Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3035/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-763/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 Qənbər oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdə keçirərək, İşin halları
1. İddiaçı Cavabdeh1 ilə 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X3, xx.xx.2020-ci il tarixdə X1 adlı övladları anadan olmuşdur.
2. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixli 2771 saylı arayışa əsasən İddiaçı Bərdə şəhər, H.Əliyev pr.112, 18 nömrəli evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı övladları ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 Qənbər oğluna məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 2(012)-4373/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilərək, iddiaçının uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı övladları ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Abşeron rayonu, Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət evə köçürülmələri qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyas iya instansiyası məhkəməsi) 10 aprel 2023-cü il tarixli, 2(105)-763/2023 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 Qənbər oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
8. Maddə 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1, 403.1-ci maddələrinin tələblərinə görə, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulan qətnamədən...tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
11. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə digər cavabdeh olan Cavabdeh1 apellyasiya şikayəti vermiş və onun şikayəti əsasında apellyasiya icraatı başlanmış və onun dəlilləri əsassız hesab edilərək qətnamə dəyişdirilmədən saxlanmışdır.
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının eyni zamanda Cavabdeh2 yönəlmiş tələbi təmin olunmuş, o, qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti vermədiyi halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.
13. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd ol araq icraata qəbul edildiyindən, onun kassasiya şikayətinə kassasiya qaydasında baxıla bilməz.
14. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 04 iyul 2023-cü il tarixli, 2(102)-3035/2023 saylı qərardadı Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul olunması hissəsində ləğv olunmalı və onun kassasiya şikayəti kassasiya baxışından çıxarmalı, mülki iş müvafiq apellyasiya instansiya məhkəməsinə qaytarıldıqdan sonra sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının haz ırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul edilməsinə dair 04 iyul 2023-cü il tarixli qərardadı Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-763/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.