Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3032/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil, Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunç u Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-4901/2018, hakim Ə.R.Səmədov) Ərizəçi ərizəsi təmin edilmiş, ərizəçinin 1974cü ilin yanvar ayından 1983-cü ilin yanvar ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR) Quqark rayonu, Hallavar kənd maldarlıq kolxozunda sağıcı işləməsinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11648/2018, hakimlər N.Ş.Cəfərov, Ş.A.Məmmədova, V.T.Həsənov) Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Dövlət Sosial Müdafiə Fondunun S abunçu rayon şöbəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi 24 may 2018-ci il tarixdə hazırki ərizə ilə məhkəməyə müraciət edərək 1974-cü ilin yanvar ayından 1983-cü ilin yanvar ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR) Quqark rayonu, Hallavar kənd maldarlıq kolxozunda sağıcı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələb lərini pozmuşdur. Ərizəçinin 1974-cü ilin yanvar ayından 1983-cü ilin yanvar ayınadək Ermənistan Respublikasının Quqark rayonu, Hallavar kənd maldarlıq kolxozunda işlədiyini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Məhkəmənin qərarı tamamilə şahid ifadələrinə əsaslanmışdır, lakin həmin şahidlərinin özlərinin həmin kolxozda işləmələrinə dair mötəbər sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ərizəçi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Ərizəni təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ərizəçi Ermənistan Respublikasından qaçqındır, əmək fəaliyyəti barəsində sənədi (əmək kitabçasını) üzürlü səbəbdən, Ermənistan Respublikası ilə Azərbaycan Respublikasının arasındakı münaqişə səbəbindən təqdim edə bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər ifadələrində ərizəçinin kolx ozda sağıcı işləməsi faktlnı tədiq ediblər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin izahatına, şahidlərin ifadələrinə və mülki işdə olan sənədlərə əsasən ərizəçinin göstərdiyi fakt müəyyən edilməlidir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur.1974-cü ilin yanvar ayından 1983-cü ilin yanvar ayına qədər həmin rayonda maldarlıq kolxozunda sağıcı işləmişdir. Lakin məlum hadisələrlə əlaqədar iş stajını təsdiq edən sənədləri əldə edə bilməmişdir. Göründüyü kimi, ərizəçi müəyyən edilməsini xahiş etdiyi fakta dair sənədi başqa qaydada almasının mümkün olmadığına istinad edərək, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 76-cı maddəsi ilə sübutların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şahidlərin ifadələri sübut hesab edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları mə hkəməyə şifahi bildirir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar barədə bilavasitə xəbərdar olduğu və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 194.1-ci maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən şahidlər Tərlan Mədətova və Şəkər Məmmədxanovadan Mülki Prosessual Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq iltizam alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 271.2.10-cu maddəsinə əsasən şahidlərin ifadələri məhkəmə iclasının protokolunda göstərilir. Həmin normanın məzmunundan göründüyü kimi, iş üzrə əhəmiyyəti olan hallar barədə məlumatı olan şəxsin izahatının şahid ifadələri kimi sübut qismində qiymətləndirilməsi üçün müəyyən edilmiş prosessual qaydada rəsmiləşdirilməsi, yəni məhkəmə iclasının protokolunda göstərilməsi zəruridir. Birinci instansiya məhkəməsinin 30 may 2018-ci il tarixli iclas protokolunda iltizamı alınmış şahidlərin dindirilməsi öz əksini tapmamışdır. Həmin protokolda göstərilmiş şahidlər Güləbəsdə Əzizova və Vaqif Abbasovun ifadələrində Ərizəçi 1974-c ü ilin yanvar ayından 1983-cü ilin yanvar ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR) Quqark rayonu, Hallavar kənd maldarlıq kolxozunda sağıcı işləməsini deyil, Validə Abdullayevanın 1977-ci ilin fevral ayından 1993cü ilin avqust ayınadək Cəbrayıl rayonu, Q.Namazəliyev adına kolxozda kolxozçu işləməsini təsdiq etmişlər. Deməli birinci instansiya məhkəməsinin isə məhz ona istinad edərək ərizəni təmin etdiyi şahid ifadələri protokolda öz əksini tapmamışdır. Apellyasiya məhkəməsi də qeyd edilən prosessual hüquq pozuntusuna ümumiyyətlə hüquqi qiymət vermədən ərizəni təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüq uqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.2.7-ci maddəsinə əsasən işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3032/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3032/2019
25.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver