Məhkəmə qərarları › İş №2(102)-3022/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3022/2019

03.05.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3022/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 03 may 2019-cu il İş № 2(102)-3022/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova, iş № 2(001)-9541/2017) iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 256511 saylı 02 sentyabr 2005-ci il tarixli sərəncamı əsasında İddiaçı mülkiyyətinə verilmiş Binəqədi qəsəbə ərazisində yerləşən 300 kv.m torpaq sahəsində inşa edilmiş özbaşına tikili Cavabdeh tərəfindən və onun hesabına söküləsi və Cavabdeh onunla yaşayan digər ailə üzvləri ilə birlikdə İddiaçı məxsus həmin torpaq sahəsindən çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutu laraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski, iş № 2(103)-6496/2018) iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 oktyabr 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ərizə ilə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegi yasının 07 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.2-ci maddəsinə əsasən, məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermiş Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməs inin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə bağlı kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar