Məhkəmə qərarları › İş №2(102)-3030/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3030/2021

27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3030/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 Cavabdeh2 qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3030/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı: İddiaçı1 və vəkili X2, Cavabdeh: Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)367/2020 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və torpaq sahəsinin sərhədləri müəyyən edilməklə həmin torpaq sahəsində cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gədəbəy Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.S.Kazımov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının, həmin kənddə yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi isə Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinə yerində baxış keçirilib, mütəxəssis rəyinə, yerli baxışın nəticələrinə əsasən ortofoto və DMG faylları və faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilib. Belə olan halda iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin onun tərəfindən mübahisələndirilən torpaq sahəsi olub-olmadığını müəyyən etmək mümkün deyil. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə Cavabdeh2 münasibətdə qismən təmin edilərək, sonuncunun iddiaçıya məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 0,1068 ha hissəsindən çıxarılması və onun tərəfindən iddiaçının özünə məxsus torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələrə son qoyulması, qalan hissədə və Cavabdeh1 münasibə tdə iddianın rədd olunması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən Cavabdeh1 məxsus olan 0,12 ha torpaq sahəsi ilə İddiaçı1 məxsus olan 0,15 ha torpaq sahəsi hüquq müəyyənedici və texniki sənədlərə görə üst-üstə düşmür. İddiaçı1 məxsus olan 0,15 ha torpaq sahəsinin təqribən 66,3 kv.metr hissəsində Cavabdeh2 tərəfindən tikili inşa edilib. Bununla da, İddiaçı1 torpaq sahəsindən istifadə etməsinə Cavabdeh2 tərəfindən maneə yaradılır. Eyni zamanda İddiaçı1 məxsus olan 0,15 ha torpaq sahəsinin 0,1068 ha hissəsi Cavabdeh2 tərəfindən tutularaq əkin sahəsi kimi istifadə olunur. Qeyd olunan hallar X1 ekspert rəyləri ilə təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmiş 0,1068 ha torpaq sahəsinin təqribən 66,3 kv.metr hissəsində inşa edilmiş tikiliyə münasibətdə qeyd edib ki, bu hal iş üzrə ekspertiza tədqiqatı zamanı aşkar olunsa da, İddiaçı1 iddia tələbində tikilinin sökülməsi tələbi olmadığından və iddia tələbinin əsasını Cavabdeh2 torpaq sahəsindən çıxarılması təşkil etdiyindən sonuncunun həmin tikilidən çıxarılması halı iddia tələbindən kənara çıxma kimi qiymətləndiriləcək ki, bu da Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə yolverilməzdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir və sonuncu tərəfindən İddiaçı1 məxsus torpaq sahəsinə hər hansı müdaxilə olmayıb. Ona görə də iddia Cavabdeh2 münasibətdə qismən təmin, Cavabdeh1 münasibətdə isə rəd d edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsinə icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı1 və vəkili Anar Abdullayev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Re spublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş mater iallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kasasiya şikayətinin xahiş edirəm hissəsində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsini xahiş etsə də, əslində qətnaməni özünə aid olan hissədə, yəni iddianın təmin olunan hissəsində mübahisələndirib. Ona görə də qətnamənin əsaslığılı Cavabdeh2 kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, Gədəbəy rayon AİK-nın 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarına əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əntiqə Mehtiyeva və Ramin Abdullayevin birgə mülkiyyətinə verilib və 02 may 2001-ci il tarixli, JN-268 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. 11 may 2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X5 rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddia çı1 satıb və sonuncunun, satın aldığı torpaq sahəsinin bölgü eskizi 05 avqust 2011-ci il tarixdə notarial qaydada təsdiq edilib. Bundan sonra 23 avqust 2011-ci il tarixli Çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınıb. Eyni zamanda, 17 aprel 2001-ci il tarixli, JN-268 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və Gədəbəy rayon Dövlət Notariat Kontorunun 25 may 2011-ci il tarixli bölgü eskizi əsas tutulmaqla Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Əntiqə Mehdiyevanın adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib. 22 dekabr 2017-ci il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Əntiqə Mehtiyeva və Ramin Abdullayevin adlarına qeydə alınıb. Hazırda iddiaçı, xüsusi mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən Cavabdeh2 çıxarılmasını, həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə torpaq sahəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılmasını iddia edir. Cavabdeh2 isə iddiaçıya məxsus torpaq sahəsini tutmadığını, özünə aid olan torpaq sahəsindən istifadə etdiyini, həmin torpaq sahəsinə dair mülkiyyət hüququ barədə Çıxarış aldığını göstərib, iddiaya etiraz edir. Cavabdeh2 birinci instansiya məhkəməsində izahat verərkən də özünə məxsus olan torpaq sahəsindən istifadə etdiyini göstərərək iddia ilə razılaşmayıb. Cavabdeh2 apelyasiya instansiyası məhkəməsində iştirak etməyib. Cav abdeh2 kasasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əntiqə Mehtiyeva və X6 rayonu, Slavyanka kəndində yerləşən 0,27 ha torpaq sahəsinin 0,25 ha hissəsini notarial qaydada təsdiq edilmiş 19 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 4.000 manata Cavabdeh2 satıb. 19 dekabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş bölgü sazişinə əsasən 0,27 ha torpaq sahəsinin naturada bölgüsü aparılıb və həmin torpaq sahəsində Əntiqə Mehtiyevanın payı 0,02 ha hissədə, Cavabdeh2 payı 0,25 ha hissədə müəyyən edilib. Əntiqə Mehtiyeva isə birinci instansiya məhkəməsində izahat verərkən göstərib ki, İddiaçı1 torpaq sahəsini 10 il bundan əvvəl satıb və sonuncu torpaq sahəsinin ətrafına metal tor çəkib, lakin torpaq sahəsinin sərhədlərini müəyyən etməklə onun ətrafına d aş hasar çəkməyib. Əntiqə Mehtiyeva apelyasiya instansiyası məhkəməsində iştirak etməyib. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏK və Ünvanlar Reyestri Xidmətinin 04 oktyabr 2018-ci il tarixli və 11 saylı Şəmkir Ərazi İdarəsinin 20 noyabr 2018-ci il tarixli mütəxəssis rəylərinə istinad edərək iddianı rədd edib. Həmin rəylərdən görünür ki, mütəxəssis tərəfindən iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə yerində baxış keçirilib və müəyyən edilib ki, RX ******* saylı Çıxarışın koordinatları “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən qeydə alınıb. İddiaçıya məxsus 0,15 ha torpaq sahəsinin kordinatları ortofoto və DVJ məlumatları ilə yoxlanılıb və məlum olub ki, xəritə ilə faktiki vəziyyət uyğun gəlmir. Apelyasiya instansiyası məhkəməsi is ə iddianı Cavabdeh2 aid hissədə qismən təmin edərkən X1 31 yanvar 2020-ci il tarixli və 27 oktyabr 2020-ci il tarixli ekspert rəylərinə istinad edib və həmin rəylərdən görünür ki, İddiaçı1 məxsus olan 0,15 ha torpaq sahəsinin 0,1068 ha hissəsi Cavabdeh2 tərəfindən tutularaq əkin sahəsi kimi istifadə olunur və həmin torpaq sahəsinin təqribən 66,3 kv.metr hissəsində tikili inşa edilib. Əvvəla, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni X1 sözügedən ekspert rəyləri ilə əsaslandırsa da, ümumiyyətlə bu Mərkəzin belə bir ekspert rəyləri verməyə səlahiyyətli olub-olmamasını aydınlaşdırmayıb və həmin rəylərin mötəbərliliyini Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2, 76.3, 81-ci maddələrinin tələbləri baxımından yoxlamayıb. Halbuki, sadalanan prosessual normaların mənasına görə, qanunu po zmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmənin mülki prosessual məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Daha sonra, Ədliyyə Nazirliyinin birinci və apelyasiya instansiyası məhkəmələrinə ünvanladığı 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məh kəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyi n aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3 ) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Digər tərəfdən, iddiaçının hazırki tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın mənasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normanın dispozitiv şərtlərinə görə: iddianı irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalıdır; həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalıdır; eyni zamanda həmin sahiblik qanunsuz olmalıdır. Yalnız bu üç şərtin eyni vaxta mövcudluğu halında bu növ iddialar təmin oluna bilər. Hazırki işdə, İddiaçı1 Cavabdeh2 tələb etdiyi 0,1068 ha torpaq sahəsinin sonuncunun qanunsuz sahibliyində olması, 0,25 ha torpaq sahəsinə dair Əntiqə Mehtiyeva, X4 Quliyeva arasında notarial qaydada bağlanmış 19 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə istisna olunur. Belə ki, həmin müqavilədən görünür ki, Cavabdeh2 0,25 ha torpaq sahəsini əvəzli şəkildə, yəni Əntiqə Mehtiyeva və Ramin Abdullayevə 4.000 manat pul ödəməklə satın alıb. Bu faktlar apellyasiya, kasasiya şikayətlərinin dəlilləri ilə də təsdiq olunur. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən sözügedən alqı-satqı müqaviləsinin mötəbərliliyi, həmin müqaviləyə əsasən 0,25 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb-alınmaması, sonuncunun sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü, sərhədləri, kordinatları müəyyən edilməli, həmin torpaq sahəsi ilə iddiaçının iddia etdiyi 0,15 ha torpaq sahəsin in üst-üstə düşüb-düşməməsi səlahiyyətli qurumlara həvalə edilməklə iş üzrə müvafiq ekspertizalar keçirilməklə yoxlanılmalı və yalnız bundan sonra iddiaçının Cavabdeh2 qarşı iddia tələblərinin əsaslılığına hüquqi qiymət verilməlidir. Bundan başqa, işdən görünür ki, Əntiqə Mehtiyeva və Ramin Abdullayevin birgə mülkiyyətlərində 02 may 2001-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 1,25 ha torpaq sahəsi, 22 dekabr 2017-ci il tarixli Çıxarışa əsasən isə 0,27 ha torpaq sahəsi olub və onlar həmin torpaq sahəsinin 0,15 ha hissəsini 11 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, 0,25 ha hissəsini isə 19 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıblar. Göründüyü kimi Əntiqə Mehtiyeva və Ramin Abdullayev tərəfindən eyni tor paq sahəsinin həm İddiaçı1, həm də Cavabdeh2 satılıb-satılmaması ilə bağlı işin halları işə baxan məhkəmələr tərəfindən kifayət qədər araşdırılmayıb. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, Cavabdeh2 kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnamə si haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılm ası üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kasasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-367/2020 saylı qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar