Məhkəmə qərarları › İş №2(102)-3035/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3035/2025

04.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3035/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: telekommunikasiya xidmətləri, telekommunikasiya trafik və yer məlumatları, telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatların məxfiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azercell Telekom” MMC-yə qarşı “anten dairəsi məlumatlarının təqdim edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 avqust 2025-ci il tarixli 2(103)-4154/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abunəçi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli abunə müqaviləsinə əsasən, Cavabdeh MMC abunəçiyə telekommunikasiya xidmətlərinin göstərilməsi, abunəçi isə bu xidmətin müqabilində haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür.

2. İddiaçı Cavabdeh MMC-yə sorğu ilə müraciət edərək, sorğuda qeyd olunmuş məlumatların (anten məlumatları, zəng qeydləri və s.) elektron və ya yazılı formada rəsmi arayış şəklində təqdim olunmasını, əgər bu məlumatlar üçün rüsum və ya ödəniş tələb edilirsə, məbləğ və ödəmə prosedurları barədə əlavə məlumat göndərilməsini xahiş et mişdir.

3. Cavabdeh MMC iddiaçıya ünvanladığı cavab məktubunda bildirmişdir ki, izahlı faktura son 2 kəsilmiş və 1 kəsilməmiş faktura periodunu əhatə edir. Rominqdə daxil olan zənglər barədə məlumatın izahlı fakturada öz əksini tapması mümkündür. Lakin fakturada yalnız cavabdeh şəbəkə daxilində zəng edən nömrə tam göstərilir. Daxil olan zənglər və mesajlar haqqında məlumat izahlı fakturada əks olunmur. “Azercell” Ekskluziv ofislərində müvafiq formu doldurmaqla izahlı fakturanı elektron poçta ala bilərsiniz. Daxl olan zənglər və mesajlar haqda məlumat izahlı fakturada əks olunmur. Əməliyyatın həyata keçirilməsi üçün nömrə adına rəsmiləşdirilən şəxs şəxsiyyət vəsiqəsi ilə ofisə yaxınlaşa bilər. Təqdim olunan məlumatda mesajların mətni əks olunmur. Digər əldə etmək istədiyi məlumatlar üçün hü quq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azercell Telekom” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən ona məxsus mobil telefon nömrəsinə aid xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arası anten dairəsi (baz stansiyası) məlumatlarının, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi, cavabdehdən mənəvi zərərə görə 500 manat təzminatın tutulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuzdur və onun qanuni hüquqlarını pozur. Cavab əsassızdır, çünki:

1. Konstitusiyanın 32-ci maddəsinin V hissəsinə görə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. 2. “Fərdi məlumatlar haqqında” Qanunun 7.1.3-cü maddəsinə görə abunəçinin informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq hüququ vardır. 3. “Telekommunikasiya haqqında” Qanunun 48.3-cü maddəsi ilə operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir. Bu normada abunəçi istisna olmaqla qeyd olunsa da iddiaçının qeyd etdiyi özünə məxsus nömrənin anten dairəs i ona təqdim edilməyib. 4. “Fərdi məlumatlar haqqında” Qanunun 12.3-cü maddəsinə görə subyekt onun barəsində toplanmış və işlənilən məlumatlarla bağlı mülkiyyətçiyə və ya operatora sorğu ilə müraciət etdikdə, onun sorğusuna mülkiyyətçi və ya operator tərəfindən baxılmalı, sorğunun predmetinə uyğun olaraq icra edilməli, həmin məlumatda digər şəxslər barədə fərdi məlumatlar əks etdirilməməlidir. 5. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.1-ci maddəsinə görə informasiya əldə etmək azadlığı vardır. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Bu səbəbdən iddiaçı mənəvi zərərə görə 500 manat məbləğində təzminat tələb edir.

6. Cavabdeh MMC iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq ona aid mobil nömrəsinin anten (baz stansiyası) məlumatları, zəng və SMS qeydləri barədə məlumatların rəsmi qaydada verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bu məqsədlə “cavabdehə müraciət etmişdir. Müştəri xidmətləri tərəfindən iddiaçının sorğusu ətraflı cavablandırılaraq, ona bu məlumatları necə əldə edə biləcəyi izah edilmişdir. İddiaçının tələbləri aşağıdakı əsaslara görə faktiki və hüquqi baxımdan əsassızdır. İ. İddiaçının məlumat əldə etmə hüququ mütləq hüquq deyil və qanunda və ya müqavilədə cavabdehin bununla bağlı öhdəliyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 32-ci maddəsinin V hissəsində görə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. “Telekommunikasiya haqqında” qanunun 38.4-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər. Qanunun 38.5-ci maddəsində isə telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verildiyi təsbit edilmişdir. Qanunun sadalanan normalarından da aydın şəkildə görünür ki, anten üzrə qeydiyyat məlumatlarının verilməsi ilə bağlı hər hansı öhdəlik müəyyən edilməmişdir. Cavabdeh tərəfindən abonentlərə yalnız mobil rabitə xidmətləri təqdim edilir. Anten üzrə qeydiyyat məlumatlarını özündə əks etdirən hər hansı xidmət verilməsi cavabdeh tərəfindən nəzərdə tutulmamışdır. Cavabdeh belə xidmətin təqdim edəcəyi barədə nə iddiaçı, nə də hər hansı bir digər abunəçi qarşısında hər hansı bir formada öhdəlik götürməmişdir. Cavabdeh MMC-nin rəsmi saytı olan www.azercell.com-da, və ya KİV-də verilmiş elan və reklmalarda da belə xidmətin göstərilməsi barədə heç bir qeyd yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə də cavabdehin üzərinə abunəçilər üçün bu cür xidmətin göstərilməsi barədə öhdəlik qoyulmamışdır. İddiaçının tələb etdiyi zənglə və sms qeydləri ilə bağlı hissədə müştəri xidmətləri tərəfindən sorğusu ətraflı cavablandırılaraq izahlı faktura əsasında daxil olan zənglər və mesajlar haqqında məlumat ala biləcəyi barədə məlumat verilmişdir. Fərdi məlumatlar haqqında Qanunun 7.1.3.m addəsinə əsasən informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq, anten məlumatları şəxsin özü barəsində toplanılmış fərdi məlumat deyil. Burada digər şəxs və ya şəxslər var. Beləliklə də iddiaçının cavabdeh MMC-dən tələb etdiyi anten məlumatlarının şəxsən ona və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməsi nə abunəçi ilə münasibətləri tənzimləyən abunə müqaviləsi ilə, nə də Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunmur. Beləliklə iddiaçının cavabdehə qarşı tələbi faktiki və hüquqi baxımdan əsassız olduğundan rədd edilməlidir.

7. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq cavabdeh MMC-nin etirazına münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin arqumentləri hüquq i və faktiki baxımdan əsassızdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin V hissəsinə əsasən, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Cavabdehin istinad etdiyi “Telekommunikasiya haqqında” Qanunun 38.4 və 38.5-ci maddələri məlumatların açıqlanmasını məhdudlaşdıran ümumi müddəalar olsa da, bu maddələr iddiaçının özü ilə bağlı məlumatlara çıxış hüququnu tamamilə istisna etmir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) presedent qərarlarına istinadən, şəxsi məlumatlara çıxış hüququ Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində qorunur. AİHM-in “Gaskin v. Birləşmiş Krallıq” (1989 ) və “K.H. və digərləri v. Slovakiyaya qarşı” (2009) işləri üzrə qərarlarında vurğulanır ki, şəxslər özləri ilə bağlı toplanmış məlumatlara çıxış əldə etmək hüququna malikdirlər və bu hüquq yalnız ciddi ictimai maraqlar və ya üçüncü şəxslərin hüquqlarının qorunması zərurəti ilə məhdudlaşdırıla bilər. Cavabdeh belə bir məhdudiyyətin zərurətini sübut etməmişdir. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunun 7.1.3-cü maddəsinə əsasən, şəxs informasiya sistemində onun barəsində toplanmış fərdi məlumatların məzmunu ilə tanış olmaq hüququna malikdir. Cavabdehin iddia etdiyi kimi, anten stansiyası məlumatlarının “fərdi məlumat” olmaması arqumenti əsassızdır. Çünki bu məlumatlar iddiaçının mobil nömrəsi ilə birbaşa bağlıdır və onun telekommunikasiya xidmətlərindən istifadəsi ilə əlaqədar toplanır. AİHM-in “Copland v. Birləşmiş Krallıq” (2007) qərarında telefon zəngləri ilə bağlı məlumatların şəxsi məlumat kimi qəbul edildiyi və AİHK-nın 8-ci maddəsi ilə qorunduğu təsbit edilmişdir. Cavabdeh abunə müqaviləsində anten məlumatlarının təqdim edilməsi ilə bağlı öhdəliyin olmadığını bildirir. Lakin Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən, istehlakçı aldığı xidmətlə bağlı tam və dəqiq məlumat əldə etmək hüququna malikdir. İddiaçı abunəçi kimi öz mobil nömrəsinin istifadəsi ilə bağlı məlumatları tələb etməkdə haqlıdır və cavabdeh bu məlumatları təqdim etməkdən imtina etmək üçün hüquqi əsas göstərməmişdir. Cavabdeh etirazında iddiaçının sorğusunun müştəri xidmətləri tərəfindən “ətraflı cavablandırıldığını” və məlumatların necə əldə ediləcəyinin izah olunduğunu bildirir. Lakin iddiaçı tərəfindən cavabdehə rəsmi müraciət edilməsinə baxmayaraq, heç bir konkret məlumat təqdim olunmamışdır. Cavabdehin bu cür qeyrimüəyyən və ümumi cavabları iddiaçının məlumat əldə etmək hüququnu faktiki olaraq məhdudlaşdırır. Cavabdeh MMC anten məlumatlarının təqdim edilməsinin onların xidmət siyahısında nəzərdə tutulmadığını bildirir. Lakin bu arqument texniki cəhətdən əsassızdır, çünki mobil operatorlar abunəçilərin zəng və mesaj tarixçəsini, həmçinin baz stansiyası məlumatlarını (xüsusilə cinayət işləri üzrə istintaq zamanı) saxlayır və müvafiq sorğular əsasında təqdim edə bilir. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” Qanunun 48.2-ci maddəsində operatorların emal etdiyi məlumatlar siyahısında abunəçinin xidmətdən istifadəsi ilə bağlı məlumatlar (məsələn, xidmətdən istifadə müddəti, həcmi və s.) açıq şəkildə qeyd olunur. Anten məlumatları da bu kateqoriyaya daxildir və iddiaçının özü ilə bağlı bu məlumatları tələb etməsi qanunvericiliklə ziddiyyət təşkil etmir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmədə iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə oalaraq bildirmişdir ki, abunəçi “Telekommunikasiya haqqında” Qanunun 48-ci maddəsinin 3-cü bəndinə istinad edib, lakin həmin bənddə konkret olaraq hansı məlumatların verilməsi qeyd olunub, anten məlumatları ilə bağlı heç bir məlumat yoxdur, yəni qanunda bununla bağlı konkret bir göstəriş yoxdur. Ümumiyyətlə a nten məlumatlarının verilməsi ilə bağlı cavabdehdə elə bir xidmət yoxdur. Cavabdeh yalnız istintaq orqanının və ya məhkəmənin qərarı əsasında anten məlumatlarını təqdim edə bilər. Bundan başqa, anten məlumatları şəxsin hansı ərazidə danışdığını, eləcə də zəng olunan şəxsin ərazisini müəyyən edir və bu cür məlumatların verilməsi məxfiliyi aradan qaldırır, üçüncü şəxsin hüquqlarını pozur.

9. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmədə iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında bildirmişdir ki, abunəçiyə izah olunmuşdur ki, smslər, mətnlərlə bağlı məlumatları izahlı faktura çərçivəsində ala bilər. Bu da eyni şəkildə xidmət növüdür və onlar bu xidməti göstərmirlər. Belə bir xidmət üçün resurs lazım olur, əlavə xidmət xərci tələb olunur. Beynəlxalq t əcrübədə belə şirkətlər mövcuddur, elə xidməti ödənişli əsaslarla göstərir. Həmçinin onlar istintaq orqanının və məhkəmənin qərarı əsasında belə məlumatları təqdim edə bilirlər, çünki həmin orqanlar belə bir məlumatların zəruriliyini əsaslandırır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(004)-3048/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini qət edilmişdir (hakim G.V.Babazadə).

11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh abonentlərə mobil rabitə xidməti göstərən hüquqi şəxsdir. Cavabdeh tərəfindən GSM abunə müqaviləsində anten məlumatların təqdim edilməsi xidmətinin göstərilməsi öz əksini tapmamışdır. Eləcə də, “T elekommunikasiya haqqında” Qanunun müddəalarında da anten məlumatlarının abunəçiyə verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Digər hissəyə, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edib ki, cavabdeh MMC tərəfindən iddiaçıya cavab məktubunda hansı hallarda və qaydada izahlı fakturanın verilməsi izah edilmişdir.

12. Belə olan halda məhkəmə hesab edib ki, “anten dairəsi (baz stansiyası) məlumatlarını, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

13. Həmçinin məhkəmə cavabdehdən mənəvi zərərə görə 500 manat təzminat tutulması hissəsində də iddianı əsassız hesab edib və rədd edilməsi qənaətinə gəlib.

14. Məhkəmə qeyd edib ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, n əticədə iddiaçıya mənəvi zərər vurulması halı müəyyən edilmədiyindən, iddiaçı tərəfindən həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir.

15. Məhkəmə hesab edib ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1, 38.2, 38.3, 38.4, 38.5, 48.1, 48.2.1, 48.2.2, 48.2.3, 48.2.4, 48.2.5, 48.2.6 və 48.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 216-220 və 360-cı maddələrinə istinad edərək əsaslandırmı şdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi hüquqlarının pozulduğuna dair arqumentlərinə yetərincə diqqət yetirilməmiş, cavabdehin imtinasının qanuni olub-olmaması obyektiv şəkildə qiymətləndirilməmişdir. Qətnamədə sadəcə olaraq cavabdehin abunə müqaviləsində və qanunvericilikdə anten məlumatlarının təqdim edilməsi öhdəliyinin olmaması vurğulanmışdır. Lakin məhkəmə, iddiaçının özünə məxsus məlumatlara çıxış hüququnun mahiyyətini və bu məlumatların təqdim edil məməsinin əsassızlığını araşdırmamışdır. İddiaçı sadəcə öz telekommunikasiya fəaliyyəti ilə bağlı məlumatları istədiyini bildirir. Cavabdehin bu məlumatları təqdim etməməsi, öz hüquqlarını həyata keçirməkdən məhrum edir və bu, nəinki hüquqi, həm də ədalət baxımından qəbuledilməzdir. Bu məlumatlar telekommunikasiya xidmətlərindən istifadəsinin təfərrüatlarını əks etdirir və şəxsi xarakter daşıyır. Cavabdeh MMC iddia edir ki, anten məlumatları "şəxsi məlumat" kateqoriyasına aid deyil və üçüncü şəxslərin məlumatlarını ehtiva edə bilər. Lakin yalnız öz nömrəsinə aid məlumatları tələb etdiyini, burada üçüncü şəxslərin məlumatlarının təqdim edilməsi vəziyyətində isə onları anonimləşdirilmiş formada verə biləcəyini qeyd edir. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakı qanunlara istinadlarını d üzgün təhlil etməmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin V hissəsi, “Fərdi məlumatlar haqqında” Qanunun 7.1.3-cümaddəsi, “İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsi. Məhkəmə bu qanunların mahiyyətini araşdırmamış və cavabdehin imtinasını qanuni hesab etmişdir. Cavabdeh MMC öz etirazında bildirir ki, anten məlumatlarının təqdim edilməsi xidməti onların siyahısında nəzərdə tutulmayıb və bu barədə abunə müqaviləsində öhdəlik yoxdur. Lakin bu arqument əsassızdır, çünki mobil operatorlar abunəçilərin zəng, SMS və baz stansiyası məlumatlarını saxlayır və müvafiq sorğular əsasında təqdim edə bilir. Məsələn, cinayət işləri üzrə istintaq zamanı bu məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunur. Əgər bu məlumatlar mövcuddursa və başqa qurumlara verilə bilir sə, bu məlumatların birbaşa sahibi olan abunəçi - onlardan məhrum edilməməlidir. Üstəlik, cavabdeh müraciətinə cavab olaraq izahlı faktura xidmətini təklif etmiş, lakin bu xidmətin anten məlumatlarını əhatə etmədiyini bildirmişdir. Bu, cavabdehin məlumat təqdimetmə siyasətində şəffaflıq olmadığını və hüquqlarını məhdudlaşdırmaq üçün qeyri-müəyyən cavablarla məşğul olduğunu göstərir. Cavabdeh MMC tərəfin nümayəndələrinin dediklərinə əsasən də bəllidir ki, cavabdeh bu məlumatları toplayır. “Telekommunikasiya haqqında” Qanunun 48.2-ci maddəsində operatorların abunəçinin xidmətdən istifadəsi ilə bağlı məlumatları (xidmətdən istifadə müddəti, həcmi və s.) emal etdiyi qeyd olunur. Anten məlumatları bu kateqoriyaya daxildir və abunəçi kimi bu məlumatları tələb etməkdə haqlıdır. Cavabdeh MMC nüm ayəndələri məhkəmə iclasında bildiriblər ki, anten məlumatları üçüncü şəxslərin məlumatlarını ehtiva edə bilər və bu məlumatların təqdim edilməsi məxfilik prinsiplərini poza bilər. Lakin iddiaçı yalnız öz nömrəsinə aid məlumatları tələb edir. Əgər bu məlumatlar üçüncü şəxslərin məlumatlarını ehtiva edirsə, cavabdeh onları anonimləşdirərək təqdim edə bilər. Bu, texniki cəhətdən mümkündür və beynəlxalq praktikada geniş istifadə olunur. Cavabdehin etiraz sənədində qeyd etdiyi arqumentlər hüquqi və faktiki baxımdan əsassızdır. Cavabdeh iddia edir ki, antenn məlumatlarının təqdim edilməsi xidməti onların siyahısında yoxdur və bu barədə abunə müqaviləsində öhdəlik yoxdur. Lakin bu, məlumat əldə etmək hüququnu istisna etmir. Əgər cavabdeh bu məlumatları toplayır və saxlayırsa (ki, onların nümayən dələri məhkəmədə bunu təsdiqləmişdir), o zaman bu məlumatları təqdim etmək onların öhdəliyidir. Cavabdehin nümayəndələrinin dedikləri bir daha sübut edir ki, cavabdeh bu məlumatları özlərində emal edir. Cavabdehə etdiyi müraciətdə bu prosedurlar zamanı əlavə xərc və ya rüsum olacağı zaman məlumatların verilməsi təqdirdə həmin məbləği ödəyəcəyini qeyd etdiyini buna baxmayaraq yenə də həmin məlumatların təqdim edilmədiyini göstərilənlərin nəticəsində isə cavabdehin nümayəndəsinin sadəcə müxtəlif bəhanələr gətirərək hüququnu pozduğunun bir daha təsdiqini tapmış halıdır. Məhkəmə anten məlumatlarının şəxsi fəaliyyəti ilə bağlı fərdi məlumat olduğunu nəzərə almamış, bu məlumatlara çıxış hüququnun pozulduğunu qiymətləndirməmişdir. Məhkəmə cavabdehin anten məlumatlarının təqdim edilməsinin mümkünl üyünü və texniki cəhətdən necə həyata keçirilə biləcəyini araşdırmamış, bu məlumatların mövcudluğunu təsdiqləyən sübutları qiymətləndirməmişdir. Məhkəmə cavabdehin məlumat təqdim etməkdən imtina etməsini abunə müqaviləsində öhdəliyin olmaması ilə əsaslandırmışdır. Lakin bu, məlumat əldə etmək hüququnu istisna etmir. Cavabdeh MMC məlumatları toplayıb saxlayırsa, onların təqdim edilməməsi qanunsuzdur.

19. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazını hüquqi cəhətdən “Telekommunikasiya haqqında” Qanunun 38.4, 38.5, 48.1, 48.2, 48.3, 33.1.9-2ci maddələrinə istinadla əsaslandıraraq bildirmişdir ki, adı çəkilən Qanunun müddəalarında da anten məlumatlarının abunəçiyə verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Apelyasiya şikayətinə etirazın dəlillərinə əsaslanaraq apellya siya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi, 2(103)-4154/2025 nömrəli qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)3048/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski).

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh t ərəfindən iddiaçıya cavab məktubunda hansı hallarda və qaydada izahlı fakturanın verilməsi izah edilmişdir.

22. Belə olan halda “anten dairəsi (baz stansiyası) məlumatlarını, zəng və SMS qeydlərini rəsmi formada təqdim edilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

23. Belə ki, iddiaçı məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır.

24. Kollegiya apellyasiya şikayətinin cavabdehdən mənəvi zərərə görə 500 manat təzminat tutulması dəlilinə münasibətdə hesab edib ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, nəticədə iddiaçıya mənəvi zərər vurulması halı müəyyən edilmədiyindən, iddi açı tərəfindən həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi və apellyasiya şikayəti bu hissədə də təmin edilməməlidir.

25. Kollegiya qeyd edib ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçı mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

26. Belə ki, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mən əvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, mənəvi zərərin ödənilməsi tələbini əlaqələndirdiyi halları əsaslandırmamış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

27. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

28. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edib ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə, “Telekommunikasiya haqqında” Qanunun 38.1, 38.2, 38.3, 38.4, 38.5, 48.1, 48.2.2-48.2.6 və 48.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarınına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 372.6, 384.0.1, 382, 384, 385.2, 392, 393 və 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Qətnamədən narazı qalan iddiaçı (eyni zamanda vəkil qismində çıxış edir) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-4154/2025 saylı qətnaməsinin ləğv edilməsini və yeni qərar çıxarılmaqla iddianın təmin olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə iclasını onun iştirakı gözləmədən keçirmiş və qərar qəbul edilmişdi r. Məhkəmə kollegiyası onun hüquqlarının pozulduğuna dair arqumentlərimə yetərincə diqqət yetirməmiş, cavabdehin imtinasının qanuni olub-olmaması obyektiv şəkildə qiymətləndirilməmişdir.

32. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Konstitutsiyasının 32-ci maddəsinin V hissəsinə, “Fərdi məlumatlar haqqında” Qanunun 7.1.3-cü maddəsinə, “İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsinə, “Telekommunikasiya haqqında” Qanunun 48.2-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 15 və 77-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə 32, İV hissə. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

35. Maddə 32, V hissə. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödən ilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. telekommunikasiya - elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsi; 1.1.2. telekommunikasiya şəbəkəsi - telekommunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusu;... 1.0.4. telekommunikasiya xidməti - müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyət; 1.0.7. telekommunikasiya qurğuları - müvafiq şəbəkə və sistemlərin yerləşdirilməsi, telekommunikasiya xidməti göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mü həndistexniki obyektlər;... 1.0.13. telekommunikasiya xidməti abunəçisi (bundan sonra - abunəçi) operator, provayder ilə bağladığı müqavilə əsasında telekommunikasiya xidmətlərindən istifadə edən şəxs;... 1.0.16. trafik - telekommunikasiya şəbəkəsində və ya telekommunikasiya şəbəkələri arasında ötürülən siqnallar (məlumatlar) toplusu;

40. Maddə 38.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyi Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq normativ hüquqi aktlarla qorunur.

41. Maddə 38.2. Telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyinin məhdudlaşdırılmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir.

42. Maddə 38.3. Operatorlar, provayderlər şəbəkələri vasitəsilə ötürülən məlu matların məxfiliyini təmin etməlidirlər.

43. Maddə 38.4. Telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər.

44. Maddə 38.5. Telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verilir.

45. Maddə 48.1. Telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlər müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata keçirilir.

46. Maddə 48.2. Operatorlar, provayderlər telekommunikasiya xidmətlərindən istifadəyə və ya şəbəkəyə qoşulmaya görə aşağıdakı məlumatları emal edir: 48.2.1. abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat; 48.2.2. abunəçinin ünvanı; 48.2.3. ümumistifadəli tel ekommunikasiya xidmətlərinə görə abunəçinin ödədiyi məbləğin hesabatının aparılmasına əsas olan ölçü vahidləri; 48.2.4. istifadə edilən xidmət vahidi üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə nömrəsi, xidmətdən istifadə müddəti, həcmi və s.); 48.2.5. telekommunikasiya xidmətini göstərən şəxsə istifadəçinin avans olaraq, yaxud hissə-hissə köçürdüyü ödənişlər barədə məlumatlar; 48.2.6. telekommunikasiya xidmətini göstərən şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar.

47. Maddə 48.3. Operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

51. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş süb utlara əsaslandırır.

52. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində iddiaçı tərəflərindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. İşin mahiyyəti üzrə həlli üçün əhəmiyyəti olan hallar kimi işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli abunə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya mobil rabitə xidmətləri göstərmişdir. İddiaçı cavabdehə müraciət edərək, ona m əxsus mobil telefon nömrəsi üzrə xx.xx.2025–xx.xx.2025-ci il tarixləri arasında anten (baz stansiyası) məlumatlarının, zəng və SMS qeydlərinin rəsmi qaydada təqdim edilməsini tələb etmiş, cavabdeh isə qanunvericilikdə nəzərdə tutulmuş həcmdə məlumatların yalnız izahlı faktura vasitəsilə təqdim edilə biləcəyini, digər məlumatların isə yalnız hüquq-mühafizə orqanlarının sorğusu əsasında verildiyini bildirmişdir.

59. İş üzrə əsas mübahisə aşağıdakı məsələlər ətrafında cəmlənir: Abunəçinin öz mobil nömrəsinə dair anten (baz) stansiyası məlumatlarını tələb etmək hüququnun olub-olmaması: Zəng və SMS qeydlərinin hansı həcmdə təqdim edilməsinin qanuni olması; Məlumatların verilməsindən imtinanın mənəvi zərər tələb etmək üçün əsas yaratması.

60. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış münas ibətlər müqaviləyə əsaslanır. Müqavilə üzrə münasibətlər isə telekommunikasiya xidmətlərinin göstərilməsi barədədir.

61. Bu münasibətlər “Telekommunikasiya haqqında” Qanunla tənzilmlənir. Həmin Qanunun 1.0.4-cü maddəsində deyilir ki, telekommunikasiya xidməti - müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyətdir.

62. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur (Qanunun 4.2-ci maddəsi). 63. “Telekommunikasiya haqqında” Qanunda «anten (baz stansiyası) məlumatları» anlayışlarından bəhs olunmur. Lakin iddia ərizəsinin məzmunundan və id diaçının əsaslandırmasından görünür ki, iddiaçı «anten (baz) məlumatları» dedikdə, abunəçinin hansı vaxtda hansı stansiyaya (antenə) qoşulduğu barədə məlumatlar nəzərdə tutur.

64. Başqa sözlə, «anten (baz stansiyası) məlumatları» dedikdə, abunəçinin hansı stansiyaya (antenə) qoşulduğu, zaman və yer üzrə bu qoşulmaların qeydləri (yəni mobil telefonun müəyyən tarixlərdə harada olduğu barədə texniki məlumatlar), bəzi hallarda zəng, SMS, internet bağlantısı zamanı istifadə olunan texniki marşrut məlumatları başa düşülür.

65. Qanunun 1.0.16-cı maddəsində deyilir ki, trafik - telekommunikasiya şəbəkəsində və ya telekommunikasiya şəbəkələri arasında ötürülən siqnallar (məlumatlar) toplusudur.

66. Buna əsasən demək olar ki, «anten (baz) məlumatları», hüquqi baxımdan "telekommunikasiya trafik və ye r məlumatları" sayılır.

67. «Anten (baz) məlumatları»nın verilməsi barədə iddia tələbinə qarşı cavabdehin dəlillərindən biri ondan ibarət olub ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya bu cür məlumatların verilməsi öhdəliyi nəzərdə tutulmamışdır.

68. Məhkəmə kollegiyası bu dəlillə razılaşır. Həqiqətən də xx.xx.2022-ci il tarixli abunə müqaviləsində cavabdehin iddiaçıya təqdim etməli olan xidmət paketində "telekommunikasiya trafik və yer məlumatları"nın verilməsi kimi şərt nəzərdə tutulmamışdır.

69. Bu halda iddianın düzgün həlli üçün həmin məlumatın birbaşa xidmət müqaviləsində müəyyən olunan öhdəlik olmasa da, xidmətlə bağlı öhdəlik kimi qəbul edilə bilənliyi, habelə bu məlumatın məxfiliyi araşdırılmalıdır.

70. Telekommunikasiya sahəsində məxfiliyin təmin olunması əsasları “Tel ekommunikasiya haqqında” Qanunun 38-ci maddəsində müəyyən edilmişdir.

71. Həmin normaya görə, Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyi Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq normativ hüquqi aktlarla qorunur (qanunun 38.1-ci maddəsi).

72. Bu norma göndərici məzmunda olduğuna görə, baxılan məsələ ilə bağlı “Telekommunikasiya haqqında” Qanunla yanaşı, Konstitusiyanın, məlumatların məxfiliyini müəyyən edən əlaqəli qanunların (“Dövlət sirri haqqında”, “Kommersiya sirri haqqında”, “Fərdi məlumatlar haqqında” Qanunlar), habelə “İnformasiya əldə etmək haqqında” Qanunun müddəalarının təhlilinə də zərurət vardır.

73. Bu baxımdan təhlil göstərir ki, "telekommunikasiya trafik və yer məlumatları", “Dövlət sirri haqqında” Qanu nun 1.0.1-ci maddəsində müəyyən olunan dövlət sirri və “Kommersiya sirri haqqında” Qanunun 2.0.1-ci maddəsində müəyyən olunan kommersiya sirri ilə əhatə olunmur. Həmçinin iddiada göstərilən məlumatlar “Fərdi məlumatlar haqqında” Qanunda müəyyən olunan fərdi məlumatlara da aid edilmir. Çünki həmin Qanunun 2.1.1-ci maddəsində verilən anlayışa görə, fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatlardır. İddiaçının tələb etdiyi məlumatlar isə onun kimliyinin müəyyən olunması üçün əhəmiyyətli olan məlumatlar deyildir.

74. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin V hissəsinə əsasən, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər, lakin bu hüquq qanunla müəyyən edilmiş hallar istisna olmaqla həyata k eçirilir. 75. "Telekommunikasiya trafik və yer məlumatları", telekommunikasiya vasitələri və telekommunikasiya qurğuları (müvafiq şəbəkə və sistemlər, telekommunikasiya xidməti göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis-texniki obyektlər) və onların istismarı ilə bilavasitə bağlı olduğuna görə, “Telekommunikasıya haqqında” Qanunun 38-ci maddəsində bu vasitə və qurğularla bağlı hər hansı müddəanın nəzərdə tutulmasına diqqət yeririlməlidir. Həmin Qanunun 38.4-cü maddəsində göstərilir ki, telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər.

76. Göründüyü kimi telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar (anten (baz stansiyası üzrə qeydiyyat məlumatları) yalnız abunəçinin özü barədə deyil, eyni zamanda digər abunəçilər, şəbəkə infrastrukturu və texniki parametrlər barədə məlumatları ehtiva edir. Bu cür məlumatlar şəbəkə təhlükəsizliyi və üçüncü şəxslərin hüquqlarının qorunması baxımından məhdud rejimli məlumatlar hesab olunur və məxfidir, telekommunikasiya subyekti bu məlumatları yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda vermək öhdəliyi daşıyır. Qanunvericilikdə abunəçinin tələbi əsasında bu məlumatların verilməsi nəzərdə tutulmamışdır.

77. Buna görə də apellyasiya instansiyası məhkəməsi iddianı “anten dairəsi (baz stansiyası) məlumatlarının” verilməsi hissəsində iddianı təmin etməməkdə haqlı olmuşdur.

78. Zəng və SMS qeydləri ilə bağlı hissədə də müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilən cavabda ona izahlı faktura əldə etmək imkanı izah e dilmişdir. İzahlı faktura mobil rabitə xidmətləri üzrə qanunvericiliklə nəzərdə tutulmuş həcmdə - çıxan zənglər, zəng müddəti, istifadə həcmi və s. barədə məlumatları əhatə edir.

79. Eyni zamanda, daxil olan zənglər, SMS mesajların məzmunu və üçüncü şəxslərə aid məlumatların açıqlanması “Telekommunikasiya haqqında” Qanunun 38-ci maddəsinin tələblərinə və üçüncü şəxslərin fərdi məlumatlarının qorunması prinsipinə ziddir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya zəng və SMS qeydləri ilə bağlı qanunla icazə verilən məlumatların əldə edilməsi üçün real imkan yaradılmışdır və bu hissədə iddiaçının hüquqlarının pozulması müəyyən edilməmişdir.

80. İddia tələbi “anten dairəsi (baz stansiyası) məlumatlarının, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi” hissəsində təmin edilmədiyinə görə, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində təhlilnə zərurət qalmır.

81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

82. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsip inə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

84. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 avqust 2025-ci il tarixli 2(103)4154/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar