Məhkəmə qərarları › İş №2(102)-3026/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3026/2019

08.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3026/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli 2(103)12598/2018 saylı qətnaməsindən X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş № 2(010)-3875/2018) İddiaçı cavabdehlər X4, Cavabdeh2 və X2 qarşı istifadə hüququnun tanınmaqla mənzilə köçürülmə tə ləbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə X3 İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilərək İddiaçı N saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddiasının qismən təmin edilib onun yuxarıda göstərilən mənzilə köçürülməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. İşin halları: 08 iyun 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən yuxarıda göstərilən ünvanda yerləşən mənzil X3 mülkiyyətindədir. Həmin mənzildə mülkiyyətçi ilə yanaşı iddiaçı və digər cavabdehlər qeydiyyatdadırlar. 2018-ci ilin may ayında mülkiyyətçinin oğlu İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası Kamil Pənahovun Cavabdeh2 ilə ailə qurduqdan sonra onu mənzildən qovmasını əsas göstərməklə mənzildən istifadə hüququnun tanınması və ora köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh X4 qarşılıqlı iddia verərək oğlu İddiaçı 2006-cı ildən Suraxanı qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan evdə ailəsi ilə birlikdə yaşamasını əsas göstərməklə ona məxsus mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və bu zaman maddi hüquq norması kimi 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olmu ş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə istinad etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı tələb üzrə iddiaçı Kamil Pənahov kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, onun iddiasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında qarşılıqlı tələb üzrə iddiaçı Kamil Pənahov və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamış və ailədə baş vermiş münaqişə zəminində mənzildən getmək məcburiyyəti qarşısında qalmışdır. Kollegiya hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildə müəyyən müddət ərzində yaşamaması məcburi xarakter daşımaqla başqa daimi yaşayış yerinə köçməsi ilə bağlı olmamışdır. Ailə üzvünün Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş) 87-ci maddəsində müəyyən olunmuş əsaslar olmadan mənzildə müvəqqəti yaşamaması onun istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçı mübahisəli evdə atası olan mülkiyyətçinin ailə üzvü kimi yaşamış, mənzilə hüquq və vəzifələr əldə etmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar