Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3025/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 v ə İddiaçı2 Cavabdeh MTK-ya qarşı (Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilə üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və dəymiş zərərə görə kompensasiyanın tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2025-ci il tarixli, 2(103)-4867/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə 10 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “da şınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və dəymiş zərərə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş sanitariya və təhlükəsizlik normalarına cavab verən mənzilin ərizəçilərə təhvil verilməsi vəzifəsinin qoyulması, 2021ci ilin mart ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən ərizəçilərin xeyrinə iddia ərizəsi verilən günə qədər yol verilmiş gecikdirilməyə görə 40214,7 manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 200000 manat məbləğinə illik 5 faizə bərabər kompensasiyanın, iddia ərizəsi verilən günə qədər ə sassız varlanmaya görə 60162,4 manat və iddia ərizəsi verilən gündən 200000 manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uyğun kompensasiyanın, iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 9054 manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqının kompensasiyası (hər aya görə 524 manat) tutulması, 2-ci ərizəçinin çəkdiyi vəkil xərclərinin cavabdehdən 2-ci ərizəçinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MTK-nın üzərinə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ve rilməsi nəzərdə tutulmuş sanitariya və təhlükəsizlik normalarına cavab verən mənzilin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi vəzifəsinin qoyulması, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyun ayınadək hesablanmaqla, cəmi 2800 manat kirayə haqqının Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi və 2025-ci ilin iyun ayından başlayaraq mənzil təhvil verilənədək iddiaçılara 350 manat aylıq kirayə haqqının ödənilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, vəkilə hüquqi yardımla bağlı edilmiş ödənişin əvəzi olaraq 1000 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 700 manat dövlət rüsumunun kəsrinin iddiaçılar İddiaçı1 və İddiaçı2 t utularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçılar İddiaçı1 Viktorovanın və X1 vəkili Nümayəndə2 tərəfindən xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4867/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddianın qiyməti 109.431,10 manat məbləğində olduğu üçün birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumu 399,43 manat müəyyən edilir. Yəni məhkəmə aktından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş ödənilməli olan dövlət rüsumunun məbləğinə münasibətdə həmin məbləğin 50 faizi qədər dövlət rüsumu ödənilməlidir. Hazırkı halda isə ödənilməli olan dövlət rüsumunun məbləği 199,70 manat təşkil etməlidir. Lakin iş materiallarında olan apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən və apellyasiya şikayətinin məzmununda dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsinə apellyasiya şikayəti verilməsi üçün apellyator tərəfindən ********** nömrəli qəbzə əsasən 50,60 manat dövlət rüsumu ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan məbləğ apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan məbləğdən 149, 10 manat azdır.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 Viktorovanın və X2 tərəflərindən qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödənilməmişdir.
7. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.2, 364, 366.1 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
8. İddiaçılar (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4867/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Dövlət rüsum u haqqında” qanuna əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Buradan da o nəticə çıxır ki, həmin qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi olmalıdır, yəni cəmi 50 manat. İddiaçılar iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etdikdə ödənilən 100 manat dövlət rüsumunun 50 faizi 50 manat edir və həmin vəsait rüsum olaraq ödənilmiş və bu bunu təsd iq edən sənəd əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 10. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; 112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə; 112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə; 112.2. İddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir.
11. Maddə 363.1.2. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa geri qaytarılır.
12. Maddə
364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
13. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
14. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
15. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində qərardad iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətini qeyri-mümkün sayarkən dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməməsinə istinad etmişdir.
20. Məhkəmə kollegiyası qeyd edilən əsasla apellyasiya şikayətinin qeyrimümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımında n əsaslı hesab edir. 21. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsi iddianın qiymətindən asılı olaraq ödənilməli olan dövlət rüsumunun məbləğini müəyyən etmiş, 8.6-cı maddədə isə apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun həddini göstərmişdir.
22. İşdən görünür ki, iddiaçılar tərəfindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrində qeyd edilən məbləğdə ödənilməmişdir.
23. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
24. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmuş dur.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı müqavilə üzrə mənzilin təhvil verilməsi ilə yanaşı 109.431,10 manat məbləğində pul tələbi də irəli sürmüşdür. Mülki Prossesual Məcəllənin 112-ci maddəsinin tələblərinə əsasən iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir, həmçinin iddianın qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsi verilərkən dövlət rüsumunun az miqdarda ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyindən asılı deyil və bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun miqdarının qanunvericiliyə uyğun ödənilməsini tələb et məkdə haqlı olmuşdur.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2025-ci il tarixli 2(103)-4867/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.