Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3023/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Şəmkir rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3023/2024 (Açar sözlər: icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Şəmkir rayon Notariat ofisinə qarşı icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin qaytarılması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-798/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli X3 əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.2 ha olan torpaq sahəsini 15 il müddətinə kənd təsərrüfatı məqsədi ilə Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 illik 120 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsində “İcarəverən”in hüquq və vəzifələri içərisində “İcarəverən”in icarəyə verilmiş torpaq sahələrin in təyinatı üzrə istifadəsinə və müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək, icarəyə verilmiş torpaqlarda “İcarəverən”in razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək kimi hüquqları və “İcarəçi”nin hüquq və vəzifələri içərisində “İcarəçi”nin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək kimi vəzifələri müəyyən edilmişdir.
2. Şəmkir rayon notariat kontorunda Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-127 reyestr nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixli, **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülk iyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.2 ha olan torpaq sahəsini xx.xx.2032-ci il tarixə kimi Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 isə illik 120 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli X3 əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.8 ha olan torpaq sahəsini 15 il müddətinə kənd təsərrüfatı məqsədi ilə Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 illik 180 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsində “İcarəverən”in hüquq və vəzifələri içərisində “İcarəverən”in icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək, icarəyə verilmiş torpaqlarda “İcarəverən”in razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək kimi hüquqları və “İcarəçi”nin hüquq və vəzifələri içərisində “İcarəçi”nin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək kimi vəzifələri müəyyən edilmişdir.
4. Şəmkir rayon notariat kontorunda Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-6 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli, **********06 reyestr nömrəli, **********3 qeydiyyat nömrəli Çıxarışa əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.8 ha o lan torpaq sahəsini xx.xx.2033-cü il tarixə kimi Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 isə illik 180 manat 00 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 5. 07.09.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu İrmaşlı kəndində yerləşən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan ümumi sahəsi 2.8 ha olan kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi 15 il müddətinə xx.xx.2017-ci il tarixli, 303 saylı Hərrac şəhadətnaməsi və xx.xx.2018-ci il tarixli, 3M-6 saylı icarə müqaviləsi əsasında kimi Cavabdeh1 xeyrinə yüklü edilmişdir. 6. 10.09.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli hüquqların dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu İrmaşlı kəndində yerləşən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan ümumi sahəsi 2.2 ha olan kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi 15 il müddətinə xx.xx.2017-ci il tarixli, 177 saylı Hərrac şəhadətnaməsi və xx.xx.2017-ci il tarixli, 3M-127 saylı icarə müqaviləsi əsasında kimi Cavabdeh1 xeyrinə yüklü edilmişdir.
7. Şəmkir rayon İrmaşlı Bələdiyyəsi tərəfindən Cavabdeh1 göndərilmiş 10 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 icarəyə götürdüyü torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu, ancaq oraya aqrotexniki qaydada qulluq edilmədiyi, icarə haqqı ödənilmədiyi barədə xəbərdarlıq edilərək, Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə müraciət etməsi xahiş edilmişdir.
8. Şəmkir rayon İrmaşlı Bələdiyyəsi tərəfindən Cavabdeh1 göndərilmiş 29 mart 2022ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi və icarə müqaviləsinin şərtlərinə əməl edilməsi barədə xəbərdarlıq edilmişdir.
9. Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 18 aprel 2023-cü il tarixli 04 saylı iclasının protokoluna əsasən icarədar Cavabdeh1 icarə müqaviləsinin şərtlərini pozduğuna görə icarə müqaviləsinə xitam verilməsi üçün məhkəmədə iddia qaldırılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon Notariat Ofisinə qarşı “torpaq icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Cavabdeh1 ilə Şəmkir rayon İrmaşlı Bələdiyyəsi arasında 2.80 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Lakin, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək, torpaq sahəsini təyinatından kənar qaydada istifadə etməyə başlamışdır. Dəfələrlə tələb etməklərinə baxmayaq cavabdeh nə bələdiyyəyə müraciət etməmiş, nə müqavilənin şərtlərini icra etmir, nə də torpaq sahəsini qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirlər ki, tələbləri əsaslıdır və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsi ləğv edilməli, Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə məxsus 2.80 ha torpaq sahəsi bələdiyyəyə geri qaytarılmalıdır. Od ur ki, xx.xx.2018-ci il torpaq icarə müqaviləsinin ləğv edilməsi və Şəmkir Bələdiyyəsinə məxsus 2.80 ha torpaq sahəsinin bələdiyyəyə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh1 və nümayəndəsi (atası) Nümayəndə1 iddianı qəbul etməyərək, izahatlarında göstərdilər ki, xx.xx.2017-ci il tarixli X3 əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan 2.20 torpaq sahəsini və xx.xx.2018-ci il tarixli X3 əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan 2.80 ha torpaq sahəsini icarəyə götürmüşdür. Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə aralarında icarə müqaviləsi bağlanarkən həmin icarə müqaviləsini oxumuş və tanış olmuşdur. İcarəyə götürdüyü torpaq sahələrində 450 ədəd ağac əkmişdir. Həmin ağaclardan 400 ədədi çəkil ağacı, qalan ağaclar isə meyvə ağaclarıdır, çəkil ağacları onlara dövlət tərəfindən əkilməsi üçün ona verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsinin kənarında isə 2 otaqlı ev inşa etdirmişdir. O, icarəyə götürdüyü torpaq sahələrinə görə hər il icarə müqaviləsində göstərilən icarə haqqı məbləğini Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə ödəmişdir. Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin sədri hazırda ona icarəyə verilən 2.80 ha torpaq sahəsindən 0.17 ha hissəsini Bəxtiyar adlı şəxsə satılmışdır. Onlar kasıb ailədir, həmin torpaq sahəsini əkib-becərməklə ailələrini dolandırırlar. Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər.
13. Şəmkir Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(076)-1276/2023 nömrəli qərardadı i ddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahələrindən sonuncu tərəfindən torpaq sahəsinin təyinatına uyğun istifadə edilib-edilməməsi, habelə torpaq sahələri üzərində tikili inşa edilib-edilməməsinin aydınlaşdırılması ilə bağlı tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7016 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X4 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri ilə Cavabdeh1 istifadə etdiyi torpaq sahələri eyni torpaq sahələridir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X4 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha ör üş otlaq təyinatlı torpaq sahələri cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmir. xx.xx.2017- ci il tarixli və xx.xx.2018-ci il tarixli X4 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin üzərində təyinatına uyğun olmayan tikili (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağaclar mövcuddur.
14. Şəmkir Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) 21 dekabr 2023-cü il tarixli, 2(076)-1276/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-cı il tarixli Torpaq İcarə müqavilələrinin ləğv edilməsi; xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X2 qeyd edilmiş Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan 2,20 və 2,80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin sahibliyinə qaytarılması; Cavabdeh1 məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi; İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
15. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçi (cavabdeh) müqavilə predmeti olan örüş otlaq təyinatlı torpaq sahələrindən təyinatına uyğun istifadə etmək vəzifəsini icra etmədiyindən, bununla da o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi əhəmiyyətli dərəcədə pozduğundan və o, iddiaçının müqaviləni ləğv etmək təklifinə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində cavab vermədiyindən, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır.
16. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Şəmkir rayon İrmaşlı Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahələrində çəkil və meyvə ağacları əkdiyinı, inşa etdiyi iki otaqlı evin torpaq sahəsinin kənarında olduğuna əsaslanaraq, müqavilənin ləğv edilməsi üçün əsas olmadığını bildirsə də, məhkəmə hesab etmişdir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X4 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrin in cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmədiyi və xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X4 qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin üzərində təyinatına uyğun olmayan tikilinin (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağacların mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin qanunvericiliyin tələbinə zidd olaraq iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yeritməməsi müqavilənin ləğv edilməsi üçün əsas sayılır.
17. Məhkəmə həmçinin iddia tələbinin 2.20 ha və 2.80 ha torpaq sahələrinin iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə geri qaytarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli icarə müqavilələri ləğv edildiyindən cavabdehə həmin müqavilələr əsasında icarəyə verilmiş torpaq sahələri də geri qaytarılmalıdır.
18. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-cı il tarixli Torpaq İcarə müqavilələri ləğv edilməli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X2 qeyd edilmiş İddiaçı mülkiyyətində olan 2,20 və 2,80 ha örüş otlaq təyinatlı torpaq sahələri İddiaçı sahibliyinə qaytarılmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 421.2, 423.2, 708.1, 708.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 55.1-ci maddələri nə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə icarə müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əməl etmişdir. Hər hansı qayda pozuntusuna yol verməmiş və icarəyə götürmüş olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, guya o, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikmiş və meyvə ağacları əkmişdir. Bununla razılaşmır, çünki istifadəsinə verilmiş torpaq sahəsində çəkil ağacları əkmişdir. Hansı ki, həmin çəkil ağacları ona Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən barama qurdlarının yemlənməsi üçün verilmişdir. İcarəsinə verilmiş torpaq sahəsində balaca bir naves tikili inşa etmişdir. Həmin tikili yaşayış evi deyil. Yağışdan, qardan soyuqdan və istidən qorunmaq üçündür. Hansı ki, həmin tikilinin inşası, icarəyə verilmiş torpaq sahəsində qanunla nəzərdə tutulub. Əgər gələcəkdə həmin torpaq sahəsində icarə hüquqlarını davam etdirməsə, həmin tikilini s öküb, bələdiyyəyə torpaq sahəsini boş vəziyyətdə qaytaracaq. İrmaşlı Bələdiyyəsi ona qarşı qərəzçilik edərək, ərazinin suvarılması üçün su vermir. Məcbur olub ərazini öz pulu ilə su alıb suvarır. Məhkəmə öz qətnaməsində iş üzrə verilmiş ekspertiza rəyinə istinad edib. Həmin ekspertiza rəyi ilə razı deyil. Çünki ekspertiza formal olaraq rəy verib və tədqiqatda onun iştirakı təmin olunmayıb. Daha sonra ekspertiza rəyində göstərilir ki, tikintinin bir hissəsi icarədə olan torpaq sahəsinin üzərinə düşür. Lakin rəydə konkret olaraq göstərilməyib ki, tikintinin hansı hissəsi və hansı koordinatlarda, icarədə olan torpaq sahəsinin üzərinə düşüb. İddiaçı ilə onun arasında bağlanmış icarə müqaviləsində onun üzərinə belə bir vəzifə qoyulmayıb. Əslində iddiaçı onun icarəsində olan torpaq sahələrini fə rdi yaşayış evinin tikilməsi üçün satıb. Həmin ərazidə çoxlu sayda yaşayış evləri vardır.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Loğman Süleymanov) xx.xx.2024-cü il tarixli, 2(104)-798/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(076)-1276/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin mötəbər sübut olması qənaətinə gələrək qeyd etmişdir ki, rəyin obyektiv olmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki rəydə göstərilən məlumatların doğru olmamasını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. İş üzrə v erilmiş ekspert rəyində göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə icarəçi (cavabdeh) müqavilə predmeti olan örüş otlaq təyinatlı torpaq sahələrindən təyinatına uyğun istifadə etmək vəzifəsini icra etmədiyindən, bununla da o, müqavilə üzrə üzərinə götürdüyü vəzifələrini yerinə yetirməyərək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan və o, iddiaçının müqaviləni ləğv etmək təklifinə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində cavab vermədiyindən, icarə müqavilələrinin ləğv edilməsi üçün qanuni əsaslar mövcuddur.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, icarə müqavilələri üzrə cavabdehin icarəsin ə verilmiş 2.20 ha və 2.80 ha torpaq sahələrinin iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə geri qaytarılması hissədə iddianın təmin olunması qanuni əsaslara söykənir. Çünki, iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli icarə müqavilələri ləğv edildiyindən cavabdehin həmin torpaq sahələrindən istifadə və sahiblik hüququ da aradan qalxmış olur ki, bu halda da icarəyə verilmiş torpaq sahələri bələdiyyəyə (icarəyə verən) geri qaytarılmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
27. Məhkəmə gəldiyi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu nun 6.3, 11.9-cu bəndinə, Mülki Məcəllənin 423.1, 423.2, 424.3, 424.4, 424.5, 708.1, 708.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3cü bəndinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavandeh Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icarə müqavilələrinin ləğv olunmasına dair qərar qəbul edərkən onu əsas götürmüşdür ki, cavabdeh icarəsində olan torpaq sahələrinin bir hissəsində yaşayış binası tikmişdir. Məhkəmə bu qərarı ekspertiza rəyinə əsaslanaraq vermişdir. Ekspertiza rəyində isə tikintinin bir hissəsin in icarədə olan torpaq sahəsinə düşdüyü göstərilib. Belə olduğu halda ekspert tərəfindən bu tikintinin hansı hissəsi və hansı koordinatlarla icarədə olan torpaq sahəsinin üzərinə düşdüyü aydınlaşdırılmamışdır. Bu hal onu göstərir ki, ekspert rəyi formal xarakter daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən heç bir sübut araşdırılmamış, iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə əslində heç bir qanun normasına istinad etməmişdir. Apellyasiya Məhkəməsi isə vermiş olduqları əsaslı vəsatəti -- mübahisəli əraziyə mütəxəssisin iştirakı ilə baxış keçirilməsini, ərazidə tikinti aparılıb aparılmamasını, aparılıbsa hansı koordinatlarda aparılmasının müəyyən olunması üçün vermiş olduqları vəsatəti təmin etməmişdir. Məhkəmə qətnaməsindən də görün düyü kimi iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 423.1.Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
32. Maddə 423.2.Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilməd ikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
33. Maddə 424.3.Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
34. Maddə 424.4.Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
35. Maddə 424.5.Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
36. Maddə 708.1.İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın.
37. Maddə 708.2.İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Torpaq Məcəlləsi
38. Bənd 6.3.Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.
39. Bənd 11.9.Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
40. Maddə 12 bənd 1-3. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
41. Maddə 13 bənd 1-2. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
42. Maddə 16 bənd
4. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin q arşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəli llərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 23-cü bəndində qeyd edilmişdir ki, yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahis ələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Baxılan işin mübahisəsiz hallarına əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçının 15 may 2017-ci il tarixli 05 saylı qərarı əsasında 2.20 ha bələdiyyə örüş otlaq təyinatlı torpaq sahəsi cavabdehə kənd təsərrüfatı məqsədilə icarəyə verilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2018-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçının 08 yanvar 2018-ci il tarixli 01 saylı qərarı əsasında 2.80 ha örüş otlaq təyinatlı torpaq sahəsi cavabdehə kənd təsərrüfatı məqsədilə icarəyə verilmişdir. Hər iki icarə müqaviləsində tərəflər öz hüquq və vəzif ələrini müəyyən etmişlər. Hazırda iddiaçıya məxsus 2.20 ha və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahəsi cavabdehin istifadəsindədir.
56. İddiaçı hazırda cavabdehin torpaqlardan təyinatına uyğun istifadə etmədiyi üçün icarə müqavilələrinin ləğv edilməsini tələb edir. Cavabdeh isə müqavilənin şərtlərinə əməl etdiyini, hər hansı qayda pozuntusuna yol vermədiyini bildirmişdir.
57. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmələr 17 oktyabr 2023-cü il tarixli ekspert rəyini mötəbər sübut hesab edərək torpaq sahələrinin üzərində təyinatına uyğun olmayan tikili və ağacların mövcudluğunu müəyyən etmiş, eyni zamanda icarəçi (cavabdeh ) tərəfindən örüş otlaq təyinatlı torpaq sahələrindən təyinatına uyğun istifadə olunmadığını və müqavilə şərtlərinin ciddi şəkildə pozulduğunu əsas götürərək, icarə müqavilələrinin ləğv edilməsi üçün qanuni əsasların mövcud olduğu qənaətinə gəlmişdir.
58. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə işin müəyyən edilmiş hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır.
59. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanu ni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
60. İşin yuxarıda sadalanan hallarından da göründüyü kimi iddiaçı icarəçinin istifadəsində olan örüş torpaqlarından təyinatına uyğun istifadə etmədiyindən icarə müqavilələrinin ləğvini tələb edir, cavabdeh isə icarə müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri pozmadığını bildirərək buna etiraz edir. Bu halda işə mahiyyəti üzrə baxan məhkəmələr kənd təsərrüfatı təyinatlı torpaqlar barədə normaları nəzərdən keçirməli, tərəflərin irəli sürdükləri faktiki hallar üzrə bu istiqamətlərdə araşdırma aparılmalı idi.
61. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasınd a kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir (Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-3-cü bəndləri).
62. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 2-ci bəndləri). Həmçinin həmin Məcəllənin 16-cı maddəsinin 4-cü bəndində də qeyd edilmişdir ki, yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
63. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 23-cü bəndində qe yd edilmişdir ki, yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır.
64. Yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olur ki, qanunvericilik icarəçinin istifadəsində olan örüş torpaqlarının müəyyən hissəsində həmin torpağın təyinatına zərər vurmadan tikili inşa etməsinə və torpağın müəyyən hissəsini dincə qoymasına icazə verir.
65. Məhkəmələr isə qeyd edilən normaların tələblərini pozaraq sadəcə ekspert rəyini mötəbər s übut olaraq qəbul etməklə yekun nəticəyə gəlmişdir. Belə ki, MPM-in 101.6-cı maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Lakin hazırkı iş üzrə təqdim edilən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməmişdir. Ekspert rəyi yalnız məhkəmə suallarının təsdiqindən ibarətdir və bu nəticələrin hansı normalara və ya tədqiqatlara əsaslandığı bəlli deyildir. 66. “M əhkəmə ekspertizası haqqında” Qanunun 1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmçinin həmin Qanunun 4-cü maddəsinə əsasən Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır.
67. Hazırkı iş üzrə təqdim edilən ekspert rəyində isə sadəcə göstərilmişdir ki, icarəçinin istifadəsində olan örüş otlaq təyinatlı torpaqların üzərində təyinatına uyğun olmayan tikili və ağaclar mövcuddur. Göründüyü kimi ekspertin b u cavabı 61 və 62-ci bəndlərdə sadalanan normaların tələblərini pozmaqla yanaşı, torpaq sahəsində olan tikiliyə münasibətdə Torpaq Məcəlləsinin 16.4-cü maddəsinin və yuxarıda qeyd edilən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydaların 23-cü bəndinin də müddəalarına zidd şəkildə verilmişdir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik örüş torpaqlarında çoban evlərinin, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililərin tikintisinə qadağa qoymamışdır. Belə ki, kassator öz şikayətində yaşayış binası deyil, sadəcə müxtəlif hava şəraitlərindən qorunmaq məqsədilə talvar inşa etdiyini qeyd etmişdir. Ekspert rəyində isə tikilinin məhz yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini pozmaqla tikildiyi barədə hər hansı bir tədqiqat və ya əsasland ırma olmadığı üçün həmin rəyin mötəbərliyi şübhə altına düşür.
69. Məhkəmə kollegiyası icarəçinin istifadəsində olan torpaqlarda əkilmiş ağaclara münasibətdə vurğulayır ki, örüş torpaqları kənd təsərrüfatı məqsədli torpaqlardır və onların əsas istifadəsi heyvandarlıq üçün otlaq təmin etməkdir. Belə ki, yuxarıda örüş torpaqları barədə qeyd edilən normaların məzmunundan görünür ki, qanunvericilik icarəçilərə örüş torpaqlarının müəyyən hissəsini təyinatına zərər vermədən, digər məqsədlər üçün istifadə etməyə icazə verir. Bu nöqteyi-nəzərdən, əgər ağac əkilməsi həmin torpağın məhsuldarlığına, heyvandarlıq üçün istifadəyə və ekosistemə mənfi təsir etməyəcəksə, həmin torpaqlarda ağac əkilməsi onların təyinatına uyğun istifadə edilməməsi kimi şərh edilməsinə səbəb olmamalıdır. Lakin ekspert rəyin də bu kimi halların heç biri araşdırılmamış, gəlinən nəticə ətraflı əsaslandırılmamışdır.
70. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarının 3.3-cü bəndi).
71. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə iş üçün əhəmiyyətli olan hallar barədə tam, hərtərəfli araşdırma aparmamışdır.
72. Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
73. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranma lı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
74. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
75. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tu tduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələb lərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
77. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 30 aprel tarixli, 2(104)798/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.