Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3023/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” MMM-nin cavabdehlər İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı8, X1, İddiaçı3 və İddiaçı11 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə sənədlərinin elektron informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” MMM-in nümayəndəsi Nümayəndə və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mü lki kollegiyasının 2(103)-2656/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddia tələbində qeyd olunan məbləğlərdə borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, yığılmış kommunal xidmət haqqı qismində cavabdehlər: İddiaçı1 216 manat, İddiaçı2 420,39 manat, İddiaçı8 345,33 mana t, İddiaçı9 677,43 manat, İddiaçı3 837,76 manat, İddiaçı11 5102,4 manat, İddiaçı5 4985,51 manat, İddiaçı6 472,50 manat borcun tutularaq “xxxx” MMM-ə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ziya Şirnov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rarafel Eyvazov) birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya ş ikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmıdır. Məhkəmə şikayəti qeyri-mümkün hesab edilməsu barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan elektron xəbərnamədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinetində 26.10.2020-ci il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq iddiaçı apellyasiya şikayətini 02.12.2020-ci il tarixdə poçt xidmətinə təqdim etmiş və şikayət rayon məhkəməsinə 03.12.2020-ci il tarixdə daxil olmuşdur. Apellyasiya şikayətinin qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verilməsinə baxmayaraq həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, Nərimnaov Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi Nümayəndə şəxsi elektron kabinetində yerləşdirilməsi tarixi naməlumdur. Qətnamə iddiaçı “xxxx” MMM-nin şəxsi kabinetində bu günə kimi yerləşdirilməmişdir halbuki MMM-nin də elektron kabineti var. Qətnamə yanlışlıqla “xxxx” MMM-nin şəxsi kabinetinə deyil, Nümayəndə kabinetinə yüklənmişdir. Həmin qətnamə barədə həm Nümayəndə, həm də hüquqi şəxs “xxxx” MMMnin 04.11.2020-ci il tarixdə məlumatı olmuşdur. Məsələnin araşdırı lması zamanı məlum olmuşdur ki, qətnamə bu vaxta kimi “xxxx” MMM-nin şəxsi kabinetinə yerləşdirilməmiş, həmçinin ünvanına göndərilməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin 26.10.2020-ci il tarixə istinad etməklə müddətin ötürülməsi nəticəsində apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə geri qaytarılmalı olması barədə mövqeyi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri ü çün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 10-1.4, 10-1.5, 10-1.8. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qə bulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elekt ron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlillərinin əsaslılığının yoxlanılması üçün məhkəmə kollegiyası tərəfindən hazırki mülki işlə bağlı elektron informasiya sistemində olan məlumatlara nəzər yetirilməsi və istinad edilməsi işin hallarının araşdırılması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, iddiaçı “xxxx” MMM-nin şəxsi kabineti olduğu halda qətnamə həm in kabinetə yerləşdirilməmiş, həmçinin qətnamə ididaçıya rəsmi qaydada təqdim edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, elektron insformasiya sistemində baxılan işin aid olduğu proses iştirakçılarından iddiaçı “xxxx” MMM-yə aid şəxsi kabinet mövcud deyil. Yalnız iddiaçını təmsil edən Nümayəndə elektron kabineti mövcuddur və qətnamə həmin kabinetə yerləşdirilmişdir. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, qətnamənin nümayəndənin elektron kabinetinə yerləşdirilməsi tarixi məlum deyildir. Bu barədə nümayəndəyə sms və ya email göndərilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə də razılaşamayaraq qeyd edir ki, mülki işin aid olduğu elektron informasiya sismetindəki məlumatlara nəzər yetiri lərkən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktının çıxarışı 09.10.2020 18:39 tarixdə hakimin elektron imzası ilə imzalanmışdır. 26.10.2020 09:13 tarixdə məhkəmə aktı hakimin elektron imzası ilə imzalanmışdır. 26.10.2020 11:42 tarixdə məhkəmə aktının istiqaməti seçilərək (nümayəndənin elektron kabineti) imzalanmışdır. Göründüyü kimi məhkəmə aktı hakimin elektron imzası ilə imzalandıqdan sonra sənədin istiqaməti seçilərək nümayəndənin elektron kabinetinə yerləşdirilmiş və sonuncuya məxsus Elektron ünvan adlı elektron poçt ünvanına məlumat göndərilmişdir. Bu barədə elektron sistemdən çıxarış iş materiallarına əlavə edilmişdir (iş v.398). Göründüyü kimi kassasiya şikayətinin dəlilləri əsassızdır, öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəz ərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMM tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2656/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.