Məhkəmə qərarları › İş №2(102)-3032/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3032/2020

03.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3032/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, birinci iddia üzrə İddiaçı Məmməd oğlu və onun vəkili X2, Cavabdeh, ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakı ilə, Birinci iddia üzrə İddiaçı Məmməd oğlunun Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair və ikinci iddia üzrə iddiaçı Azərbaycan Res publikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı Məmməd oğluna qarşı “X9 sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-904/2020 nömrəli qətnaməsindən İddiaçı Məmməd oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə bağladığı xx.xx.2019-cu il tarixli, 57 saylı X9 X3 əsasən onun və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, “Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzildən cavabdehin və ailə üzvlərinin çıxarılması, hə min mənzilin cavabdehə və ailə üzvlərinə aid əşyalardan boşaldılması, onun və ailə üzvlərinin həmin mənzilə köçürülmələri, xx.xx.2019-cu il tarixindən onun və ailə üzvlərinin mənzilə köçürülməsi tarixinədək hər ay üçün ödədiyi 440 manat kirayə haqqının və 30 manat miqdarında ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, digər tələblər yerində qalmaqla, Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, “Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzildən Cavabdeh ailə üzvləri – X6, X7 və X8 – ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında xx.xx.2019-cu il tarixli, 57 saylı "X9 sahəsinin kirayə müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə əlavə verərək, mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxxxx 2019-cu il tarixli 0699 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "V" bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə boş olmayam mənzilə verilmiş "X9 sahəsinin kirayə müqaviləsi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair və iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı “X9 sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddialar bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı X9 X3 əsasən iddiaçı və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, "Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzildən Cavabdeh ailə üzvləri – X6, X7 və X8 ilə birlikdə çıxarılması, həmin mənzildən cavabdehə və ailə üzvlərinə aid əşyaların çıxarılaraq mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10%-nin iddiaçıya, 90%-nin cavabdehə aid edilməklə, Cavabdeh 27 (iyirmi yeddi) manat pulun alınaraq İddiaçı ödənilməsi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı X9 sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilməli olan 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməklə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 10 (on) manat pulun dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim Rəşad Cavadzadə) Birinci iddia üzrə C avabdeh və ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-904/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi, ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı iddiasının təmin edilməsi, İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında xx.xx.2019-cu il tarixli, 57 saylı "X9 sahəsi nin kirayə müqaviləsi bağlanması barədə” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.(hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev) İddiaçı Məmməd oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-904/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsini, öz iddiasının təmin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyini iddiasının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, Müdafiə Nazirliyi Mənzil Məcəlləsinin 64.2.1-ci maddəsinə, yəni "digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini kirayəçiyə vermək" tələblərinin pozulmaqla bağlanıldığını əsas gətirməklə yanaşı, xx xxxxxx 2012-ci il tarixli protokolun qüvvədə olmasına da əsaslanaraq, iki müxtəlif protokolun olduğunu yaddan çıxarmışdır. Bu ziddiyətə məhkəmə heç bir hüquqi qiymət verməmişdir. Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlil olmuş İ və ya İİ qrup əlillər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlil olmuş İ və ya İİ qrup əlillər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin verinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ qrup əlil olmuş şəxslər yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrin dən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlili olduğu üçün qanunvericliyin tələblərinə görə digər yaşayış sahəsi ilə təmin olunmadan, X9 sahəsindən çıxarıla bilməzdi. Məhkəmə isə Müdafiə Nazirliyinin iddiasını təmin etməklə Mənzil Məcəlləsinin 101.2 və 102.2-ci maddələrinin tələblərini nəzərə almamışdır.Cavabdeh və Müdafiə Nazirliyinin məhkəməyə təqdim etdiyi xx xxxxxx 2012-ci il tarixli, 00215 nömrəsi ilə qevd edilmiş kiravə müqaviləsi saxtadır.Cavabdehla bağlanan xx xxxxxx 2012-ci il tarixli, 00215 nömrəli müqavilədə Müdafiə Nazirliyinin imzası və müvafiq vəzifəli şəxsin imzası yoxdur. Halbuki müqaviləni imzalamış Müdafiə Nazirliyi hüquqi şəxsdir, hüquqi şəxslər isə müqavilə bağlayarkən onu imzalamalı və möhürlə təsdiq etməlidirlər. Həmçinin qeyd edilən müqavilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində “X4" kitabında nə 2012-ci il üçün, nə də 2013-cü il üçün aparılmış qeydlərdə yoxdur. Cavabdeh həmin ünvan üzrə qeydiyyata da alınmayıb. Bütün bunlar Cavabdehla bağlanan müqavilənin qanunsuz olmasını təsdiq etsə də, apelyasiya məhkəməsi buna diqqət yetirməmişdir. Həmin yaşayış sahəsi İddiaçı onun həqiqi hərbi xidmətdə olduğu zaman və yaşayış sahəsinə ehtiyacı olduğu üçün tam qanuni əsaslarla verilmişdir. Yaşayış sahəsi İddiaçı və onun ailə üzvlərinin yeganə yaşayış sahəsidir, onlar həmin ünvan üzrə qeydiyyata da alınıblar. Məhkəmə kollegiyasının iclasında birinci iddia üzrə İddiaçı Məmməd oğlu və onun vəkili X1 şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul e dilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya baxışında onun izahatı dinlənilmədi. İŞİN HALLARİ İddiaçı iddia tələbini əsası kimi ona istinad etmişdir ki, xx xxxxxx 2001-cü il tarixindən həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmət etməsi ilə əlaqədar Nazirliyin Mənzil İstismar İdarəsi (kirayəyə verən) ilə bağladığı xx.xx.2019-cu il tarixli, 57 saylı “X9 sahəsinin kirayə müqaviləsi ”nə əsasən Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, “Qırmızı Şərq İ” hərbi şəhərciyi, ev 136 ünvanında yerləşən 173 nömrəli xidməti mənzil onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Ancaq mənzil Cavabdeh tərəfindən zəbt olunduğu üçün mənzildən istifadə edilə bilmir. Qeyd edilən xx.xx.2019-cu il tarixli, 57 saylı X9 sahəsinin kirayə müqaviləsinin verilməsinə əsas Bakı Qornizon rəisinin xx.xx.2019-cu il tarixli, 19 saylı qərarı olmuşdur. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyindən xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etmişdir. Ona xidməti vəzifələrinin icrası ilə əlaqədar İİ qrup hərbi əlil statusu verilmişdir. Onun ailə üzvləri qeyd edilən yaşayış sahəsinə qeydiyyata düşsələr də, həmin yaşayış sahəsindən bu günə qədə r istifadə edə bilmirlər. Onunla yaşayış sahəsinin verilməsi barədə qeyd edilən müqavilə bağlandığı üçün o, yaşayış sahəsinə ehtiyacı olan qulluqçular sırasından çıxarılmışdır. İddiaçı tələbinin əsası kimi Mənzil Məcəlləsinin 98.1, 98.2 və Mülki Məcəllənin 21-ci maddələrinə isitnad etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiası isə onunla əsaslandırılıb ki, Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 136, mənzil 173 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı xidməti mənzil fonduna aiddir. “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən cavabdeh İddiaçıla Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə. Mirzəyev arasında xx.xx.2019-cü il tarixli 57 №-li “X9 sahəsinin kirayə müqaviləsi" bağlanmışdır. Cavabdeh İddiaçı mübahisəli mənzilə köçə bilməmiş dir, çünki mübahisəli mənzil boş olmamışdır. Bununla da kirayə vərən tərəfindən Mənzil Məcəlləsinin 64.2.1-ci maddəsinin tələbləri pozulmuş və nəticədə qanunsuz müqavilə bağlanmışdır. Mübahisəli mənzilin xx xxxxxx 2012-ci il tarixli, 48 nömrəli protokol əsasında Cavabdeh verilməsi qərara alınmış və onunla xx xxxxxx 2012-ci il tarixli, 00215 nömrəli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində qeydiyyata alınmışdır, lakin həmin müqavilədə nə imza, nə də möhür vurulmamışdır. Cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixli, 48 nömrəli protokol və onun əsasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 00156 nömrəli müqavilə ləğv edilməmişdir. Mübahisəli mənzildə yaşayan Cavabdeh 2001-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. Müda fiə Nazirliyinin Bakı Qarnizonu MİH-nin 2 saylı MİS-nin Hüquq İdarəsinə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli, 69 nömrəli məktubdan görünür ki, iddiaçı Cavabdeh 2012-ci ilin dekabr ayından hazıradək ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayırlar və kommunal xərclərə görə borcu yoxdur. Həmçinin Cavabdeh elektrik enerjisinə və sudan istifadəyə görə 2012-ci il tarixdən müvafiq təşkilatlarla müqavilələr bağlamış və ödəmələr aparır. Bakı Baş Səhiyyə idarəsi M.H.Qəmbərov adına 5-nömrəli Uşaq Poliklinikasının xx xxxxxxxx 2019-cu il tarixli, 522 nömrəli arayışından görünür ki, Cavabdeh uşaqları xx xxxx 2014-cü il tarixdən qeydiyyatdadırlar. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, İddiaçı mənzil ayrılarkən həmin mənzil boş olmamışdır. Bakı Qarnizonun mənzil komissi yası qanuna zidd olaraq İddiaçıla müqavilə bağlamışdır. Qanunvericiliyinin tələblərinə əsasən əgər yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslər hüququ olmayan hərəkətlər etdikləri hallarda, eyni zamanda yaşayış sahəsinin verilməsi qaydası və şərtləri pozulduğu başqa hallarda “X9 sahəsinin kirayə müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilə bilər”. İddiaçıla Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Mirzəyev arasında xx.xx.2019-cü il tarixli 57 №-li “X9 sahəsinin kirayə müqaviləsi bağlanmışı barədə” müqaviləsini birtərəfli ləğv etmək hüquqları olmadığından məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Cavabdeh hazırda Bakı Qarnizonunda xidmət edir, o, ailə üzvləri ilə birlikdə 2012-ci il tarixdə mənzilə köşmüş və kirayə müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini yerinə yetirir. Hər iki zabit bir hərbi hissədə xidmət edirlər, belə olan halda cavabdeh İddiaçı bilə-bilə ki, mənzil boş deyil, kirayə müqaviləsinin bağlanılmasına razılıq verməməliydi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyasıtərəfləri və onların vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqi qi hərbi xidmət etməsi ilə əlaqədar Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi (kirayəyə verən) ilə aralarında bağlanmış xx.xx.2019- cu il tarixli, 57 saylı X9 Sahəsinin KirayəMüqaviləsinə əsasən Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, "Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173-ün onun və ailə üzvlərinin istifadəsinə verilməsinə, buna baxmayaraq, Cavabdeh mənzili zəbt etməsi səbəbindən mənzildən istifadə edilə bilməməsinə istinad etmişdir. Tələbin hüquqi əsası kimi ididaçı İddiaçı Mənzil Məcəlləsinin 98.1, 98.2-ci, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrini göstərmişdir. İkinci iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbinin əsası kimi mübahisəli mənzilin 2012-ci ilin dekbarından kirayə müqaviləsi əsasında Cavabdeh istifadəsində olmasına, sonuncunun hazır ki vaxta qədər də ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamasına, mənzilllə bağlı cavabdeh İddiaçıla kirayə müqaviləsi bağlanarkən mənzilin boş olmamasına istinad etmiş,tələbin hüquqi əsası kimi isə Mənzil Məcəlləsinin 64.2.1-ci maddəsini qeyd etmişdir. Cavabdeh İddiaçı iddiasının rədd edilməsini xahil etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını qismən təmin etmiş, gəldiyi nəticəni də belə əsaslandırmışdır ki, həm İddiaçı, həm də Cavabdehla müqaviləni bağlayan, yəni kirayə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil istismar İdarəsidir, Bakı Qarnizonun mənzil komissiyası deyil. Həmçinin İddiaçıla bağlanan xx.xx.2019-cu il tarixli müqavilədə səlahiyyətli şəxsin imzası və möhürü olduğu halda, Cavabdehla bağlanan xx.xx.2013-cü il tarixli müqavilədə səlahi yyətli şəxsin imzası və möhürü yoxdur. İddiaçıla müqavilə bağlanan zaman o, hərbi qulluqçu statusuna malik olmuş, xx.xx.2019-cu il tarixdən xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Eyni zamanda, X9 sahələrinin kirayə müqavilələrinin uçotu kitabında Cavabdeh ilə bağlanmış müqavilənin qeydiyyat nömrəsi 156 göstərildiyi halda, müqavilədə nömrə 00215 olaraq qeyd edilmişdir. İddiaçı ilə bağlanmış müqavilədə isə uçot kitabına uyğun olaraq nömrə 57 olaraq qeyd edilmişdir. İddiaçıla bağlanmış müqavilənin əsli ilə düz olan notariat qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsinə baxmayaraq, Cavabdehla bağlanmış müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. Müqavilə bağlamaq səlahiyyəti olan orqanın ətraflı araşdırma aparmaması və iddia çıya boş olmayan mənzilin verilməsinə dair müqavilə bağlamasının məsuliyyətini İddiaçı daşıya bilməz. Barəsində kassasiya şikayətil verilən qətnamədən isə görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən İddiaçı iddiası üzrə 736 saylı Hərbi Hissənin mənzil komissiyasının xx.xx.2012-ci il tarixli protokoluna əsasən, Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 136 saylı evin, 173 saylı mənzilinin 2001-ci ildən hərbi xidmətdə olan Cavabdeh verilməsini, bunun əsasında Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 00215 saylı X9 sahəsinin kirayə müqaviləsi bağlanmasını, Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 00215 saylı X9 sahəsinin kirayə müqaviləsi qüvvədə olduğu müddət ərzində, eyni mənzilə dair xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyi Mənzil İstimar İdarəsi ilə İddiaçı arasında 57 saylı X9 sahəsinin kirayə müqaviləsi imzalanmasını, həmin müqavilənin bağlanmasına əsas olan xx.xx.2019-cu il tarixli 19 saylı qərarın iş materiallarında olmamasını, belə olan halda da Cavabdeh mübahisəli mənzildən qanuni istifadə etməsini, İddiaçı xx.xx.2019-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmaqla və həmin tarixdən etibarən hərbi qulluqçu statusunu itiriməsini, eləcə də Müdafiə Nazirliyinin iddiası üzrə İddiaçı ilə xx.xx.2019-cu il tarixli 57 saylı X9 sahəsinin kirayə müqaviləsinin qanunvericilik normalarının tələblərinə zidd olaraq bağlanmasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə İddiaçı iddiasını rədd, Müdafiə Nazirliyinin iddiasını təmin etmiş, gəldiyi nəticəni dəMənzil Məcəlləsi nin 98.1, 99.1-99.2, Mülki Məcəllənin 324, 337, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2.1-ci maddələri, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində X9 sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.6, 1.13, 5.2 və 5.7 5.11-ci bəndləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı iddia tələbi kirayə müqaviləsi əsasında ona verilmiş xidməti mənzildən Cavabdeh (və onun ailə üzvlərinin) çıxarılması barədədir. Müdafiə Nazirliyinin iddiası isə İddiaçı istinad etdiyi kirayə müqaviləsinin etibarsızlığı barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, İddiaçıla Bakı şəhəri, Şəfayət M ehdiyev küçəsi 136 saylı evin, 173 saylı mənzilinin kirayə müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanarkən Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 00215 saylı X9 sahəsinin kirayə müqaviləsi də qüvvədə olmuşdur. Bu baxımdan, İddiaçı ilə xx.xx.2019-cu il tarixli 57 saylı X9 sahəsinin kirayə müqaviləsi qanunvericilik normalarının tələblərinə zidd olaraq bağlanmış, həmçinin İddiaçıla müqavilənin bağlanmasına əsas olan xx.xx.2019-cu il tarixli 19 saylı qərar iş materiallarına əlavə edilməmişdir. İddiaçı xx.xx.2019-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmaqla, həmin tarixdən hərbi qulluqçu statusunu itirimişdir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə görə X9 X3 görə bir tərəf X9 sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə görə X9 sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Mənzil Məcəlləsinin 99.2-ci maddəsində X9 sahəsinin kirayə müqaviləsinin qərar əsasında verilməsi nəzərdə tutulmuşdur. İddiaçıla bağlanan xx.xx.2019-cu il tarixli 57 saylı müqavilədə Bakı Qarnizon rəisinin xx.xx.2019-cu il tarixli 19 saylı qərarına istinad edilsə də, həmin qərarın olması apelyaisya tərəfindən müəyyən edilməmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilən digər halı isə mübahisəli xidməti mənzilin boş olmaması, yəni xx.xx.2012-ci il tarixli 00215 saylı kirayə müqaviləs i əsasında həmin mənzilin Cavabdeh istifadəsində olmasıdır. Mənzil Məcəlləsinin 99.5-ci maddəsinə görə kirayə müqaviləsi əsasında X9 sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mənzil Məcəlləsinin 64.2.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini kirayəçiyə vermək vəzifəsi vardır. Qanunvericiliyin tələbinə görə X9 sahəsi də kirayəyə verilərkən həmin yaşayış sahəsi digər şəxslərin hüquqlarından azad olmalıdır. İşin apelyaisya məhkəməsi tərəfindən müəyyən edilən halından isə görünür ki, mübahisəli xidməti mənzil İddiaçı verilərkən həmin mənzil Cavabdeh hüquqları ilə yüklü olmuşdur. Bu da qanunvericiliyin tələblərini n pozulmasıdır. Mülki Məcəllənin 337.1.-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən normaların dispozitiv şərtlərinə uyğun olaraq İddiaçı iddiasının rədd, Müdafiə Nazirliyinin iddiasının isə təmin edilməsi üçün əsas olmuşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin digər dəilini də – Cavabdehla bağlanan müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmaması və müvafiq qaydada möhürlənməməsi – əsasız sayır. Cavabdeh ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli 00215 saylı X9 sahəsinin kirayə müqaviləsi həqiqətən də Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin səlahiyyətli şəxsi tərəfindən imzalanmamış, müqaviləyə İdarənin möhürü vurulmamışdır. Lakin hazırda həmin qurumun daxil olduğu Müdafiə Nazirliyi xx.x x.2012-ci il tarixli 00215 saylı müqavilənin həqiqi olduğun bildirməklə, müqaviləni bəyəndiyini nümayiş etdirir. Mülki Məcəllənin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Mülki Məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Buna görə də Müdafiə Nazirliyi xx.xx.2012-ci il tarixli 00215 saylı müqaviləni bəyəndiyini bəyan etdiyi üçün Cavabdeh ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli 00215 saylı kirayə müqaviləsinin etibarsız olması ilə bağlı dəlil əsaslı sayıla bilməz. K assasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 4 17.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Məmməd oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)904/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar