Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3026/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ləyaqətsiz vərəsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı ləyaqətsiz vərəsə hesab olunma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-393/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X23 xx.xx.1992-ci il tarixdə Samux rayonu Səfərəliyev qəsəbəsində anadan olmuşdur. X12, anası Cavabdeh1dır. X12 xx.xx.1999-cu il tarixdə ölmüşdür.
2. Samux Rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1995-ci il tarixli 13 saylı Sərəncamına əsasən X23 ata babası X4 qəyyumluğuna verilmişdir.
3. Samux Rayon İcra Hakimiyyəti Başçısının 22 mart 2002-ci il tarixli 41 saylı Sərəncamına əsasən X9 16 fevral 2002-ci ildə vəfat etdiyi üçün X14 əmisi X17 qəyyumluğuna verilmişdir.
4. Samux Rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 2003-cü il tarixli 83 saylı Sərəncamına əsasən X14 himayəçisi X17 ruhi xəstə olması nəzərə alınaraq, bibisi X11 qəyyumluğuna verilmişdir.
5. X23 xx.xx.2020-ci il tarixdə İİ X16 uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
6. X10 t ərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş tərcümeyi-halına əsasən “o, xx.xx.1992-ci ildə Xanlar rayon Səfərəliyev qəsəbəsində anadan olmuş, 1999-cu ildə Samux rayon 2 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2003-cü ildən təhsilini Gəncə şəhər 17 nömrəli məktəbdə davam etdirmiş, həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2010-cu ilin iyul ayının 2-də Samux Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2012-ci il yanvar ayının 13-də hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun X12 1966-cı ildə Samux rayonunda anadan olmuş, 1999-cu il dekabr ayının 23-də vəfat etmiş, Samux rayonunda dəfn olunub. Anası Cavabdeh1 1973-cü ildə Gəncə şəhərində anadan olub, 2000-ci ildə vəfat edib, Gəncə şəhərində dəfn olunub”.
7. X10 tərəfindən öz xətti ilə xx.xx.2020-ci il tarixdə yazılmış və imzalanmış əlyazmaya əsasən “mən, X23 xx.xx.1992-ci ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuşam, əgər mənə bir şey olarsa ödəniləcək təzminatın əmim oğlu X18 ödənilməsini tələb edirəm. Bütün mal varlığımı əmim oğlu X18 vəsiyyət edirəm. Sözlərimi imzamla təsdiq edirəm. Əmim oğlu Rövşəndən xahişim təzminatı qəbul etsin”.
8. X30, X25, X26, X8, X40, X31, X19 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunaraq, imzalanmış Akta əsasən, X23 2-ci Qarabağ - Vətən müharibəsində şəhid olmuşdur. xx.xx.2020-ci il tarixdə Samux şəhərində dəfn olunmuşdur. Mərhumun dəfn xərcini əmisi oğlu X30 dəfn olunana qədər çəkmişdir. Mərhum şəhid X7 yaşından anası tərəfindən atılaraq tək qalmışdır. Bir müddət babasının himayəsinə verilmiş, babası vəfat edəndən sonra əmisinə verilmiş və nəhayət xx.xx.2003-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən bibisi İddiaçı1 qəyyumluğuna verilmişdir. Yetkinlik yaşına çatana qədər bibisi ona baxmışdır.
9. Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux Şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 325 nömrəli arayışına əsasən, X10 xx.xx.2020-ci il tarixdə “44 günlük Vətən Müharibəsində” qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Mərhum şəhid xx.xx.1992-ci il tarixdə Samux rayon Samux şəhərində (keçmiş Nəbiağalı qəsəbəsi) anadan olmuşdur. Mərhum 6 aylığında olarkən atası mərhum X29 həbs olunmuş və həbsdə olarkən vəfat etmişdir. Mərhumun anası Cavabdeh1 mərhum oğlunu uşaq olarkən həqiqətən atıb getmişdir. Anası uşağını atıb gedəndən sonra ona mərhum babası X32 baxmış və himayə etm işdir. Həmin müddətdə bibisi İddiaçı1 uşağın qayğısına qalmış və baxmışdır. Babası vəfat edəndən sonra bibisi İddiaçı1 xx.xx.2003-cü il tarixdə onu qəyyumluğa götürərək, ona baxıb qulluq göstərmişdir. Mərhuma yetkinlik yaşına qədər bibisi İddiaçı1 baxmışdır.
10. X5 əmisi oğlu X27 cavabdehlər Cavabdeh1 və İddiaçı1 qarşı “miras qalmış əmlakdan məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə dair iddia qaldırmış, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Cavabdeh1 mərhum X13 miras qalmış əmlaka münasibətdə məcburi pay almaq hüququndan məhrum edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-c i il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2024/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı1 (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və özünün X2 vərəsəsi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qardaşı oğlu şəhid Pərviz Rüstəmov hələ 2 aylıq olanda, 1992-ci ilin noyabr ayında X12 anasının qar daşını qətlə yetirdiyi üçün həbs edilmiş, anası cavabdeh isə Pərviz Rüstəmovu saxlamaqdan imtina edib öz valideynlərinin yanına köçüb getmişdir. Dəfələrlə onlar cavabdehdən uşağına sahib çıxmasını, onu yanında saxlayaraq böyütməsini xahiş etmişlər. Cavabdeh “o, uşaq mənim düşmənimin uşağıdır”-deyib Pərvizdən qəti olaraq imtina etmişdir. Hətta Pərviz bir az böyüdükdən sonra anası ilə görüşmək üçün yanına gedəndə, cavabdeh onu qovmuşdur. Pərvizin vəfatından sonra da cavabdeh heç onun yas mərasimlərində də iştirak etməmişdir. Pərvizin X12 13 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. X47 Rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1995-ci il tarixli sərəncamı ilə babası X6 qəyyumluğuna verilmiş, babasının vəfatından sonra 22 mart 2002-ci ildə əmisi X17 qəyyumluğuna verilmiş, X17 ruhi xəstəliyi i lə əlaqədar olaraq X47 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli sərəncamı ilə bibisinin, yəni iddiaçının qəyyumluğuna verilmişdir. Həmin vaxtdan da Pərviz Rüstəmov onun yanında böyümüş, onun bütün ehtiyaclarını ödəmiş və qayğısına qalmışdır. O, şəhidə ödənilən pul məbləğini götürərək Pərvizin xatirəsini əbədiləşdirmək üçün işlər gördürmək istəmişdir. Cavabdeh qeyri-qanuni hərəkətlərinə görə ləyaqətsiz vərəsə hesab edilməli, Pərviz Rüstəmovun vərəsəsi kimi o tanınmalıdır.
14. Məhkəmənin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, cavabdehin hazırda məqsədi özünü şəhid anası kimi təqdim edib ona çatası bütün imtiyazları və gəlirləri əldə etməkdir. Halbuki, cavabdehin mərhum Pərvizin üzərində heç bir haqqı olmamışdır. Bu işlə rin arxasında əslində başqa şəxs dayanmış və həmin şəxs cavabdeh ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Məqsədləri şəhidin pulunu ələ keçirmək olmuşdur. Hazırda cavabdeh istisna olmaqla mərhum Pərvizin 1, 2, 3-cü dərəcəli vərəsəsi olmamışdır. 4-cü növbə vərəsəsi kimi isə yalnız o özüdür. Digər vərəsələr, yəni onun qardaşları Pərvizin vəfatından öncə ölmüşlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, qardaşının ölümündən və ərinin həbs olunmasından sonra öz anasının təkidi ilə məcburən 2 aylığında Pərvizi qayınatasına verib gəlin köçdüyü evi tərk etmişdir. Keçmiş həyat yoldaşının ata-anasına ailələrində qan davası düşdüyündən Pərvizi baxmaları üçün vermiş, Pərvizlə 18 yaşına kimi maraqlanmamış və onunla heç bir əlaqə yaratmamışdır. Buna onun anası imkan verməmişdir. Lakin Pərviz yetkinlik yaşına çatdıqdan sonra hərbidə müddətdən artıq hərbi qulluqçu qismində işləmiş, həmin müddətdə oğlu ilə arasında telefon danışıqları olmuşdur. Bundan sonra Pərvizin xx.xx.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar nəticəsində partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində şəhid olduğundan xəbər tutmuş, lakin onun dəfn mərasimində iştirak edə bilməmişdir.
16. Məhkəmə iclasında iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, ünvan 1 ünvanında yaşamış və iddiaçı ilə qonşu olmuşdur. Onunla münasibətləri daima yaxşı olmuşdur. X37 iddiaçının qardaşı oğlu olmuş və xx.xx.2020-ci ildə 44 günl ük Vətən müharibəsində şəhid olmuşdur. X37 təxminən 11-12 yaşına kimi babası və nənəsi ilə birlikdə Samux rayonunda yaşamışdır. Onlar öldükdən sonra isə bibisi iddiaçının qəyyumluğuna verilmiş, onun yanında qalmış və saxlanılması ilə bibisi məşğul olmağa başlamışdır. Rüstəmov Pərviz bibisigildə yaşadığı müddət ərzində anası cavabdehin həmin ünvana gəldiyini və onunla maraqlandığını heç vaxt görməmiş, bibisi daima uşağın anası barədə şikayətlənmiş, uşaqla maraqlanmadığını dəfələrlə onun və digər qonşuların yanında demişdir.
17. Digər şahid X22 ifadəsində bildirmişdir ki, Samux şəhəri Cümə məscidinin imamı olmuşdur. X2 körpə vaxtından indiyədək həyatında baş verən hadisələr barəsində onun da məlumatı olmuşdur. X2 xx.xx.2020-ci il tarixdə şəhid olmasına dair ilkin məlumat Samux Rayon İcra hak imiyyətinə və Cümə məscidinin axundu kimi ona bildirilmişdir. Şəhid ilk olaraq əmisi oğlu Ramingilin evinə gətirilmiş və oradan götürülmüşdür. Dəfn mərasimində şəhidin anası olduğu ona bildirilmiş və o, Pərvizin dəfn mərasimində anasının da iştirak etməsi üçün dəfn mərasimini Samux Rayon İcra Hakimiyyətinə məlumat verərək bir saat müddətinə yubatmışdır. Lakin həmin mərasimdə olan şəhidin qohumları bu mərasimdə Pərvizin anasının iştirak etməyəcəyini və onun, mərhum X20 doğulmasının iki aylığında tərk etdiyini və onunla indiyədək maraqlanmadığını bildirmişlər. Lakin o, bu məsələyə çox həssas yanaşaraq təkidlə şəhidin anasına məxsus mobil nömrəyə zəng edilməsini xahiş etmişdir. Bundan sonra Pərvizin anasına məxsus mobil nömrəyə zəng edilmiş və o, şəxsən cavabdehə oğlu Pərvizin xx.xx.2020-ci i l tarixdə şəhid olmasına dair məlumat vermiş, bu səbəbdən də dəfn mərasiminin təşkil olunduğunu, həmin mərasimdə onun iştirak etməsi məqsədilə mərasimin bir saat müddətinə ləngidildiyini bildirmişdir. Cavabdeh ona cavab olaraq həmin dəfn mərasimində qətiyyən iştirak etməyəcəyini və onun iştirakı olmadan mərasimin keçirilməsini demişdir. Sonra mərasim keçirilmiş və X10 dəfn edilmişdir. Həmin vaxt hətta mərasimdə iştirak edən digər şəhid ailələri ilə söhbət edən zaman şəhid Elvin Məmmədzadənin atası ona bildirmişdir ki, şəhid Pərviz Rüstəmovla onun oğlu hərbi hissədə bir bölükdə qulluq etmişlər. X48 atasına Pərviz Rüstəmovun körpə vaxtından başına gələn bədbəxt hadisələr barəsində məlumat vermişdir. Məlumatda hətta o da bildirilmişdir ki, Pərviz hərbi hissədə qulluq etdiyi dövr ərzində anası na dəfələrlə zəng etmiş, lakin anası israrla ona bir daha zəng edərək onu narahat etməməsini deyərək, Pərviz Rüstəmova məxsus mobil nömrələri bloka atmışdır.
18. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-64/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilərək, cavabdehin X2 ləyaqətsiz vərəsəsi hesab edilməklə ondan miras qalmış əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, iddiaçının 15 oktyabr 2020-ci il tarixdə vəfat etmiş (şəhid olmuş) X2 qanun üzrə 4-cü növbəli vərəsəsi tanınması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə qarşı “ləyaqətsiz vərəsə tanınma” tələbinə dair hazırkı iddia ərizəsinə baxılarkən, ilk öncə iddia çının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmadığı müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. X37 iddiaçının qardaşı oğlu olmaqla yetkinlik yaşına çatmadığı dövrdə onun qəyyumluğunda olmuşdur. Cavabdehə qarşı hazırkı iddia tələbi təmin olunacağı halda isə X37un 1-3-cü növbəli vərəsələri olmadığından onun bibisi kimi qanun üzrə 4-cü növbəli yeganə vərəsəsi olmuşdur. Belə olan halda, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur.
20. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri, tədqiq olunmuş sənədlərlə yanaşı cavabdehin özünün də izahatı ilə müəyyən edilmiş dir ki, o, X37un anası olsa da, oğlu hələ körpə ikən onu tərk etmiş, onun böyüməsində, təlim-tərbiyəsində iştirak etməmiş, onunla maraqlanmamış (hətta Pərviz şəhid olduqdan sonra onun dəfnində və yas mərasimlərində iştirak etməmiş), bir sözlə, Pərviz Rüstəmov üzərində qanunla müəyyən edilmiş valideynlik vəzifələrini icra etməmişdir. Cavabdeh mərhum oğlu Pərviz Rüstəmovla sonuncunun yetkinlik yaşına çatmasından sonra münasibətlərinin bərpa olunması və bir-biriləri ilə əlaqə yaratmalarına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
21. Məhkəmənin qənaətinə görə, cavabdeh mərhum oğlu Pərviz Rüstəmovu hələ körpə ikən (2 aylığında) atıb getməklə və onu saxlamamaqla sonuncunu ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, öz valideynl əri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması və s. hüquqlarından məhrum etmişdir. Cavabdeh belə hərəkətləri (hərəkətsizliyi) ilə həm də uşağına münasibətdə öz vəzifələrini uşağını saxlamaq, onu tərbiyə etmək, uşağının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşımaq, onu ümumi təhsil almasını təmin etmək kimi vəzifələrini yerinə yetirməmişdir. Bu isə öz növbəsində hazırkı vəziyyət üçün müvafiq hüquqi nəticə doğurmuşdur.
22. Beləliklə, cavabdeh mərhum şəhid Pərviz Rüstəmovun birinci növbə vərəsəsi hesab edilsə də, məhkəmə tərəfindən onun X37 üzərində valideynlik vəzifələrini yerinə yetirmədiyi müəyyən edildiyindən, Mülki Məcəllənin 1138-ci maddəsinə əsasən Pərviz Rüstəmovun q anun üzrə vərəsəsi ola bilməz və vərəsə kimi vərəsəlik hüququndan məhrum edilməlidir.
23. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1137, 1138, 1145, 1151, 1159, 1193, 1196, 1203-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49, 50, 58, 75-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, mərhum oğlu Pərviz Rüstəmov körpə olan vaxt məcburiyyət qarşısında qalaraq yaşadığı evdən qovulsa da, böyüdükdən sonra daim onunla əlaqə saxlamış və münasibətləri yaxşı olmuşdur. Yəni bir ana-bala kimi bir-birilərinin qayğısına qalmış, problemlərinin həllinə köməklik göstərmişlər. Sonuncu dəfə vətən müharibəsinə getməzdən əvvəl onunla bir yerdə olmuşdur. Hazırda ona şəhid ailəsi statusu verilmişdir. Lakin oğlunun şəhid olmasından bir müddət sonra oğlu tərəfindən əmisi oğlu X28 məhkəməyə guya oğlunun xx.xx.2020-ci il tarixdə (Vətən müharibəsi başlanmasından təxminən 3 ay əvvəl) əlyazma ilə yazılmış ev vəsiyyətnaməsi təqdim edərək onun məcburi pay almaq hüququndan məhrum edilməsini xahiş etmişdir. Qəti əmindir ki, oğlu heç vaxt belə əlyazma yazmamış, əmlakını cavabdehə vəsiyyət etməmi şdir. Əgər doğrudan da oğlu əmlakını cavabdehə vəsiyyət etmiş olsaydı onda bundan xəbəri olardı. Oğlunun bibisi, yəni iddiaçı heç bir imtiyaz və subyektiv hüququ olmadığı halda hazırkı iddianı qaldırmış, məhkəmə də qanunsuz və əsassız olaraq iddianı təmin etmişdir. Həmçinin oğlunun əmisi oğlunun qaldırdığı iddia üzrə çıxarılmış yekun məhkəmə qətnaməsində iddiaçıya münasibətdə qeyd edilmişdir ki, o, vərəsə hesab edilə bilməz.
26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-393/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Aygül İsgəndərova) apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, yeni qət namə çıxarılmaqla iddia təmin edilməmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1138-ci maddəsinin dispozisiya şərtlərini düzgün təfsir etməmiş, qeyd edilən normaya əsasən cavabdehi vərəsəlik hüququndan məhrum etməkdə haqlı olmamışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün onun valideynlik hüququndan mərhum edilməsi ilə bağlı və ya oğlu mərhum X1 üzrə öhdəsinə qoyulmuş vəzifələrdən boyun qaçırması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmalı idi. İş materialları ilə bu halların mövcudluğu təsdiq olunmamışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş X37a aid qeyd dəftərlərdən də görünmüşdür ki, o, müddətdən a rtıq hərbi xidmət etdiyi dövrdə anası ilə münasibətlərini bərpa etmiş, onlar vaxtaşırı əlaqə saxlamışlar. Bu isə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi cavabdehin mərhum oğlu ilə ümumiyyətlə heç bir münasibətinin olmadığı qənaətinə gəlməyə əsas verməmişdir.
30. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1137, 1138, 1139, 1145, 1151, 1159, 1160, 1243-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64, 65.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri
31. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin valideynlik hüquqlarından məhrum edilmədiyi işin mübahisəsiz halı olmuşdur. Lakin nəzərə alınmalı idi ki, cavabdeh miras qoyanın saxlanılması üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti sürətdə boyun qaçırmışdır. Məhkəmə Mülki Məcəllənin 1138-ci maddəsində qeyd olunmuş bu halın subyektini miras qoyanı saxlamaq üçün aliment ödəməli olan şəxs kimi müəyyən etmiş və cavabdehdən aliment tutulması ilə bağlı məhkəmə qətnaməsinin olmamasını əsas gətirərək sonuncuya münasibətdə həmin maddə ilə nəzərdə tutulmuş əsasların olmadığı qənaətinə gəlmişd ir. Nəzərə alınmalı idi ki, hazırkı mübahisəyə münasibətdə miras qoyan Pərviz Rüstəmov, onu saxlamaq vəzifəsi olan şəxs isə ana Cavabdeh1dır. Qanunverici uşaqların saxlanılması dedikdə yalnızca onların maddi ehtiyaclarının ödənilməsini nəzərdə tutmamışdır. Mövcud mübahisəyə münasibətdə iş materiallarından və cavabdehin məhkəmədə verdiyi ifadələrdən də məlum olmuşdur ki, mərhum P.Rüstəmovun anası cavabdehin onun nə maddi, nə də mənəvi ehtiyaclarını ödəməmiş, P.Rüstəmov 2 aylıq olarkən onu saxlamaqdan imtina edərək öz valideynlərinin yanına getmiş, onunla maraqlanmamış, P.Rüstəmov dəfələrlə istəsə də, onunla görüşməkdən imtina etmiş, hətta dəfninə belə gəlməkdən boyun qaçırmışdır (cavabdeh dəfndə iştirak etməməsini müalicə müəssisəsində olması ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə hə r hansı sübut təqdim edə bilməmişdir). Odur ki, məhkəmə Mülki Məcəllənin 1138-ci maddəsinə əsasən cavabdehi mərhum oğlu P.Rüstəmova münasibətdə miras qoyanın saxlanılması üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti sürətdə boyun qaçırdığına görə vərəsə ola bilməyən valideyn (ləyaqətsiz vərəsə) hesab etməli olduğu halda, bunu etməmiş, maddənin tələblərini yanlış şərh edərək nəticədə iddiaçının hüquqlarının kobud sürətdə pozulması ilə nəticələnən qanunsuz məhkəmə qətnaməsi qəbul etmişdir.
33. Kollegiya cavabdeh tərəfindən təqdim edilmiş qeyd dəftərlərinə münasibətdə mərhum P.Rüstəmovun müddətdən artıq hərbi xidmət etdiyi dövrdə anası ilə münasibətləri bərpa etdiyi və onların vaxtaşırı əlaqə saxladığı qənaətinə gəlmişdir. Halbuki, sözügedən qeyd dəftərləri lazımınca tədqiq edilməmiş, öyrənilmə miş və qeyd dəftərlərində yazılanlara diqqət yetirilməmişdir. Belə ki, qeyd dəftərlərində yazılanlar göstərmişdir ki, həmin dəftərlər P.Rüstəmovun müddətdən artıq hərbi xidmət etdiyi dövrə deyil, hərbi xidmət etdiyi dövrə aid olmuşdur. Eləcə də, qeyd dəftərlərində P.Rüstəmovun anası üçün darıxması, anasını görmək istəməsi ilə bağlı qeydlər olsa da, məhz P.Rüstəmovun anası ilə görüşməsi və ya onların əlaqələrinin bərpa edilməsi ilə bağlı hər hansı sübut olmamışdır. Eyni zamanda, qeyd dəftərlərində olan yazıların bir neçə xətt ilə yazılması və həmin dəftərlərin apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilməsi dəftərlərin və dəftərdə olan yazıların P.Rüstəmova aid olmasını şübhə altına almışdır. Təsadüfi deyildir ki, ana şeri olan qeyd dəftərinin ilk səhifəsində 2010-cu il qeyd olunmuş, hə min tarixdə P.Rüstəmov həqiqi hərbi xidmətdə olmuş və 2018-ci ildə müddətdən artıq hərbi xidmətə qəbulla bağlı təqdim etdiyi (iş materiallarına əlavə edilmişdir) tərcümeyi-halında anası ilə bağlı hissədə onun vəfat etdiyini qeyd etmişdir. Sadalananlar əslində P.Rüstəmovun həqiqətən anası üçün darıxdığını, onunla görüşmək istədiyini, lakin cavabdehin oğluna qarşı adekvat olmayan münasibətindən dolayı onların hər hansı əlaqələrinin olmadığını, hətta P.Rüstəmovun anasını ölmüş kimi qəbul etdiyini sübuta yetirmişdir. Digər tərəfdən, cavabdeh məhkəmədə P.Rüstəmovla tez-tez telefon əlaqəsini saxladığını bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə cavabdehin mərhum oğlu ilə vaxtaşırı əlaqə saxladığı qənaətinə gəlmişdir.
34. Kassator şikayətini Azərb aycan Respublikası Mülki Məcəlləsinin 1138-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
38. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə mira s qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
39. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
40. Maddə 1138. Valideynlik hüquqlarından mərhum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
41. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
42. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
43. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
44. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğ ulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
45. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmazsa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassasiya şikayətinin dəlillərində qeyd edilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.
56. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlillərinə münasibətdə isə Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifələrinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Eyni zamanda, həmin Məcəllənin 407.2ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Beləliklə, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-393/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.