Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3022/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh7 MMC-yə, Cavabdeh1, Cavabdeh6, X1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh7 MMC-yə, Cavabdeh1, Cavabdeh6, X1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqavilələrinin ləğv edilməsi, kredit məbləğlərinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməs i və əmlakların boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-297/2022 nömrəli, 30 may 2023-cü il tarixli qərardadından Cavabdeh7 MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdə keçirərək, MÜƏYYƏN ETDİ:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(011)-270/2019 nömrəli, 04 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh7 MMC-yə, Cavabdeh1, Cavabdeh6, X1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 qarşı 19 mart 2013-cü il tarixli, 45 HS nömrəli, 30 may 2013-cü il tarixli, 47 HS nömrəli 13 iyun 2013-cü il tarixli, 48 HS nömrəli kredit müqavilələrinin ləğv edilməsi, kredit məbləğlərinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və əmlakların boşaldılması” tə ləbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh7 MMC-dən 19 mart 2013-cü il tarixli, 45HS nömrəli kredit müqaviləsi üzrə 1999666.88 manat əsas, 549904.23 manat faiz borcu, 30 may 2013-cü il tarixli, 47HS nömrəli kredit müqaviləsi üzrə 999999.90 manat əsas, 287499.97 manat faiz borcu və 13 iyun 2013-cü il tarixli, 48HS nömrəli kredit müqaviləsi üzrə 1999700.03 manat əsas və 563213.76 manat faiz borcu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 2.010 manat və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 1.498 manat rüsum məbləğləri iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 2c ünvanında istifadədə olan 0.37905 ha torpaq sahəsində yerləşən, 4469.1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 2c ünvanında istifadədə olan 0.37905 ha torpaq sahəsində yerləşən, 4469.1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 12.510.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh7 MMC-nin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, iddia tələbi qismən təmin edildiyindən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 90%, yəni 27 manatın Cavabdeh7 MMC-dən tutularaq, iddiaçıya ödənilməsi, qalan 10%, yəni 03 manatının iddiaçı "xxxx" ASC-yə aid edilm əsi qət edilmişdir.
2. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-297/2022 nömrəli iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlərX.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqov) iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2019cu il tarixli, 2(011)-270/2019 saylı qətnaməsinin “iddianın təmin edilməmiş” hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, tələbin qeyd edilən 68 adda əmlaklara yönəldilməsi, həmin əmlakların (qətnamədə göstərilən likvid dəyəri müəyyən olunmaqla) açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh7 MMC-nin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmetləri satıldıqdan sonra bir ay müddətində əmlak mülkiyyətçiləri tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, əmlakların satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh7 MMC-dən tutulması, İddiaçı ASC ilə Cavabdeh7 MMC arasında bağlanmış 19 mart 2013-cü il tarixli, 45 HS nömrəli, 30 may 2013-cü il tarixli 47 HS nömrəli, 13 iyun 2013-cü il tarixli 48 HS nömrəli kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh7 MMC-dən məhkəmə- mühasibatlıq ekspertizalarının dəyəri olan 490 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mə rkəzinin hesabına və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 27.250 manat məbləğində pulun tutularaq iddiaçının hesabına ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Cavabdeh7 MMC-nin nümayəndəsi Məmmədov Sənan Surrət oğlu kassasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, müddətin bərpa edilərək şikayətin kassasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh7 MMC Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesindən xəbərsiz olmuş, yalnız qətnamə icraya yönəldikdən sonra apellyasiya instansiya məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(103)297/2022 nömrəli qətnaməsindən xəbər tutmuşdur. Bu səbəbdən formal olaraq Cavabdeh7 MMC ka ssasiya şikayəti vermək hüququnu itirmişdir. Eyni zamanda Cavabdeh7 MMC şikayət edilən apellyasiya instansiya məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(103)297/2022 nömrəli qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdır. Qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddətin axımı xx.xx.2023-cü il tarixindən başlanır.
6. Apellyasiya instansiyası məhkəməsi 2(103)-297/2022 nömrəli iş üzrə 30 may 2023cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə və kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəni Cavabdeh7MMCin adından nümayəndə qismində Məmmədov Sən an Surrət oğlu imzalamışdır. X4 Surrət oğlunun əsas iş yerinin həmin hüquqi şəxs olması barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin özü də izahatında "xxxx" MMC ilə əmək müqaviləsinin olmadığını bildirmişdir.
8. Eyni zamanda həmin qətnamədən Cavabdeh7 MMC tərəfindən elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti Cavabdeh7 MMC-nin adından Vəkil tərəfindən imzalanmış, etibarnaməsi iş materiallarına əlavə olunmamışdır.
9. Həmin qərardaddan Cavabdeh7 MMC kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-297/2022 nömrəli 30 may 2023-cü il tarixli qərardadının ləğv edilib, Cavabdeh7 MMC-nin kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 2 aylıq prosessual müddətin bərpa olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti 03 iyul 2023-cü il tarixli qərardadla icraata qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, Cavabdeh7 MMC-nin kassasiya şikayəti mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonraMPM) 407.1.4-cü maddəsinə əsasən, şikayəti verən şəxsin tələbi,məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi,maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiyaşikayətində göstəri lməlidir.
12. Lakin, hazırkı kassasiya şikayəti qətnamədən verilmiş şikayətlə eyni məzmunda tərtib edilməklə, mübahisələndirilən qərardadda maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Həmiçinin kassasiya şikayətindən aydın olur ki, xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş, məhz həmin qərardadın ləğv olunması xahiş olunmuş, lakin dəlilləri əsasən müddətin bərpa edilməsi xahiş olunan məhkəmə qətnaməsi ilə bağlıdır.
13. Həmçinin, MPM 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsivə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
14. MPM 408.1.1-ci m addəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin402-ci və 407.1-ci maddələrinintələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır.
15. Lakin müəyyən edilir ki, hazırkı kassasiya şikayəti Cavabdeh7 MMC tərəfindən verilməsinə baxmayaraq kassasiya şikayətinə əlavə edilən orderdə hüquqi yardım göstərilən şəxs kimi X2 qeyd edilmişdir.
16. Belə olan halda qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxıla bilməz. Bu səbəbdən kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalıdır.
17. MPM-nin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında bax maq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
18. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə görə, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
19. Qeyd olunanlara əsasən və MPM-in 406, 407.1.4, 407.3, 408.1.1, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul edilməsinə dair 03 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-297/2022 nömrəli, 30 may 2023-cü il tarixli qərardadından Cavabdeh7 MMC tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.