Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3030/2024 06.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin nümayəndə tərəfindən elektron qaydada imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-196/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiyasının mümkünlüyünü yoxlayaraq, Müəyyən etd: Cavabdeh Gəncə A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-196/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dö vriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə kollegiyası hazırki kassasiya şikayətini iş materialları və Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlarla birlikdə nəzərdən keçirərək, qeyd edir ki, kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron qaydada Cavabdeh vəkili Vəkil2 tərəfindən imzalansa da, şikayət, adı şikayətdə nümayəndə kimi qeyd edilən və işə etibarnaməsi əlavə edilmiş nümayəndə Cavanşir Yusifov tər əfindən elektron qaydada imzalanmamış, nəticədə cavabdeh tərəfindən MPM-in 10-1.3, 10-1.7 və 407.3-cü maddələrinin tələbləri pozulmuşdur. Bununla da, kassasiya şikayəti verilməsi üçün Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən maddələrində müəyyən edilmiş qaydaya riayət olunmayıb. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsi nin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (nümayəndə tərəfindən elektron qaydada imzalanmadığı üçün), onun icraata qə bulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-196/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Mə
Məhkəmə qərarları › İş №2(102)-3030/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3030/2024
06.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver