələdə mövcud olan hüquqlarının, öz iradələrinə əsasən itirilməsinə səbəb olmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisəli mənzilə dair verilmiş xx.xx.2005-ci il tarixli orderdə cavabdehlərin də qeyd edilməsi onların icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına səbəb olmuş, lakin cavabdehlərin özlərinə başqa yaşayış yeri seçmələri həmin hüququ itirmişlər.
40. Bununla da rayon məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, x x.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına baxmayaraq, onların həmin hüquqdan istifadə etməmələri və iradəvi olaraq yaşamaq üçün başqa yaşayış yeri seçmələri ilə əlaqədar bu hüquq itirilmişdir.
41. Həmçinin ilkin iddia tələbi təmin edilərək cavabdehlərin həmin evə dair istifadə hüququ itirildiyindən, özü-özlüyündə qarşılıqlı iddia tələbinin təmin edilməsi istisna olunur və bunun əlavə əsaslandırılmasına zərurət qalmır.
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri i lə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Şikayət apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibl iyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun ol araq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsind ə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkə məsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3542-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ilk və qarşılıqlı iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını, hüquq münasibətlərinin yarandığı zamanı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq dü zgün qiymətləndirmişdir.
53. Belə ki, iddia tələbi cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi barədədir.
54. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə mübahisəli mənzili xx.xx.2005-ci il tarixli order əsasında iddiaçının atası X8 verilmişdir. Mənzil dövlət mənzil fondunda olmuşdur. Orderdə ailə tərkibi qrafasında cavabdehlərin adı da qeyd edilmişdir. Buna görə də mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri elə həmin tarixdən əmələ gəlmişdir. Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) tələbləri baxımından cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına baxmayaraq, həmin hüquqdan istifadə etməmələri ilə əlaqədar onlar bu hüququ itirm işlər.
55. Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
56. İddiaçıların mübahisəli mənzillə bağlı hüquqları həmin mənzilin dövlət mənzil fondunda olduğu zaman yarandığı üçün qanunvericiliyin tələbinə görə həmin münasibətlərə 2009-cu il 01 oktyabradək qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci il) 53, 54, 60 və 87-ci maddələrinin tətbiq edilməsini məhkəmə kollegiyası düzgün sayır.
57. Bu baxımdan, işin müəyyən edilmiş halları ilk iddia tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan ilk iddia tələbinin təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
58. Qarşılıqlı iddiaya gəldikdə, qarşılıqlı iddia mahiyyət etib arilə ilk iddianın tam rədd edilməsinə yönəlib və ilk iddia təmin edildiyi üçün qarşılıqlı iddianın da eyni əsasla təmin edilməməsi barədə gəlinən nəticə qanuni və əsaslı olmuşdur.
59. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmaqla, işin faktiki halları ilə bağlıdır və həmin dəlillərə qiymət verməklə də işə mahiyyəti üzrə baxan məhkəmələr ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etmişlər.
60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2497/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.