Məhkəmə qərarları › İş №2(102)-3029/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3029/2023

05.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3029/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(104)-737/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 2005-ci ildə faktiki, 01 dekabr 2009-cu ildə isə rəsmi nikaha daxil olmuşdur.

2. Birgə nikahdan 06 aprel 2006-cı il təvəllüdlü X3 anadan olmuşdur.

3. Bərdə Rayon Məhkəməsinin 2(021)-605/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə etdikləri əmlakın natura şəkilində bərabər bölünməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Bərdə rayonu, Mollaisalar kəndində nikah dövründə tikdirərək hazırda yaşadığı evdən istifadə hüququnun tanınmaqla cavabdehin qanuna zidd hərəkətlərinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, o, birgə nikah dövründə sözügedən ünvanda ev tikmişdir. Halhazırda həmin evdə yaşayır. Cavabdeh orada yaşamağına imkan vermir, hətta mediasiya şurasına müraciət etmişdir. Cavabdeh gəlməmiş, ona görə də mediasiyada baxılması mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli, **********5 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, X1 adına Bərdə rayonu Mollaisalar kəndində 47.2 kv.m sahəsi olan ev 0.1 ha torpaq sahəsi qeydiyyata alınmışdır.

8. Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(021)-3180/2022 saylı qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli evdə yaşayır və istifadə etməklə hər hansısa bir hüququ pozulmamış, məhkəmə mübahisəsi predmeti mövcud deyildir. Bundan başqa mübahisəli ev iddiaçının keçmiş ərinin deyil, baldızı X2 mülkiyyətindədir və evin mülkiyyətçisi ilə hazırki iş üzrə iddiaçı arasında hər hansısa bir notarial qaydada təsdiq edilmiş müqavilə mövcud deyildir. Bu səbəbdən iddia tələbinin mübahisəli evə istifadə hüququnun tanınması hissəsində təmin edilə bilməz. Bundan başqa iddia tələbin in cavabdehin qanuna zidd hərəkətlərinin qadağan edilməsinə aid hissədə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəsini də sübut edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 228.1, 228.2, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəllənin 30-cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq, qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən evin işıq, qa z sayğacları və internet xətti sabiq həyat yoldaşı Cavabdeh adına olsa da, ev onun Cavabdeh ilə boşanmasından sonra qanunsuz olaraq cavabdehin bacısının adına mülk kimi qeydə alınmışdır. İddiaçı 10 il həmin evdə yaşamış və hazırda da orada yaşayır. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin halları nəzərə almamışdır.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, bildirmişdir ki, iddiaçının birgə nikah dövründə əldə etdiklərini iddia etdiyi Bərdə rayonu Mollaisalar kəndində yerləşən 0,10 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi onun bacısı Xatirəyə məxsusdur. Bacısı əvvəllər həmin evi müvəqqəti yaşamaq üçün ona vermişdir. Ona görə də şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətna məsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-737/2023 nömrəli iş üzrə 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi barəsində X2 adına aparılmış qeydiyyatın həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan və bu məsələ (qeydiyyatın həqiqi olub-olmaması məsələsi) ha zırki məhkəmə araşdırmalarının predmeti olmadığından hazırki vəziyyətdə iddiaçı mülkiyyətçinin ailə üzvü sayılmır və onun həmin evdən istifadə hüququ tanına bilməz. Buna görə də, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 140, 152.1 və 152.5-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 vı 30.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. Maddə 139.2. Daşınar əmlak a hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

22. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşy aya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsi ndə birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı

28. Yaşayış sahəsini n mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsin in 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarı

30. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət S hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qayda lara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İşdən görünür ki, iddiaçı Cavabdehla faktiki, xx.xx.2019-cu il tarixdə isə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. İddiaçı hazırda yaşadığı evin onların birgə nikahı müddətində tikilmiş ev olmasına əsaslanmaqla mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir.

40. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi 28.10.22-ci il tarixdən cavabdehin bacısı X1 mülkiyyətindədir. Evin kommunal xidmət müqavilələrinin iddiaçının keçmiş həyat yoldaşının adına olması onun həmin evə istiafdə hüqunun müəyyən edilməsi əsas kimi qəbul edilə bilməz. Çü nki göstərildiyi kimi artıq ev iddiaçı ilə ailə hüquq münasibətləri olmayan digər şəxsin mülkiyyətindədir. Həmin şəxslə iddiaçı arasında istifadə hüququnun müəyyən edilməsi ilə bağlı müqavilə mövcud deyil, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyil.

41. Məhkəmələr eyni zamanda qeyd etmişlər ki, İddiaçı ayrıcı icraatda mübahisələndirilən evin birgə nikah müddətində əldə olunmuş əmlak kimi bölünməsini tələb etmiş, lakin onun iddiası təmin olunmamışdır, qətnamə qanuni qüvvədədir. İddiaçı məhz eyni əsasla mübahisəli mənzil üzərində istifadə hüququnun tanınmalı olmasını tələb edir.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik ol an apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr yuxarıda göstərilən qaydada əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-737/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar