Məhkəmə qərarları › İş №2(102)-3026/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3026/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3026/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)5244/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Axundov) iddia rədd edilmişdir Bakı Apellyasiya Məhkəməsi nin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)7830/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5244/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cəfərov X1 XXX Müzəffər oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “xxxx" ASC-nin Elmlər Filialındakı AZ63AZEG********************1 nömrəli hesabında saxlanılan 2749.61 avro məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tələb etdiyi məbləğ ounla arvadının birgə nikah d övründə qazandıqları pul vəsaiti olmuş, həmin məbləğ tərəflər arasında əmlak bölgüsünə dair məhkəmə qərarına əsasən keçmiş arvadından alınaraq ona verilməli idi. Arvadı vəsaitin izini itirmək üçün onu xarici ölkədə yaşayan oğlanlarının bank hesabına yerləşdirmişdir. Amma, əslində həmin vəsait oğlunun deyil, ona aid vəsaitdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında 2.749,61 Avro pulun ona məxsus olmasını təsdiq edən sübut olmaması əsası ilə iddiası rədd edilmiş, qətnamədə başqa bir əsaslandırma olmamışdır. Məhkəmə baxışı zamanı tərəf olaraq müvafiq sənədlərlə qeyd edilən pul vəsaitinin məhz ona məxsus olmasını sübut etmişdir. Belə ki, “xxxx” ASC-nin Elmlər filialının direktoru tərəfindən verilmiş xx.xx-2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlanmış müqavilə üzrə X7 etibarnamə əsasında fəaliyyət göstərmişdir. xx xxxx 2014-cü il tarixli etibanamə ilə Cavabdeh X5 etibarnamə vermişdir. Həmin etibarnamənin məzmunundan belə məlum olur ki, etibarnamə alanın bank orqanlarında hesablar üzərində sərəncam vermə səlahiyyəti qeyd edilmişdir. Həmin etibarnamədən istifadə edərək Cəfərova Zöhrə dəfələrlə bank əməliyatları aparmışdır. İş materiallarında olan “xxxx” ASC-nin Elmlər filialının direktoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür AZ63AZEG**********976500001 nömrəli hesab üzrə qalıq 2.749.61 Avro təşkil edir. Yasamal rayon məhkəməsinin xx.xx-2018-ci il tarixli 2(004)-4571/2018 saylı qəradadı ilə qeyd edilən pul vəsaiti üzərinə həbs qoyulmuşdur. “xxxx” tərəfindən verilmiş arayışa əsasən guya xx.xx-2018-ci il tarixdə XXXin banka pul köçürdüyünü qeyd edilmişdir. Lakin, həmin tarixdə XXX Azərbaycanda olmamışdır. İş materiallarında olan Cavabdeh xx.xx-2015-ci - xx.xx-2019-cu illəri əhatə edən hesabından çıxarışın elektron sənədlərinin 63-cü səhifəsindən belə məlum olur ki, 18.03 2018-ci il tarixdə ümumiyyətlə XXXin adına pul köçürməsi olmamışdır. Digər tərəfdən Apellyasiya instansiya məhkəməsində pul vəsaitinin X7 tərəfindən Cavabdeh hesabına qoyulmasını müəyyən etmək üçün “xxxx ”-a sorğu verilməsi barədə verdiyi vəsatət təmin edilməmişdir. İşin mahiyyəti üzrə düzgün həll edilməsi üçün məhkəmə tərəfindən qeyd edilən sorğu verilməli idi. Habelə, işin tam, hərtərəfli həll edilməsi üçün X7 üçüncü şəxs kimi prosesə cəlb edilməli idi. Birinci instansiya məhkəməsinə X3 prosesə cəlb edilməsi barədə verdiyi vəsatət əsassız olaraq rədd edilmişdir. Bu barədə apellyasiya şikayətində qeyd etmiş və məhkəmə prosesində eyni vəsatət tərəfindən verilsə də məhkəmə işin obyektiv araşdırılması istiqamətində lazımı tədbirlər görməmişdir. Prosessal məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı öz oğlu Cavabdeh qarşı və eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “xxxx" ASC-nin Elmlər Filialındakı AZ63AZEG********************1 nömrəli hesabında saxlanılan 2749.61 avro məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, oğlunun adına olan hesabdakı pul vəsai ti, keçmiş arvadının ümumi vəsaitdən çıxararaq oğlunun hesabına yatırdığı puldur. İddiaçı həmin tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün mötəbər sübutlar təqdim etməlidir. Çünki mübahisə, iddiaçı ilə arvadı arasındakı mübahisəyə aidiyyəti olmayan 3-cü şəxsin bank hesabında olan pul vəsaitindən gedir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşə baxan məhkəmələr aşığadkı sübutlara istinad edərək iddianı təmin etməmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-350/2019 saylı qərardadından görünür ki, X3 İddiaçı qarşı əmlak bölgüsü barədə ilkin iddia tələbi, İddiaçı X5 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə qarşılqlı iddia tələbi üzrə tərəflər arasında bağlanmış Barışıq Sazişi məhkəmə tərəfindən qəbul olunaraq təsdiq edilmiş və mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardada əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, XXX, ev 46-da yerləşən 58 saylı mənzil, “MİTSUBİSHİ ATTRAGE” minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşın, “xxxx” ASC-nin depozit hesabında olan 130000 ABŞ dolları və digər hesabda olan 5000 ABŞ dolları İddiaçı mülkiyyəti nə verilməsi, 88000 manat dəyəri olan “xxxx” MTK ilə cavabdeh X7 arasında Bakı şəhəri, xxxci məhəllədə inşa olunan yüksəkmərtəbəli yaşayış evinin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 88,9 kv.m olan 63 nömrəli olan mənzil X3 mülkiyyətinə verilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(005)350/2019 saylı xx xxxxxx 2019- cu il tarixli qərardadı ilə iddianın təmini tədbiri kimi X3 “xxxx” ASC-nin və Elmlər filialının (002777) AZ 76AZEG******************** hesablaşma üzrə hesabında qalıq 130000 ABŞ dolları, AZ65AZEG******************** hesablaşma hesabında qalıq 5000.96 ABŞ dolları və AZ38AZEG******************** saylı hesablaşma hesabındakı 216,67 ABŞ dolları pul vəsaitinin üzərinə qoyulmuş həbs ləğv edilməsi və həmin hesablardakı cəmi 135216,67 ABŞ dolları məbləğində pul vəsaitinin İd diaçı verilməsi, İddiaçı yaşadığı Bakı şəhəri, XXX mənzil 58-də yerləşən stollar, stul və mebel dəstinin isə cavabdeh X3 istifadəsinə verilməsi qərara alınmışdır. “xxxx” ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli məktublarından görünür ki, Cavabdeh, X4, X7 “xxxx” ASC-nin hesablaşma kassa xidmətindədirlər. Qeyd edilir ki, Cavabdeh AZ10AZEG410109440**********1, AZ26AZEG410208400**********1, AZ63AZEG410 209780**********1 saylı hesablaşma hesablarına AZ43AZEG******************** saylı kart hesablarına daxildir. AZ10AZEG410109440**********1 və AZ63AZEG******************** No-li hesablar üzrə qalıq 0.00 AZN/EUR təşkil edir. AZ26AZEG410208400**********1 No-li hesab üzrə qalıq 0.34 USD təşkil edir. AZ63AZEG******************** No-li hesab üzrə qalıq 2,749.61 EUR təş kil edir. X7 AZ49AZEG********************, AZ50AZEG********************, AZ65AZEG********************, AZ38AZEG********************, AZ76AZEG********************, AZ05AZEG******************** saylı hesablaşma aktlarına və AZ55AZEG******************** saylı kart hesablarına malikdir. “xxxx” ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli 06/1123 saylı cavab məktubundan görünür ki, Cavabdeh “xxxx” ASC-də olan AZ43AZEG******************** saylı hesaba xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə mədaxillər olmuşdur. xx.xx.2018-ci il tarixində müştərinin hesabına Cəfərov Xəyal tərəfindən 740 Avro mədaxil olmuşdur. xx.xx.2018-ci il tarixində isə hesab sahibi tərəfindən 2500 Avro mədaxil edilmişdir. İşin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə X3 birgə nikah dövründə əldə etdiyi əml akların bölgüsünün aparılmasına dair məhkəmə çəkişmələri olmuş və bu mübahisə barışıq sazişi ilə nəticələndiyi üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)350/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadı ilə barışıq sazişi təsdiq edilərək iddia icraatına xitam verilmişdir. Barışıq sazişinin şərtlərindən biri də 135.000 ABŞ dolları məbləğində pulun cavabdeh Zöhrə Cəfərovanın "xxxx" ASC-də olan hesablarından alınıb iddiaçıya verilməsi barədə olmuşdur. Məhkəmələr haqlı olarq ilk növbədə iddiaçının sübutetmə vəzifəsinin öhdəsindən gələ bilməməsi əsası ilə iddianı təmin etməmişlər. İddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi pul vəsaitinin ona məxsus olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı Cavabdeh “xxxx” ASC-nin Elmlər Filialındakı AZ43AZEG********************1 nömrəli hesabında saxlanılan 2.749,61 Avro məbləğində pulun məhz onun özünə məxsus olmasını təsdiq edən heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı keçmiş arvadı Zöhrə Cəfərovanın ona məxsus pul məbləğini etibarnamə əsasında oğlunun adına hesab açmaqla həmin hesaba qoyduğunu iddia edir və həmin pul məbləğinin ona məxsus olduğuna görə ona verilməsini tələ b edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının cavabdehin adına açılmış hesabdakı pulun çıxarılaraq ona verilməsinə dair iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə məhkəmələrin gəldiyi nəticə də əsaslıdır. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qal dırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Müəyyən edilmişdir ki, müqavilə əsasında hesab açılan vaxt Cavabdeh şəxsən iştirak etmiş və ilk dəfə hesaba 51 Avro pul mədaxil olunmuş, hesab açıldığı vaxtdan sonra müxtəlif dövrlərdə həmin hesaba pul qoyulub götürülmüş və hazırda həmin hesabda 2741 Avro məbləğində pul vardır. Hesabda hazırda mövcud olan pul məbləği sonuncu dəfə xx.xx.2018-ci il tarixdə X6 tərəfindən 740 avro, xx.xx.2018-ci il tarixdə isə Cavabdeh tərəfindən 2500 avro məbləğində mədaxil ed ilmişdir. Cavabdeh “xxxx” ASC-nin Elmlər Filialındakı AZ43AZEG********************1 nömrəli hesabında saxlanılan 2,749.61 Avro məbləğində pulun iddiaçıya məxsus pul vəsaiti olmasını təsdiq edən heç bir sübut yoxdur, həmçinin iş materialları ilə belə bir hal müəyyən edilmir. Məhkəmə Kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar