Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3025/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-245/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri, Kəpəz Rayon İcra Hakimiyyət başçısı nın xx.xx.2014-cü il tarixli, 760 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən 220 kv.m torpaq sahəsində X5 tərəfindən iaşə obyektinin yerləşdirilməsinə icazə verilmişdir.
2. Bakı şəhəri, 54 saylı notariat ofisi tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Müvafiq Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı müraciəti əsasında vərəsələrin dairəsi müəyyən olunmuş və vərəsəlik işi açılmışdır. X2 vərəsəsi İddiaçıdır. Bununla əlaqədar Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində (220.0 kv metr torpaq sahəsində) yerləşən iaşə obyektin ə dair Çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş olunmuşdur.) 3. xx.xx.2022-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin surətinə əsasən, İddiaçı tərəfindən Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən əsas sahəsi 220 kv.m olan “Öznura” kafesini xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hər il üçün 500 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən qeyri-yaşayış binası ndan məcburi qaydada çıxarılması, obyektin qapısının açılması, ona məxsus əşyaları ilə birlikdə onlara təhvil verilməsi, cavabdehin ona məxsus qeyri-yaşayış binasının işlədilməsi ilə bağlı ödəməli olduğu 10.000 manat icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, cavabdehdən obyektin icarə haqqı olaraq 10.000 manat pul tələb etmişdir. Cavabdeh artıq 12 aydır aylıq 3.000 manat icarə haqqını ödəmir. Ona görə də, iddia tələbinin həcmini artıraraq hər ay üçün 3.000 manat olmaqla 12 ay üçün cavabdehdən ümumilikdə 36.000 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/486 nömrəli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin “İcarəyə verən” qrafasında “M.Y” yazılarının üst hissəsindəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
7. Gəncə Şəhər Məhkəməsinin 2(125)-447/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilərək, cavabdehin Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması, həmin obyektin qapısı açılaraq əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 10.000 manat məbləğində zərərin tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəti cə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan iaşə obyekti iddiaçının əri X1 miras qalaraq iddiaçının sahibliyində və istifadəsindədir. Həmin hal məhkəmə araşdırması zamanı da mübahisələndirilməmişdir.Cavabdehin iddiaçı ilə aralarında icarə müqaviləsi bağlandığını və həmin müqaviləyə əsasən ildə 500 manat icarə haqqı ödəməli olduğuna dair göstərdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, ekspert rəyi ilə müəyyən olmuşdur ki, cavabdehin iddia etdiyi icarə müqaviləsindəki imza iddiaçı tərəfindən icra olunmamışdır.
9. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq iddiaçının tələbi ilə onun sahibliyində və istifadəsində olan iaşə obyektindən çıxmamış, hüquqi əsas olmadan istifadə etməklə iddiaçıya əldən çı xmış fayda olaraq zərər vurmuşdur.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 164.1, 164.2, 165.1, 1097-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh (vəkili X3) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış,iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüqu qi qiymət verilməmişdir. Belə ki,işə baxan birinci instansiya məhkəməsi qətnamədə qeyd edib ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı qeyd olunan obyekti cavabdehə aylıq 3000 manat ödəmək şərti ilə verilməsi müəyyən edilmişdir. Lakin məhkəmə bu halı hansı sübuta əsasən müəyyən etdiyini qeyd etməmişdir. Çünki, bunu təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin heç bir sübuta söykənməyən izahatlarını inandırıcı hesab etmiş, müqavilənin illik 500 manata bağlanması barədə onun bildirdiklərini isə həqiqəti əks etdirmədiyi barədə qənaətə gəlmişdir. Halbuki, bunları bildirməklə yanaşı, həm də vergi orqanında qeydiyyata alınmış və hazırda da qüvvədə olan icarə müqaviləsini məhkəməyə təqdim etmişdir. Yəni, əslin də iddiaçının və onun nümayəndəsinin izahatlarında bildirikləri həqiqəti əks etdirmir. Belə ki, fiziki şəxsdir və sahibkarlıq fəaliyyətilə bağlı vergi ödəyicisidir. Mübahisəli obyekti də işlədib gəlirindən vergi ödəyə bilməsi üçün işlətdiyi obyektə dair rəsmi icarə müqaviləsi olmalıdır ki, onu vergi orqanında qeydiyyatdan keçirib, gələcəkdə vergiləri ödəyə bilsin. İddiaçının deməsindən belə çıxır ki, onun qeyd etdiyi 2 ay sınaq müddətində vergi orqanında qeydiyyatdan keçmədən fəaliyyət göstərəcəkdi,bu isə mümkün deyil. Çünki rəsmi icarə müqaviləsi olmadan obyekt işlətsə buna görə qazandıqlarından qat-qat artıq cərimə edilər. Bundan başqa məhkəmə qətnamə çıxararkən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsaslanmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş icarə müqaviləsinin surətindən görünür ki, icarə müqaviləsi vergi orqanında qeydiyyata alınmışdır. Əgər müqavilə saxta olsaydı o dövlət orqanında qeydiyyata alına bilməzdi. İcarə müqaviləsini iddiaçı özü tərtib etdirib, imzalayıb sonra ona təqdim etmişdır. Belə çıxır ki, iddiaçı qəsdən, yəni onu gələcəkdə “yükləmək” niyyəti ilə imzasını dəyişik çəkmişdir. Ekspert imzanın iddiaçıya məxsus olmamasına dair rəy vermiş olsa da, məhkəmə həmin rəyə əsasən onun obyektdən çıxarılmağı barədə qərar verə bilməzdi. Belə ki, qeyd etdiyi kimi hazırda da qüvvədə olan icarə müqaviləsi var, həmin icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı məhkəmə qətnaməsi yoxdur. Bundan başqa məhkəmə iddia tələbinin 10.000 manat əldən çıxmış faydaya aid hissədə, ümumiyyətlə, heç bir araşdırma aparmadan təmin etmişdir. Belə ki, obyekti boşaltmamağına görə iddiaçıya məhz 10.000 manat əldən çıxmış fayda olaraq ziyan dəyməsini nə iddiaçı əsaslandırmamış, nə də buna aid hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə özü də iddia tələbini həmin hissədə təmin etməsini qətnamədə əsaslandırmamışdır.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-245/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- İ.Həsənov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və L.Süleymanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-447/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi 10.000 manat zərərin tutulması hissəsində ləğv edilə rək, iddianın həmin hissədə qismən təmin edilərək, cavabdehdən 4.200 manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyri yaşayış sahəsinin cavabdehə icarəyə verilməsi öz təsdiqini tapsa da, icarə haqqı məbləğinin məhz iddia tələbində göstərilən məbləğdə olmasını sübut etmə öhdəliyi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və göstərilən halı sübuta yetirə bilməmişdir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya 3.000 manat ödəmişdir, həmin vəsaitin 1800 manatı icarə haqqı olmuş, qalan 1.200 manat isə kommunal xərclərlə bağlı olmuşdur. Cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə 4.200 manat borcu yaranmışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 1.800 manat icarə haqqı onun 6.000 manat icarə haqqı borcundan çıxılmalı və iddiaçıya verilməli qalıq icarə haqqı məbləği (6000-1800=4200) 4200 manat məbləğində müəyyən edilməlidir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 324.1, 324.2, 324.5, 442, 448.1, 700.1, 700.2, 700.3-cü maddələrinə, MPM-in 76.1, 77.1, 88, 106.1, 217.4, 384.0.2-ci maddələrinə, habelə “S.Əliyevanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cl il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ic raat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, apellyasiya şikayətini təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o cavabdehlə icarə müqaviləsi bağlamamış, onu imzalamamış, əgər bağlasa idi 4 mərtəbəli obyektini 500 manata icarəyə verməzdi. O obyektini 2 aylıq sınaq müddətinə icarəsinə verməyə razılaşmışdır. Cavabdeh icarə haqqını bir dəfə 3.000 manat olmaqla vermiş, bunun 1.800 manat icarə haqqı, 1.200 manatı isə kommunal xərclərlə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini 4.200 manata endirərkən ancaq cavab dehin dəlillərinə istinad etmişdir. 500 manatı illiyə bölərkən ayda 50 manat edir ki, bu da iddiaçı tərəfindən 200 kv.metr iaşə obyektini belə qiymətə vermək üçün real deyil. İddiaçı həmçinin qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi zərərin məbləğini endirərkən əsassız olaraq göstərmişdir ki, guya o sübut etmə öhdəliyinin öhdəsindən gəlməmişdir. Halbuki, onun qeyri-yaşayış sahəsinin sənədləri mülki işin içində vardır. Cavabdehlə onun yazılı müqaviləsi olmasa da aralarında şifahi razılaşma olmuşdur. Məhkəmə özü də bunu təsdiq etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumet mədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
23. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmay an şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfind ən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, i ddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyri yaşayış sahəsinin cavabdehə icarəyə verilməsi öz təsdiqini tapsa da, icarə haqqı məbləğinin məhz iddia tələbində göstərilən məbləğdə olmasını sübut etmə öhdəliyi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və göstərilən halı sübuta yetirə bilməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya 3.000 ma nat ödəmişdir, həmin vəsaitin 1800 manatı icarə haqqı olmuş, qalan 1.200 manat isə kommunal xərclərlə bağlı olmuşdur. Cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə 4.200 manat borcu yaranmışdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə tutularaq icarə haqqının məbləği 4.200 manat məbləğində müəyyən edilməlidir.
41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-245/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.