Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3035/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X8, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı mənzilə yaşamaq hüququnun tanınması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.Məmmədov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh1 azyaşlı övladları X14, X9, X16, X12, X15 əşyaları ilə birlikdə İddiaçı məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı binada yerləşən 74 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər V.Həsənov və Ş.Məmmədova) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiy a instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 15 A saylı binada yerləşən 74 saylı mənzildən Cavabdeh1 azyaşlı övladı və əşyaları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. İddiaçı tərəf cavabdehlərin cəlb olunmasına dair vəsatətlə məhkəməyə müraciət edərək, X2, X13, X3, X10 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X9, X16, X12 cavabdeh qismində cəlb edilmişdir. İddiaçı tərəf iddia iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona mülkiyyət hüququ üzrə ona məxsus o lan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 15 A saylı binada yerləşən 74 saylı mənzildən Cavabdeh1, azyaşlı övladı X4, X2, X13, X3, X10 əşyaları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqları 1995-ci il təvəllüdlü Bədəlova Ceriyənin, 1997-ci il təvəllüdlü Bədəlov Ayazın, 1998- ci il təvəllüdlü Bədəlova Nərgizin, 2002-ci il təvəllüdlü Bədəlov Turalın və 2010-cu il təvəllüdlü Bədəlov Toğrulun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 15a saylı evin, 74 saylı mənzilindən istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Daha sonra Cavabdeh1 məhkəmə iclasında qarşılıqlı iddia tələbinə dəyişiklik edərək onun sözügedən mənzildə ailə üzvü olm aqla yaşamaq hüququnun tanınmasını xahiş etmişdir İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu,15 a № li yaşayış evinin, 74 saylı mənzili Cavabdeh2 mülkiyyətində olmuşdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin mənzili İddiaçı bağışlamışdır və sonuncunun adına həmin evə dair xx.xx.2019-cu il tarixli çıxarış verilmişd ir. İş matertiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx xxxxxx 2010-cu ildə Cavabdeh1 doğulmuş X5 atası hesab edilmişdir. Beləliklə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan mənzil İddiaçı atası Cavabdeh2 məxsus olmuş, 2019-cu ildə Cavabdeh2 həmin mənzili bağışlama müqaviləsi ilə İddiaçı mülkiyyətinə vermişdir. Cavabdeh1 2008-ci ildən əvvəlki nikahından olan övladları və Cavabdeh2lə birgə münasibətlərindən olan övladı Cəfərov Toğrulla sözügedən mənzildə yaşayır. İddiaçı mülkiyyət hüquqlarına əsaslanaraq Cavabdeh1 və övladlarının mənzildən çıxarılmasını xahiş edir xahişinin əsaslandırması kimi mülkiyyət hüquqlarını tənzimləyən maddi hüquq normalarına əsaslanır. Cavabdeh1 isə 2008-ci ildən həmin mənzildə yaşamasını, əvvəlki mülkiyyətçi ilə birgə təsərrüfat aparmasını və həmin mənzilə bəlli miqdarda vəsait xərcləməsini əks sübut kimi göstərərək özünün mənzilə yaşamaq hüququnun, başqa sözlə məhdud əşya hüququnun yaranmasını iddia edir. Apelyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinə münasibətdə qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilmiş halları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum e dilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər han sı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 146.1.-ci maddəsinə əsasəndaşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-nin 152.1-ci mad dəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi hazırkı işdə iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları mövcuddur. Cavabdehin isə həmin mənzillə bağlı məhdud əşya hüquqları mövcud deyildir. Çünki, daşınmaz əmlakla bağlı məhdud əşya hüququnun yaranması üçün qanunvericilik bir sıra imperativ əsaslar qoymuşdur ki, bu əsaslar da qanuni və ya müqavilə ilə yaranan hallarla bağlı dır. Kollegiya hesab edir ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 15 A saylı binada yerləşən 74 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə qeydə alındığı üçün, o, mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələblərinə münasibətdə qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. Belə ki, Cavabdeh1 qarşılıqlı iddiasında irəli sürdüyü–onun mübahisəli mənzilə Cavabdeh2 tərəfindən köçürülməsi, 2003-cü ilin əvvəllərindən Cavabdeh2la faktiki nikah münasibətlərində yaşamaları və birgə təsərrü fat aparmaları barədə dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Göründüyü kimi, tərəflərin nikah münasibətlərinə əsaslanan hüquq və vəzifələrinin yaranması üçün onlar arasında rəsmi nikah mövcud olmalıdır. Hazırkı işdə isə Cavabdeh1 ilə Cavabdeh2 arasında rəsmi nikah mövcud olmamışdır və o, Cavabdeh2 ailə üzvü deyildir. Digər tərəfdən, Cavabdeh2 Cavabdeh1 mübahisəli mə nzildən istifadə hüququ verən rəsmi (notarial) razılığının olması halı da müəyyən edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdeh1 mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1- dən sonra yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun həll edilməlidir. MM-nin 228.1 maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-nin 228.2 maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələb inə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-nin 228.5 maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə Cavabdeh1 ilə mülkiyyətçi arası nda yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Deməli, Cavabdeh1 mübahisəli mənzilə nə ailə qanunvericiliyinə, nə də ki, mülki qanunvericiliyə əsaslanan hüquqları yarana bilməz. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi Cavabdeh2lə Cavabdeh1 münasibətlərindən anadan olmuş X4 da anası ilə həmin mənzildən çıxarılması ilə bağlı qeyd etmişdir ki, Toğrulun da mübahisəli mənzildən çıxarılmasının qət edilməsi onun həmin mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi kimi qəbul edilməməlidir. Həm ilkin, həm də qarşılıqlı iddialarda Toğrulun mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması tələbləri irəli sürülmədiyinə görə bu məsələ ilə bağlı araşdırma aparılmamışdır. X11 münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, azyaşlı Toğrulun yaşayış yeri onun qanuni nümayəndəsi olan anası Cavabdeh1 yaşayış yeri olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hü quq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3035/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3035/2020
01.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver