Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3028/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiy a instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 aprel 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən P.Hüseynov, iş 2(006)-1804/2016) iddianın qismən təmin edilməsi, 03 sentyabr 2012-ci il tarixli DLM267 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 9011 manat, dəbbə pulu 200 manat, cəmi 9211 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 30 manatın 15 manatının iddiaçı «xxxx” MMC-yə aid edilməsi, 15 manatının isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərə k qaydada alınaraq iddiaçı “xxxx" MMC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və N.Cəfərov, iş № 2(103)-1054/2018) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmişapelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 aprel 2016-cı il tarixli qətnaməsi “əsas borc üzrə 9011 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi” hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməli olan əsas borc məbləği 8120 (səkkiz min yüz iyirmi manat) manat müəyyən edilməsi, qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 195 manatın 100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 95 manatı “xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası m əhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2012-ci il tarixli DLM267 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə, hə min müqaviləyə 1 nömrəli və 2 nömrəli əlavəyə görə, Lizinq verən dəyəri 63000 manat olan lizinq obyekti - «Shantul SL50 » markalı Frontal yükləyici öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi və lizinq ödənişini 36 ay müddətinə illik 21% hesablanmaqla ödəməyi öhdəsinə götürür, lizinq alan bu müqavilə üzrə xərcləri ödəmək məqsədi ilə lizinq verənə 300 manat məbləğində birdəfəlik mükafat ödəyir; -03 sentyabr 2012-ci il tarixli ZM267 nömrəli zaminlik müqaviləsinə görə, Cavabdeh1 03 sentyabr 2012-ci il tarixli DLM267 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə borclu Cavabdeh2 kreditor «xxxx" MMC qarşısında götürdüy ü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti Cavabdeh2 ilə birgə öz üzərinə götürmüşdür; -25.09.2012-ci il tarixli TH seriyalı 021353 saylı qeydiyyat şəhadətnaməsinə görə, «Shantui SL50 » markalı Frontal yükləyicinin mülkiyyətçisi «xxxx" MMC-dir; -maliyyə arayışına görə, 03 sentyabr 2012-ci il tarixli DLM267 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh2 «xxxx" MMC- yə 25532 manat əsas borc, 17298 manat faiz borcu, 5891 manat dəbbə pulu, cəmi 48720 jnat ödəmiş, hazırda onun həmin müqavilə üzrə 9011 manat əsas borc. 11381 manat dəbbə borcu, cəmi 20392 manat borcu vardır; -05 yanvar 2015-ci, 05 noyabr 2015-ci il tarixli məktuba görə, cavabdehlər daxili maliyyə lizinqi üzrə öhdəliklərini yerinə yetirmədikləri üçün yaranmı borcun ödənilməsi, əks halda, məhkəməyə müraciə t olunacağı barədə “xxxx” MMC tərəfindən xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2018-ci il tarixli, 16896 saylı ekspert rəyinə əsasən, Cavabdeh2 “xxxx” MMC-yə olan borcu 05 dekabr 2014-cü il tarixə 8120 manat, 28 yanvar 2016-cı il tarixə 20493,34 manat. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 7481.12-ci maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olm aqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Cav abdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinin əsası kimi həmçinin ona istinad etmişdir ki, “...Təxminən 1 ildən çox müddətdə ödəniş qrafikinə uyğun olaraq öhdəliyi yerinə yetirmiş və müəyyyən səbəbdən Shantui markalı yükləyicini digər şəxsə vermək qərarına gəldik. Bunun üçün "xxxx" MMCnin rəhbərliyi ilə görü şmüş və 3-cü şəxsin iştirakı ilə belə razılığa gəlmişik ki, Shantui markalı yükləyicini yeni qəbul edən şəxs müqavilə üzrə qalan ödənişi iddiaçıya verəcək. Biz yükləyicini iddiaçının rəhbərliyinin iştirakı ilə yeni sahibinə verərkən lizinq təşkilatına heç bir borcun olmaması və bu anlaşmanı qarşılıqlı razılıq əsasında bağlamışıq.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...cavabdeh həmin müddətədək yaranmış lizinq ödənişlərinin ödənilməsi və nəqliyyat vasitəsinin təhvil verildiyi ana hər hansı borcunun olmaması, olan borcun güzəşt edilməsi və ümumiyyətlə yaranmış öhdə liyə xitam verilməsinə dair hər hansı sübuta istinad etmir. Məhkəmə araşdırılması zamanı da nəqliyyat vasitəsinin təhvil verilən anına cavabdeh tərəfin borcunun olmamasına dair hər hansı sübutun mövcudluğu müəyyən olunmamışdır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq n ormaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3028/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3028/2019
03.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver