Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3024/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, maraqlı şəxsin vəkili x2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli 2(103)-1051/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili x3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İd diaçı cavabdeh "Cavabdeh" MTK-ya qarşı (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə-iş səh.40) ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 m2 olan qeyri-yaşayış sahəsinə sahiblik və ıstifadə etmək məqsədi ilə həmin sahənin özünə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı işi üzrə 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi i lə İddiaçı təhvil verilməsinin cavabdeh "Cavabdeh" MTK-ya həvalə edilməsi, iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "Cavabdeh" MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski sədrlik edən və məruzəçi, Zaur Əliyev və Rafael Eyvazov) 09.12.2019-cu il tarixli 2(103)1051/2019 nömrəli qətnaməsi ilə maraqlı şəxs x6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-897/2018 nömrəli 26.02.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon M.Xiyabanı küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sa həsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı və vəkili x1 şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin yerinə yetirilməsinə dair iddia tələbi təmin olunaraq ünvan 3 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 2-ci gi riş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədilə İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, iş üzrə icra vərəqəsi tərtib olunaraq icraya yönəldilmiş və icra olunmuşdur, yəni iddiaçıya qətnamədə göstərilən sahədən 39,5 kv.m qeyri-yaşayış sahəsi ölçülərək təhvil verilmişdir. Apelyasiya instansiya məhkəməsi maraqlı tərəfin apelyasiya şikayətini qismən təmin etməklə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək qətnaməni qət etdi hissəsindən «2-ci giriş» sözünü çıxarmaqla iddia tələbini qismən təmin etmişdir. Lakin məhkəmə kollegiyası göstərilən ünvanda tikilməkdə olan binanın 2-ci girişinin olubolmadığını dəqiqləşdirməmişdir. Apelyasiya instansiya məhkəməsinin ha zırkı qətnaməsinə əsasən iddiaçının iddia tələbi qismən təmin olunsa da, iddiaçı faktiki olaraq əmlakından istifadə edə bilmir, çünki apelyasiya məhkəmə kollegiyası qətnamədən «2-ci giriş» sözünü çıxarmaqla iddiaçının əmlakdan faktiki istifadəsinin qarşısını almışdır. Çünki artıq binanın qeyri-yaşayış sahəsinə başqa girişi qalmamış, yeganə tək giriş qalmışdır ki, bu giriş də Maraqlı şəxs Petan oğluna məxsusdur. Maraqlı şəxs də faktiki istifadəsində olan 103,0 kv.m qeyri-yaşayış sahəsini icarəyə vermiş və yeganə giriş-çıxış qapısı da icarəyə verilmiş sahənin giriş-çıxış qapısıdır, iddiaçının da həmin icarəyə verilmiş sahədən girib-çıxmaqla əmlakından istifadə etməsi isə qeyri-mümkündür. Göründüyü kimi apelyasiya məhkəməsinin qətnaməsi qeyri-müəyyəndir, qətnamədə dəqiqlik yoxdur. Məhkəmə qət naməsi ilə «2-ci giriş» sözünü çıxarmaqla iddiaçıya maraqlı şəxsin istifadəsində olan sahə ilə əlaqəli olmayan sahənin təhvil verilməsini də mümkünsüz etmişdir Apelyasiya instansiya məhkəməsi qətnamə çıxararkən iddiaçıya məxsus olan müqavilənin 15.07.2007-ciil tarixdə, maraqlı şəxslə olan müqavilənin isə 05 dekabr 2008-ci il tarixdə bağlandığını, yəni iddiaçıya məxsus olan müqavilənin daha əvvələ bağlandığı, həmçinin iddiaçıya məxsus olan sahə ilə maraqlı şəxsə məxsus olan sahə arasında arakəsmənin olduğunu müəyyən etsə də bu hissələrdə işin hallarını heç bir hüquqi qiymət verməmişdir. Prosessual məsələlər: Maraqlı şəxs Petan oğlunun vəkili x4 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barə də lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109-110, 139-1.1, 144.5, 146.3, 146.5, 157.8, 178.8, 179.3, 324-336, 404,405, 407, 425427, 646-649, 752-776-cı və MPM-in 14.2 və digər maddələrinə istinad etməklə, birinci instansiya məhkəməsinin qətnam əsinin ləğvinə və iddianın qismən təmin edilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, etibarlılığı mübahisələndirilməyən bir müqavilənin mövcudluğu (başqa hüquqi hallar müəyyən edilməyibsə) məntiqi-hüquqi baxımından digər müqavilələri istisna etmir və qarışıq növlü müqavilə üzrə hüquqların bir sahibə keçməsi digər şəxsi eyni hüquqla hərəkət etməkdən mərhum etmir, bir şərtlə ki, tərəflərin mənafeləri toqquşmasın. Müqavilələrdə dəqiq koordinatların, habelə ekspert tərəfindən qeyri-yaşayış sahələrinin üst-üstə düşdüyünün müəyyən edilməməsi, iddiaçının müqaviləsində müəyyən edilən sahənin maraqlı şəxsin faktiki istifadəsində olan sahəyə aidiyyəti olmadığını müəyyən edir. Mövcud əqdlər iddiaçı və maraqlı şəxsin qarşısında cavabdehin öhdəliklərinin (müqavilədə göstərilmiş ölçüdə q eyri-yaşayış sahəsi ilə) təmin edilməsi və ya icrası mümkün olmadığı təqdirdə ödənilən pul vəsaitlərinin (əmlak dəyərinin mütənasibliyində) qaytarılması vəzifələrini müəyyən edir. Apelyasiya şikayəti həddində məhkəmə kollegiyasında araşdırmanın nəticələri və mülki prosessual qanunvericiliyin tələbləri üzrə qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təhvil verilməsi tələb edilsə də müqavilədə sahənin yerləşmə koordinatları əks edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə tam olmayan qətnamə qəbul etsə də iddiaçı ondan şikayət vermədiyindən səlahiyyət həddində kollegiya ona aid hissədə olan xüsusatlara qiymət verilməsini mümkün hesab etmir. Lakin kollegiya qeyd etməyi vacib bilir ki, əmlak dövlət qeydiyyatından keçmədiyin dən və yerləşməsi müəyyən edilmədiyindən öhdəliklərin yerinə yetirilməsi üzrə hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, “yaşayış binasının 2-ci giriş” kimi iddia tələbinin hissəsi müqavilədə və ya digər sənəddə təsbit (məhz əmlakın burada yerləşməsinə dair sübut təqdim) edilmədiyindən, bunun qətnamənin nəticə hissəsində əks edilməsini kollegiya qanuni hesab etmir. Qalan hissədə isə tələbin təmin edilməməsi üçün əsaslar müəyyən edilmir və hazırki tələb həddində Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 m2 olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə, maraqlı şəxsin istifadəsində olan sahə ilə əlaqəli ol mayan sahənin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması əsaslıdır. Cavabdeh bu vəzifələrin ağlabatan müddət civarında yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə iddiaçı ona qarşı maddi tələblə müraciət etmək hüquqlarına malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi və prosessual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan apelyasiya instansiya məhkəməsi işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin maraqlarına toxunduğu Maraqlı şəxs Petan oğlunun işdə prosessual statusunu müəyyən etm əmiş, onu iş üzrə maraqlı şəxs kimi göstərmişdir. Halbuki, iddia icraatı qaydasında baxılan işlərdə proses iştirakçıları tərəflər və 3-cü şəxslərdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin maraqlarına toxunduğu Maraqlı şəxs Petan oğlunun apelyasiya şikayəti icraata qəbul edilərkən onun müstəqil tələb irəli sürən və ya sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsi müzakirə edilməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 89.1-cimaddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs Petan oğlunun apelyasiya şikayətinin dəliləri üzrə araşdırma tam və hərtərəfli aparılmamışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı keçirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 26.08.2019- cu il tarixli, 12965 saylı ekspertiza rəyindən görünür ki, qərardadın birinci, ikinci və üçüncü sualları üzrə iş üzrə İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 15 iyul 2007-ci il tarixli müqavilə üzrə sahəsi 39,5 m2 olan və Cavabdeh MTK ilə Maraqlı şəxs Petan oğlu arasında bağlanmış 05 dekabr 2008-ci il tarixli müqavilə üzrə sahəsi 134,0 m2 olan qeyri-yaşayış sahələrinin, Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binasının müvafiq eskiz layihəsində nəzərdə tutulmuş birinci mərtəbədəki «Market» sahəsinin tərkibində yerləşməsinə baxmayaraq, həmin qeyri-yaşayış sahələrinin sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini müəyyən etmək mümkün olmadığı səbəbindən, İddiaçı 39,5 m2-lik qeyri-yaşayış sahəsinin Maraqlı şəxs Petan oğlunun 134,0 m2-lik olan qeyri-yaşayış sah əsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Eyni zamanda, iddiaçının mübahisələndirdiyi və baxış keçirilən dövrdə Maraqlı şəxs Petan oğlunun faktiki istifadəsində olduğu qeyri-yaşayış sahəsinin 103,0 m təşkil etdiyi və həmin sahənin Maraqlı şəxs Petan oğlunun müqavilə üzrə aldığı 134.0 kv.m-lik qeyri-yaşayış sahəsindən 31,0 kv.m az olduğu müəyyən edilmişdir. Eləcə də mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının müqaviləsində göstərilən 39.5 kv.m-lik sahəyə uyğun deyildir, Apelyasiya məhkəməsi isə gəldiyi nəticə üzrə mövqeyini belə əsaslandırmışdır ki, müqavilələrdə dəqiq koordinatların, habelə ekspert tərəfindən qeyri-yaşayış sahələrinin üst-üstə düşdüyünün müəyyən edilməməsi, iddiaçının müqaviləsində müəyyən edilən sahənin maraqlı şəxsin faktiki istifadəsində olan sahə yə aidiyyəti olmadığını müəyyən edir. Bundan başqa məhkəmə həmin mövqedən çıxış edərək daha sonra qeyd etmişdir ki, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 m2 olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə, maraqlı şəxsin istifadəsində olan sahə ilə əlaqəli olmayan sahənin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması əsaslıdır. Lakin məhkəmənin bu nəticələrə gəlməsinə əsas ola bilən sübutların müəyyən olunması mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, h əm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Apelyasiya instansiya məhkəməsi isə işin düzgün həlli üçün ekspert rəyinin hazırkı işin tam, hərtərəfli və obektiv həlli üçün kifayət etmədiyini nəzərə almamışdır. Ekspert rəyindən görünür ki, ünvan 3 saylı ünvanda Cavabdeh MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının tərkibində olan, iş üzrə tərəflər arasında bağlanmış müqavilələrdə göstərilən ümumi sahəsi 39,5 kv.m və 134.0 kv.m olan qeyri-yaşayış sahələrinin texniki göstəricilərini, o cümədən mərtəbəliliyi, ölçülərini əks etdirən plan-sxemlərin təqdim olunması barədə məhkəmə qarşısında vəsatət qaldırılmış, lakin vəsatətdə tələb olunan sənədlər ekspertiza tədqiqatına təqdim olunmamışdır. Məhz həmin sənədlərin təqdim olunmaması səbəbində müvafiq müqav ilələr əsasında satılmış 39,5 kv.m-lik və 134,0 kv.m-lik qeyri-yaşayış sahələrinin Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binasının birinci mərtəbəsindəki «Market» sahəsinin tərkibində yerləşməsinə baxmayaraq, qeyri-yaşayış sahələrinin «Market»-in konkret olarq hansı hissəsində nəzərdə tutulduğunu, yəni sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini dəqiqliklə müəyyən etməyin mümkün olmaması qeyd olunmuşdur. Bundan başqa qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv hə lli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilə dair bağlanmış hər iki müqavilə mahiyyət etibarı ilə podrat müqavilələridir. Müqavilələrdə cavabdeh mübahisəli qeyri yaşayış sahəsini inşa edərək iddiaçıya və Maraqlı şəxs təhvil verməyi, sonuncular isə həmin qeyri yaşayış sahələrinin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanma sı nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi üzrə s ifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş qeyri yaşayış sahəsini təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun. Qeyd edilməlidir ki, iddiaçı ilə müqavilə 15 iyul 2007-ci il tarixdə, maraqlı şəxs Maraqlı şəxslə müqavilə isə 05 dekabr 2008-ci il tarixdə bağlanmışdır. Belə olan halda qeyri yaşayış sahələrinin müvafiq olaraq üst-üstə düşməsi müəyyən edildikdən sonra aydınlaşdırılmalı olan digər məsələ isə artıq iddiaçı ilə müqavilənin bağlanmasından sonra eyni sahə ilə bağlı digər şəxslə həmin sahə ilə bağlı müqavilənin bağlanmasına səlahiyyətinin olmasının yoxlanmasından ibarət olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditor un mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Bundan başqa apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edərkən, “yaşayış binasının 2-ci giriş” kimi iddia tələbinin hissəsi müqavilədə və ya digər sənəddə təsbit (məhz əmlakın burada yerləşməsinə dair sübut təqdim) edilmədiyindən, lakin bunun qətnamənin nəticə hissəsində əks edilməsini qanuni hesab etməmişdir. Bu nəticəyə gələrkən, məhkəmə binada neçə girişin olmasını, iddiaçının iddia tələbində belə fərqləndirmənin aparılmasını əsaslarını araşdırmadan belə nəticəyə gəlməsi qeyri müəyyən qalmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gəl ən qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında g östərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkə məsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli və tam araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili x3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli 2(103)1051/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3024/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3024/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver