Məhkəmə qərarları › İş №2(102)-3025/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3025/2023

05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3025/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Nəsimi” firmasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin bərpa olunmaqla iddiaçıya təhvil verilməsi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Nəsimi” firmasına qarşı tikilinin bərpa olunmaqla iddiaçıya təhvil verilməsi və mənəvi ziyan tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-178/2*23 nömrəli, 15 sentyabr 2*22-ci il tarixli qətnaməsindən iddiaçı X7 tə rəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər nümayəndəsinin 5 iyun 1997-ci il tarixli 195 saylı sərəncamı ilə Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini İddiaçı Tovuz mərkəzi bazarının qərb tərəfində, Bakı-Tbilisi dəmir yolu xətti ilə bazarın barısının arasında, üzü dəmir yolu xəttinə, rəyə əlavə edilmiş sxematik planda göstərildiyi şəkildə mövcud ticarət obyektləri ilə bir cərgədə ölçüləri 4m x 5m olmaqla avtomobil təmiri emalatxanası yerləşdirilməsinə icazə verilmişdir.

2. Tovuz Mərkəzi Bazarı onun kollektivi (X5, X8, X2, X1, X11, X12, X6, X9) tərəfindən satın alınmış, alıcılara **7178 saylı, 2*.11.1997-ci il tarixli sahiblik hüququnu təsdiqləy ən şəhadətnamə verilmişdir (səh. 111). Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə hüququnu təsdiq edən xx.xx.1997-ci il tarixli şəhadətnaməyə əsasən, 49353 kv.m torpaq sahəsi Tovuz Mərkəzi Bazarının əməmk kollektivinin istifadəsinə verilmişdir (səh. 112).

3. Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən 21.*6.2**6-cı il tarixdə tərtib edilmiş texniki pasporta əsasən, “Nəsimi” firmasının ümumi tikinti altı sahəsi 2632,7 kv.m, açıq torpaq sahəsi 49*83,8 kv.m olmaqla, firmaya məxsus ərazinin ümumi sahəsi 51716,5 kv.m təşkil etmişdir (səh. 122-133).

4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2*15-ci il tarixli, 2-1(83)-314/2*15 saylı qərarı ilə “Nəsimi” firmasının cavabdeh Tovuz RİH-nə qarşı iddia ərizəsində sadalanan 115 sərəncamın (o cümlədən Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər nümayəndəsinin 5 iyun 1997-ci il tarixli 195 saylı sərəncamının) ləğv edilməsi ilə bağlı Tovuz RİH-nin üzərinə vəzifə qoyulması və vəzifə səlahiyyətləri aşmış şəxslərin barəsində xüsusi qərarın çıxarılması barədə iddia tələbi təmin edilməmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının *4.12.2*15-ci il tarixli, 2-1(1*4)-215/2*15 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29.*5.2*15-ci il tarixli, 2-1(83)-314/2*15 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 1*.*5.2*16-cı il tarixli 2-1(1*2)-687/2*16 saylı qərarı ilə ləğv edilmiş və iddiaçı “Nəsimi” firmasının 1 15 sərəncamın ləğv edilməsi barədə iddiası mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh “Nəsimi” firmasına qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 6 metr uzunu, 4 metr eni, 2,8 metr hündürlüyü olan tikilinin cavabdeh olan bazar rəhbərliyinin hesabına bərpa olunmaqla iddiaçıya təhvil verilməsi, mənəvi ziyan olaraq 15*** manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad edərək belə əsaslandırmışdır ki, Tovuz mərkəzi bazarının ərazisində yerləşən, adına rəsmiləşdirilmiş 4x5 metr ölçüdə köşk onun istifadəsində olmuş, izun illər həmin köşkdən 2*17-ci ilə dək maşınların amortizator sistemlərinin təmiri sexi kimi istifadə etmişdir. 2*17-ci ildə səhhətində yaranmış problemlər səbəbindən sexin fəaliyyəti dayanmış və həmin köşkdə xırda məişət işləri ilə məşğul olmağa başlamışdır. 2*21-ci ilin avqust ayında cavabdeh tərəfindən köşkün konstruksiyası məhv edilmiş və ərazidən götürülmüşdür. Bu səbəbdən mənəvi sarsıntı keçirmiş, bir neçə dəfə həkim müayinəsində olmuş, müalicələr qəbul etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək qeyd etmişdir ki, Tovuz Rayon İHB-nin Tovuz şəhər nümayəndəsinin 5 iyun 1997-ci il tarixli 195 saylı sərəncamına əsasən İddiaçı verilmiş sex taxta sexi olmuş və sonradan həmin sex başqa şəxsə satılmışdır. Sexin yerləşdiyi torpaq sahəsi cavabdehə məxsus olmuş və həmin torpaq sah əsi də başqa şəxsə satılmışdır. İddiaçı müqavilə ilə başqa yerdə maşın ustası kimi işləmiş, sonradan sexini bazar ərazisinə köçürmüşdür. İddianı əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir.

9. Cavabdehin təqdim etdiyi “Nəsimi” firmasının *2.*2.1998-ci il tarixli sərəncamı ilə İddiaçı müqavilə üzrə avtomaşınlara texniki xidmət ustası qəbul edilmişdir.

10. Tovuz rayonu Əhaliyə Məişət Xidməti istehsalat idarəsinin 27.*7.1988-ci il tarixli 111 nömrəli əmrinə görə İsmayılov X3 sahəsində olan avtomaşınlara texniki xidmət sexinə usta qəbul edilmişdir.

11. Tovuz Rayon Məhkəməsinin 7 fevral 2*22-ci il tarixli, 2(*62)-178/2*22 saylı qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddia qismən təmin edilərək, Tovuz Rayon İHB-nin Tovuz şəhər nümayəndəsinin 5 iyun 1997-ci il tarixli, 195 saylı sərənc amına əsasən İddiaçı adına rəsmiləşdirilmiş Tovuz mərkəzi bazarının ərazisində yerləşən 4x5 metr ölçüdə köşkün “Nəsimi” firması tərəfindən əvvəlki yerində bərpa edilərək iddiaçıya təhvil verilməsi, mənəvi zərərə görə cavabdehdən 5*** manat pulun alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1*96, 1*97-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2**8-ci il tarixli 7 nömrəli qərarının 1*-cu bəndinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiya müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presende ntlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3* mart 2**6-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1. 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏK ilə Tovuz Mərkəzi Bazarının kollektivi arasında xx.xx.1997-ci il tarixdə müəssisənin alğısatqı müqaviləsi bağlanmış və bazar satılmışdır. Sonra kollektivin təsisçiliyi ilə xx.xx.1997ci il tarixdə “Nəsimi” firması təsis edilmişdir. Həmin vaxtlar bazar ın istifadəsində olan 49353 kv.m torpaq sahəsi “Nəsimi” firmasının istifadəsinə keçmişdir. İddiaçının iddia etdiyi sahə bazara məxsus idi. Odur ki, Tovuz Rayon İHB şəhər nümayəndəsinin həmin yerə sərəncam vermək hüququ yoxdur. Lakin Tovuz Rayon İHB şəhər nümayəndəsi *5.*6.1997ci il tarixli 195 nömrəli sərəncamında qeyd edilən “mərkəzi bazarın qərb tərəfində, BakıTbilisi dəmir yol xətti ilə bazarın barısının arasında üzü dəmiryol xəttinə, rəyə əlavə olunmuş sxematik planda göstərildiyi şəkildə” göstərilən yerə sərəncam vermək hüququ var idi. Həmin sərəncamda göstərilən ərazi Tovuz bazarının hüdudlarından kənardır. “Nəsimi” firmasının rəsmi sərhədləri daxilində heç bir təsisçilik və digər bağlılığı olmayan şəxsin bazar ərazisindən hər hansı bir obyekt istəməsinə qanunvericiliklə subyektiv hü ququ yoxdur. Bundan başqa, iş materiallarında bazarın hüdudları daxilində yerləşən iddiaçının mübahisələndirdiyi əraziyə dair mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd mövcud deyildir. Təqdim edilən sübutlar mötəbər deyil, mənbəyi məlum olmayan kserosurətlərdir. Məhkəmə iclaslarında dəfələrlə iddiaçının istinad etdiyi Tovuz rayon İHB şəhər üzrə nümayəndəsinin *5.*6.1997-ci il tarixli 195 nömrəli sərəncamının əslinin və ya əslinə bərabər arxiv nüsxəsini tələb etdikdə, məhkəmə maraqlı şəxs kimi buna etiraz edərək, həmin sənədlərin mübahisə predmeti olmadığını bildirmişdir. Halbuki, mülki işi tam, hərtərəfli və obyektiv araşdırmış olsaydı, iddia icraata qəbul edilməməli, qəbul edildiyi halda rədd edilməli idi. Bundan başqa, məhkəmə 5.*** manat mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməs ini qərara alarkən iddiaçının hansı mənəvi zərər çəkdiyinə dair hər hansı sübut təqdim etməsini əsaslandırmamışdır. Sökülən budkaya sərəncam vermək hüququ “Nəsimi” firmasına aiddir. Tovuz rayon İHB şəhər üzrə nümayəndəsinin *5.*6.1997-ci il tarixli 195 nömrəli sərəncamında göstərilən ərazi isə tamam başqa əraziyə aiddir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1* apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, onların sonrakı araşdırması nəticəsində məlum olmuşdur ki, məhkəmənin qərar çıxararkən əsas götürdüyü Tovuz Rayon İHB şəhər nümayəndəsinin *5.*6.1997-ci il tarixli 195 nömrəli sərəncamı hazırkı iddiaçının deyil, başqa İddiaçı adına verilmişdir. Belə ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində eyni ad, soyad və ata adına malik iki şəxs - İddiaçı vardır. Onlar sərəncam sahibi İddiaçı müəyyən ediblər və məhz onun özündən sözügedən sərəncamın arxivdən çıxarışı, həmin sərəncamdan istifadə haqqında etibarnamənin notarial təsdiqli surəti və şəxsiyyət vəsiqəsinin surəti əldə edilmişdir. İddiaçı olan İddiaçı necəsə belə bir sərəncamın varlığından məlumatı olmuş və sərəncamın əsl sahibinin xəbəri olmadan, öz adına bilərəkdən belə bir saxta iddia qaldırmışdır. Halbuki, nə sərəncamın, nə də mübahisə edilən köşkün hazırkı iddiaçıya heç bir aidiyyəti olmamışdır. Əsl sahib olan İddiaçı sərəncamla istifadəsinə verilmiş köşk sökülməmişdir, hazırda da onun etibarnamə üzrə nümayəndəsi Yaşar Əliyev tərəfindən istifadə edilməkdədir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin digər nümayəndəsi Bağırov Nəsimi Teymur oğlu apellyasiya ş ikayətini müdafiə edərək qeyd etmişdir ki, mübahisəli köşkün əsl sahibi başqa İddiaçıdur. Həmin köşk sökülməmişdir və hazırda da Yaşar Əliyev orada ticarətlə məşğul olur. İddiaçı olan İddiaçı isə həmin ərazidə yeri (köşkü) heç vaxt olmayıb və o, müqavilə əsasında “Nəsimi” firmasına məxsus sexdə avtomobillərə xidmət üzrə işçisi (usta) olmuşdur. Həmin sex “Nəsimi” firmasına məxsus olmuş və sökülmüşdür. Onun sökülməsinin isə iddiaçıya aidiyyəti yoxdur, həmin sexə sərəncamvermə hüququ firmaya məxsus olmuşdur.

17. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir.

18. Cavabdehin təqdim etdiyi sübutlara görə İddiaçı (ŞV: AZE *1863484, 11.*8.2**4, Tovuz RPŞ, FİN: 2CYH4PH) 31.*1.1953-cü il tarixdə do ğulmuşdur. İddiaçı Tovuz Rayon İcra Hakimiyyətinin *5.*6.1997-ci il tarixli 195 nömrəli qərarına əsasən Tovuz rayonu Mərkəzi Bazarın qərb tərəfi ünvan 1 ünvanında yerləşən 4m x 5 m ölçüdə torpaq sahəsinin özəlləşdirilməsi və s. digər hərəkətlər etməyi X13 etibar etmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*4)-2*56/22 nömrəli, 15 sentyabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin *7.*2.2*22-ci il tarixli 2(*62)-178/2*22 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamış və məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

21. Həmçinin iddia üzrə əsas tələb tikilinin (köşkün) bərpa edilərək iddiaçıya təhvil verilməsi tələbidir, mənəvi zərər isə törəmə tələbdir. İşə baxan məhkəmə isə hazırkı nəticəyə gələrkən mübahisənin hüquqi əsası kimi Mülki Məcəllənin zərərlə bağlı 21.1, 1*96 və 1*97-ci maddələrinə istinad etsə də, təmin etdiyi əsas tələblə bağlı hissədə heç bir maddi hüquq normasına istinad etməmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi avtomobillərə texniki xidmət sexinin yerləşdiyi torpaq sahəsi “Nəsimi” firmasının istifadəsind ə olmuş, iddiaçı həmin sexin yalnız usta kimi işçisi olmuşdur. Onun mübahisəli sexə dair hər hansı hüquqları və ya hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. Bu səbəbdən, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamış, ona mənəvi zərər vurulması halı da müəyyən edilməmişdir.

23. İddiaçı tələbini Tovuz rayon İHB şəhər nümayəndəsinin *5.*6.1997-ci il tarixli 195 saylı sərəncamına istinad edərək irəli sürmüşdür. Lakin həmin sərəncam digər sənədlərlə birilikdə araşdırılarkən müəyyən olundu ki, həmin sənəddə iddiaçının mübahisələndirilən tikiliyə (sexə) dair hər hansı hüququ müəyyən olunmamışdır. Həmin sərəncam iddiaçı ilə eyni kənddə yaşayan digər şəxsə -Tovuz RPŞ tərəfindən 11.*8.2**4-cü il tarixdə verilmiş AZE *1863484 seriyalı şəxsiyyət vəsiqəsinə əsasən 31.*1.1953-cü il təvəllüdlü İddiaçı barəsində qəbul edilmiş və həmin sərəncamla tamamilə başqa ərazidə olan köşkün mərkəzi bazarın qərb tərəfində Bakı-Tbilisi dəmir yolu xətti ilə bazarın barısının arasında, üzü dəmir yolu xəttinə, rəyə əlavə edilmiş sxematik planda göstərildiyi şəkildə mövcud ticarət obyektləri ilə bir cərgədə ölçüləri 4m x 5m olmaqla yerləşdirilməsinə icazə verilmişdir. Həmin tikili sökülməmişdir və İddiaçı verdiyi etibarnamə əsasında başqa şəxs tərəfindən istifadə edilməkdədir.

24. Hazırki iddianı isə xx.xx.1952-ci il təvəllüdlü İddiaçı qaldırmışdır. Hansı ki, o, əvvəlcə Tovuz rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin 27.*7.1988-ci il tarixli 111 nömrəli əmri ilə Təzə kənd sahəsində olan avtomaşınlara texniki xidmət sexinə usta qəbul edilmiş, sonra isə “Nəsimi” firmasının *2. *2.1998-ci il tarixli sərəncamına əsasən müqavilə üzrə avtomaşınlara texniki xidmət ustası qəbul edilmişdir. Yəni iddiaçı avtomaşınlara texniki xidmət ustası kimi “Nəsimi” firmasına işçi kimi müqavilə əsasında qəbul edilmişdir və bu hal ona həmin sexə mülkiyyət hüququna əsas vermir.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 157.2, 238.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1, 65.1, 65.2, 65.7, 66.1, 66.2, 67.1, 67.2, 67.4-cü, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3* iyul 2**8-ci il tarixli Qərarına, MPM-nin 385.1, 385.1.2, 385.1.3, 388, 389-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin nəticəsinə mühüm təsir göstərən halları obyektiv və tam araşdırılmamışdır. Bu hallardan yan keçməklə və iş materiallarında olan sübutları düzgün tədqiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh “Nəsimi” firmasının prezidenti Bağırov Nəsimi Teymur oğlu kassasiya şikayətinə etiraz ü nvanlayaraq qeyd etmişdir ki, mülki işə əlavə edilən sənədlərin iddiaya heç bir aidiyyəti yoxdur. İddiaçı bilərəkdən yalandan iddia verərək, başqasının adına olan sənəddən öz mövqeyi və marağı üçün istifadə etmişdir. Bunları nəzərər alaraq, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-178/2*23 nömrəli 15 sentyabr 2*22-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallard a qeydə alınmalıdır.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.2. Mülkiyyət özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:... 158.1.2. əmlakdan istifadə hüququ;...

33. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (1992-ci il aprelin 1-dən qüvvəyə minmiş, 1999-cu ilin avqustun 8-nə qədər qüvvədə olmuş)

34. Maddə

23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahi bliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir.

35. Maddə

29. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

36. Maddə

34. Tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ da keçir. Tikiliyə, qurğuya mülkiyyət hüququ bir neçə mülkiyy ətçiyə keçdikdə onların tikili, qurğu üzərində mülkiyyət paylarına uyğun olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ da keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır

38. Maddə 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

39. Maddə 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi.

40. Maddə 157.2. Mülkiyyət özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sən ədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

50. Belə ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən ona istinad etmişdir ki, “iddiaçının mübahisələndirdiyi avtomobillərə texniki xidmət sexinin yerləşdiyi torpaq sahəsi “Nəsimi” firmasının istifadəsində olmuş, iddiaçı həmin sexin yalnız usta kimi işçisi olmuşdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış məhkəmənin bu mövqeyi ziddiyyətlidir və hansı sübutlarla müəyyən olunması əsaslandırılmayıb. Çünki cavabdeh apelyasiya şikayətində birmənalı olaraq bildirmişdir ki, Tovuz Rayon İHB şəhər nümayəndəsinin *5.*6.1997-ci il tarixli 195 nömrəli sərəncamında göstərilən ərazi Tovuz bazarının hüdudlarından kənardır. “Nəsimi” firmasının rəsmi sərhədləri daxilində heç bir təsisçilik və digər bağlılığı olmayan şəxsin bazar ərazisindən hər hansı bir obyekt istəməsinə qanunvericiliklə subyektiv hüququ yoxdur.

52. Nəzərə alınmalıdır ki, iddiaçı tələbini Tovuz Rayon İHB şəhər nümayəndəsinin *5.*6.1997-ci il tarixli 195 nömrəli sərəncamında göstərilən əraziyə sahibliyinə istinad etməklə irəli sürmüşdür. Buna görə də torpaq sahəsinin yeri ilə bağlı mübahisəli halın araşdırılması zamanı ilk növbədə sözügedən sərəncamda qeyd olunan ərazinin (Tovuz mərkəzi bazarının qərb tərəfində, Bakı-Tbilisi dəmir yolu xətti ilə bazarın barısının arasında, üzü dəmir yolu xəttinə mövcud ticarət obyektləri ilə bir cərgədə ölçüləri 4m x 5m olmaqla) yeri müəyyən edilməli, həmin torpaq sahəsinin cavabdehin istifadəsinə verilmiş t orpaq sahəsində yerləşib yerləşməməsi barədə əsaslandırılmış nəticəyə gəlinməlidir. İddiaçının iddia etdiyi torpaq sahəsi “Nəsimi” firmasından kənarda yerləşməsi müəyyən olunarsa, köşkün sökülməsi ilə bağlı cavabdehin mülki məsuliyyəti araşdırılmalıdır.

53. Əgər həmin yer həqiqətən də (****2* saylı, xx.xx.1997-ci il tarixli şəhadətnaməyə əsasən) “Nəsimi” firmasının istifadəsində olan (21.*6.2**6-cl il tarixli texniki pasportda əksini tapmış) torpaq sahəsində yerləşmiş olarsa, bu hal iddianın rədd olunması üçün müstəqil əsas olacaqdır. Çünki cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən inzibati aktlar qüvvədə olduğu halda həmin torpaq sahəsi ilə bağlı hazırki iddia təmin oluna bilməz.

54. Bundan başqa, məhkəmə gəldiyi nəticəni əsaslandırarkən bildirmişdir ki, iddiaçının istinad etdiyi Tovuz rayon İHB şəhər nümayəndəsinin *5.*6.1997-ci il tarixli 195 saylı sərəncamın iddiaçıya deyil, onunla eyni kənddə yaşayan eyni soyad, ad və ata adı olan digər şəxsə - 31.*1.1953-cü il təvəllüdlü İddiaçı aid olduğu, torpaq sahəsində olan tikilinin sökülmədiyi, İddiaçı verdiyi etibarnamə əsasında başqa şəxs tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi verilmiş tələb üzrə iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmaqda haqlı olub. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddian ın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

56. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Tovuz rayon İHB şəhər nümayəndəsinin *5.*6.1997-ci il tarixli 195 saylı sərəncamı üzrə iddia çının subyektiv hüququnu müəyyən etmək üçün əhəmiyyətli hallar sonadək araşdırmamıdır. İşin həlli üçün əhəmiyyətli olan *5.*6.1997-ci il tarixli 195 saylı sərəncamı üzrə subyektiv hüququn iddiaçıya aid olub-olmaması məsələsi, 31.*1.1953-cü il təvəllüdlü İddiaçı (AZE *1863484 seriyalı şəxsiyyət vəsiqəsi verilmiş) üçüncü şəxs kimi işə cəlb edilməklə həll olunmalı idi. Lakin məhkəmə həmin şəxsi üçüncü şəxs qismində işə cəlb etməmiş, onun həqiqətən də mübahisəli yerə iddialı olub olmaması müəyyən edilməmişdir.

57. Həmçinin mülki iş materiallarına əlavə olunmuş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2*15-ci il tarixli, 2-1(83)-314/2*15 saylı qərarının surətindən görünür ki, həmin iş üzrə üçüncü şəxs qismində işdə iştirak etmiş İddiaçı İamayıl oğlu məhkəmədə X17 tərəfindən təmsil edilmişdir. Həmin iş üzrə verilmiş etibarnamənin bu iş üzrə iddiaçı və ya 31.*1.1953-cü il təvəllüdlü İddiaçı tərəfindən verildiyi də araşdırılmamıdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ona dəlalət edir ki, inzibati orqanın vermiş olduğu sənəddən İddiaçı adında olan iki şəxsdən biri qanuna zidd istifadə etməyə cəhd edir və bu hal onların hər birinin iştirakı ilə araşdırma aparılmasını və hüquqi qiymət verilməsini tələb edir.

58. Apelyasiya instansiyası məhkəməsinin araşdırması işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

59. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir d airəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 3*).

60. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər. Belə mübahisələrin həllində də məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

61. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2**8-ci il 3* dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2**9-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2**9-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2*15-ci il 11 fevral tarixli və s. Qərarları).

62. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görül əcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2*11-ci il 2* may tarixli Qərarı).

64. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

65. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkə tləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-178/2*23 nömrəli, 15 sentyabr 2*22-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar